Keçmişdə aldığımız travmaların indiki qərarlarımıza təsiri | Aysel Allahverdiyeva | Söhbətgah

Поделиться
HTML-код
  • Опубликовано: 12 июн 2024
  • Bu dəfə #Söhbətgah-da ‪@DjTural‬ və ‪@AliKhayyam‬ uşaqlıq travmalarının indi verdiyimiz qərarlara təsirindən söhbət açdılar. Bu mövzuda qonaqları @paar.la Instagram səhifəsinin müəllifi və #thetahealing praktikası ilə məşğul olan Aysel Allahverdiyeva oldu.
    Theta healing nədir? Nələr uşaqlıq travmaları hesab edilə bilər? Bu travmalardan necə qurtulmaq olar? Bu kimi sualların cavabını bu buraxılışdan tapacağınıza əminəm. Çox sehrli bir buraxılış alınıb.
    Fikirlərinizi şərhlərdə yazın.
    Hansı uşaqlıq travmalarınız olub? Bu gün bu travmalar sizə necə mane olur? Bu barədə yazın.
    Söhbətgaha abunə olun: / @sohbatgah
    Instagram: / sohbatgah
    Facebook: / s%c3%b6hb%c9%99tgah-13...
    Telegram: t.me/sohbatgah
    Podkastı dinləmək üçün:
    Spotify: open.spotify.com/show/1eHR7Mb...
    Apple Podcast: podcasts.apple.com/us/podcast...
    Yandex Podcast: music.yandex.ru/album/18071206
    Google Podcast: podcasts.google.com/feed/aHR0...
    Spreaker: www.spreaker.com/show/sohbatgah
    00:00 Intro
    00:12 Təşəkkürlər Patronlar
    00:17 Giriş
    01:03 Kimdir insan?
    07:21 Travmalı insanlar travmasız uşaq böyüdə bilərlərmi?
    09:17 Şərtsiz sevgi nədir?
    11:11 Uşaqlıq travmalarımız verdiyimiz qərarlara təsir edə bilər?
    17:46 “Yaradıcı qüvvə” ilə necə bağlantı qura bilərik
    25:55 Nə vaxt ağlamalıyıq?
    33:42 “Overthinking”in qarşısını necə alaq?
    36:50 Hadisələrə necə reaksiya verək?
    41:35 İnsanlar niyə xəyanət edir?
    45:35 Fədəkarlıq
    50:00 Ruhumuzu necə tapa bilərik?
    56:00 Qafqazlılar xoşbəxtdir?
    1:05:28 Theta healing nədir?
    1:14:57 Bağlanış

Комментарии • 113

  • @sdullaxlilov8140
    @sdullaxlilov8140 2 года назад +71

    "Baxdığın mənəm , gördüyün sənsən" bu çox möhtəşəm ifadə idi , həmişəki kimi çox informativ və düşündürücü podcast idi .təşəkkürlər bunun üçün , davam edin dinlənilir və sevilirsiz.

  • @turaltural9126
    @turaltural9126 2 года назад +20

    Aysel xanım çox təcrübəlidir.
    Bəziləri yazıb ki,təcrübəsizdir.o yazanlar Aysel xanımın bildiyinin yarısınıda biımir.
    Maşallah olsun.Axıra qədər dinlədim.
    Çox gözəl,çox savadlı,çox ətraflı cavablayır bütün sualları.Afərin mənim gözəl qızım.

  • @fatimeimanzade7492
    @fatimeimanzade7492 2 года назад +46

    İz qoyursunuz ən gözəlidə budur,illər sonra qeyd dəftərimi açanda,Söhbətgah adını görən kimi xoş şeylər ,öyrəndiklərimi xatırlayacam.Madəmki,yaddaşmızda qalanlardan danışırsız,o zaman yaddaşımda çox gözəl qalmısınız 🕊

  • @miraghaaghayev668
    @miraghaaghayev668 2 года назад +17

    Mənim Allahımdan idi ki,sən gəncliyini yaşayardın,mən ümumiyyətlə olmayım.👍🏻

  • @nzrinabbasl9117
    @nzrinabbasl9117 2 года назад +19

    Həyatda çox şey yolunda getmeyine reğmen, bezen insanın içinde bir sıxıntı, ruhunda bir narahatlıq olur. İnanın sizin bu verliş terapi seansi kimi gəldi və özümü daha yaxşı hiss etməmə səbəb oldu. Aysel xanıma və sizə təşəkkürümü bildirirem :)

  • @lkbrmmmdov7458
    @lkbrmmmdov7458 2 года назад +27

    1 saatlıq bütün işləri qırağa atmağın vaxtıdır💚💙

  • @mehpareagasiyeva
    @mehpareagasiyeva 2 года назад +27

    Aysel xanım,bravo.
    Cox gözəl fikirlər,sadə və savadlı danışıq tərzi cox xoşuma gəldi.
    İnsanın xarici görünüşü daxiliynən vəhdət təşkil edir.Gözəl,agıllı və sehrli dünyaya düşürsən Aysel xanım danışanda
    Əla!Ugurlar.
    Mən həmişə demişəm elmi dərin dərk etmək istəyiriksə məntiqi şəkildə Allahı qəbul etməliyik
    Aysel xanımın danışıgında mən bunu gördüm.
    Bir sözlə super!
    Belə gənclərimizlə fəxr etməyə dəyər

  • @ceyhunmikayilov9525
    @ceyhunmikayilov9525 2 года назад +23

    Bravo Aysel xanım. Sizin kimi savadlı, ağıllı, məntiqli gənclərimizin çoxluğu cəmiyyətimizin aydın gələcəyidir👍

  • @book-man7252
    @book-man7252 2 года назад +21

    Olkede cox az adamin gorduyu ishleri goren Tural.yalniz fayda veren verlishler.ugurlar olsun Tural.1saatliq verlishde 5 kitab oxuyub alasi melumatlari almag olur vaxdimiza qenaet etdiyiniz ucun teshekkurler

  • @turaltural9126
    @turaltural9126 2 года назад +20

    Maşallah Aysel qızım.
    Çox gözəl,savadlı danışırsan.
    Səninlə fəxr edirik ürəyim mənim.
    Üğurların bol olsun.Amin.İnşAllah.

  • @kananguliyev9716
    @kananguliyev9716 2 года назад +30

    Öz dilimizdə bu qədər məzmunlu, əhatəli və bayağı olmayan müzakirələrlə dolu bir layihənin yarandığını görmək çox qürurvericidir. Sevilirsiz!

  • @muhammadkh-ev1195
    @muhammadkh-ev1195 2 года назад +2

    Tural beyle Eli bey nece gozel insanlardi.dunyada en gozel medeniyyet dinleme medeniyyetidir mence.Baxiram verlislerinize cox mohtesemdir.adam dinlemekden zovq alir.qonaq secimide eladir.Tural bey daha emosianaldir.mene Celal Sengoru xatirladir.savadini ve bildiklerini paylasmaq ucun yerinde dura bilmir))Eli bey sair oldugu ucun daha duygusaldir.verlis 3 saat olsada bezmeden baxaram.Her kes bir birini dinleyir.Mence Asan xidmetden sonra Azerbaycanda yaranmis 2ci mohtesem layihedir))Istenilen adam suallarina istenilen movzuda cavab tapib mariflene biler.

  • @rasimallahverdiyev481
    @rasimallahverdiyev481 2 года назад +10

    Afərin sizə qızım
    Cavablar cox məntiqli və savadlıdır

  • @nargizshikhaliyeva2142
    @nargizshikhaliyeva2142 2 года назад +8

    Dedize psixoloqların ən yaxşı etdiyi düzgün suallar verməkdir. Siz də xanıma düzgün suallar verirdiz. Uğurlar

  • @kenni392
    @kenni392 2 года назад +8

    Çox maraqlı mövzulara toxunursunuz. Sizi dinləməkdən zövq alıram. Əməyinizə sağlıq.

  • @rufanismayilov1633
    @rufanismayilov1633 2 года назад +4

    Cox gozel cox aydin danwdwnz ucun tewekkurler

  • @adilmirzyev9056
    @adilmirzyev9056 2 года назад +6

    Söhbətgahın sonu da Murad Arifin "Popumuz Var" verilişi kimi olmasın.Davamlı və tutarlı buraxılışlar arzu edirik.

  • @asenapoladl5481
    @asenapoladl5481 2 года назад +3

    AYSEL xanım təşəkkürlər.Çox zövq aldım.
    Sizin dedikləriniz insanı öz daxili aləminə aparır.

  • @salehvalehoglu
    @salehvalehoglu 2 года назад +3

    1:11:51 Televiziyanı sevmədiyimi hiss edirdim. Ancaq bu izahdan sonra niyə sevmədiyimi də başa düşdüm. Əla izah idi)

  • @saidan_va963
    @saidan_va963 6 месяцев назад

    Podcastlarınızın bir çox insan kimi mənim həyatıma da gözəl toxunuşlar etdiyini bir bilsəniz. 28 ildi həddən çox düşünmək və həddən artıq detalcı olmağın indicə fərqinə vardım. Neçə illər idiki bunu adi saymaq və bütün həyatımı yeyib bitirməyinə necə icazə vermişəm. Çoxsağolun Tural və Əli bəy. Minnətdaram sizə 🙏🏻🙏🏻🙏🏻

  • @muradmuradov9358
    @muradmuradov9358 2 года назад +6

    Cox izahatli daniwir xanim 👍

  • @talibmuradli1463
    @talibmuradli1463 2 года назад +18

    ilk 15 dəqə dinlədim suallar havada qalıre Aysel xanım, mövzunun dərininə enə bilmirsiz, hə bir də Turalın sualları nə qədər real insan travmalardısa, cavablar da bir o qədər konsprilojidi( . Yenə də işinizdə uğurlar, növbəti podcastlar da görşərik Söhbətgah)

  • @DrLi-qy9zu
    @DrLi-qy9zu 2 года назад +12

    Yaradıcı ilə əlaqəni Əli Nağıyevin izahında dinləmişdim .21:43 dəki Aysel xanımın fikrini təsdiqləyir həmin fikirlər təqribi.Çakralarla izah edirdi.Psixoloq Leyla Gasımova da bu mövzuda ənlərdəndi.İkisini də qonaq görmək istəyərdim 🙏Ayrıca olaraq Aysel xanıma da təşəkkürlər.Aiddiyyatlıq haqqında dedikləri uşaqlığımı xatırlatdı.Həmin qaçmaq,tək qalmaq hissi Universiteti qazanana qədər məndə qoruma mexanizması daşıdı bir müddət özümü dərslərə verərək.Artıq o köhnəlmiş mexanizmanın çökdüyünü hiss edirəm.
    P.S. Kanalı yeni kəşf etdim.Möhtəşəm kanal,möhtəşəm söhbətlər,qonaqlar.Davam👍

    • @fatimamamedova1
      @fatimamamedova1 Год назад

      Məncədə, Leyla Qasımovanıda görmək xoş olardı❤️

  • @Ramal_Allahverdiyev
    @Ramal_Allahverdiyev 2 года назад +26

    Fikirlərini sona qədər dinləyən tərəflər, aydın səlis başa düşülən nitqlər, aktual mövzular, keyfiyyətli iş və səmimi ortam = Söhbətgah!
    Bütün bu sadalanan məqamların qıt olan vaxtında adama məlhəm kimi gəlirsiniz.
    Əlasınız!

  • @fatime.k
    @fatime.k 2 года назад +7

    Kanalınızda din, fəlsəfə barədə müzakirə də görmək çox gözəl olardı🙏🙂

  • @gunelbakhshali
    @gunelbakhshali 2 года назад +3

    Dinləməyə doymadığım və çox öyrəndiyim bir söhbət oldu. Təkrar qayıdıb dinləmək lazımdır :) Aysel xanımı tanımaq çox və sorğulanmaq maraqlı idi. İlk podcast idi ki, orada olub suallar vermək istədiyim anlar oldu.

  • @tuncayaslanov3732
    @tuncayaslanov3732 2 года назад +4

    Fəlsəfəyə aid buraxılış gəlsin.

  • @elvinbabayev4064
    @elvinbabayev4064 2 года назад +3

    o qeder xosma geldiki bu buraxlis hayif layk birdefedi

  • @sebireehmedova9980
    @sebireehmedova9980 Год назад +1

    Cox sag olun necede gozel izah edirsiz

  • @shirxanbaxishov3261
    @shirxanbaxishov3261 2 года назад +3

    57:30 coğrafiya kaderdir!

  • @girlinred7741
    @girlinred7741 2 года назад +2

    Möhtəşəmsiniz !
    Uğurlar 🗽

  • @muradxalilzade6645
    @muradxalilzade6645 2 года назад

    Hər vaxtınız xeyir olsun.Çox əla söhbət yaradırsınız.Əziyyəti olan hər kəsə təşəkkür edirəm.

  • @Originaled-az
    @Originaled-az 2 года назад +7

    Söhbət və mövzu maraqlı idi, lakin səsdə problem var idi. Zəif eşidilirdi. Uğurlarınız davamlı olsun! Təşəkkür edirəm.

    • @ayanmemmedli9779
      @ayanmemmedli9779 Год назад +2

      Hee Səs yavaş gelir qalan hər şey superdi .

  • @qyuunel
    @qyuunel 2 года назад +12

    Leyla Qasımova ilə də söhbət çox maraqlı olar.🌹

  • @huseyinova628
    @huseyinova628 2 года назад +4

    Bilmirəm nə yazım Sadəcə MÖHTƏŞƏM.

  • @gmim748
    @gmim748 2 года назад +3

    Zəhmət olmasa "Xidmət" "Müştəri məmnuniyyəti" ilə bağlı mövzu olsun.

  • @aynurm3790
    @aynurm3790 4 месяца назад

    Coooox maraqli idi. Aysel x.cooox xoş ve guclu aurasi var .

  • @arzualiyeva6635
    @arzualiyeva6635 Год назад

    Çox maraqlı oldu.Təşəkkürlər!

  • @Resul_Resul
    @Resul_Resul Год назад +1

    Maraqlı buraxılışlardan biri idi təşəkkürlər 💙💚

  • @babaabdullazade5650
    @babaabdullazade5650 2 года назад +1

    Suallar çox maraqlı,cavablar ondan ds maraqlı.Dəhşət "Potcast"alınıb yenə.Təşəkkürlər hər birinizə.Davamlı olsun.

  • @ragimasalimly4889
    @ragimasalimly4889 2 года назад

    Keyfiyyetli işə görə çoox təşəkkür edirəm

  • @faridhajiyev5657
    @faridhajiyev5657 2 года назад +4

    Aysel xanıma bayıldım 🙂

  • @Gismet_m
    @Gismet_m 2 года назад

    Təkrar təkrar baxıb bezməmək. Təşəkkürlər

  • @sevincecemli8088
    @sevincecemli8088 2 года назад

    Dialoqlariniz, məntiqli suallarınız, ortaya qoyduğunuz mövzular,bir sözlə,hər bir şey o qədər yüksək səviyyədədir ki ...Belə də davam edin💪Hətta çağırılan qonaqlar da çox fərqli və maraqlı insanlardı.Hər buraxilisinizdan zövq almaq ,nələrdənsə nəticə çıxartmaq , düşünmək və araşdırmağa sövq edirsiz insanı .Əsas da buna görə minnətdaram sizə

  • @iliko-code
    @iliko-code 2 года назад +9

    Sizin podkastlar həftənin hansı günləri və saat neçədə olur ? ❤

  • @elchinmevliyev7683
    @elchinmevliyev7683 2 года назад +1

    Cox mohtesem buraxilis, bir cox suallarima cavab tapdim burda. Xususile meni hemise maraqlandiran bir suali Tural verdi: nece olurki, "maralin yaninda essek" olur. Var olun!

  • @heyat_1.
    @heyat_1. 2 года назад +1

    Mükəmməl✌

  • @lamiyapiriyeva3117
    @lamiyapiriyeva3117 2 года назад

    Gözlədiyim verliş aylar öncə artıq çəkilibmiş, aydın başadeşülən izahlara görə Aysel xanıma xüsusi təşəkkürlər. B. Gülsələn xanımın həyat motivləri sözünü xatırladım baxdiqca.

  • @eliskeserli4489
    @eliskeserli4489 4 дня назад

    Tesejkùrler .

  • @nezirecemshidli7457
    @nezirecemshidli7457 2 года назад +2

    Mohteseeem👍

  • @nigarrajabli6227
    @nigarrajabli6227 Год назад

    Chox ela bir podcast idi😍

  • @personalnothinginbusiness52
    @personalnothinginbusiness52 Год назад

    Çox uzun olsa sa, 2x sağ olsun.
    Thanks for so much great information which I got a LOT, amazingly discussions and I wish to be her patience too.

  • @cosqunmemmedov672
    @cosqunmemmedov672 9 месяцев назад

    Halal olsun Aysel xanım

  • @rahibjafarov1798
    @rahibjafarov1798 2 года назад +4

    Yaponiyadakı telefon köşkü = Əli Xəyyam (Alo)

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 2 года назад

    Möhtəşəm bir seans oldu, əhsən Aysel xanıma. Mən də bir çox suallarıma bu videoda cavab tapdım. Minnətdaram Sizə

  • @aynurm3790
    @aynurm3790 4 месяца назад

    Aysel x . Dinliyerek cox seyin ferqine vardim. Cox hadiselerin . Ve kovreldim…

  • @tural1462
    @tural1462 2 года назад +12

    Daha bir möhtəşəm podcast. Mövzu seçimi, qonağ hərşey əladı. Gələn verlisdə Orxan Şahbazı çox istiyərdim görüm . Sevilirsiz

  • @leylababayeva1748
    @leylababayeva1748 2 года назад

    Nə gözəldir,,👍🥰

  • @konul28
    @konul28 9 месяцев назад

    Turalin xeyanet haqqindaki sözleri sadece olaraq mohtesem idi.İnsanin hisslerinə hörmət etmək hər azərbaycanlının ürəyi və beyni üçün deyil də

  • @orkhanbahram7393
    @orkhanbahram7393 6 месяцев назад

    Əla

  • @nuranacafarova2863
    @nuranacafarova2863 2 года назад +2

    Ilk defe idi Sohbetgahi yarida buraxdim,bu bashligi gorub ferqli cavablar alacam deye baxdim ama daha tecrubeli psixoloq cagirsaydiniz mence daha yaxsi olardi.Hetda sizin verdiyiniz suallar xanimin verdiyi cavablardan maragli idi) Shexsen psixoloqun oz travmalarin yola cixib bize travmanin ne oldugunu bashla salmag beli meni qane elemedi.

    • @elshanhuseynsoy
      @elshanhuseynsoy 2 года назад +1

      İçimdən gələn rəylərdən biri👍

  • @senansukurov3770
    @senansukurov3770 11 месяцев назад

    Aylardi Tapa Bilmediyim Cavablari Sizde Tapdim ❤❤❤

  • @fidans
    @fidans 2 года назад +5

    Suallar çox yaxşı idi. Amma cavablar suallardan kənarlaşırdı, sualın tələb etdiyi cavabı verə bilmirdi. Ümid edirəm ilk təcrübəsi olduğu üçün belə olub Aysel xanımda. Uğurlar💫

    • @aydansalmanova1553
      @aydansalmanova1553 2 года назад

      Eynən,qatılıram fikrinizə. Danışığı səlis olsa da, cavablandırmada konkretlik yox idi.

  • @turalazizxanli5447
    @turalazizxanli5447 2 года назад +2

    ela

  • @hvnifvbhumcxcvyjkmngdcbhbgxtx
    @hvnifvbhumcxcvyjkmngdcbhbgxtx 2 года назад +4

    Psixolog Leyla Qasimova olsaydi, tamam yuksek levelda olardi cavablar.

  • @agalarazimov8339
    @agalarazimov8339 2 года назад +3

    👏👏👏👏

  • @gunelhesenli3767
    @gunelhesenli3767 2 года назад

    👍 ugurlar

  • @nuriyecavadova5810
    @nuriyecavadova5810 4 месяца назад

    Evlilikdə, münasibətdə xəyanət hörmətsizlikdir, üstünü nə qədər bəzəyib düzəsəniz də.
    Xəyanət edəcəysizsə açıq münasibət yaşayın da,evlənib məsuliyyətə girişmiyin,sizlik deyil

  • @vaqifhuseynov4222
    @vaqifhuseynov4222 2 года назад

    Düzgün karyera necə qurulur bu haqqda video möhtəşəm olardı
    Qatılanlar like atsın yuxarılara cıxsın

  • @kamranmammadli235
    @kamranmammadli235 2 года назад +4

    Şertsiz sevginin olduguna inanmiram. Yaradan dediyimiz sey muselmanlarin qebul elediyi allahdirsa o bele sertsiz sevmir. İman elemesen seni cehennemle cezalandirir. Sevmek ucun ibadet elemeyimizi isteyir. Aile daxilinde de sertsiz sevginin olmadigini dusunurem. Usag ferqinde olmasa bele ehtiyaclarini qarsilayan valideyine sevgi duyur.

