Hamilə qalmaq problemi yaşayan cütlüklər nəyə diqqət etməlidir?

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • Sonsuzluq nə dərəcədə yayılmış problemdir?
    "Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar arasında sonsuzluq hallarının artması müşahidə edilir. Belə ki, əgər 2000-ci ildə cəmi 726 sonsuzluq halı qeydə alınmışdırsa, 2013-cü ildə artıq 2289 qadına sonsuzluq diaqnozu qoyulmuşdur."
    Sonsuzluq ancaq qadın problemidir?
    Xeyr. Problem həm qadın, həm də kişi ilə bağlı ola bilər.
    Kişilərdə hansı hallar sonsuzluğa səbəb olur?
    Hallar müxtəlif ola bilər. Səbəbi öyrənmək üçün ilk növbədə spermanı müayinə edirlər. Spermada spermatozoidlərin sıxlığını, hərəkətini və formasını öyrənirlər. Bəzi infeksion və qeyri-infeksion xəstəliklər kişilərdə sonsuzluğa səbəb olur.
    Spermaya təsir edən hallara aiddir
    • Varikosele və ya xaya venalarının genişlənməsi. Bu, xayalarda hərarətin artması və spermatozoidlərin sayının azalması və formasının pozulmasına səbəb ola bilər.
    • Bir sıra xəstəlik və hallar. Məsələn, diabet, travma, infeksiya, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilən kimyəvi terapiya və şüa terapiyası
    • Zərərli vərdişlər. Məsələn, həddindən çox spirtli içkilərin qəbulu, tütünçəkmə, anabolik hormonların istifadəsi (adətən idmançılar və ya atletlər tərəfindən), narkotik maddələrin istifadəsi
    • Ətraf mühitdə olan toksinlərin təsiri. Məsələn, kənd təsərrüfatında istifadə edilən pestisidlər, qurğuşun və s.
    Spermaya təsir edən hallara aiddir
    • Varikosele və ya xaya venalarının genişlənməsi. Bu, xayalarda hərarətin artması və spermatozoidlərin sayının azalması və formasının pozulmasına səbəb ola bilər.
    • Bir sıra xəstəlik və hallar. Məsələn, diabet, travma, infeksiya, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilən kimyəvi terapiya və şüa terapiyası
    • Zərərli vərdişlər. Məsələn, həddindən çox spirtli içkilərin qəbulu, tütünçəkmə, anabolik hormonların istifadəsi (adətən idmançılar və ya atletlər tərəfindən), narkotik maddələrin istifadəsi
    • Ətraf mühitdə olan toksinlərin təsiri. Məsələn, kənd təsərrüfatında istifadə edilən pestisidlər, qurğuşun və s.
    Qadın sonsuzluğunun səbəbi nə ola bilər?
    Hamiləlik baş verməkdən ötrü qadında fəal olan yumurtalıqlar, fallop boruları və uşaqlıq olmalıdır. Bunların hər hansı birinin zədələnməsi və ya funksiyalarının pozulması qadında sonsuzluğun yaranmasına səbəb ola bilər. Abortlar, xüsusən təkrarlanan abortlar çanağın iltihab xəstəliyi, o cümlədən, fallop borularının və uşaqlığın zədələnməsinə gətirə bilər. Abort və çanağın iltihab xəstəliyi sonsuzluqla yanaşı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb ola bilər.
    Yumurtalıqların fəaliyyəti
    • Hər 24-32 gündən bir müntəzəm aybaşının olması, adətən ovulyasiyanın baş verməsindən xəbər verir. Ovulyasiya haqda qabaqcadan xəbər verən əlamətlər mövcuddur. Qadının qanında progesteronun səviyyəsini təyin etməklə ovulyasiyanın baş verib verməməsini müəyyən etmək olar (ovulyasiya zamanı qanda progesteronun səviyyəsi artmış olur). Qadınlarda aybaşı dövrü orta hesabla 28 gün çəkir. Qanaxmanın ilk günü aybaşı dövrünün birinci günü hesab edilir.
    • Qeyri-müntəzəm aybaşıları olan qadında çox güman ki, ovulyasiya baş vermir. Ovulyasiyanın olmamasına gətirən mümkün səbəblərə aşağıdakılar aid edilir:Yumurtalıqların polikistozu (YPK). YPK xəstəliyi qadın orqanizmində hormonlar arasında tarazlığın pozulması ilə müşayiət olunur və normal ovulyasiyanın baş verməsini əngəlləyir. YPK qadınlarda sonsuzluğun ən çox yayılmış səbəbidir.
    • Funksional hipotalamik amenoreya (FHA). Həddindən çox fiziki və ya emosional stresə məruz qalan, o cümlədən, həddən artıq intensiv idmanla məşğul olan və ya bədən çəkisi çox aşağı olan qadınlarda FHA inkişaf edə və amenoreyaya (aybaşıların olmamasına) gətirib çıxara bilər.
    • Yumurtalıqlarda ehtiyatın azalması (YEA). Yumurtalıqlarda ehtiyatın azalması adətən anadangəlmə, tibbi, cərrahi əməliyyat səbəbindən baş verən və ya digər səbəbi aydın olmayan hallarla bağlı ola bilər. Yaşa dolduqca qadınlarda yumurtalıqların ehtiyatı təbii olaraq azalır.
    • Menopauza (klimaks). Bu, yaşla bağlı yumurtalıqların fəaliyyətinin təbii azalmasıdır. Adətən, klimaks 50 yaş ərəfəsində baş verir və üzün qızdırması və qızarması, aybaşıların qeyri-müntəzəm olması ilə müşayiət edilir.

