Baş ağrıları | T.Ü.F.D Nuridə Tağıyeva

Поделиться
HTML-код
  • Опубликовано: 10 июн 2024
  • aş ağrısı səbəbləri nədir?
    📍Baş ağrıları ən çox nevroloqa müraciət etmə səbəblərindəndir. Baş ağrısı insanlara təsir edən ağrılı vəziyyətlərdən ən çox görülənidir. Belə ağrılar sistematik xəstəliklərlə yanaşı nevroloji xəstəliklərə də yol aça biləcək bir simptomdur.
    Həyatı boyu heç bu xoşagəlməz hissi yaşamayan insan tapmaq çətindir.
    Hiss etdiyimiz ağrı beyin pərdəsindən, damarlardan və sinirlərdən qarışıq bir oyanıqlıqdır. Xüsusilə qan damarları və baş əzələləri beynimizə ağrı siqnalları göndərir. Ancaq bu siqnalların necə başlandığı tam olaraq bilinmir.
    📍Baş ağrısına səbəb ola biləcək ümumi səbəblər bunlardır:
    •Xəstəlik: infeksiyalar (soyuqdəymə və yüksək qızdırma), sinüzit (sinusların iltihabı), boğaz infeksiyası və ya qulaq infeksiyası kimi bir çox xəstəlik baş ağrısına səbəb ola bilər. Baş ağrısı beyin şişi və ya beyin qanaması kimi daha ciddi problemin simptomu olaraq da meydana gələ bilər.
    •Stres: Stres və depressiyadan əlavə həddindən artıq spirtli içgi istifadəsi, yeməkdən vaxtını keçirmək, yuxu rejimindəki dəyişikliklər və həddindən artıq dərman qəbul etmək də baş ağrısına səbəb olan amillərdir.
    •Tütün tüstüsü, ətraf mühit-kimyəvi amillər: Tütün tüstüsündən, evdəki kimyəvi maddələrindən, ətirlərdən, allergenlərdən və bəzi qidalardan gələn qoxular da baş ağrısına səbəb ola bilər. Hava çirkliliyi, səs-küy və hava şəraitinin anidən dəyişməsi baş ağrısının digər səbəblərindəndir.
    •Genetik faktorlar: Birincili baş ağrısı olan migrenin genetik xüsusiyyətləri məlumdur. Çünki ailədə migren xəstəsi varsa, migren olma ehtimalı 40% dir. Anası və atası migrendən əziyyət çəkən bir insan, migren şikayətlərinin 75% i ilə qarşılaşa bilər. Miqrenli uşaq və yeniyetmələrin əksəriyyətinin migrenli ailə üzvləri var.

Комментарии •