Orkhan Zeynalli - Məncə | 2012 (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Orkhan Zeynalli-nın “Məncə” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozey...
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Bənd 1]
    Məncə soyuq müharibə qışdan daha soyuqdur
    Əlcəyi götür, qar topu oynayaq viruslarla
    Guya ki, brendləri sevmək indi “krutoyluq”dur
    Yo! Sözlərim bu gün sevişir minuslarla
    Məncə bu repim bu qədər qlobal olmasın gərək
    Sözlərim dərdi, kədərə olana olsun dirək
    Məncə gedək, gizlincə cənnətin almasını dərək
    Sataq burda, yalandan “Qubadan gəlibdir” - deyək
    Məncə içkilərdə fərqli adlar olmasın gərək
    Bütün içkililər gəyirəndə eyni səs çıxırsa
    Məncə “sevirəm” sözü fərqli dillərdə olmasın gərək
    Bütün sevgililər sevişəndə eyni səs çıxırsa
    Bir az pauza! Mövzudan qıraq çıxsaq
    Məncə bu repin duzu, mövzunun olmamağındadır
    Tempi tutmusan. Yo! Dinləyirsən dalbadal
    Həvəsindəsən, bəlkə sözlərim yaratdı qalmaqal
    Bugün deyiləm radikal, gəldim məzələnmək üçün
    Axşam görüşüm var, rep deyirəm bəzənmək üçün
    Bəzən mənim üçün də bezəndə Çin son seçimdir
    Görəsən son seçkilərdə kim masson seçildi?
    Məncə sən “facebook”a girirsən qız tutmaq üçün
    Sənin xəyalındakılar yəqin məndə arxivdədir
    Biz çeynəmirik sonda saqqızı udmaq üçün
    Amma hıçqırırsan və saqqız artıq mədədədir
    Məncə bizim ölkə xəritədə səhv yerdədir
    Televizya onu göstərir ki, bura Əfqanıstandır
    Ya da ki, Pakistan, ya da hələ kəşf olunmamış ölkə
    Özbəkistandan düz gedəndə birinci döngəyik
    [Nəqərat]
    Repin odunu yığdıq küçələrdən
    Qoruya bilmədik repi cücələrdən
    Sən də təb alırsansa gecələrdən
    Sənin də beynində öncə “məncə”lər
    Repin odunu yığdıq küçələrdən
    Qoruya bilmədik repi cücələrdən
    Sən də təb alırsansa gecələrdən
    Sənin də beynində öncə “məncə”lər
    [Bənd 2]
    Məncə, rep əyləncə
    Diz çökəcək popstar repçi ilə görüşüncə
    Rep nə qədər bərk gedər
    Bilən sözü ilə mıxı vurub qoyar çəkicini küncə
    Məncə Bakının adını qoyaq “mərmər”
    Ölkəmizə qiyməti qoysun zərgər
    Parkların imicini dəyişsin bərbər
    Şəhərin gözü qaşı eləsin “gəl-gəl”
    Hərdən mənə gələndə təb əziyyət çəkir ölkə
    Yalvarsalar bəlkə, yazmaram bir də
    Radio, efirdə son dəfəsində
    Çıxıb hamıya deyərəm - “yo!”
    Məncə rep ölsə buraxaq onu dənizə
    Torpağın altında qalmasın yazıqdır
    Çoxunuzun repi bugün kömək edir pəhrizə
    Maraqlı bir rep istəyirdiniz ala yazdıq da
    [Nəqərat]
    Repin odunu yığdıq küçələrdən
    Qoruya bilmədik repi cücələrdən
    Sən də təb alırsansa gecələrdən
    Sənin də beynində öncə “məncə”lər
    Repin odunu yığdıq küçələrdən
    Qoruya bilmədik repi cücələrdən
    Sən də təb alırsansa gecələrdən
    Sənin də beynində öncə “məncə”lər
    Orkhan Zeynalli tərəfindən ifa olunan “Məncə” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #Məncə #mikpro

Комментарии • 29