Ələq surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #21 | Bəxtiyar Turabov

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Qur'anın 96-cı surəsi olan "Əl-Ələq", "Laxtalanmış qan" surəsi. 19 ayədir. Məkkədə nazil olmuşdur.
    Mərhəmətli və Rəhmli Allahın adı ilə !
    1. Yaradan Rəbbinin adı ilə oxu!
    2. O, insanı qan laxtasından yaratdı.
    3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
    4. O, qələmlə yazmağı öyrətdi.
    5. İnsana bilmədiklərini öyrətdi.
    6. Xeyr! İnsan, doğrudan da, həddini aşır,
    7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
    8. Axı son dönüşün Rəbbinədir!
    9. Gördünmü o kəsi ki, mane olur
    10. bir bəndəyə namaz qıldığı zaman?
    11. Söylə görək, əgər o bəndə doğru yoldadırsa,
    12. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?
    13. Söylə görək, əgər o kafir,:haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?
    14. Məgər o bilmir ki, Allah görür?
    15. Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq -
    16. yalançı, günahkar kəkilindən.
    17. Qoy öz yığnağını çağırsın.
    18. Biz də əzab mələklərini çağıracağıq.
    19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
    بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
    اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ (1)
    خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ (2)
    اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ (3)
    الَّذِي عَلَّمَ بِالْقَلَمِ (4)
    عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ (5)
    كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَى (6)
    أَنْ رَآهُ اسْتَغْنَى (7)
    إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى (8)
    أَرَأَيْتَ الَّذِي يَنْهَى (9)
    عَبْدًا إِذَا صَلَّى (10)
    أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَى (11)
    أَوْ أَمَرَ بِالتَّقْوَى (12)
    أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّى (13)
    أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى (14)
    كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ (15)
    نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ (16)
    فَلْيَدْعُ نَادِيَهُ (17)
    سَنَدْعُ الزَّبَانِيَةَ (18)
    كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ (19)
    🔴 Qeyd edək ki, transkripsiyadakı cüt saitlər, uzatma kimi oxunacaq (Məsələn : "salləə" kəlməsindəki cüt "ə" kimi) 🔴
    🔘 İqra' bismi Rəbbikəl- ləzii xaləq. Xaləqal-insəənə min aləq. İqra' va Rabbukəl-Əkram. Əlləzii alləmə bil-qaləm. Alləməl-insəənə məə ləm yə'ləm. Kəlləə innəl-insəənə ləyətğaa. Ər-ra'əəhu-stəğnəə. İnnə iləə Rabbikər- ruc'əə. Ə ra'əytəlləzii yənhəə. Əbdən izəə salləə. Ə ra'əytə in kəənə aləl-hudəə. Əv əməra bit-təqvəə. Ə ra'əytə in kəzzəbə və təvəlləə. Ələm yə'ləm bi'ənnəllaahə yəraa. Kəlləə ləilləm yəntəhi lənəsfə'əm binnəəsıyəh. Nəəsıyətin kəəzibətin xaati'əh. Fəlyəd'u nəədiyəh. Sənəd'uz-zəbəəniyəh. Kəlləə ləə tuti'hu vəscud vəqtərib.
    "ləzii" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "aləq" kəlməsindəki "a" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "Əlləzii" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "alləmə" və "alləməl" kəlmələrindəki "a" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "yə'ləm" və "ruc'əə" kəlmələrindəki vurğulu " ə' " və " 'əə " hərfləri, boğaz hərfi olan "ayn" hərfidir. "ra'əytəlləzii" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "əbdən" kəlməsindəki "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "izəə" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "salləə" kəlməsindəki "s" hərfi, "sad" hərfidir. "aləl" kəlməsindəki "a" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "kəzzəbə" kəlməsindəki cüt "zz" hərfi, pəltək "zəl" hərfidir. "yə'ləm" kəlməsindəki vurğulu " ə' " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "lənəsfə'əm" kəlməsindəki vurğulu " 'ə " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "nəəsıyəh" və "nəəsıyətin" kəlmələrindəki "s" hərfi, "sad" hərfidir. "kəəzibətin" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "xaati'əh" kəlməsindəki "t" hərfi, qalın "ta" hərfidir. "fəlyəd'u" və "sənəd'u" kəlmələrindəki vurğulu " 'u " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "tuti'hu" kəlməsindəki " i' " hərfi, boğaz hərfi olan sükunlu (üzərində dayanılan) "ayn" hərfidir.
    QURAN ƏZBƏRLƏYİRİK:
    • QURAN ƏZBƏRLƏYİRİK
    quran-tv.com/
    #BəxtiyarTurabov #QuranƏzbərləyirik

Комментарии • 40