  • @magerram26
    @magerram26 2 года назад

    İntihar haqda danışsanız əla olar, .
    Əgər elə söhbətimiz olubsa yönləndirin zəhmət olmasa

  • @elshadtr1881
    @elshadtr1881 Год назад +1

    Haqlı olan : Əli Xəyyam.
    ( Təbii mənə görə)

  • @elshanhuseynsoy
    @elshanhuseynsoy 2 года назад +1

    Bu podcast👎 heçnə öyrənmədim qonaq çox zəif çıxış etdi yenilik görmədim, sadəcə səsi qəşəngdir) Halbuki, Sakit m-lə olan podcasta 3dəfə Tutu x-la olan podcasta 2 dəfə qulaq asmışam.

  • @aydanheydrova5247
    @aydanheydrova5247 4 месяца назад

    ❤❤

  • @gunelbakhshali
    @gunelbakhshali 2 года назад

    Aysel xanımın bəzi suallarını qeyd edirəm buraya. Yazaraq və ya şifahi olaraq cavablamaq olar məncə.
    içimdəki uşaq nəyi qəbul edə bilmir?
    Nə onun acı çəkməsinə səbəb olur?
    Nələr mənim üçün doğmadır?
    Nəyə ehtiyacım var?
    Nəyin yoxluğunu hiss edirəm?
    Çatmaq istədiyim arzuda nə var ki, mənim bu həyatımda yoxdur indi?

  • @sadiqzeynalov6838
    @sadiqzeynalov6838 2 года назад

    İlk dəfə idi ki sizin yayımı yarıda saxladım. Şərtsiz sevgini yaradandan alırıq? Really?? Bəs inancsız insanlar hardan alıb bunu?

  • @gulyaj1337
    @gulyaj1337 3 месяца назад

    Aysel xanimla nece kontakt etmek olar ?

  • @lamanjabbar
    @lamanjabbar Год назад

    Buraxıılış həmişəki kimi əladır. Belə kiçik bir nüansı deyim özümlə bağlı :D Normalda mən gecələr baxıram. Gündüz baxanda heç, amma gecə baxana qədər yuxum gəlmir, baxanda Əli bəyi görürəm yuxum gəlir. :D Bir dəfə demişdi mən həmişə yuxuluyam. Deyəsən doğrudan elədi, zarafat eləmir :DDD

  • @1djmil
    @1djmil 2 года назад +3

    "Məsələ insanın özüdür"..... və Əli Xəyyam dərin düşüncəyə gedir. Niyə ay Əli?

  • @Qurbancahangirov2669
    @Qurbancahangirov2669 2 года назад +1

    👍

  • @zahirhacizade1263
    @zahirhacizade1263 2 года назад +1

    Seksistlik eləmək isdəmirəm amma mənə elə gəlir kişi qonaqlarla olan söhbətiniz daha maraqlı olur😃Xanımların haqqına girməyim savadlı danışırlar, düz danışırlar amma kişi söhbətləri daha enerjili gəlir mənə. Kişilərlə olan o incə zarafatları demirəm hələ😃

  • @aygunrzayeva4991
    @aygunrzayeva4991 Месяц назад

    "Bili Milliqanın sirli hekayəsi " kitabını mütləq oxuyun, içinizdəki suallara cavab tapacaqsınız

  • @NeXeber
    @NeXeber 2 года назад

    Tural bəy sizin dediyiniz başqa enerji axtarışı *"Sex Life"* aerial var . Amerikan ailə mədəniyyəti doğudan belədir mənə maraqlıdır.¿?

  • @muradrzazade2802
    @muradrzazade2802 2 года назад

    💚💙

  • @insanolmaq7730
    @insanolmaq7730 2 года назад

    👍👍👍👍

  • @phoel7198
    @phoel7198 2 года назад +7

    Bravo, cox gozel reyleri silirsiz, gelen podcasta demokratiya haqqinda danisin ✌️

    • @lkbrmmmdov7458
      @lkbrmmmdov7458 2 года назад +1

      1dislike'da siz atmısız?)

    • @phoel7198
      @phoel7198 2 года назад +6

      @@lkbrmmmdov7458 Qardas ThetaHealing qeyri elmi bir sheydi, axtaris versen ozun goreceksenki yuzlerler bu haqqda meqale var, elm bu thatahealingi hec vaxt gebul etmeyib ve fake elm sayib, amma bizim olkede son illerde bu fake elm cox tez surtde yayilir, indide bu podcast....
      Niye bir psixoloqiya haqqda danismag ucun psixolog yox fake elm numayindesi gelir ? Reyim demek olarki bundan ibaret idi, 4 defe yazdim 4 defe sildiler hemin reyi, day men ne deyim......

