Şəhid Sahib Daşdəmirovun xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi / Əli Ədalətli təqdim edir

Поделиться
HTML-код
  • Опубликовано: 5 май 2024
  • Daşdəmirov Sahib Natiq oğlu 1995-ci il mayın 6-da Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Əslən Bolnisi rayonunun Saraçlı kəndindəndir. 2001-2008-ci illərdə Nərimanov rayonu 202 nömrəli məktəbdə təhsil alıb. 2009-cu ildən təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Buranı bitirdikdən sonra 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
    2016-cı il iyunun 23-dən 2017-ci ilin avqustun 30-a qədər Şəmkirdə yerləşən hərbi hissədə snayper tağımında, 2017-ci il avqustun 30-dan 2018-ci il mayın 25-ə qədər Qazaxda yerləşən hərbi hissədə, 2018-ci il mayın 25-dən 2020-ci il mayın 14-ə qədər Murovda yerləşən hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edib[6]. 2020-ci il mayın 14-dən 2023-cü il fevralın 2-ə qədər Gədəbəydə yerləşən hərbi hissədə bölük komandiri olub. 2023-cü il fevralın 2-dən etibarən Xocavənd rayonunda yerləşən hərbi hissədə tağım kamandiri kimi xidmət edib.
    2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olub.

Комментарии • 4