Əncir Yarpağını Qaynadıb İçin - ÇAYI Min Bir Dərdin DƏRMANI İMİŞ

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • #BirBax #Əncir #sağlamlıq
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Bu gün sizə elə tam mövsümü olan əncir yarpağının faydalarından danışacağam. Gecikmədən, elə bu gün əncir yarpağıyla sağlamlığınızın qeydinə qalmaq imkanınız var. Diqqətiniz bizdə olsun. Videomuz başlayır.
    Əncir yarpağı A, B1, B2 vitaminləri ilə zəngindir. Bəli düz eşitdiniz. Çoxumuzun adi yarpaq hesab etdiyi bu bitkinin tərkibində kalsium, dəmir, fosfor, manqan, sodium və kalium var. Əncir yarpağı yemək, yaxud çayını içmək diabet riskini aşağı salır, bronxit xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır.
    Əncir yarpağı qədimdə mətbəxdə qidaların saxlanması üçün istifadə edilib. Məsələn; hər hansı bir qidanı əncir yarpağına büküb sərin yerə qoymaqla onun yararlılıq müddətini uzatmaq olar. Bu haqda ilk yazılı məlumat bizim eradan əvvəl III əsrə aiddir. Əncir ağaclarının ilk dəfə Orta Şərqdə meydana çıxdığı, Misirdə yetişdirildiyi ehtimal olunur. Aralıq dənizi iqliminə malik ölkələrdə daha geniş yayılıb; isti və quru yay, ilıq qış əncir ağacları üçün əlverişlidir.
    -Əncir yarpağının böyrəklərə faydası: Sidik yolu infeksiyalarını yox edir. Böyrəkləri təmizləyir, böyrək daşlarının düşməsinə kömək edir.
    -Əncir yarpağı ilə qəbizliyin aradan qaldırılması: Müntəzəm şəkildə hər gün əncir yarpağı çayı içmək qəbizliyi yox edir. Təbii bağırsaq yumşaldıcı olan əncir yarpağı bağırsaqların rahat boşalmasını təmin edir; pəhriz proqramlarında yer almasının səbəbi budur. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün acqarına 1 stəkan əncir yarpağı çayı içərsə, problem öz həllini tapır. İltihab əleyhinə olduğundan bağırsaq və mədədəki yaraların müalicəsində də istifadə edilir.
    -Babasilin müalicəsi üçün əvəzedilməzdir: Babasildən əziyyət çəkənlər əncir yarpağı mövsümünü mütləq dəyərləndirməlidirlər. 4 st suya 2 əncir yarpağı atın və 15 dəqiqə qaynadın. Otaq temperaturunda soyumağını gözləyin. Sonra bu su ilə nahiyəni vanna edin, yaxud sudan az-az tökməklə nahiyəni masaj edin.
    -Hipertaniya zamanı istifadəsi: 2 st suya 3 əncir yarpağı atın və 15 dəqiqə qaynadın. Sonra suyu süzün və ilıq halda için. Prosedur hər gün təkrarlandıqda hipertansiyon problemindən xilas olacaqsınız. Bundan əlavə, qara cirə toxumu ilə əncir yarpağını birgə dəmləyib içmək də təzyiqin səviyyəsini aşağı salır.
    -Əncir yarpağı anti-diabetikdir: Əncir yarpağından istifadə edən şəkər xəstələrinin çoxu qəbul etdikləri insulin miqdarını azaltdıqlarını deyirlər. Əgər bağırsaq və qaraciyər sağlamdırsa II tip diabetin tamamilə sağalmasına kömək edir. Əncir yarpağı çayı diabetin səbəb olduğu oksidativ stressi aradan qaldırır.
    -Aşağı ətrafların varikoz genəlməsi zamanı istifadəsi: 4 st suya 5 ədəd əncir yarpağı atın. 5 dəqiqə qaynadın. 1 stəkanını için. Yerdə qalan hissəsini ilıq halda varikozlu nahiyələrə sürtün. Prosedur 21 gün davam etməlidir. 1 həftə ara verməklə təkrar başlamaq olar.
    -Zona xəstəliyinin müalicəsində istifadəsi: 2 st suya 3-4 əncir yarpağı atın və 2-3 dəqiqə qaynadın. İlıq halda zona xəstəliyi olan nahiyəyə sürtün. Sağalanadək proseduru təkrarlayın.
    -Sümükləri möhkəmlədir: Əncir yarpağı kalsiumla zəngin olduğu üçün sümükləri qorumaqda, osteoporozun qarşısını almaqda orqanizmə dəstək olur. Bundan əlavə, əncir yarpağının tərkibindəki fosfor sümüklərin inkişafına kömək edir.
    Əncir yarpağının istifadə formaları: Əncir yarpaqlarını qurudaraq çay kimi dəmləyə bilərsiniz. Təzə əncir yarpaqları isə mütləq 15 dəqiqə qaynamalı və suyu süzülməli, daha sonra istifadə edilməlidir. Yəni birbaşa təzə yarpağı istifadə etmək olmaz.
    Əncir yarpaqlarını suya atın, azca duz əlavə edin. Təxminən, 20 dəqiqə yumşalanadək bişirin. Dolma bükərkən üzüm yarpağı əvəzinə, yaxud hansısa xörəkdə ispanaq əvəzinə istifadə edə bilərsiniz. Əncir yarpağı ilə dolma süfrənizə Aralıq dənizi ləzzəti gətirəcək. Aralıq dənizi sahillərində əncir yarpağından müxtəlif tərəvəzləri, düyünü, hətta balıqları da bükmək üçün istifadə edilir. Həmin ənənə Azərbaycanda da var. Məsələn, Neftçala bölgəsində yaşayan əhali balıq dolması adlandırdıqları yeməyi əncir yarpağına büküb bişirirlər. Bu həmin yeməyə xüsusi dad verir.
    İçində böyük əncir yarpaqları olan göyərti sıxması, yaxud göyərti qovurması bişirin. Yemək bişənə yaxın əncir yarpaqlarını çıxarın və atın. Yeməyiniz meyxoş bir ləzzətə sahib olacaq. Əlinizdə ispanaq yoxdursa, vam xodda bişən bozartmalara, yaxud şorbalara da əncir yarpağı əlavə edə bilərsiniz.
    Gəlin sonda əncirin faydaları haqda sizə məlumat verək:
    Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur.

