Tin surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #20 | Bəxtiyar Turabov

Поделиться
HTML-код
  • Опубликовано: 22 июн 2020
  • Qur'anın 95-ci surəsi olan "Ət-Tin", "Əncir" surəsi. 8 ayədir. Məkkədə nazil olmuşdur.
    Mərhəmətli və Rəhmli Allahın adı ilə !
    1. And olsun əncirə və zeytuna!
    2. And olsun Sinay dağına!
    3. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!
    4. Biz insanı ən gözəl surətdə yaratdıq!
    5. Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.
    6. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
    7. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
    8. Məgər Allah hakimlərin ən üstünü deyilmi?
    بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
    وَالتِّينِ وَالزَّيْتُونِ (1)
    وَطُورِ سِينِينَ (2)
    وَهَذَا الْبَلَدِ الْأَمِينِ (3)
    لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ (4)
    ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ (5)
    إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ (6)
    فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ (7)
    أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ (8)
    Qeyd edək ki, transkripsiyadakı cüt saitlər, uzatma kimi oxunacaq (Məsələn : "həəzəl" kəlməsindəki cüt "ə" kimi) 🔴
    🔘 Vət-tiini vəz-zəytuun. Va tuuri siiniin. Və həəzəl-bələdil-əmiin. Ləqad xaləqnəl insəənə fii əhsəni təqviim. Summə radədnəəhu əsfələ səəfiliin. İlləl- ləziinə əəmənuu va əmilus-saalihəəti fələhum əcrun ğayru məmnuun. Fəməə yukəzzibukə bə'du bid-diin. Ə ləysəl-laahu bi əhkəmil-həəkimiin.
    "tuuri" kəməsindəki "t" hərfi, qalın "ta" hərfidir. "həəzəl" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "əhsəni" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. "summə" kəlməsindəki "s" hərfi, pəltək hərfdir. "ləziinə" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "əmilus" kəlməsindəki "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "saalihəəti" kəlməsindəki "s" hərfi, "sad" hərfi, "h" hərfi isə boğaz hərfidir. "yukəzzibukə" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "bə'du" kəlməsindəki vurğulu " ə' " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "əhkəmil" və "həəkimiin" kəlmələrindəki "h" hərfi, boğaz hərfi olan "hə" hərfidir.
    QURAN ƏZBƏRLƏYİRİK:
    • QURAN ƏZBƏRLƏYİRİK
    quran-tv.com/
    #BəxtiyarTurabov #QuranƏzbərləyirik

Комментарии • 29

  • @ruziyehaciyeva3749
    @ruziyehaciyeva3749 Год назад +1

    Allah razı olsun

  • @mustafaezimov2226
    @mustafaezimov2226 3 года назад +9

    Çox gözəl izah edirsiz

  • @marifkerimov
    @marifkerimov Год назад +3

    Əla oxuyursuz ya allah

  • @konulkonul4204
    @konulkonul4204 2 года назад +4

    Allah razı olsun sizdən ne gözəl başa salirsiz ne olar Quranın bütün surələrin oxuyun

  • @seriyyezeynalova4577
    @seriyyezeynalova4577 2 года назад +4

    Allah sizden razi olsun

  • @rhimnizamov1767
    @rhimnizamov1767 3 года назад +7

    Allah sizden razı olsun

  • @ayselaysel7620
    @ayselaysel7620 11 месяцев назад +1

    ALLAH RAZI OLSUN

  • @islam_quran1990
    @islam_quran1990 Год назад +2

    As salam Alekum rəhmətullahi bərəkatu Allah elminizə bərəkət versin

  • @memmedovasole8942
    @memmedovasole8942 2 года назад +3

    Maşallah çox saq olun

  • @user-uh2ql5qg2o
    @user-uh2ql5qg2o 3 месяца назад

    Allah səsinizə bərəkət versin haqqınızı halal edin Uca Rəbbim sizdən razı olsun

  • @heyat-se5jg
    @heyat-se5jg 11 месяцев назад +2

    Qardaşım çox sağolun teze öyrenirem çox kömek oldunuz

  • @kenanqedirov6464
    @kenanqedirov6464 Год назад +2

    Allah komeyun olsun qardaw

  • @seyidmirhuseyn7587
    @seyidmirhuseyn7587 Год назад +2

    Çox sağolun

  • @user-io1qr6id7r
    @user-io1qr6id7r Год назад +1

    👍🏻👍🏻👍🏻👍🏻🤲🏻👍🏻🤲🏻

  • @withubeyde4321
    @withubeyde4321 3 года назад +4

    👍🏻

  • @pasaferzeliyev1095
    @pasaferzeliyev1095 3 года назад +5

    məşəəAllah

  • @NamoAshraf
    @NamoAshraf 27 дней назад

  • @aygunaxmedova2010
    @aygunaxmedova2010 2 года назад +3

    Çox saqolun Allah ömrünüzə bərəkət versin çox gözel izah edirsiz ..dərslərimi sizin sayənizdə öyrənirəm

  • @aideaide8920
    @aideaide8920 Год назад +3

    Allah razı olsun sizdən. Sayənizdə yavaş- yavaş öyrənməyə çalışıram. Çətindi. Lakin çox vacibdi. Kaş ki, bütün surələr olsa.

    • @BaxtiyarTurabov
      @BaxtiyarTurabov  Год назад +1

      Uca Allah asanlaşdırsın. Məlumat üçün qeyd edək ki, Cüz Ammə, 30-cu cüz (37 surə) tam olaraq kanalımıza yerləşdirilmişdir. Aşağıdakı keçiddən istifadə edə bilərsiniz.
      ruclips.net/p/PLgzWbUelLdiXkWQwKgv7T2GQGfCIYa1OL

    • @aideaide8920
      @aideaide8920 Год назад +1

      @@BaxtiyarTurabov Allah 1000 dəfə razı olsun sizdən. Minnətdaram. Nə zamansa sualım olarsa, cavablandırsaz öncədən sizə təşəkkürlərimi bildirirəm.

  • @abdullahzeyd126
    @abdullahzeyd126 3 года назад +5

    SalamAleykum

  • @manaosmanova5030
    @manaosmanova5030 2 года назад

    Ayətin sonunda nun ne ucun n oxunur?axi hərəkə fəthədir hərəkəyə uygun oxunmalı deyil?

  • @xalidzeynalov9601
    @xalidzeynalov9601 Год назад

    Əssələmu aleykum. Qardaş ,Qadr süresinde ليل sözünü ey deyə oxuyursuz və deyirsiz ki , ərəb dilində qayda belədir. Burda isə " ə " ilə oxuyursuz bunu neçə anlayaq? Həm də yə sukun olanda fəthə ilə oxumaq dilə ağır gəlir axı .

  • @yusifquliyev1499
    @yusifquliyev1499 Год назад

    Secde ayelerimiz hansilardi?

    • @BaxtiyarTurabov
      @BaxtiyarTurabov  Год назад +1

      Tilavət səcdəsinin hökmü, forması və hansı dualar edilir? ruclips.net/video/vbnIhJigYZQ/видео.html

  • @yusifquliyev1499
    @yusifquliyev1499 Год назад +2

    Allah razı olsun