Комментарии • 51

  • @pinarnagiyev4525
    @pinarnagiyev4525 3 года назад +1

    Salam doxtur məndə də falekul bunun üçün nə etməliyəm faleukulun yetişməsi çox ciddi bir şeydir sonsuzdug sayılır? Çox xaiş edirəm cavablandirin.

  • @ildrmnesirov7306
    @ildrmnesirov7306 3 года назад +3

    Salam.hekim menim 29 yaşım var 3 qız övladım var.3 ildirki heç bir hamiləlik yaşamamışam.bunun səbəbi yaşla əlaqəli ola bilərmi?

  • @aygunskerova3591
    @aygunskerova3591 3 года назад +2

    Doktor tebbi necə yaşadek hamile qalmaq olar.

  • @gulshenmemmedova320
    @gulshenmemmedova320 4 года назад +1

    salam doktor men avqustun 2 xestelendim .29 birde xestelendim.eslinde sentyabrin 2 olmaliydim bunun sebebini zehmet olmasa aciqla

  • @shebnemmemmedova956
    @shebnemmemmedova956 5 лет назад +1

    Salam size horman ve usm analizlerinim neticesini gondersem diaqnoz qoya bilersiniz?oz hekimime guvenmirem

  • @renkamika5303
    @renkamika5303 3 года назад +3

    Salam.hekim.menim.40.yaslm.var.evlladlm.var.yenede.istirem.olsun.aybasl.normal.ancag.qalmlram.sebeb

  • @sulhiyyefeyziyeva8772
    @sulhiyyefeyziyeva8772 4 года назад

    Salam həkim.Mənim qızımda aybaşı olduqdan bir il sonra ,vajinadan su gəlməyə başladı ,hələdə davam edir .Bunun səbəbini bilmək istərdim .Zəhmət olmasa .Əvvləcədən təşəkkür edirəm .

  • @alikismayilov47
    @alikismayilov47 4 года назад +1

    Salam doktor. Bizim birinci övladımız olandan sonra. Onda olan qulaq probleminə görə.anadan gəlmə sol qulaqi baqlidir.bizə dedilər ki ana müalicə olunmaliymis.bu səbəbdən Yoldaşım ikinci dəfə hamilə qalanda biz bir ayliqinda abort elətdirdik. Üçüncü hamiləliyinde ikinci ay olmasına baxmayaraq inkişaf getmədiyinə görə həkimin məsləhəti ilə ikinci dəfə abort olundu.artiq iki ildir ki yoldaşım hamilə qalmır iki ay olar ki yenidən müalicə alıb və buna baxmayaraq yenə hamilə qalmaq ehtimalı görülmür.xahis edirəm artıq dərəcədə bir qardaş kimi məsləhət verərdiniz.əvvəlcədən minnətarliqimzi bildiririk.

