Cəbrayılda 33 ümumi yaşayış binası tikiləcək - Prezidentin izi ilə - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 20 сен 2024
  • #APATV #prezident #prezidentaz #ilhamaliyev #Cəbrayıl #Zəngilan #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Cəbrayılda 33 ümumi yaşayış binası tikiləcək - Prezidentin izi ilə - APA TV
    Prezidentin izi ilə Cəbrayıl və Zəngilan şəhərinə təşkil olunan media tura start verilib.
    Media nümayəndələri ilk olaraq Cərbayıl şəhərində prezident İlham Əliyev tərəfində təməli qoyulan inzibati binanın tikiləcəyi ərazidə olublar.
    Cəbrayıl şəhərində inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət iki korpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur.
    Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb.
    Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.
    Cəbrayıl şəhərində 33 ümumi yaşayış binası tikiləcək.
    Yaşayış kompleksi Cəbrayıl şəhərinin inzibati ərazisində 7,87 ha ərazidə inşa edilir və tikinti işlərinə bu ilin aprel ayının sonlarında başlanılıb.
    Yaşayış kompleksində 6 kvartaldan ibarət olan və 33 ümumi yaşayış binası tikiləcək. Burada 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8 mənzilin 2-3 otaqdan ibarət studiya tipli olması, 392 mənzilin üçotaqlı, 168 mənzilin isə dördotaqlı olması nəzərdə tutulub.
    Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşması nəzərdə tutulur.
    Media nümayəndələri 2022-ci ilin oktyabrın 19-da təməli qoyulan, sentyabrın 28-də istifadəyə verilən Cəbrayıl Elektrik Şəbəsi Rəqəmsal İdarəetmə Mərkəzində də olublar.
    2022-ci ilin oktyabrın 19-da təməli qoyulan Cəbrayıl Elektrik Şəbəsi Rəqəmsal İdarəetmə Mərkəzi sentyabrın 28-də istifadəyə verilib.
    Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu açıqlamasında bildirib ki, Rəqəmsal İdarəetmə Mərkəzi ümumilikdə Cəbrayıl şəhərinin təlabatına uyğun olaraq fəaliyyət göstərəcək:
    "Tələbata uyğun olaraq biz yeni güc mərkəzləri də yaradacağıq. Rəqəmsal İdarəetmə Mərkəzi ilə bağlı bir məqamı da qeyd edim ki, ənənəvi yerüstü dayaqlar və xətlər olmayacaq. Şəhərin baş planına uyğun olaraq tamamilə yeraltı, izolyasiyalı müasir naqillər vasitəsilə proses həyata keçiriləcək." Bundan başqa qurum rəsmisi onu da qeyd edib ki, rəqəmsal mərkəz ətraf rayonlarla Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut dairəvi sxem əsasında fəaliyyət göstərəcək. Burada abonent qəbul şöbəsi də var”.
    Vaqif Aydınoğlu bildirib ki, əməkdaşların normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
    Emin Babayev, Fəzail Səfərov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 1