Şamil Ənvəroğlu - Niyə gəlmisən? - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2024
  • #şamilənvəroğlu #kamranmyunis #kamranyunis
    #vasifarifoğlu #poeziya #şeirlər #kinomusiqi
    Şamil Ənvəroğlu - Niyə gəlmisən?
    Bəstəkar - Vasif Arifoğlu
    Kaman - Xəyyam Əhrar
    İllər ötüb, zaman keçib,
    bəs sən niyə gəlmisən?
    Yara vurduğun ürəyi
    öldürməyə gəlmisən?
    Ey arzular, ey xəyallar,
    ey ümidlər qatili,
    ölmüşəmmi?
    qalmışammı?
    öyrənməyə gəlmisən?
    Elə də tez inanmışdım,
    neçə anda, yalana,
    Elə də qəfil gələrək
    sakin oldun dünyama,
    Bu qırdığın, bu yıxdığın,
    bu üzdüyün adama,
    İndi baxıb öz "işinlə" öyünməyə gəlmisən?
    Sənin açdığın yaralar qaysaq tutmaz,
    sağalmaz,
    Sənin mənə etdiyini mini gəlsə, bacarmaz,
    Elə yandırıb-yaxmısan,
    bu can ölər, od sönməz,
    İndi də bir od qoymağa,
    yandırmağa gəlmisən?
    Günahlardan don geyinib,
    yalanlarla bəzənib,
    Neçə gözəl dəyərlərdən uzaqlaşıb, ələnib,
    Saxta-saxta göz yaşıyla,
    ümid, sevgi dilənib,
    Yenə mənə bir axmağı sevdirməyə gəlmisən?
    Neçə obraz, neçə maska,
    neçə oyun, neçə ad,
    Sənə görə bu həyata,
    bu dünyaya oldum yad,
    İndi də bu "əsərini" qoy səhnəyə, imza at,
    Dost-düşməni pis günümə güldürməyə gəlmisən?
    Neçə-neçə oyunlarla peşman etdin hər şeyə,
    Bir zamanlar dünyam vardı,
    Günəşim də "sən" deyə,
    İndi də heç utanmadan,
    gəldin məni görməyə?
    Mənə bu bəxt-taleyimi söydürməyə gəlmisən?
    Sevgi deyib, illərimi qurban etdim, görmədin,
    Hər dərdini dərdim etdim,
    sənsə qədir bilmədin,
    Tanıdaraq iç üzünü,
    utanmadın, ölmədin,
    Yoxsa, yarımçıq işini bitirməyə gəlmisən?
    Məni də son ümid kimi itirməyə gəlmisən???
  • КиноКино

Комментарии • 54

  • @EnergetikaEnergetika-uw9kl
    @EnergetikaEnergetika-uw9kl 6 месяцев назад +4

    Her sey gozel şeir fon musiqi ifa eden şəxsiyyət 😢😢Allahim ureyim ele doluduki içimden ele bir hayqirmaq gəlirki niye Allahim niyee...

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 6 месяцев назад +4

    Bu qədər təsadüf olunur ki Kamran bəy neden mən özümü sizin şeirlerde taplram 😢

  • @aytenimanli111
    @aytenimanli111 6 месяцев назад +5

    Bir sözlə _mükəmməl ,gözəl sənətkar.👏🏼👏🏼👏🏼
    ALqışLadım və sizi dinLəyənLər aLqışLadı sizi.
    Nəfəsinizdən gələn həzin səsi, səsin gətirdiyi ürək kövrəkliyini.
    Siz özünüz də şair ürəkli sənətkarsız.
    Dəyərlisiz bizlər üçün...
    Minnətdarıq sizə , gözəL şeir üçün.

  • @elmarammmdova882
    @elmarammmdova882 6 месяцев назад +5

    Hər vaxtınız xeyir olsun,dəyərli sənətçi.Eşq olsun şairə də,sizə də,bəstəkara da.Möhtəşəm şeir,möhtəşəm ifa.Təşəkkürlər Kamran bəy.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 6 месяцев назад +5

    BİR ZAMANLAR DÜNYAM VARDI....GÜNƏŞİM DƏ SƏN DEYƏ...

  • @raulagayev1657
    @raulagayev1657 6 месяцев назад +5

    🙏🙏

  • @leylaorucova77
    @leylaorucova77 6 месяцев назад +4

    Allah sesinize canıvıza saglıq versi Kamran müalim🫶

  • @nrminsuma8539
    @nrminsuma8539 6 месяцев назад +4

    Möhtəşəm əsər,möhtəşəm qiraət👏👏

  • @dnizdniz7523
    @dnizdniz7523 6 месяцев назад +5

    Dönə-dönə dinləməyə ürək istər...