  • @velieliyev7685
    @velieliyev7685 2 года назад

    Salam doktor mənim qızımda uşaqlar qüsulu olur 3.həkim deyişmişiy bilən yoxdu hara müraciət edey gen ,qan yoxlanıb müsbətdi zehmət olmasa yazardz

  • @yusifsalahov8967
    @yusifsalahov8967 Год назад

    Salam. Menim 2ci hamileliyim inkisafdan qalmisdi. Yarimciq hamilelik olduquna gore dosumde maye var.analiz verdim prolaktirin deyil dediler yarimciq hamilelikden qalan mayedir dedi hekim. Men hamile qala bilmirem dosumde olan maye hamile qalmagima engel ola bilermi?

  • @xeqaniahmedov2114
    @xeqaniahmedov2114 4 года назад

    Salam doktor mende biray olarki dowlerimde qawinma ve goyneme var bu neynen alaqeli ola biler

  • @hemidemaqamedova4660
    @hemidemaqamedova4660 6 лет назад +2

    Salam hekim....size sualim aybawi qurtardigdan nece gun sonra hamile qalmag wansi olur? Zehmet olmasa cvb vererdiz de...

    • @meleknur2105
      @meleknur2105 6 лет назад

      10gun

    • @denizmemmedova1018
      @denizmemmedova1018 6 лет назад +2

      .

    • @salamirzoev239
      @salamirzoev239 4 года назад

      Salam doxdur mənim2ilim olacax hamilə qalmıram hormonalni pozğunluq 1ay ölü 1ay olmur yoldaşımda prablem yoxdu

  • @sahinceferov3670
    @sahinceferov3670 6 лет назад +2

    Salam hekim men 1defe hamile oldum usagmi itirdim sonram qala bilmirem bele yoxlaniliram falekullar vaxdi vaxdinda partiyir yetisir amma qala bilmirem yoldasmin spermaqramma analiz cavabi 20 faizdi spermi . 20 ile qalmag olur usaga ?.1ildi evliyem olmur

    • @ayxanaliyev1993
      @ayxanaliyev1993 5 лет назад +1

      Bəlkə ispermasi az gəlir

    • @hitkbr2361
      @hitkbr2361 4 года назад

      Canim spermasini faizi azdir en asaqi ozun qalmaq ucun men bilesi ha hekim en doqrusunu bilir 25 %dan yuxari olmalidi.allah komeyin olsun

    • @semabayramli2067
      @semabayramli2067 2 года назад

      usaqiniz oldu?

  • @aykaatakisiyeva3860
    @aykaatakisiyeva3860 3 года назад

    Salam həkim zəhmət olmasa cavab verərdiniz mənim 2 uşağım var balaca uşağ 4 yaşı var mən hamilə qalmıram 5 ay əvvəl kısta da əməliyyat olmuşam nədən ola bilər

  • @DenizOmer-zy8sm
    @DenizOmer-zy8sm 5 месяцев назад

    Salam doktor 3 hekim deyismisen diyaqnoz qoyulduki falikul yetismir partlamlr maliceden sonra yetisdi ancaq yene partlamadl basqa hekime getdim bildirdiki borularln bagldl aclldl catlama iynesi vuruldu vaxtlnda evvel aybasl oldum helede hamilelik yoxdu Ne etmeliyem

    • @ginekoloqrasadsultan
      @ginekoloqrasadsultan  5 месяцев назад

      salam. 051-717-55-15 nömrəsi ilə əlaqə saxlayın zəhmət olmasa. Ətraflı müalicə və müayinədən sonra tam diaqnoz qoymaq mümkündür.

    • @love....347
      @love....347 2 месяца назад

      Salam necə olduz?

    • @DenizOmer-zy8sm
      @DenizOmer-zy8sm 2 месяца назад

      @@love....347 heleki hamilelik yoxdu qismet Allahdan yeqinki mesleheti beledi

    • @love....347
      @love....347 2 месяца назад

      @@DenizOmer-zy8sm boruları yoxladırmısan bacı

  • @nicatim6440
    @nicatim6440 5 лет назад +1

    Salam , 2 ildi evliyem amma uwag olmur , yoxlanilmiwam butun her wey yaxwidi, trubalari yoxluyublar oda yaxwidi, yoldawimda yolanilib onda da hecne cixmiyib , sadece ikimizdede ureaplasma spp infekciyasi cixib bunun dexlisi varmi qalmaga? Birde ki ciddi infekciyadi? Men rasiyada qaliram burda deirlerki qorxulu birwey deil hamida olan weydi. Aybawimda vaxti vaxtinda olur... Zehmet olmasa cavab yazardiz

