İslam Səfərli-YADIMA DÜŞDÜN "Dəydi saçlarıma bahar küləyi, Nazəndə sevgilim, yadıma düşdün. Hərənin baxtına bir gözəl düşər, Sen de tekce mənim adıma düşdün, Nazəndə sevgilim, yadıma düşdün. Sənsiz dağ döşünə çıxdım bu səhər, Ötdü qumru kimi gur şəlalələr. De, niyə yalqızsan, sordu lalələr, Qövr etdi niskilim, yadıma düşdün, Nazəndə sevgilim, yadıma düşdün. Bir müddət dost kimi gəzdik yanaşı, İncitdim qəlbini, mən oldum naşı. Sənsiz, ey gözəlim, bağrımın başı Oldu dilim-dilim, yadıma düşdün, Nazəndə sevgilim, yadıma düşdün."
İslam Səfərli-YADIMA DÜŞDÜN
"Dəydi saçlarıma bahar küləyi,
Nazəndə sevgilim, yadıma düşdün.
Hərənin baxtına bir gözəl düşər,
Sen de tekce mənim adıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.
Sənsiz dağ döşünə çıxdım bu səhər,
Ötdü qumru kimi gur şəlalələr.
De, niyə yalqızsan, sordu lalələr,
Qövr etdi niskilim, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.
Bir müddət dost kimi gəzdik yanaşı,
İncitdim qəlbini, mən oldum naşı.
Sənsiz, ey gözəlim, bağrımın başı
Oldu dilim-dilim, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün."