Sensasiya | “Hizbullah” lideri ilə birgə ölən Karaki Bakıya görün niyə gəlib

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • Sensasiya | “Hizbullah” lideri ilə birgə ölən Karaki Bakıya görün niyə gəlib
    İsrailin Beyrutu bombalaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahla birlikdə ölən Əli Karaki haqda faktlar yenidən gündəmə gəlib.
    “Globalinfo” xəbər verir ki, Əli Karaki “Hizbullah”ın ən təcrübəli komandirlərindən biri kimi tanınıb. O, qruplaşmanın bir çox əməliyyatlarına şəxsən rəhbərlik edib.
    Bunun fonunda Əli Karakinin adı Azərbaycanın cinayət işi arxivinə Bakıda terror aktı törətmək istəməsi ilə düşüb. Belə ki, 2008-ci ildə Livan vətəndaşları Əli Karaki, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Əl-Qaidə” təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər. Xüsusilə Əli Karaki Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi planlaşdırıb. Dəstə üzvləri bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar.
    İttiham aktından məlum olur ki, Əli Karaki və digərləri 2008-ci il mayın 8-də İsrail dövlətinin yaranmasının 60 illik yubileyi günü bu dövlətin Bakıdakı səfirliyində də terror aktı törətməli imiş.
    Belə ki, 2008-ci ilin aprelində Əli Nəcməddin Ə.Şükürovla İzmir küçəsində kirayələnən mənzilə 1 kiloqram 400 qram plastid adlı partlayıcı maddə, trotil şaşkası, 2 ədəd “EDP-8” tipli elektrodetonatoru və izləmə üçün əlavə durbin, “Soni” markalı videokamera aparıblar. Aprelin 30-da Əli Karaki Ə.Şükürova və Əli Nəcməddinə izləndiyini bildirib. Buna görə də özlərini şübhəli göstərməmək üçün sakitcə yaşadıqları ünvanlara gedib, sonrakı günlər ərzində gizli yollarla İrana qayıtmağı razılaşdırıblar.
    Növbəti gün Əli Nəcməddin Əli Karaki ilə 28 May küçəsindəki aviakassaya gəliblər. Orada İrana təyyarə bileti almaqla qonşu dövlətə təyyarə ilə gedəcəyi təəssüratı yaratmaq istəyiblər. Daha sonra isə “20 Yanvar” metrosunun yanına gələrək Astaraya, oradan İrana getməyi planlaşdırıblar. Lakin “20 Yanvar” metrosunun yanında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Əl Nəcməddindən şübhələnib onu saxlayıblar. Sonradan dəstənin digər üzvləri də ölkəni tərk etmək istəyərkən həbs olunublar.
    Dəstə üzvlərinin evlərində və kirayə yaşadıqları ünvanlarda aparılmış axtarış zamanı İsrail səfirliyinin, Qəbələ Radiolokasiya Stansiyasının yüksəklikdən çəkildiyi fotoşəkillər, Yəhudi Mədəniyyət Mərkəzinin video və fotogörüntüləri olan kaset və disklər, silah-sursat, partlayıcılar götürülüb.
    Araşdırmaçı-tarixçi Tural Həmid yazır ki, o vaxt 15 il həbs cəzası alan Ə.Karaki sonradan İran və Azərbaycan arasında danışıqlardan sonra dəyişdirilib. Əli Karaki bu müddət ərzində “Hizbullah”ın üçüncü adamına qədər yüksəlib. 2024-cü il sentyabrın 27-də isə İsrailin Beyruta hücumu zamanı “Hizbullah” lideri Həsən Nəsrullahla birgə ölüb.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Sensasiya | “Hizbullah” lideri ilə birgə ölən Karaki Bakıya görün niyə gəlib
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #israil #beyrut #bakı #karaki #lider #hücum #müharibə #həsənnəsrullah #cinayətişi #əlikaraki #bakutvreels

Комментарии • 26

  • @AliyevVusal-fg8gt
    @AliyevVusal-fg8gt 56 минут назад +7

    Qardaş türkiyə kanalları israilin iç üstünə açıb hər şeyi danışır hər şeyi göstərir siz ancaq fələstindən israilə qarşı olanlardan danışırsız bir dənə israilin əlinə bir kəlmə danışıb göstərmirsiz bu qədər mənliyinizin niyə satırsız pula hamı yaxşı bilir ki sizləri kimləri idarə edir gedin türkiyə kanallarından nifrət götürün

  • @AliyevVusal-fg8gt
    @AliyevVusal-fg8gt 54 минуты назад +6

    Bilənlər yaxşı bilir ki bu kanal kimlərə xidmət edirik kimlərin əlinin altındadır heç olmasa bir jurnalist kimi arada türkiyə kanallarına baxın ibrət götürün baxın nəyi danışır nədən söhbət edir danışanda 5 manata özünüzü satıb bir tərəfli danışmıyın haqqı danışım türki kanallarından ibrət götürün

  • @farizeyvazov8659
    @farizeyvazov8659 Час назад +19

    Qonşu Turkiye mediasi israilin iç uzunu yaxşi açir amma melumdur siz kime xidmet edirsiz

  • @KenanSuleymanov.5_313
    @KenanSuleymanov.5_313 27 минут назад +5

    Yaxsiki Turkiye mediasi İsrailin ic uzunu acib tokur yoxsa heqiqeten size inanardim

  • @sahinqasimov4374
    @sahinqasimov4374 Час назад +14

    Sizdə izrayil tulasisiz. Utanıb olursuz

  • @Фахе.Габибов
    @Фахе.Габибов 54 минуты назад +6

    Ялан данышырсан шарафсиз

  • @rustamkara9025
    @rustamkara9025 44 минуты назад +3

    Patı satan olub Azərbaycan öz piryomu var idi niyə belə torba tikirsiz😮

  • @azadagadadashov1599
    @azadagadadashov1599 Час назад +4

    Qəbələ RLS-i 😅😅😅. dediyinə inanırsan.

  • @RomaVodem77
    @RomaVodem77 25 минут назад +2

    Maraqlıdır bu xəbərlər indi niyə çıxır? Ümumiyyətlə Bakytv ni özlərindən başqa nə qədər baxış kontingenti var ?

  • @GülnarBağırova-u1t
    @GülnarBağırova-u1t 6 минут назад +1

    Yalançının başına daş duşsun. İndi niyə deyirsen tutub xalqa gösteretdiz həqiqət olsaydı.

  • @HazarNazaroic
    @HazarNazaroic Час назад +4

    Musalmanin duwmenleri

  • @RabilBabayev-p4o
    @RabilBabayev-p4o Час назад +6

    Bunlari duz edib israyil mehf edib
    Novbede irandi

  • @HazarNazaroic
    @HazarNazaroic Час назад +5

    Bunlari duz edib qirirlar yevreyler

  • @HazarNazaroic
    @HazarNazaroic Час назад

    Indi hansisa aqzi goycek yazacaqki imamdi seyitdi esdafurullah bunlara gulden aqir soz demek olmaz