BALALARIM ÜÇÜN HAZIRLADIĞIM YEMƏKLƏR, ŞİRNİYYATLAR...

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024
  • CEMLİ ,KOKOSLU KURABİYYƏLƏRİN RESEPTİ
    150q otaq temperaturunda yumşalmış kərə yağı və ya marqarin
    2ədəd yumurta
    1stəkan şəkər tozu və ya şəkər pudrası (stəkan ölçüsü 200ml)
    1paket vanil
    1 limonun rəndədən keçirilmiş qabığı
    3 stəkan un (stəkan ölçüsü 200ml)
    1 yemək qaşığı ərik və ya şaftalı cemi
    Üzəri üçün zövqə görə hər hansı bir cemdən istifadə edə bilərsiniz.Üzəri üçün həm də kokosdan istifadə edirik.
    HAZIRLANMASI
    Undan başqa bütün ərzaqları xəmir yoğuracağımız qaba əlavə edib yaxşı qarışdırırıq.Sonra unu az-az əlavə edərək xəmiri yoğururuq.Daha doğrusu yoğurmuruq,xəmiri bir yerə toparlayırıq.Xəmiri 10-15 dəqiqə soyuducuda dinlənməyə qoyuruq.Sonra istədiyimiz ölçüdə, böyüklükdə xəmirdən götürüb əlimizin içində forma verib soba listinə düzürük.Mən 32 qramdan etdim kurabiyyələri.Gözəyarı da edə bilərsiniz. Listə düzdükdən sonra ortalarında dəlik açırıq. Əvvəlcədən qızdırılmış sobaya bişməyə göndəririk.150 dərəcədə 20 dəqiqəyə bişir.Soyuduqdan sonra üzərinə ərik cemi çəkirik və kokosa batırırıq.Sonda açdığımız dəliklərə cem əlavə edirik.

Комментарии • 174