Soğan soya soya ağlayan qadın - Ramiz Rövşən

Поделиться
HTML-код
  • Опубликовано: 9 сен 2024
  • Soğan soya-soya ağlayan qadın,
    Ömrün soğan kimi acıdı, acı!
    Mələksən, qırılıb qolun-qanadın,
    Dərdi verən Allah, vermir əlacı...
    Gözündən süzülən yaşı kim silər?
    "Göz yaşı", dediyin nədi? Acı su...
    Bir şirin öpüşlə başlar sevgilər,
    Sonunda həmişə soğan acısı...
    O, öpüş yandırmaz dodaqlarını,
    Soyuyub od dolu o, qucaq indi.
    Sayar bircə-bircə barmaqlarını,
    Hər gecə yuduğun qab-qacaq indi.
    Gələr "ər" dediyin, hər gecəyarı,
    Bir qaşıq xörəyin baxmaz dadına.
    Yuxuda dilindən qopan adların,
    Biri də bənzəməz sənin adına...
    Soğan soya-soya ağlayan qadın,
    Gözünün yaşını silə bilmərəm.
    Neyləyim, mən sənə özgəyəm,yadam,
    Neyləyim, yanına gələ bilmərəm.
    Bir sevgi gəzirəm dünyada mən də,
    O sevgi hardadı? Bilmirəm ancaq...
    Kim soğan soyacaq mənim evimdə,
    Soğan soya-soya kim ağlayacaq?!...

Комментарии • 3

  • @user-zk5pt4vl9u
    @user-zk5pt4vl9u Месяц назад +1

    Möhtəşəm bir lirika.

  • @sonsuzmisra
    @sonsuzmisra  2 дня назад

    Sevgi şeirləri(#1) - Ramiz Rövşən
    ruclips.net/video/o_sOf-7u36g/видео.html

  • @sonsuzmisra
    @sonsuzmisra  Месяц назад +1

    Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı öz səsi ilə
    ruclips.net/video/fT7GFQjQ1Ww/видео.html