Söyüdlüdəki qızıl və mis mədənində bu avadanlıqlar işlədiləcək - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • #APATV #söyüdlü #qızıl #dağ #mədən #Gədəbəy #sənaye #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Azərbaycanın dağ mədən sənayesində yeni bir dövr başlayıb. Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl və mis “Azerbaijan International Mining Company Limited ” mədənində işlədiləcək yeni avadanlıqların təqdimat mərasimini keçirib.
    “Azerbaijan International Mining Company Limited” Gədəbəydə keçirilən təqdimat zamanı yeni “Caterpillar” yeraltı mədən avadanlıqlarını təqdim edib. Müasir standartlara riayət etmək və mədənçıxarma sektorunda inkişafı təşviq etmək, nəticədə istehsal potensialını artırmaq üçün nəzərdə tutulmuş ən müasir, yeni nəsil maşınlar nümayiş etdirilib. Yeraltı avadanlıqlar şirkətin hazırda tikilməkdə və işlənməkdə olan yeni Gilar mədənində istifadə olunacaq.
    Təqdimatda bildirilib ki, yeraltı avadanlığın istifadəsi üçün avadanlıq operatorları və avadanlıqlara texniki qulluq və yardımçı heyət daxil olmaqla, təxminən 50 yeni yerli işçinin işə götürülməsi tələb olunacaq. Hazırda AIMC-nin Gədəbəydəki zavodunda 1639 işçidən 1100 nəfəri Gədəbəy rayon sakinləridir. Bundan əlavə, şirkət həm də yerli sakinləri şirkətin podratçıları olaraq işlə təmin edir. İşçilərin təhlükəsizliyinin maksimum təmin olunması üçün istehsalatda istifadə olunan başqa vasitələrin də təqdimatı olub.
    Qeyd edək ki, şirkətin fəaliyyəti ilə bağlı sakinləri narahat edən məsələlərlə əlaqədar yaradılan komissiyanın yekun rəyi barədə də ictimaiyyətə məlumat verilib və artıq qısamüddətli tövsiyələrə müvəffəqiyyətlə əməl olunduğu qeyd edilib.
    AIMC-nin yeni istismara başladığı mədənlərdə bu günə kimi 600 metr işlənib bundan sonra daha 900 metr qazılacaq. Hədəf gündə 7-10 metr arası qazıntı işləri apararaq istismar işlərini həyata keçirməkdir. Şirkətin portfelinə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən 51 faizlik paya sahib olan Azərbaycan Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrlə, digər lisenziya sahələri ilə yanaşı, Qoşa və Gədəbəy mədənləri də daxildir.
    Mədənçıxarma sənayesində yüksək keyfiyyəti və etibarlılığı ilə tanınan məşhur “Cat” brendi tərəfindən istehsal edilən maşınlar sələfləri ilə müqayisədə daha güclüdür və optimal performansı, təkmilləşdirilmiş yanacaq səmərəliliyini təmin edən yeni “powershift” transmissiyası kimi bir çox yeni xüsusiyyətlərə malikdir. Həmçinin operator yeri təkmilləşdirilmiş və daha rahatdır. Daha yaxşı giriş nöqtələri, çoxsaylı yanğınsöndürmə sistemləri və təkmilləşdirilmiş görmə və işıqlandırma daxil olmaqla bir çox yeni təhlükəsizlik xüsusiyyətləri əlavə edilib.
    Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı sənayesinin yaradılmasına Prezidentin 5 fevral 1996-cı il tarixli “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” fərmanı ilə başlayıb. Daha sonra, 20 avqust 2022-ci ildə ABŞ-ın "RV Investment Group Services LLS" şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sazişə və onun 20 iyun 2022-ci il tarixli dəyişikliyinə əsasən, AIMC-yə Zəngəzur iqtisadi zonasında yerləşən Qızılbulaq, Dəmirli və Vejnəlidə qızıl, mis və polimetal yataqlarının işğaldan azad edildikdən sonra kəşfiyyatı və işlənməsi səlahiyyəti verilib.
    Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 7

  • @anarmansurov9768
    @anarmansurov9768 8 месяцев назад +2

    Soyudludəki insanlar necə olacaq

  • @cavidzerbeliyev3942
    @cavidzerbeliyev3942 8 месяцев назад +2

    Bu milyardlar kimin cibine gedir göresen, onu billem xalqa bi deyeri yox

  • @user-dx9si3pm5q
    @user-dx9si3pm5q 8 месяцев назад +2

    Чумламиза салам олсу

  • @ceyhunbaba
    @ceyhunbaba 8 месяцев назад

    Ofisdə işləyən işcilər buradadı ama yerin altında işləyən birdənə işci yoxdu

  • @ismayilov.777
    @ismayilov.777 7 месяцев назад

    Soydu arvadari batamadi da 😅

  • @user-dx9si3pm5q
    @user-dx9si3pm5q 8 месяцев назад

    Салам олсон чумламиза брляант да олса на манасы миллатимиза Йохду