Valideynlik hüquqlarından məhrum etmə.

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Bu video paylaşımda siz valideynlik hüquqlarından məhrumetmənin halları, onun hansı qaydada həyata keçirilməsi, valideynlik hüquqlarından məhrumetmənin nəticələri və valideynlik hüquqlarının yenidən bərpa edilməsi barədə məlumat əldə edə bilərsiniz.
    Vəkil Anar Məmişovla əlaqə vasitəsi:
    055-704-39-81
    Bakı şəhəri, 6 saylı Vəkil Bürosu
    Ailə Məcəlləsindən çıxarış.
    Maddə 64. Valideynlik hüquqlarından məhrumetmə
    64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
    64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
    64.0.2. alimenti qəsdən ödəmədikdə;
    64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
    64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
    64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;[23]
    64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
    64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
    Maddə 65. Valideynlik hüquqlarından məhrumetmə qaydası
    65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.
    65.2. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.
    65.3. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.
    65.4. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.
    65.5. Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.
    Maddə 66. Valideynlik hüquqlarından məhrumetmənin nəticələri
    66.1. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.
    66.2. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.
    66.3. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir.
    66.4. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir.
    66.5. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər.
    66.6. Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.
    Maddə 67. Valideynlik hüquqlarının bərpası
    67.1. Valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı, uşağın tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir.
    67.2. Valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir.
    67.3. Valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.
    67.4. Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi ilə birlikdə uşağın valideynlərə (onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər.
    67.5. Valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olarsa, məhkəmə valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər.
    67.6. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər.
    67.7. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz.

Комментарии • 71

  • @secill
    @secill 3 года назад +3

    Emeğinize bilginize saglik.

  • @incieliquliyeva8590
    @incieliquliyeva8590 2 года назад +1

    Gozel danismisiz emeyinize sagliq

  • @alimalim8111
    @alimalim8111 3 года назад +2

    👍👍👍

  • @mehemmedismayilov2694
    @mehemmedismayilov2694 Год назад

    Salam xayis eliyirəm mənədə cavab verediz. Mənim 1 qızım var 4 yaşında 8 aylıq olanda bosanmisam qız atası heç tanımır ata görüşdən imtina demişdi ində qızımın 4 yaşı var görüşü istəyir görüş vermişəm amma qızım görüşür ağlayır onu görəndə istemi usaqi. amma məcbur edilər İcra məmur görüşdür deyir amma almet borcun ödəmir ata ruhi fozuntus var 2ci qurup elild istəmə quveside varı mənə 140 manat allimet məhkəmə kesim

  • @ayazbabayev1790
    @ayazbabayev1790 2 года назад +1

    Əgər,18yaşına çatmış bir yetkin şəxs öz valideyndindən (ata və yaxud ana) imtina etmək isteyirsə,bu mümkündür dü? İmtina səbəbi:,gecimsizlik,valideynlə fərdin anlaşa bilməməsi və s..

    • @vekilanar
      @vekilanar  2 года назад

      Salam qanunvericilikdə valideyndən imtina etmək anlauıçı yoxdur şəxs 18 yaşına çatıbsa artıq yetişkin şəxsdir valideyindən asılı olmadan istədiyi kimi yaşaya bilər.

  • @XeyalAskerov
    @XeyalAskerov 7 месяцев назад

    Salam, artıq boşanmış tərəflərdən birinin Valideyn hüququndan məhrum etmək üçün də Mediasiyaya müraciət olunmalıdır yoxsa bir başa Məhkəməyə? Öncədən təşəkkür edirəm !

    • @vekilanar
      @vekilanar  7 месяцев назад +1

      Əvvəl mediasiya sonra məhkəmə

    • @XeyalAskerov
      @XeyalAskerov 7 месяцев назад

      @@vekilanar Təşəkkür edirəm !

  • @sefarzayeva2248
    @sefarzayeva2248 Год назад +1

    Salam Anar bəy mənim 18 yaşım hələ tamam olmayıb , 2 ay sonra tamam olacaq , dediyiniz problemləri yaşayıram , valdeyinimi üstümdəki hüquqdan məhrum edə bilərəm ?

    • @vekilanar
      @vekilanar  Год назад

      2 ay sonra müstəqil adam olursuz valideynlik hüququndan məhrumetmə məhkəmə qsydadında və bundan daha uzun müddətə olur.

