🍋🍋LİMON ŞİRNİYYATI

Поделиться
HTML-код
  • Опубликовано: 9 май 2023
  • MEYVƏ ŞİRNİYYATI 🍋🍋🍋
    RUclips kanalımda Meyvə şirniyyatı videosu var.
    Xonçaların bəzəyi:
    ✍🏻 🗒 📃
    Lazım olan ərzaqlar :
    🌺3 ədəd - yumurta
    🌺2 stəkan - şəkər kirşanı
    🌺250 qr- yumşalmış kərə(marqarin)
    🌺200 qr- xama
    🌺1 ədəd vanil , 1 ədəd qabartma tozu , hil, keşniş toxumu(üyüdülmüş)
    🌺1 kq - un
    Krem:
    🌺2 banka qatılaşdırılmış süd+doğranmış qoz ləpəsi - 100 qram
    🌺2 bağlama sarı rəng -qida boyası
    1 stəkan-ilıq su
    🍋🍋🍋
    Yumurta , şəkər kirşanı yaxşı çalınır, ağaranadək. Kənarda yağ,xama una əlavə edilir, sonra üzərinə yumurta şəkər kirşanı kütləni, vanil, qabartma tozu əlavə edilir. Yaxşı yoğurib xəmiri kloka qoyub 1 saat soyuducuda saxlayırıq.
    Balaca kündələr tuturuq. Limon şirniyyatı üçün 🍋 kündəni 45 qr etdim. Soba qabına düzüb, 5-10 dəqiqə gözləyirik. Öncədən isidilmiş sobada 160 dərəcədə bişirilrik. Üzəri qızarmasın. Soyuduqdan sonra alt hissəsini balaca qaşıqla oyuruq sonra aralarına bişmiş squşonnu+ qoz qsrışımını çəkib yapışdırırıq. Sonra hər üzünü boyaya batırıq salfetin üzərinə düzürük. Sonra da şəkər tozuna batırıq , baş hissəsinə yarpaq taxıb qaba düzürük.🍋🍋🍋
    Əzizlərim, bu reseptdən 20 ədəd alındı limon şirniyyatı
    #ilmusenin_bisirdikleri #ilmuseninbisirdikleri #şirniyyat #sunum #sunumönemlidir #kurabiyetarifleri #ilmuseninbildikleri #azərbaycanmətbəxi

Комментарии • 16