Комментарии • 266

  • @nahidekerimova844
    @nahidekerimova844 2 года назад +52

    Faydalı məsləhətinizə görə çox sağolun.bu arada onuda söyləyim səsiniz çox məlahətlidir 🤗

  • @xeyaleeliyeva3438
    @xeyaleeliyeva3438 6 месяцев назад +10

    Allahın verdiyi nemətlərin dəyərini bilmirik sonra da həkimlərdən narazılıq edirik. Təşəkkürlər

  • @melekabbasova7270
    @melekabbasova7270 2 года назад +12

    Allahın salamı olsun sizə mən bugün dəmlədim cox acı dadırdı ancaq ona baxmadım icdim ancaqqorxdum ki birdən pis təsir edər sükürlər olsun allaha özümü rahatlanmıs his etdim Allah sizdən razı olsun

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад

      Siz sağ olun. Çalışın ilk suyu atın. Acı olmasın

    • @ugmelceferli2398
      @ugmelceferli2398 2 года назад

      @@birbaxkanal neceki ilk suyu?

    • @qusarsamsung370
      @qusarsamsung370 2 года назад +1

      @@birbaxkanal ilk suyu qay adib atib ikinci suyu qaynadib icmak lazimmi

  • @rimmaseyranova3189
    @rimmaseyranova3189 2 года назад +27

    Bu meslehete gore tewekkur edirem!
    Allah Razi Qalsin Sizden ! Amin !!!

