'Meyvələr'şirniyyatı

Поделиться
HTML-код
  • Опубликовано: 4 мар 2022
  • 🔸️XƏMİR ÜÇÜN;
    🔹️2yumurta,1st.şəkər tozu,
    🔹️250qr.yağ, (yumşalmiş)(marqarinlə də olar)
    🔹️200qr.smetan,
    🔹️1vanil,1qabartma tozu,duz,
    🔹️Aparana qədər un.
    🔹️Arası üçün;
    🔹️1əd.qaynadılmış süd, (varyonıy sq.moloko.)
    🔹️Zövqə görə qoz.
    🔹️Üzərinə qida boyaları və şəkər tozu.
    🔸️Hazırlanması;
    Yumurta,şəkər tozu,duz ,bunları əl çırpanla vəya mikserlə çalın.Yağı qatıb əlinizlə qarışdırın,smetanı əlavə edib qarışdırın.
    Un,vanil ,qabartma tozunu da ələkdən keçirib xəmir yoğurun.
    Xemir normal ələ yapışmayan xəmir olmalıdı.15-20dəq.xəmiri gözlədin.
    🔸️Meyvələr təxmini neçə qr.-dan götürülməli olduğunu qeyd edirəm.👇
    🍐Armud 40-45qr.
    🍏Alma 50-55qr.
    🍑Şəftəli 40-45qr.
    🍋Limon 40-45qr.
    🍊Narıngı 30-35qr.
    🫒Alça 10-15qr.
    🥭Ərik 30-35qr.
    Əlinizlə meyvə forması verib əvvəlcədən qızdırılmış sobada 180°C üzəri qızarmamaq şərtilə təxmini 15dəq. bişirin.
    Nuş olsun😊

Комментарии •