REAL VƏTƏN - Qusar

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
    “Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Qusar rayonundan bəhs olunub.
    Qusar buraxılışında rayonun tarixi, ecazkar təbiəti, mədəniyyəti, xalçaçılıq ənənələri, özünəxas mətbəxi, Laza, Həzrə, Hil kimi kəndlərin turizm imkanları, unikal tarixi abidələri, “Şahdağ” Turizm Mərkəzinin qış və yay turizmi üçün mövcud potensialı, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.
    Buraxılışda, həmçinin dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən və Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər zirvəsi fəth edilib və zirvə haqda informasiya təqdim olunub.
    Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
    DTA-nın rəsmi veb-saytı: tourism.gov.az/
    Facebook: / azerbaijansta
    Instagram: / azerbaijan_sta
    Linkedin: / azerbaijansta
    Twitter: / azerbaijansta

Комментарии • 7

  • @aliguliyev2922
    @aliguliyev2922 2 года назад +3

    Bu aparici qardashimizin gozel pozitiv aurasi var. Gozel Azerbaycanimizin gozel diyarlarini cekib paylashdiqiniz ucun teshekkur.

  • @khayalshirinov144
    @khayalshirinov144 2 года назад +2

    Şəkidən Salamlar Qusara

  • @user-wb1ws6yg9i
    @user-wb1ws6yg9i 2 года назад +2

    Джан Азарбайджаным !

  • @guneshgiyasbayli9909
    @guneshgiyasbayli9909 2 года назад +1

    Nə gözəl mənzərəli yerlərdi !

  • @azerbaycan7676
    @azerbaycan7676 2 года назад +2

    Çox gözəl yerləri var Azərbaycanın

    • @guneshgiyasbayli9909
      @guneshgiyasbayli9909 2 года назад +1

      Heyflər olsun ki , mən gəncliyimdə vətənimin cənnət yrlərini gəzməmişəm , üzümü xarici ölkələrə yönəldirdim . , halbuki , Azərbaycana gələn turistlər belə yerləri görüb heyran olurlar !