  • @melekabbasova7270
    @melekabbasova7270 2 года назад +21

    Allahın salamı olsun sizə cox sagilun allah sizide həmise sevdiklərinizlə birlikdə sap saglam etsin insallah

  • @adileaslanova8170
    @adileaslanova8170 2 года назад +7

    Xanım çox təşəkkür edirəm sizəbu gözəl məsləhətləriniz üçün eyni zamanda məsuliyyətdir

  • @marinah-s1568
    @marinah-s1568 2 года назад +7

    Очень интересно, понравилось. Спасибо за полезную информацию. 👍🌷🥰❤

  • @simal.kanali7083
    @simal.kanali7083 2 года назад +9

    Qurumamış əncir yarpağından çay dəmləmək olar. Məsləhətizə görə minnətdaram 🌷

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад

      Bəli, siz sağ olun

    • @lemanqambarova1340
      @lemanqambarova1340 2 года назад

      Bu videoda deyilir ki qaynadıb 15 dəyqə suzməliz sonra istifade etmek olar

    • @simal.kanali7083
      @simal.kanali7083 2 года назад

      Minnətdaram 🎋

    • @А.ГАСЫМОВА
      @А.ГАСЫМОВА 2 года назад +1

      @@birbaxkanal Salam! Yarpaqlari yayda yigib qiwa saxlamaq olar?

  • @АрзуТагизаде-щ3л
    @АрзуТагизаде-щ3л 2 года назад +4

    Чооох саг олун. Аллах сизи хошбехт елесин, дейерли мелумат учун.❤️🧿🌹

  • @Idris-fs3ng
    @Idris-fs3ng 2 года назад +3

    Çox bəyəndim bu resepti halal olsun əncir

  • @elcinabidov3504
    @elcinabidov3504 Год назад +2

    Çox sağolun Allah köməyiniz olsun təşəkkür ❤❤❤❤❤❤❤❤😊

  • @nzirabdullayeva9691
    @nzirabdullayeva9691 2 года назад +1

    Salam.cox.sağ.olun.faydalı.məsləhətlərinizə.görə

  • @dftrvqlm..6234
    @dftrvqlm..6234 2 года назад +8

    Men demey olar gunde 3 defe bu kanalin her hansi bir vdeosun izleyirem ve bu ses mene melhem kimi gelir,helelik xesteliyim yoxdu,🙏😘 Cox sag olun,varliginiz ucun,

  • @zizseyidova8103
    @zizseyidova8103 2 года назад +11

    Faydalı məlumatdır çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад +1

      Çox sağ olun Əzizə xanım🥰

  • @familbagirov2025
    @familbagirov2025 2 года назад +11

    Təşəkür Sizlərə 👍❤👏👏

  • @samirbabayev3339
    @samirbabayev3339 2 года назад +7

    Çox sağolun 🤗 gözəl məsləhətlər üçün

  • @durdanedcafarova7300
    @durdanedcafarova7300 2 года назад +2

    👍🥰 ÇOX SAĞ OLSUN MARAQLI MƏLUMATA GÖRƏ. 🙏

  • @eml9542
    @eml9542 2 года назад +3

    Bilmediklerimi coxdan unutduklarimi da xatirlatdiniz ag xalatli melekler 😻👩‍🔬🙏😘

  • @selalehidayetova4085
    @selalehidayetova4085 2 года назад +1

    Salam. Faydalı məlumata görə sizə dərin təşəkkürümü bildirirəm, çox sağ olun. Allah razı olsun sizdən.

  • @ruhangizallahverdiyev392
    @ruhangizallahverdiyev392 2 года назад +4

    Allah sizləri daha çox eləsin bizim də ürəyimiz açıq olsün ki istifadə edək

  • @ilhamemelikova1810
    @ilhamemelikova1810 2 года назад +3

    ALLAH CC RAZI OLSUN. COX GOZEL MELUMATLANDIRDINIZ. 🌹🤲😊

  • @РухсараГусейнова-н3и
    @РухсараГусейнова-н3и 2 года назад +1

    Cox sagolun.dəyərli faydalı məsləhətlərinizə görə.

  • @ResulCefer2323
    @ResulCefer2323 5 месяцев назад +2

    Allah heç nəyi boşuna yaratmayıb.❤😊❤

  • @qurbanabdullayev1227
    @qurbanabdullayev1227 2 года назад +6

    Çox çox təşəkkürlər əla məlumatdır.

  • @gunelliyeva7806
    @gunelliyeva7806 2 года назад +2

    Çox gözəl resepler deyrsniz

  • @RESIDJDJS
    @RESIDJDJS 5 месяцев назад

    Maraqlı faydalı məlumatlar üçün təşəkkür edirəm.