    • @tamerilkhan5037
      @tamerilkhan5037 5 лет назад

      Salam hekim 44 yaşlı bir gadin hamile gala bilirmi xaiş edirim cavab yazin

    • @resulliyev9659
      @resulliyev9659 4 года назад

      Salam xanim bizimde iki il olmadi övladimiz çox ciddi bir xestelikdi o qoymur hamile qalmaga ueropıazma yeni

    • @aylahuseynov4248
      @aylahuseynov4248 4 года назад

      Xanim infeksiya varsa mutleq mualice olmalisiz vaxtinda neter hamimda olar ele olmur tada durbaligin agzin tutur getdikce bizde qiz variyidi onda da eyni problemiydi bu arada mende qizam sadece oglan adiyla girmiwem narhat olmayin yazdigim cavaba gore.sadece mende Rasiya bolgesinde qaliram bu rus hekimlerinin bawimiza acdigi oyunlardan bezen biri kimi yazdim istedim.bilginiz olsun mutleq wekilde mualice olamalisiz iraq olsun.sora sozsuzluq yaradacaq

    • @hitkbr2361
      @hitkbr2361 4 года назад +1

      @@tamerilkhan5037 niye olmur aybasi gorursense muntezem Allah veren paydi verse vetecek

  • @ruhiyyehesenova3624
    @ruhiyyehesenova3624 3 года назад

    2 defe abortdan sora, nece faiz hamile qalma shansi var

  • @cemacema138
    @cemacema138 5 лет назад

    Eger kişi sifir derece spermasi deyim mualice edmeyle uşagi olar siz mualice ede bilersiz xahiş edirem cavablandirin

  • @user-qe2tk4fp4h
    @user-qe2tk4fp4h 2 года назад

    Salam hekim menim sol borumdaa kista var sag terfi normal isleyir hekim deyir hamile qala bilersen yoxlanmwam aparata dusmusem deyirki falekullun partlamisan mane olan nese var bu ne ola biler xaiw edirem Buna cvb yazin

  • @EfsaneAbzade
    @EfsaneAbzade 10 месяцев назад

    Salam vacap nomrenizi yazardizda zehmet olmasa

  • @mayilovem2879
    @mayilovem2879 5 лет назад +1

    Fokekulu patlaması üçün iynə vəya dərman hansıdır?

  • @nicatqasimov9338
    @nicatqasimov9338 4 года назад

    Salam hekim menim bir defe usaqim inkisafdan qalib sebebi de analizimde laxdalanma cixib mualicede olundum indi ikinci sefer ola biler tekrar

    • @nicatqasimov9338
      @nicatqasimov9338 4 года назад

      Xayis edirem cavablandirardiz.

    • @aliyevtacedddin6183
      @aliyevtacedddin6183 2 года назад

      Qala bildiz hamilə? Məndədə eyni sizi kimi olub

    • @semabayramli2067
      @semabayramli2067 2 года назад

      hamile qaldiz?

    • @semabayramli2067
      @semabayramli2067 2 года назад

      @@aliyevtacedddin6183 hamile qala bildiz mendede eledi

    • @nebihuseynov2303
      @nebihuseynov2303 2 года назад

      @@semabayramli2067 salam Xanim mendede olub ele bu ilin mart ayinan onan bu yana 2 ay qormuşam hekim deyib
      onan sorda qorumuram hələki qalamamisam
      Siz bəs?

  • @IvanIvanov-bb4rh
    @IvanIvanov-bb4rh 5 лет назад

    Mende hamile qalamram 5 ildir ki evileme adet keçkmelerimm olur

    • @miragaagalarov108
      @miragaagalarov108 4 года назад

      xanım hekime gedin proqistron çatışmır sizde aybaşı gecikdirir

  • @namiqbayramov4490
    @namiqbayramov4490 5 лет назад

    salam həkim mənim ay başı olduqdan başımda ağrılar olur 3 gün oluray başı 4 5 gündə ağrılar olur xaiş edirəm cavablayardız

    • @elnarebabayeva7382
      @elnarebabayeva7382 2 года назад

      Bezi adamlarda qarinda sanci bezilerinde baş agrisi olur menim xala qizida eledi başi agriyir daha cox agri olur