Это видео недоступно.
Сожалеем об этом.

Qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi nümunəsi.

Поделиться
HTML-код
  • Опубликовано: 11 апр 2021
  • Bu video paylaşımda qızıl-zinət əşyalarının geri tələb ediməsi tələbinə iddia ərizəsinin yazılması haqqında məlumat verilərək onun tərtibini forması göstərilmişdir.
    Vəkil Anar Məmişovla əlaqə vasitəsi:
    055-704-39-81
    Bakı şəhəri, 6 saylı Vəkil Bürosu
    İddia ərizəsinin hüquqi əsaslandırılması.
    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər- arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
    Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək, onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
    Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinə əsаsən Аzərbаycаn Respublikаsındа Mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 157.1, 157.2 və 157.5-ci mаddələrinə əsаsən mülkiyyətçinin mülkiyyət hüququnun tаnınmаsını tələb etmək ixtiyаrı vаrdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Mülkiyətçi özgəsinin qаnunsuz sаhibliyindən əmlаkını geri tələb edərkən, bu şəxsin əmlаkа sаhibliyinin qаnunsuz оlduğunu bildiyi və yа bilməli оlduğu hаldа (vicdаnsız sаhib), əmlаkın оndа оlduğu bütün vаxt ərizində оnun götürdüyü və yа götürməli оlduğu bütün gəlirlərin qаytаrılmаsını və yа əvəzinin ödənilməsini tələb edə bilər.
    Azərbaycan Respublikası MPM-nin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
    Azərbaycan Respublikası MPM-nin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, “8.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir”.
    Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
    Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən “Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur”
    Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”.
    Həmin Məcəllənin 217.3-cü maddəsində qeyd edilir ki, “Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
    Həmin Məcəllənin 218.1-ci maddəsində qeyd edilir ki, “Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir

Комментарии • 32

  • @oyuncuvezir8887
    @oyuncuvezir8887 3 года назад +5

    Güzel bir video

  • @slow.manipulation
    @slow.manipulation 3 года назад +5

    Güzel videoo

  • @sinanmag
    @sinanmag 3 года назад +4

    Böyle devam 👏

  • @FirengizNazFirengizNaz
    @FirengizNazFirengizNaz Год назад

    Birdə mediasiyadan keçəndə qızıllarımı geri almağa görə mediasiyaya nə qeder və əlavə dövlət rüsumu nə qeder ödəməliyəm

  • @SemaferemezovaSemaferemezova
    @SemaferemezovaSemaferemezova Год назад

    Vəkil bu qızılları geri qaytarmaqları və mənə ödənilməsini tələb etdiyim təzminatıdıda bir arada yazıb ikisini birdən tələb etmək olarmı bir idiyya ərizəsində qeyd etmək olarmı

  • @SemaferemezovaSemaferemezova
    @SemaferemezovaSemaferemezova Год назад

    Çoxxxxxx xaişşş edirəm nolar təzminatlada bağlı bir vidyo çəkin

  • @user-ji8ji3tr7t
    @user-ji8ji3tr7t Год назад +1

    Salam ayrıldıqdan sonra əyər zaks yoxdusa din nigahında olmuşuqsa boşamağımızla bağlı heçbir məhkəmə qərarı yoxdusa zaks olmadığına göre qızıllarımı geri tələb etmək üçün mediasiyadan keçməliyəm ya bir başa məhkəməyə gede bilərem?

    • @vekilanar
      @vekilanar  Год назад

      mediasiyaya ehtiyac yoxdu rəsmi nikah olmadığ üçün ailə mübahisəsi sayılmayacaq.