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @agasefmystafaev5576
    @agasefmystafaev5576 5 месяцев назад

    Təşəkkür edirəm xanım ! Cox yaxşı məsləhətlər verirsiniz.

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @sevdaferzeluyev8449
    @sevdaferzeluyev8449 2 года назад +7

    Yetişməmiş əncir sütü əllinizi aşındıra bilər , yığarkən əllcək taxın, başıma gəlib , əncir soyarkən 4 barmağımın dərisi yanıb ,bu süt zigillə faydalıdı

    • @NusabaKhanlarova
      @NusabaKhanlarova 3 месяца назад

      Zigiline yandırıb qurudurmu?..
      Usaqlıqda ellerimde çox zigil var idi azotla yandırtdık hamısı getdi. Amma bir nece ilden sora yene bir barmagımda emele geldi onu bi yoxluyacam görüm tesir edecekmi. Teşekkürler bu bilgi üçün.

  • @abdulelihumbetov1015
    @abdulelihumbetov1015 2 года назад +1

    Teşekkür edirik faydalı məsləhətlərinizçün

  • @xezengulgulmemmedova5840
    @xezengulgulmemmedova5840 2 года назад +3

    Allah sizdən razı olsun

  • @sefiqebalaliyeva5955
    @sefiqebalaliyeva5955 28 дней назад

    ĞÖZƏL MƏSLƏHƏT ÜÇÜN ÇOX TƏŞƏKKÜR EDİRƏM,SİZDƏN XAHİŞ EDİRƏM, ƏNCİR YARPAĞINI,DƏMLƏYİB İÇMƏK ÜÇÜN HANSI AYDA YIĞMALIDIR,MƏN YIĞMAQ İSTƏYİRDİM,MƏNƏ DEDİLƏR Kİ,OKTYABR AYINDA YIĞIN,O VAXT ACI OLMUR,BU DOĞRUDURMU?

  • @zaurbesirov6309
    @zaurbesirov6309 2 года назад +1

    Çox sağ olun xanım qız.Allah razı olsun.

  • @ФиолетовТимур
    @ФиолетовТимур 2 года назад +1

    Ela melumat uçun teşekur edirem. 👍👍👍👍👍👍

  • @cicekibrahimli5271
    @cicekibrahimli5271 Год назад +1

    ❤️bes meyvesi diabetde yeyile bilermi? Qurusu nece?

  • @mubarizsuleymanli1829
    @mubarizsuleymanli1829 6 месяцев назад +1

    Çox bəyəndim.

  • @azerbesirov6840
    @azerbesirov6840 2 года назад

    Allah sizdən razı olsun.videonu bəyəndimdə paylaşdımda

  • @elnarerzali6246
    @elnarerzali6246 Год назад +1

    Cox sag olun , tşk

  • @Робзи-ъ2щ
    @Робзи-ъ2щ 5 месяцев назад +1

    ❤❤cox sagolun

  • @nargiznasib8630
    @nargiznasib8630 2 года назад +3

    Şox sağ olun 👌👍👏

  • @ibrahimibrahimli7259
    @ibrahimibrahimli7259 2 года назад +1

    Çox təşəkkürlər,hər zaman məsləhətlərinizə heyran qalıram,

  • @hicransofuyeva616
    @hicransofuyeva616 2 года назад +3

    Coox sagolun

  • @ofelyaabbasova4256
    @ofelyaabbasova4256 2 года назад +1

    Çox sağ olun ,allah sizi qorusun

  • @quluyev.ff.2725
    @quluyev.ff.2725 2 года назад +2

    Gözəl səsli bacım məsləhətiniz üçün çox sağ olun.

