Atası Naxçıvanlı olan Türk Kinosunun Sultanı Türkan Şoray - XÜSUSİ REPORTAJ

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • Türk kinosunun sultanı ünvanını daşıyan aktrisa 1945-ci il iyunun 28-də İstanbulda doğulub. O, bir məmur ailəsinin ilk övladı idi. Bioqrafiyasında atası çərkəz əsilli yazılsa da, Türkan Şoray müsahibələrindən birində ata tərəfdən azərbaycanlı, Naxçıvandan olduğunu demişdi. İndiyədək bunu dilə gətirən yeganə mənbə də onun özüdür. Anası isə Selanikdəndir.
    O, 1960-cı illərdə kino sahəsində özünü tanıdır, aktrisa kimi hamının ürəyində taxt qurur. Gözəlliyi, ələlxüsus gözləri, baxışı milyonlarla insanın ürəyini fəth edir. Hətta bir çox qadınlar həyat yoldaşına Türkan Şorayı qısqanırdı.
    Şorayın atası vəfat etdikdən sonra ailə sıxıntılar içində yaşayır və anası Meliha Şoray qızının aktrisa olmasına dəstək olur.
    Türkan kinoya necə gəldiyindən bəhs edən xatirələrini belə izah edir:
    “Kinoya gəlişim belə oldu: qonşuluqda film çəkmək üçün komanda gəlmişdi, baş rolda oynayan aktrisanı görəndə düşündüm, nə gözəl xanımdır. Bu qadın Muhterem Nur idi. Bir kişi yanıma gəldi və dedi, filmlərə çəkilmək istəyirsən? Qorxdum və dərhal evə qaçdım. Sonradan bu adamın Memduh Ün olduğunu öyrəndim”.
    Gözəl qadın olsa da, sevgidə bəxti o qədər də gətirmir. 20 il “Qalatasaray”ın keçmiş vitse-prezidenti Rüçhan Adlı ilə münasibət qurur. Bu cütlük film çəkilişində tanış olur və Rüçhan Şoraydan düz 23 yaş böyük idi.
    Türkiyədə Türkan Şoraya niyə sultan deyilir?
    Adlı Şoraya göndərdiyi çiçək buketlərinə yapışdırdığı kartlarda və qeydlərdə həmişə “sultanım” yazırmış. Türkan Şoray Türk kinosunun və xalqının sultanı olmağa başlayır. Bir müddət sonra Türkan Rüçhandan ayrılır. Səbəb onun birinci ailəsindən boşanmaması olur. Amma ürəyində balaca da olsa sevgisini daşıyan aktrisa 1995-ci ilin avqustunda xəstəxanaya yerləşdirilən Adlını son anlarınadək tək qoymur.
    1983-cü ildə aktyor Cihan Ünalla evlənir. 1987-ci ildə ayrılır və bu evlilikdən Yağmur adlı qızı dünyaya gəlir.
    Türk filmlərinin sultanı rejissor Lütfi Akadla uzun illər birlikdə çalışır. “Lütfi Akad mənim möcüzə rejissorumdur” deyir. O, mənə deyirdi ki, sənin gözlərin gözəldir və sən gözlərinlə oynamalısan.
    Bəli, Türkiyənin sultanı Türkan Şoray haqqında çox danışmaq olar. Onun gözəlliyi, sənəti hər zaman bizim qəlbimizdədir.
    Pulsuz Elanlar- tut.az
    baku.tv​
    / ​
    / ​
    Abone Olun ► www.youtube.co...
    Kanalda bütün müəllif hüquqları qorunur. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
    #BakuTv #Azerbaycan #trend

Комментарии • 150