Это видео недоступно.
Сожалеем об этом.

Mənim VİSAm (2-ci bölüm)

Поделиться
HTML-код
  • Опубликовано: 4 апр 2019
  • Gənclərin işsizliyinə bir çox səbəblər var, məsələn, xüsusi bacarıqların olmamaması, yanlış təhsil sistemi, əmək bazarı ehtiyacları (tələb) və təhsil sistemi (təklif) arasındakı uyğunsuzluqlar, özünə inamın olmaması və iş yeri strukturlarının yanlış qurulması və.s
    “Mənim VİSAm” verilişində karyerasını uğurla planlamış və inkişaf etdirmiş, artıq iş, biznes dünyasında vəzifə və nüfuz sahibi olan şəxslər öz bilik, bacarıq və təcrübələrindən danışırlar. Proqrama dəvət edilən qonaqlar karyera, karyera planlaması, əmək bazarı, karyera inkişafı, şəxsi inkişaf və.s bu kimi mövzularda onlara ünvanlanan sualları cavablandırırlar.
    Qeyd edək ki, verilişin adında olan və karyera planlamasında çox vacib sayılan “VİSA” anlayışın açıqlaması da məhz belədir:
    V alues - dəyərlər
    İ nterests - maraqlar
    S kills - bacarıqlar və qabiliyyətlər
    A ims - məqsədlər və hədəflər
    Maraqlısı budur ki, biz bu verilişdə VİSA-nı xaricə getmək, səyahət etmək üçün deyil də, real iş dünyasından gəlmiş qonaqlarımız vasitəsi ilə xoşbəxt, firavan, harmoniyalı və mənalı həyat qurmaq, ən əsası isə öz karyerasını qurmaq istəyən gənclərə kömək etmək üçün istifadə edirik.
    Verilişin bu dəfəki qonağı Bakı Mühəndislik Universitetinin Dünya İqtisadiyyatı ixtisasının tələbəsi Leyla Süleymanovadır. Qonağımız verilişdə aparıcının ona ünvanladığı sualları çox gözəl, maraqlı, səmimi şəkildə cavablandırıb.
    Proqramın aparıcısı və layihə rəhbəri: Tural Bədəlov

Комментарии • 1

  • @yusifmammadov1144
    @yusifmammadov1144 5 лет назад +1

    Tural müəllim, çox gözəl veriliş yaratmısız. Qonağınız Leyla xanım ilə daha da gözəlləşib. Uğurlarınız bol olsun! Əhsən sizə!