Vüqar Muradovun Vətən Müharibəsindən yeni görüntüləri

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • ►Müğənni Vüqar Muradov könüllü olaraq hərbi xidmətə yola düşüb.
    Sənətçi bu barədə sosial media hesabında yazıb.
    O, bildirib ki, artıq 10 gündür ön cəbhədədir: “Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm.Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir"
    ►Azərbaycan-Ermənistan arasındakı döyüşlər bir neçə günə bitməyəcək, "hələ tərəflərin mövqelərində yaxınlaşma yoxdur," - Qafqazdakı münaqişələr üzrə mütəxəssislər belə düşünür.
    Onlar bu münaqişənin Qarabağın hüdudlarını aşa biləcəyindən narahatdılar və hesab edirlər ki, beynəlxalq güclər Qafqazda alovlanmış bu atəşi söndürməyə hələ də tələsmirlər.
    Azərbaycan Ermənistanın mülki əhaliyə hücumunu əsas gətirərək, sentyabrın 27-də cəbhə xətti boyunca əks-hücum əməliyyatlarına başlayıb.
    Ermənistan isə Azərbaycanın tanınmamış "Dağlıq Qarabağ Respublikasına" hücum etdiyini deyib.
    Hər iki ölkədə hərbi vəziyyət elan edilib.
    Azərbaycan və Ermənistanda hansı silahlar var?
    Ermənilərlə azərbaycanlılar barışa bilərmi? - Bakıda sorğu
    Bəzi ölkə rəhbərləri tərəfləri sülh danışıqlarına dəvət etsə də, Azərbaycan torpaqlarını azad etməkdə israrlı olduğunu, sülhün yalnız Ermənistanın onun şərtlərini qəbul etdiyi təqdirdə mümkünlüyünü vurğulayıb.
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin TRT1 kanalına müsahibəsində bildirib ki, "Ermənistan Qarabağdan ordusunu çıxarmağın qrafikini təqdim etməlidir, Türkiyənin sülh danışıqlarında iştirakı təmin olunmalıdır".
    Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan xalqından üzr istəməsi və "Qarabağ Ermənistan deyil" söyləməsinin tələbi də İlham Əliyevin şərtləri arasındadır.
    Mütəxəsislərin fikrincə, hazırda Ermənistanın bu şərtlərin heç birini qəbul etməməsi müharibənin hələ davam edəcəyini göstərir.
    Qarabağ münaqişəsini həll etməyə nə mane olur?
    Qarabağ münaqişəsi: iki qəsd nəzəriyyəsi
    "...həftələr çəkə bilər"
    Almaniyanın Heinrich Böll Fondunun Qafqaz ofisinin direktoru Stefan Meister BBC News Azərbaycancaya danışıb ki, döyüşlərin nə qədər davam edəcəyini demək çətindir, amma ən azı həftələr çəkə bilər.
    Onun sözlərinə görə, Türkiyənin münaqişədə iştirakı onu deməyə əsas verir ki, döyüşlər bu dəfə həmişəki kimi bir neçə gün çəkməyəcək. "Bilmirəm, bu müharibə nə qədər davam edəcək, demək çətindir. Amma deyə bilərəm ki, bu, toqquşmanın yeni mərhələsidir. Əsas təsir gücünə malik Rusiya döyüşən tərəfləri atəşkəsə çağırsa da, biz hazırda müharibənin böyük miqyasını müşahidə edirik, çoxlu qurbanlar var və hesab edirəm ki, döyüşlərin dayandırılması da asan deyil," - Stefan Meister bildirib.
    O bildirib ki, yaxın günlərdə hərbi əməliyyatların dayanacağını gözləmir və bunun üçün kifayət qədər beynəlxalq təzyiq də görmür.
    Cənab Meisterin fikrincə, tərəflər və maraqlı güclər bu dəfəki müharibənin Qarabağın hüdudlarından kənara yayıla biləcəyini anlamırlar.
    Ermənilərlə azərbaycanlılar barışa bilərmi? - Yerevanda sorğu
    Azərbaycan-Ermənistan sərhədində dörd sərhəd-döyüş məntəqəsinin istifadəyə verilməsi əslində nə deməkdir?
    "Mən hesab edirəm ki, bütün regionda ABŞ-ın iştirakı zəifləyib. Həmçinin də Türkiyəyə təsiri zəifləyib. Eləcə də Fransanın Minsk qrupunun həmsədri kimi konfliktdə iştirakı zəifləyib.
    Hesab edirəm ki, regionda maraqlar məhduddur. Avropa Birliyi tərəfdən də maraq azalıb. Başqa konfliktlər də davam edir: Belarus, Suriya, Liviya, Avropa Birliyində və ABŞ-da başqa problemlər bura marağı azaldıb. Bunlar əsas səbəblərdən biridir,"- Stefan Meister deyib.
    Cənab Meister hesab edir ki, beynəlxalq oyunçuların başı daxili problemlərə qarışıb və burdakı məsələlər onları o qədər də maraqlandırmır.
    Şərhçi bildirib ki, Avropa Birliyi də bir neçə münaqişənin həllində eyni anda iştirak edə bilmir və bütün bunlar döyüşlərin vaxtını uzadır.
    Azərbaycan İsraildən daha çox silah istəyir
    "ABŞ-ın başı seçkilər qarışıb"
    Ermənistan və Azərbaycan arasındakı münaqişədən bəhs edən "Qarabağ" kitabıının müəllifi, Tomas De Wall BBC News Azərbaycancaya deyib ki, döyüşlərin tezliklə dayanacağı görünmür, amma hər gün daha çox insan həyatını itirir.
    "Azərbaycan Xankəndini və Qarabağı atəşə tutur, Ermənistan isə Gəncəni, Mingəçeviri vurur və düşünürəm ki, bu, uzun çəkəcək", - Tomas De Wall bildirib.
    Əliyev-Paşinyan debatına Ermənistanda reaksiyalar nədir?
    Qarabağ münaqişəsi ucbatından kəndlərini bir-birilə dəyişən ermənilər və azərbaycanlılar
    "Hazırda döyüş NATO üslubu ilə aparılır"
    Qarabağ münaqişəsi ucbatından kəndlərini bir-birilə dəyişən ermənilər və azərbaycanlılar
    Tofiq Zülfüqarov: “Son 5-10 ildəki Qarabağ danışıqları imitasiya xarakteri daşıyır”
    "Azərbaycanla Ermənistan və Dağlıq Qarabağ hərbi rəhbərliyi arasında 'söz savaşı' artıb" - Riçard Giraqosyan
    #aboneol #like #share

Комментарии • 2