Sabah FC Anthem

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Söz: Elnurə Nağıyeva, Murad Arif
    Musiqi: Murad Arif
    HİMN
    Hər günün yeni bir sabahı var,
    Sənlə başlayır ümidlər
    Üfüqündə, işığında toplanmışıq biz
    Pərvanətək azarkeşlər !
    Bizi yormaz yağan leysan kimi yağış
    İzindəyik hər boran-qış
    Ürəklərdə tez-tez döyünürsən sən
    Nəbzimizdir Sənə alqış
    Nəqarət:
    Biz olsaq da, ah, olmasaq da
    Sabah olsun, qoy, Sabah olsun!
    Qalib sən olsan da, olmasan da
    Vurduğun hər qol - qəlbimizə yol!
    Bu oyun içində minbir həyəcan
    Hər anın öz ləzzəti!
    Sabah hər qolunu vurduğu zaman
    Coşduracaq milləti!
    Azarkeş usanmadan dəstək olacaq
    Alqışlar sevincə qarışar!
    Və Sabah oyunda tarix yazacaq
    Sabaha qələbə yaraşar!
    Nəqarət:
    Biz olsaq da, ah, olmasaq da
    Sabah olsun, qoy, Sabah olsun!
    Qalib sən olsan da, olmasan da
    Vurduğun hər qol - qəlbimizə yol!

Комментарии •