DİN VƏ CƏMİYYƏT - Müsəlman və İslam - 11.01.2018

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • DİN VƏ CƏMİYYƏT
    11.01.2018
    MÖVZU : MÜSƏLMAN VƏ İSLAM
    QONAQLAR:
    Şahin Həsənli - Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı
    Abbas Qurbanov - tarix üzrə fəlsəfə doktoru
    Günümüzdə ən çox müzakirə olunan məslələrdən biri İslam dini ilə mövcud müsəlmanlar arasında yaranmış uçurumdur. Buna münasibətiniz
    Bir çox Avropa ölkələri müsəlman olmadığı halda iqtsadi, mədəni və digər sahələrdə İslam dininin prinsiplərini tətbiq edib böyük inkişaf qazanırlar. Bir çox İslam ölkələrində isə iqtisadi və mədəni tənəzzül var. Bunun səbəbi nədir?
    Sizcə dünyadakı müsəlmanlar Qurani-Kərim və Peyğəmbərin ortaya qoyduğu mənəvi-əxlaqi prinsiplərə riayət edirlərmi?
    İslam sülh və mərhəmət dini olduğu halda, bir olun dediyi halda müsəlmanlar arasında məzhəbçilik və dini radikalizm meyllərinin olmasını necə qiymətləndirirsiz?
    Qurani-Kərimin ilk əmri Oxu ilə başlayır. İslamın elmə, təhsilə verdiyi önəm böyük olsa da niyə müsəlmanlar elmi uğur və nailiyyətlərdən uzaqlaşıblar? Bunun səbəbi nədir?
    İslam dini son dindir və ən realist prinsiplərə malikdir. Bununla yanaşə xurafat elementləri, falçılıq, baxıcılıq bu din altında təbliğ edilir. Buna münasibətiniz.
    Bu gün bir çox hallarda insanın səmimi dindarlığı xarici görünüş ilə ölçülür. Bu doğrudurmu?
    Müsəlmanların İslamı daha yaxşı bilməsi və öyrənməsi üçün maarifləndirmə və təbliğ necə olmalıdır?
    Dinin məqsədi insanı və cəmiyyəti insanı irəliyə aparmaqdır yoxsa geriyə?

Комментарии •