  • @SemaferemezovaSemaferemezova
    @SemaferemezovaSemaferemezova Год назад

    Ya ayrı ayrılığda yazmalıyam

  • @user-ld2er7px7n
    @user-ld2er7px7n Год назад +1

    Salam qızılları geri tələb etmək üçün mediasiya nə qeder köçürtməliyəm və birdə dövlət rüsumu idiyya ərizəsinə görə 30azn yazmısız qeyd etmisiz 30aznmi ödəməliyəm

    • @vekilanar
      @vekilanar  Год назад

      bu köhnədir mediasiya 50 manatdır rüsum isə tələbdən asılı olaraq dəyişir.

  • @user-qv6io1sr3q
    @user-qv6io1sr3q Год назад +1

    Salam 59yaşım var Müəllimə işliyirem həyat yoldaşım Müəllim idi 39il stajı varıydı 60yaşında dünyasını deyişdi xərçəng xəstəliyi ilə mübarizədə xeyli vəsait sərf elədi banka borcu varıydı vərəsəliyi üzərimə götürməmiş bank onu mənə ödətdirdi indi onun pensiya fondunda yığılan vəsaiti gere ala bilərəm ya yox əyər geri ala bilərəmsə buna haqqım çatırsa onu geri necə ala bilərəm hara müraciət edim mümkünsə bunu ətraflı cavab yazardınız çox cox xaiş edirəm yeri gəlmişkən övladlarımız 18yaşdan yuxarıdır

    • @vekilanar
      @vekilanar  Год назад

      onun geri alınması proseduru yoxdu

  • @user-pl2es7pd7b
    @user-pl2es7pd7b Год назад

    Salam şərəf və ləyaqətin alçaldılmasına göre cavabdehden təzminat almağa göre dövlət rüsumu neçə manatdan başlıyır 120azn 10.000disə bəs aşağı məbləğ təzminat almağdan ötrü nə qeder dövlət rüsumu ödəməliyəm

    • @vekilanar
      @vekilanar  Год назад

      hər məbləğ üçün fərqlidir ətraflı buradan tanış ola bilərsiz supremecourt.gov.az/static/view/316

  • @tofiqmirza9601
    @tofiqmirza9601 2 года назад +1

    Salam menim qizimin yawi zaksa catmirdi toynan gedib ayrildilar zaksi yoxdu ayriliblar toy kaseti ve qizilarin alinmasiynan bagli oglanin ses yazisi var subutkimi merkeme yoluynan subutnan alabileremi???xaiw deyerdizde🙏

    • @vekilanar
      @vekilanar  2 года назад

      salam hədiyyə kimi verilibsə qızıl bəli mümükündür.

    • @tofiqmirza9601
      @tofiqmirza9601 2 года назад

      @@vekilanar bele hediyekimi minetdaram🙏🙏

  • @FirengizNazFirengizNaz
    @FirengizNazFirengizNaz Год назад

    Salam vəkil 4ildi ayrılmışam yoldaşımnan qızıllarımı da verməyiblər indi getsəm müraciət etsəm vererlər çünki mənə deyirlərki 4il gecdi gerek 3ildə edeydin müraciətini

    • @vekilanar
      @vekilanar  Год назад

      salam boşanma qətnaməsinin qanuni qüvvəyə minməsindən 4 il keçib? mediasiya üçün 50 manat

    • @vekilanar
      @vekilanar  Год назад

      salam boşanma qətnaməsinin qanuni qüvvəyə minməsindən 4 il keçib? mediasiya üçün 50 manat

    • @FirengizNazFirengizNaz
      @FirengizNazFirengizNaz Год назад

      @@vekilanar vəkil zaksımız olmuyub el adəti ilə toyumuz olub toyumuzdanda 4il keçib

    • @FirengizNazFirengizNaz
      @FirengizNazFirengizNaz Год назад

      @@vekilanar geri tələb ede bilərəm qızıllarımı

    • @vekilanar
      @vekilanar  Год назад

      @@FirengizNazFirengizNaz neçə vaxtdı ayrı yaşayırsız bəs?

  • @sohretgasanov6920
    @sohretgasanov6920 2 года назад

    qızıl zinət əşyalarının ancaq qadnlarda qalması haksızlıxdı