  • @gunelliyeva7806
    @gunelliyeva7806 2 года назад +1

    Allah kömeyniz olsun allaha razı olsun

  • @hsjsjsjxjxjxkxixixjsjsjsjd2552
    @hsjsjsjxjxjxkxixixjsjsjsjd2552 2 года назад +4

    YAŞASIN DÜHYA TÜRK XALQLARI BİRLİYİ ORDUSU TURAN

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад

      Bəli

    • @ahlimanismailov5512
      @ahlimanismailov5512 4 месяца назад

      Yaşasin Dünya Müsəlman Xalqları Birliyi Ordusu İslam Əhli Beyt Yolu-- Haqq Yolu Haqq Sünnə Haqq İslam

  • @sahnazeliyeva7986
    @sahnazeliyeva7986 2 года назад +3

    Əncir yarpağında südəə atmağa maya qatıq üçün ,dənli bitkiləri bitdən qorumaq üçün ,təndirdə bişirilən külə basdırılan kabablar da nənələrimiz işlədiblər

  • @mustafazeynalov6159
    @mustafazeynalov6159 2 года назад +16

    Baxda biz bəhərini dərib qurtarandan sonra yarpaqlarını yığıb mallara atırıq.Zəhmət çəkib məlumat toplayıb bizimlə bölüşürsiz.Zəhmətinizi halal eliyin.

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад +3

      Halal xoşunuz olsun. Minnətdarıq

    • @tahiresalahova8502
      @tahiresalahova8502 2 года назад

      @@birbaxkanal Bəs şəkər xəstəsi əncirin özünü yesə ziyan olmaz ki .Yarpağını başa dükdük

  • @arifaxalilova5485
    @arifaxalilova5485 2 года назад +1

    Allah razı olsun

  • @feridhuseynov5420
    @feridhuseynov5420 2 года назад +3

    Təşəkkürlər əziz dostlar. ALLAH sizdən razı olsun. Bu sadaladığınız xəstəliklərin 3/2məndə var demək olar ki..

  • @xyyammeytiyev9327
    @xyyammeytiyev9327 Год назад +1

    Salam faydalı məlumatlar verdiyiniz üçün çox sağolun əgər qaraciyarda piylənmə varsa diyabet xəstəsi içə bilər çayını zəhmət olmasa cavablandırardız

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Qaraciyərdə piylənmə varsa, bununla bağlı videolarımız çoxdur kanalda. Həmçinin diabetlə bağlı. Onlara mütləq baxın

  • @rizvanbewirov5314
    @rizvanbewirov5314 2 года назад +1

    ALLAH RAZI OLZUN ÇOX SAĞOLUN

  • @ofaramazanova623
    @ofaramazanova623 2 года назад +4

    👍👍👍tewekkurler

  • @teranenasibova3645
    @teranenasibova3645 2 года назад

    deyerli meslehetler ucun tewekkur edirem

  • @mertcekidze3790
    @mertcekidze3790 2 года назад

    Çox sağolun

  • @qismetesedov221
    @qismetesedov221 2 года назад

    Salam xanim qebizlik üçün istifade etmek isdrem bunu ac qarina içmek olar? Amma menim tezyqim aşağdr neca istifade ede bilerem,? Evvelceden teşekürller çox gözel izah edirsiz

  • @VusalMustafazade2024
    @VusalMustafazade2024 2 года назад

    Çox sağolun faydalı məsləhətlər üçün. Mən asma xəstəsiyəm,onu necə qəbul edər bilərəm. Video da demediz axi necə qəbul edək.

  • @vuqaramirov9611
    @vuqaramirov9611 2 года назад +2

    Salam diabet tip2 də əcil yartaqğnı necə dəmləyək

  • @xaliqrehimov530
    @xaliqrehimov530 2 года назад +1

    Məlumatınıza gõrə çox sağolun

  • @ulduztagiyeva
    @ulduztagiyeva 2 года назад

    Çoox teshekkürler

  • @faridqehremanov4312
    @faridqehremanov4312 2 года назад +1

    Tewekurler

  • @eltundadasov6682
    @eltundadasov6682 2 года назад

    Çox çox sag olun sizin məsləhətlərinizdən istifadə edirəm və xeyrini ğőrűrem

  • @gunelliyeva7806
    @gunelliyeva7806 2 года назад +2

    Coooox sağolun 😘😘🤗

  • @nicatxankisiyev1253
    @nicatxankisiyev1253 2 года назад +1

    Salam Allah razı olsun mənim az yaşlı uşaxlarım var çayın dəmliyib içrtsəm olar ? Çox sağolun

  • @barbiemother88
    @barbiemother88 Год назад

    30 yaxinlasdin mence tebii bitkilerdem daha cox istifade etmek lazimdi qanqal toxumu ,define yarpagi mixek cobanyastigi adi bildiyimiz bitkileri cay ezevine içmek xeyirlidir

  • @ilhame1898
    @ilhame1898 2 года назад +1

    Əncirin meyvesi nece şeker xesteliyine ziyan deyil ki. Melumat ùçun çox sag olun.