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 6 месяцев назад +3

    Çox sağ olun dəyərli sənətçimiz .Həmişə səsiniz gəlsin .

  • @naziranurmammadova1027
    @naziranurmammadova1027 6 месяцев назад +5

    Gecəniz xeyir olsun,sənətkarımız.Məni də son ümid kimi itirməyə gəlmisən?

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 6 месяцев назад +4

    Sənin mənə etdiyini mini gəlsə,bacarmaz..

  • @shamilenveroglu5788
    @shamilenveroglu5788 6 месяцев назад +10

    Belə möhtəşəm qiraətə görə əziz sənətkatımız Kamran bəyə və onu sevənlərə gözəl günlər arzu edirəm. Tanrı qorusun və sevindirsin hər birimizi🙏
    Səsiniz gəlsin hər zaman, dəyərli İNSAN👏👏👏

    • @yeganequliyeva664
      @yeganequliyeva664 6 месяцев назад +2

      Allah hər birinizə sağlıq dolu gözəl ömür nəsib etsin Dəyərlilərimiz!🤲

    • @shamilenveroglu5788
      @shamilenveroglu5788 6 месяцев назад +2

      ​@@yeganequliyeva664,xoş ovqat nəsib olsun həmişə, dəyərli insan🙏

    • @cickyags4191
      @cickyags4191 6 месяцев назад +2

      Var olun dəyərli Sənətkarımız!👏Var olun dəyərli Şairimiz! 👏

    • @shamilenveroglu5788
      @shamilenveroglu5788 6 месяцев назад

      ​@@cickyags4191, dəyər verən ruhunuz sevinsin həmişə, dəyərli insan👏

    • @sevdasalayeva9482
      @sevdasalayeva9482 6 месяцев назад +3

      Amin

  • @sevdababayeva6225
    @sevdababayeva6225 6 месяцев назад +4

    👏🏻👏🏻👏🏻👏🏻💐💐💐💐💐💐💐

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 6 месяцев назад +6

    Hər zamanınız hüzur içində olsun dəyərli sənətkarimiz.

  • @VusalBdlova-xu7tb
    @VusalBdlova-xu7tb 6 месяцев назад +4

    Ürəyinizə sağliq.

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 6 месяцев назад +4

    Şeiri dinlədikcə dinləmək istəyirsən...Kədərləndim...

  • @vusalemelik.8108
    @vusalemelik.8108 6 месяцев назад +5

    Necə təsirli səsləndirdizsə, dinləyərkən ağladım, şeir bitəndə gördüm ağladığımı... Möhtəşəmsiz... Var olun, dəyərli Kamran bəy🙏✨️

    • @EnergetikaEnergetika-uw9kl
      @EnergetikaEnergetika-uw9kl 6 месяцев назад +2

      Men kamran beyin ifa etdiyi oz seirlerini dinledikce aglamadigim gun olmur😢😢fon musiqiler meni oldurur

    • @vusalemelik.8108
      @vusalemelik.8108 6 месяцев назад

      @@EnergetikaEnergetika-uw9kl Bəli, Kamran bəyin seçdiyi fon musiqiləri çox gözəl olur,, bəstəkar musiqiləri.. hətta nostalji əhval- ruhiyyə də yaradır...

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 6 месяцев назад +3

    Şer,ifa,musiqi mükəmməl❤

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 6 месяцев назад +3

    Məni də bu son ümid kimi itirməyə gəlmisən?
    Səsinizə qüvvət, Kamran bəy.
    Şamil bəyin gözəl əsərlərindən

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 6 месяцев назад +4

    Sözün bitdiyi yerdəyəm.
    Şamil bəy
    Kamran bəy.Var olun.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 6 месяцев назад +5

    Yara vurduğun ürəyi öldürməyə gəlmisən?
    🌹🌹🌹🌹🌹🤲

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 6 месяцев назад +4

    bu sözlər daşa deyilsə daş utanardı....

  • @cickyags4191
    @cickyags4191 6 месяцев назад +5

    Dost-düşməni pis günümə güldürməyə gəlmisən?
    🌺🌺🌺🌺🌺👏

  • @dnizdniz7523
    @dnizdniz7523 6 месяцев назад +5

    Gözəl şeir, möhtəşəm ifa...Təşəkkürlər, var olun.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 6 месяцев назад +5

    Gecəniz xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @user-nigar_237
    @user-nigar_237 6 месяцев назад +3

    Necədə hayatdan yazılıb👏🏻necədə gözəl səslənib👏🏻
    Sənin mənə elədiyinin mini gəlsə bacarmaz…
    Neçə obraz,neçə maska,neçə oyun,neçə ad…
    Tanıdaraq iç üzünü utanmadın,ölmədin…

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 6 месяцев назад +4

    Çox təsirləndim

  • @useruser5401
    @useruser5401 6 месяцев назад +4

    😔

  • @dnizdniz7523
    @dnizdniz7523 6 месяцев назад +5

    Gecəniz xeyirli olsun.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 6 месяцев назад +5

    GECƏNİZ XEYİR OLSUN ,DƏYƏRLİ SƏNƏTKARLARIMIZ,ALLAH HÜZURUNUZU DAİMİ ELƏSİN,YAXŞI Kİ VARSINIZ....