    • @sefarzayeva2248
      @sefarzayeva2248 Год назад

      @@vekilanar çox sağolun cənab vəkil

  • @melikovasevinc5735
    @melikovasevinc5735 2 года назад

    Anar bəy salam. Mənim oğlumun 18yasi bitməsinə 7gun qalıb. Ata tərəfdən babası 1989 ci ildə həbs yatib. Bunun oqlumun əsgərliyinə və dövlət işinə (polisdik FHR və s.)qəbul olmasına maneçiliyi var deyə eşidirəm və bu mənidə oqlumuda narahat edir buna görədə oqlumu adımdan çıxartmaq fikri formalaşıb məndə (atası vəfat etdib)Bu nə dərəcədə doğrudur xahiş etsəm bu haqda bir video çəksəniz sevinərdim. Nə etməliyəm mən xahiş edirəm fikir bildirin. Oqlumun boyu və bədəni iri cüssəli olduquna görə (İdmanla məsquldu)əsgərlikdə xüsusi yerlərə düşəcəyini deyirdilər

    • @vekilanar
      @vekilanar  2 года назад

      qohumluqdan çıxartma deyilən bir prosedur mümkün deyil.

  • @novruzaliyev170
    @novruzaliyev170 2 года назад +1

    Valdein huqunda mehrum olsa, alment verir?

    • @vekilanar
      @vekilanar  2 года назад +1

      bəli vəzifələri saxlanır

  • @nazil6902
    @nazil6902 Год назад +1

    Salam xaiş edirəm mənədə cavab verin məni yoldaşımı və iki uşağımı qayınatam evdən çıxardır bu evdən mənim usagimada pay düşürmü cavab verərdiz xaiş edirəm 😔

    • @vekilanar
      @vekilanar  Год назад +1

      ev kimin mülkuyyətindədir?

    • @nazil6902
      @nazil6902 Год назад

      @@vekilanar qayinatamin

  • @incieliquliyeva8590
    @incieliquliyeva8590 2 года назад +1

    Salam 4yasin icinde bir oglum 5yasin icinde bir oglum var. 3ildi bosanmisam ve atasi usaqlari yeniden almaq isdeyir. Almaq ehtimali varmi? Azyasli usaqi mehkeme ataya vere bilermi?

    • @vekilanar
      @vekilanar  2 года назад

      salam o işin hallarından asılıdır. Konkret nəsə demək üçün işin hallarını bilmək llazımdır.

    • @incieliquliyeva8590
      @incieliquliyeva8590 2 года назад +1

      @@vekilanar Isin hali beledir. Usaqlari isdedikleri vaxd gosdermisem usaqlarin pisxologiyasini dusunduyumcun qonsuyuq. Oyresibler usaqlara

    • @incieliquliyeva8590
      @incieliquliyeva8590 2 года назад +1

      @@vekilanar Indi teleb edir 3ilden sonra.. usaqlar balacadi.. Men ne etmeliyem? Qeyyumluq arasdiracaq dedi. Qeyyumluq neyi arasdirir ki?

    • @vekilanar
      @vekilanar  2 года назад +1

      Qəyyumıuq rəy verir ki uşaqların hansı valideynin yanında qalması onlarən mənafeyinə daha çox uyğun gəlir.

    • @incieliquliyeva8590
      @incieliquliyeva8590 2 года назад

      @@vekilanar Oglan evli olarken men hamile olarken anasigil doyub meni xesdexanaliq elemisdiler. Ve bosandiqdan sorada doymusdu yoldasim polise muraicet elemisdim tutulmusdu..

  • @jalehasanova5035
    @jalehasanova5035 3 года назад +2

    Salam.Sizlə necə əlaqə saxlamaq olar? Əlaqə nömrəsi yaza bilərsiz zəhmət olmasa?

    • @vekilanar
      @vekilanar  3 года назад

      salam 055 704 39 81

    • @orxanbehbudov6288
      @orxanbehbudov6288 10 месяцев назад

      @@vekilanar salam vekil bey turmede olan sexsin dovletin verdiyi corek pulusu turmede qaldigi meselen bir il qalirsa 12.ayin pulu turmeden cixdigdan sonra verilir?

    • @vekilanar
      @vekilanar  10 месяцев назад

      @@orxanbehbudov6288 xeyr

    • @orxanbehbudov6288
      @orxanbehbudov6288 10 месяцев назад

      @@vekilanar cox sagolun cavab yazdiginiz ucun zehmet olmasa bir sualimida cavablandirardiz bir yaxinim aliment borcuna gore turmededir deyirki mene burda reyis deyirki burda qaldigin bir ilin borcu gelmeyecek borc usdune bir ilin pulunu odemeyeceksen isnen temin edibler deyiblerki ona burda isdiyib odediyin pul borcunan gedir burda qaldigin pulunu ne burda nede cixanda odemeyeceksen bele birsey mumkundurmu?