    • @sesiabbasoba546
      @sesiabbasoba546 2 года назад

      @@nigarrustmova6277 Seker xestesine encir yemek olmaz.

    • @arianbinnatova9308
      @arianbinnatova9308 2 года назад

      @@nigarrustmova6277 söhbət yarpağından qədir şəkəri salır, meyvəsində isə şəkər çoxdur az istifadə edilməli.

  • @ferid5899
    @ferid5899 2 года назад +1

    Var olun

  • @ЗамигГасанов-ъ3п
    @ЗамигГасанов-ъ3п 2 года назад +3

    Rehmetlik nenem baliqi encir yarpaqina bukub tendire qoyardi.burdada qeyd olundu baliq dolmasinda istifade olunur

  • @kamalalyarov4896
    @kamalalyarov4896 11 месяцев назад

    Cox sag ol un

  • @komputertemiri2743
    @komputertemiri2743 2 года назад

    Salam axwamniz xeyir goren isdifade elesem faydasi deyermi əsas da ureyim pisdi ureyime faydasi deyermi

  • @arianbinnatova9308
    @arianbinnatova9308 2 года назад +1

    Canım başqa kanallarda deyilirdi hətta gün ərzində iki yarpaq yeməlisiniz Siz deyirsiz ki təzə yarpağı 15 dəq qaynadıb suyunu atıb sonra dəyməmək onda bir faydası olarmı?

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад

      Çay şəklində içəndə bəli. İlk suyunu atın

  • @durnakerimova9672
    @durnakerimova9672 2 года назад

    Təşəkkür edirəm faydalı məsləhətiniz üçün.. İndi avqust ayının sonlarıdı ,bundan sonra əncir yarpagından istifadə edə bilərik mi? Və necə istifadə edək. Xahiş edirəm,məsləhətinizi əsirgəməyin.

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад

      Sağ olun. Çalışın köhnə yarpaq olmasın

  • @stvcinemasidney5879
    @stvcinemasidney5879 2 года назад

    Salam çox sağolun xanım Encil haqqında geniş məlumat verdiyiniz üçün💜🌹🌹🌹🌹 . Bəs bütün dedikləriniz bütün növ encilere aiddir? xahiş edərəm cavablandrasniz.

  • @gultacismiyeva6817
    @gultacismiyeva6817 2 года назад +1

    Salam xanim onceden melumatiniz ucun cox sagolun. Anamin medesinde yara var qebizliyide var encir yarpagini agacdan qoparib teze teze istifade ede biler? Qurutmamis .Birde boreklerdeki dasi terpeder sizce qorxusu var?

  • @lemanqafarova1525
    @lemanqafarova1525 2 года назад

    Cox sağ olun.

  • @qurbanbagirov1447
    @qurbanbagirov1447 2 года назад +2

    Astarada qədimdən şor balığı əncil yarpağına büküb,bişirirlər.

  • @elmi_ra_ul4314
    @elmi_ra_ul4314 2 года назад +1

    Respect ♾️

  • @bikeqocayeva5013
    @bikeqocayeva5013 2 года назад +1

    Ela

  • @aqilmecidov7156
    @aqilmecidov7156 2 года назад +1

    Meslehete gore cox sagolun.encir yarpagin nece qurudub istifade etmeyin yazardiz zehmet olmasa.

  • @ilhameqasimova5044
    @ilhameqasimova5044 2 года назад +3

    Bizlərdədə duzlu balığı əncir yarpağına büküb bişirirlər

    • @birbaxkanal
      @birbaxkanal  2 года назад

      Hansı bölgə?