    • @lkbrmmmdov7458
      @lkbrmmmdov7458 2 года назад +2

      @@phoel7198 RUclips'da olur bəzən hesablarda yorumlar silinir.Hesabındadır problem.Belədəki yorumunu niyə silsinlər?bəyənmirsənsədə negativlik yayma.Get başqa podcast'lara bax✌

    • @phoel7198
      @phoel7198 2 года назад +1

      @@Sohbatgah Mənə aydın olmayan odur ki niyə, uşağliğ travmalar haqqında danışırsız amma psixolog dəvət etmirsiz, amma ona aid olmayan və fake sayılan elmin tərəfdarın dəvət edirsiz, bu hele bil, fəlsəfə podcastina falçını dəvət etmək kimidir
      Digər podcastlarda astroloqlar, numeroloq və homeopadlari gözləyirəm 😂🤦

    • @phoel7198
      @phoel7198 2 года назад

      @@lkbrmmmdov7458 Qardaş negativlik eleyen yoxdur, ölkədə o gedər adam, psixolog ola ola gedirlər bu thetaHealingicilerin yayına və yetərincə pul xərcləyirlər bele şeylere, adam ürəyi ağrıyır ki niyə bu ölkədə camaatı fake şeylərnən aldadsınlar

  • @NeXeber
    @NeXeber 2 года назад

    "insan doğulduğu andan günahkar"dı xristianlıqda var islamda helə şey yoxdur

  • @shriyarbagrl1306
    @shriyarbagrl1306 2 года назад +1

    Pisxoloji prablemlərimiz dinimizi doğru düzgün yaşamadığımız üçündür

  • @samrayaqubova2280
    @samrayaqubova2280 2 года назад +2

    Leyla Qasımovanı dəvət edin

  • @aytacqabulova5215
    @aytacqabulova5215 Год назад

    Leyla Qasımovanı da dəvət etməlisiz məncə❤️

  • @resm_analizi
    @resm_analizi Год назад

    33:42 alimin adini yaza bilersiz?

  • @tuncayaslanov3732
    @tuncayaslanov3732 2 года назад +1

    Verilən suallara düşünürəm ki, cavablar yarımçıq oldu, amma yenə də əla buraxılış idi.

  • @dusuncgucu290
    @dusuncgucu290 Год назад

    Salam. Kanalınızı yeni kəşf etsəm də, mütəmadi izləyirəm. Qonağınız Aysel xanım gözəl nitqə malik xanımdır, siz də gözəl dinləyicisniz. Amma bir fikrim var, təəssüf ki, hər şeydə olduğu kimi, psixologiya elmində də insanları daha çox populyar psixologiya cəlb edir. Bunu isə, elmi psixologiya qəbul etmir. Populyar psixologiya heç vaxt elə ilk sualınız olan - ruhi xəstə kimdir, sualına cavab verə bilməz. Buna görə də, söhbətin mövzusu çox cəlbedici və maraqlı olsa da, yarıyacan dinlədim. Ümumi, indi çox dəbdə olan, bir iki psixologiyaya aid kitab oxuyub psixologiyadan danışan adamların söhbətindəki fikirlərdən uzağa gedə bilmədiniz. Hər dövrün öz psevdoelmləri, cərəyanları olur, indi də thetaheelinglər dəbdədir. Professional psixi yardıma ehtiyacı olanlar, belə seanslarla həm pulunu, həm vaxtını itirir, halbuki vaxtında müalicə edilsələr normal həyata qayıda bilərlər. Bu da bir dəbdir sadəcə. Və pul..

    • @dusuncgucu290
      @dusuncgucu290 Год назад

      Məşhur bir həkim də var ( bəlkə də artıq var idi deməli) Aztv-də normal veriliş də aparırdı. İndi İnstaqramda boynuna, boğazına qızıl boyunbağı, qolbaq taxıb, lap molla kimi məsləhətlər verir. Görün nə vəziyyətə qaldı.

  • @elmarguluzade
    @elmarguluzade 2 года назад

    Essek s-clasla gelerse )))

  • @user-wx1bf7sl8s
    @user-wx1bf7sl8s 2 года назад

    Butun podkastlarinizi dinlemisem,hele bele maraqsiz olmamisdi,Tural beyin Eli beyin butun suallari cavabsiz qaldi,ola biler savadli xanimdi,ama fikrini catdira izah ede bilmordi,uryeim sixildi hec yariya qeder qulaq asa bilmedim ((