    • @vekilanar
      @vekilanar  10 месяцев назад

      @orxanbehbudov6288 çıxandan sonra ödənilməlidir

  • @inthegagi
    @inthegagi 2 года назад

    Salam Anar bəy əgər uşağın 18 yaşı olmağına az bir müddət qalıbsa və artıq ailəsindən imtina edirsə nə etməlidi

    • @vekilanar
      @vekilanar  2 года назад

      ailədən imtina deyilən bir anlayış yoxdu 18 yaşı tamam olandan sonra sərbəst şəxs kimi istədiyini edə bilər.

  • @RogerEffect
    @RogerEffect 2 года назад +1

    Salam 18 yaşına çatmış və ya çatmayan birisi öz valideynlərindən rahatlıqla imtina edə bilər? Sadəcə uşağın öz istəyi ilə.

    • @vekilanar
      @vekilanar  2 года назад

      Valideyndən imtina mümükün deyil.

    • @RogerEffect
      @RogerEffect 2 года назад

      @@vekilanar Niyə?

    • @RogerEffect
      @RogerEffect 2 года назад

      @@vekilanar Gərək xarici ölkə vətəndaşı olubda İmtina edəsən?

    • @aidan-lp2dy
      @aidan-lp2dy 2 года назад +1

      @@RogerEffect Bu hallar olandan sonra imtina edə bilər.
      1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 2. alimenti qəsdən ödəmədikdə; 3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; 4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

    • @vekilanar
      @vekilanar  2 года назад

      18 yaşa kimodir o hallar və o hallar valideynlik hüququndan məhrum etmə üçün ədasdl valideyndən imtina üçün yox.

  • @azeribasss
    @azeribasss Год назад

    Size sual verim menim anam rəhmətə gedib amma atam sağdır ondan da imtina etmişəm himayəçiliye verilmiş em ve anamın aldığı pensiya mene kesilmelidir men o pulu necə yaşima kimi ala bilerem deyərdizdə zəhmət olmasa

    • @vekilanar
      @vekilanar  Год назад

      salam sizin neçə yaşınız var ki?

  • @tamamtamam8020
    @tamamtamam8020 10 месяцев назад

    Salam anamla atam boşanıblar men anamın himayəsindəyəm atamı velideyinlik hüqüqundan mehrum etmek isteyirem yaşım 17 4 ay sonra 18 olacaq

    • @vekilanar
      @vekilanar  10 месяцев назад

      salam əsas nədir valideynlik hüququndan məhrum etmək üçün? həm 18 yaş tama olursa buna ehtiyac yoxdu onsuz artıq tam fəaliyyət qabilllətli şəxs olursuz və valideynin hansısa hüququ qalmır.

  • @Gunay970
    @Gunay970 2 года назад +1

    Siznen necə əlaqə saxlayim

  • @vasifhebibov7132
    @vasifhebibov7132 6 месяцев назад

    Salam usaqlara nene baxa bbiilermii ana isde olsun vee. Ata. Onaa narazidiki nenenninn terbiyesi ile mesgul. Olmagina

    • @vekilanar
      @vekilanar  6 месяцев назад

      sualınızı tam anlaya bilmədim. biraz ərafkı izah edin.

  • @novruzaliyev170
    @novruzaliyev170 2 года назад

    Uşaq yaş yarımdı anası analıq huquqdan mehrum ede bilerem?

    • @vekilanar
      @vekilanar  2 года назад

      əsas varsa mümkünür

    • @novruzaliyev170
      @novruzaliyev170 2 года назад

      Uşaqa baxa bilmir özde etiraf edir ne uşaq ne mene baxır özü üçün yaşamaq istiyir.

  • @mehemmedismayilov2694
    @mehemmedismayilov2694 Год назад

    Məni indi nə edmeliyem

  • @eliselisov7187
    @eliselisov7187 Год назад

    Exlaqsizliq ede biler ?

  • @mehemmedismayilov2694
    @mehemmedismayilov2694 Год назад

    Atanın xəstəliyi odu üçün usaqi əlindən ala biler

    • @vekilanar
      @vekilanar  Год назад

      xeyr

    • @mehemmedismayilov2694
      @mehemmedismayilov2694 Год назад

      Anadan usaqi almaq isteyirler ama ata ruhi xesetelik raportu var onada anadan gene ala bilerler usaqi 4 yasi var xayis edrem cavab yazadiz

  • @mehribanabbasova5018
    @mehribanabbasova5018 2 года назад +1

    daniwa bilmirsize. ureyim cekildi. e e e 🤦🏼‍♀️

  • @novruzaliyev170
    @novruzaliyev170 2 года назад

    Özde razdı intina edir 1aydı baxmır

    • @vekilanar
      @vekilanar  2 года назад

      öz razılığı ilə olmur əsas olmalıdır

    • @novruzaliyev170
      @novruzaliyev170 2 года назад

      @@vekilanar 1 ildi allah bili başma neler getirib.

  • @yigityldrm458
    @yigityldrm458 3 года назад +2

    Emeğinize bilginize saglik.