    • @ilhameqasimova5044
      @ilhameqasimova5044 2 года назад +1

      @@birbaxkanal Cəlilabad rayonu.Məndğ şəxsən elə görmüşəm uşaqlıqdan və elədə bişirirəm

  • @ilqarmusayev7981
    @ilqarmusayev7981 2 года назад

    Yas yarpaq demlenir yoxsa qurudularaq demlenir bilmek isdiyerdim

  • @mppkaa42
    @mppkaa42 2 года назад

    Yarpaqin qurudub saxlayib istifadə etmək olar?

  • @shargiyamahalova6894
    @shargiyamahalova6894 2 месяца назад

    İçin deyilir,amma necə için deyilmir. Yeməkdən əvvəlmi, sonramı.,gündə neçə dəfə?

  • @yasharsariyev9000
    @yasharsariyev9000 2 года назад

    əla 5

  • @miribesirli7105
    @miribesirli7105 2 года назад +1

    Çox sağ olun. Bir sual vermək istəyirəm, yarpaqlardan nə vaxt istifadə etmək olar, təzə çıxanda yoxsa meyvə vedikdən sonra?

  • @hokmdadasova1846
    @hokmdadasova1846 5 месяцев назад

    Salam
    Bəs deyirlər əncir yarpaqından istifadə təzyiqi qaldırır

  • @RamisaZekiyeva
    @RamisaZekiyeva 25 дней назад

    Xais edirem kimse mene desin 4 stekani 5 deq qaynadandan sonra yemekden once icek yoxsa sonra

  • @ilahhmdova1131
    @ilahhmdova1131 2 года назад +1

    Mən də dünnən yığmışam yuyib qurudiram.

  • @AyazAliyev-t6f
    @AyazAliyev-t6f 5 месяцев назад

    Allahim sene şukürler olsun her bir şeyo bize derman yarafib boşuna yaratmayib biz insanlar istifade etmeye tenbellik efiriy ancaq dermana ineye üstünlüy veririy

  • @musiqikefi
    @musiqikefi 2 года назад

    Çiy suda qaynadax yoxsa qaynamiş suda qaynadax tezden 15 deyqeye çiy su qaynayar ona göre soruşdum

  • @huseynhuseynov8668
    @huseynhuseynov8668 2 года назад +1

    Allah Təala quranda əncirə and icib

  • @zafarspirittagiyevpsikokin9940
    @zafarspirittagiyevpsikokin9940 2 года назад

    Salam bizim tərəfdə İncil deyilir.Beyvəsi Çox xoşuma gəlir Hayıfki, həyətimiz çox kiçik dr İncil ağacı genişlik istəyir

  • @RamisaZekiyeva
    @RamisaZekiyeva 25 дней назад

    Ve gunde nece istekan içek

  • @heyatfani74
    @heyatfani74 5 месяцев назад

    Salam. Ankoloji xeste qabul ede bilermi bu yarpaq cayin?

  • @ilgarhuseynov-qv8nf
    @ilgarhuseynov-qv8nf Год назад

    ancaq qurusunu dəmləyib içə bılər ik?

  • @aybukekaya2180
    @aybukekaya2180 2 месяца назад

    Eskiden Sövet rejiminde Bakülüler tuzlanmış, kuru balığı incir yaprağına sarıp, pişiriyordular, sonradan bu pişirme yöntemi yaygın olarak, kullanılan hale geldi.Bakü hep inciri ile halede ünlü

  • @marcina2023
    @marcina2023 2 года назад

    Salam xanım. Hamiləlikdə içmək olarmı?

  • @elcinabidov3504
    @elcinabidov3504 Год назад

    Meyvəsini səkərlər yiyə bilər ?

  • @nermincavadova6468
    @nermincavadova6468 Год назад

    Deyin ki nece

  • @dina_rblx4796
    @dina_rblx4796 2 года назад +2

    Əfsuslarki, şəkərli diabetdən əziyyət çəkənlər yeyə bilmir. O saat şəkər qalxır.

  • @maarifhuseynova822
    @maarifhuseynova822 5 месяцев назад

    BEL DİZ AĞRILARINA DA KÖMƏK EDİR. AĞRIYAN ERƏ BİR NEÇƏ ƏNCİR YARPAĞI BAĞLAYANDA AĞRINI GÖTÜRÜR.