“İradənlə qalib gəl!” Horadiz

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • “İradənlə qalib gəl!”
    9 noyabr - Bayraq günü münasibəti ilə Gənclər və İdman Nazirliyi 1 noyabr tarixindən başlayaraq ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalara start verir.
    Bu sırada 1-2 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Komplekslərində (OİK) açıq qapı günləri tədbirləri təşkil olunub. Bu aksiyanın məqsədi gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan geniş gənclər kütləsini tanış etməkdir, onları sağlam həyat naminə sadə idman oyunları və hərəkətlərini etməyə alışdırmaqdır.
    Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq - uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.
    Rayonlarda gənclərin bu aksiyada iştiraka dəvəti rayon gənclər və idman idarələri, sosial şəbəkələr, könüllülər vasitəsi ilə aparılır.
    Aksiya çərçivəsində futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, badminton, şahmat və s. yarışlar və əyləncəli idman oyunları təşkil edilib. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunub. Eyni zamanda hər rayonda müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçirilib.
    Başlayın və qoy iradəniz qalib gəlsin!

Комментарии •