  • @limanszhayeller5493
    @limanszhayeller5493 6 месяцев назад +5

    Keyfiyyətli qiraət, keyfiyyətli musiqi seçimi. Var olun.

  • @nurlusabah9995
    @nurlusabah9995 6 месяцев назад +4

    Mohtewem wer mohtewem qraet ehsen dahi senetkar Kamran M Yunis

  • @lolaazeri3917
    @lolaazeri3917 6 месяцев назад +5

    DƏYƏRLİ MÜƏLLIF👏
    DƏYƏRLİ SƏNƏTKARIMIZ👏
    VAR OLUN 🙏

  • @nezaketletifova1118
    @nezaketletifova1118 6 месяцев назад +5

    🎧👍👍👍

  • @lolaazeri3917
    @lolaazeri3917 6 месяцев назад +5

    Mükemmel!

  • @sefayehesretova1123
    @sefayehesretova1123 6 месяцев назад +4

    Çox dəyərli sənətkar, Allah sizə can sağlığı versin. Üzünüzdən təbəssüm əskik olmasın. Səsinizə qüvvət. Yeni yeni ifalarınızla bizi sevindirsin.

  • @DenizDenz-bf3pd
    @DenizDenz-bf3pd 6 месяцев назад +4

    No comment! 💐

  • @gulnareceferova82
    @gulnareceferova82 6 месяцев назад +4

    Necə hüznlü😔
    Təşəkkürlər hər ikinizə gözəl şeir, gözəl qiraət üçün

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 6 месяцев назад +5

    40 👍🎧

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 6 месяцев назад +4

    Dəyərinizi bilməyən insanlar sizə yenidən xəyanət etməyəmi gəlib,? O insanları bir dəfəlik yaralı çiban kimi kəsin atın. Siz həyatda hər bir şeyin əlasına layiqsiniz, dəyərlimiz.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Месяц назад +1

    🎧🌹🌹🌹🌹🌹🌹🌹🤲

  • @behbudovamanzar
    @behbudovamanzar 19 дней назад +1

    Salamlar!Lap ürəyim parçalandı!Necə də ürəkdən, candan dediniz!Elə bildim ki, öz həyatınızi şeirə yazib, deyirsiniz! Heç demə ???... Şamil bəy də!!! Çox təəssuf! Düşmən heç düşmənə belə pislik eləməz!Sevdiyin, ömrünü verdiyin,yolunda canini qurban dediyin,dəyərləndirdiyin bir insanin taleyi ilə oynayani Tanriya tapşırmaq lazimdir! Yalnız Allaha !Bu qədər insana zulm verənin,bəlasini ancaq O, verə bilər!Yandim,yaxildim! Gör kimə inanmisiniz e
    .e.e!Mən deyəndə ki, özünüzü heç kimə qurban verməyin,mənə inanmirsiniz!Bu da axırı!!!Yalniz özünüzü sevin!Qoy,rədd olsun,yalandan Sizə "sevirəm!"_ deyib,istifadə edenlər!Ona gorə özümden başqa hec kimə inanmıram!Və.. yeri gələndə məsxərəyə qoyub gülürəm! Çünki..???.Kamran bəy!Bu seirdən sonra...daha heç kəsə,"Qızıldan don geyib,Qurana and içsə də"_ ,inanmayin! Təşəkkürlər! Gözəl rol apardıniz!Yox!Həqiqətən yaşadıqlarınızı anlatdiniz!👍👏🙏🌹

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 6 месяцев назад +3

    27il nə demeydi 😢

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Месяц назад +1

    Mənə bu bəxt-taleyimi söydürməyə gəlmisən?😔

  • @user-nigar_237
    @user-nigar_237 6 месяцев назад +3

    Necədə hayatdan yazılıb👏🏻necədə gözəl səslənib👏🏻
    Sənin mənə elədiyinin mini gəlsə bacarmaz…
    Neçə obraz,neçə maska,neçə oyun,neçə ad…
    Tanıdaraq iç üzünü utanmadın,ölmədin…