Marketlərdəki SAXTA MALLAR - Diqqətli olun!

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #BirBax #market #saxta
    Marketlərdə satılan qidaların hansı saxtadır? Bu sualı market sahibinə versək, yəqin ki səmimi bir cavab ala bilmərik. Sağlam olmaq üçün öncə nə yediyimizi bilməyik. Marketlərdən nə aldığımıza, nə yediyimizə diqqət etməliyik. Saxta qidaları təbii qidadan ayırd edə bilməliyik. Bəli, bu gün məhz marketlərdə satılan saxta qidalardan danışacam. Lakin videoya keçməzdən əvvəl sizə sualım var. Marketlərdə hansısa saxta məhsulla heç qarışlaşmısızmı? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Bu videoya baxan hər kəs həmin qidaları tanısınlar.
    Saxta Zeytun yağları. Zeytun yağı günəş işığı ilə təmasda olmamalıdır. Bu zaman o keyfiyyətini itirir. Ona görə marketdən zeytun yağı alarkən tünd yaşıl, tünd qəhvəyi və ya qara rəngli şüşə qabda, yaxud dəmir qutuda olan yağlara üstünlük verin. Plastik qablarda satılan zeytun yağı qətiyyən almayın. Evdə zeytun yağının təbiiliyini yoxlamaq istəyirsinizsə, onu soyuducuya qoyun. Yağ bərkiyirsə, deməli əsl zeytun yağıdır. Lakin bir məsələni də mütləq vurğulamalıyam. Son vaxtlar bəzi işbazlar “zeytun yağı” adıyla satdıqların məhsulun donması üçün ona pambıq yağı əlavə edirlər. Bu mütləq diqqətinizdə olsun. Keyfiyyətinə etibar etdiyiniz mütləq firmaların zeytun yağını alın.
    Saxta düyülər. Son illər keyfiyyətsiz, plastikdən hazırlanmış düyülərin bazara ayaq açması haqda çox yazılır. Bəs düyünün təbii, keyfiyyətli olduğunu necə müəyyənləşdirmək olar? Bir stəkan suya bir xörək qaşığı düyü tökün. Əgər düyü stəkanın dibinə çöksə, deməli, bu, keyfiyyətli və təbii düyüdür. Yox əgər suyun üstündə qalsa, bu, düyünün plastikdən hazırlandığını göstərir. Digər üsul. Bir ovuc düyünü suda bişirin. Sonra bir plastik qaba tökün və bir neçə gün ərzində günəşli yerdə saxlayın. Düyü kiflənərsə, deməli, təbiidir. Olduğu kimi qalarsa, saxta olduğu mənasına gəlir. Sonuncu üsul. Bir neçə düyü dənəsi götürüb əzin. Bundan sonra onları yaxından izləyin. Düyünün incə ağ toz yaratmağa başladığını fərq etsəniz, bu o deməkdir ki, keyfiyyətlidir. Sarı ləkələr görsəniz, saxta düyü olduğuna dəlalət edir.
    Saxta kərə yağları. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.
    Bəs kərə yağının təbii olduğunu necə anlamaq olar?
    Öncə onun tərkibinə baxmalıyıq. Təbii kərə yağının tərkibini göstərən yazıda marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır: tam yağlı süd və qaymaq.
    Əgər paketin üzərində “yağ” sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir.
    İnək südündən hazırlanmış təbii yağı onun qiymətinə əsasən də anlamaq olar - bu, bütün digər əvəzedicilərdən bahadır. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. O, nə kəskin sarı olmalıdır, nə də kəskin ağ.
    Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır.
    Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir.
    Saxta Bal. Sünisi asanlıqla hazırlanan qidalardandır. Yüksək fruktoza tərkibli siropları duruldaraq bal adıyla bazara çıxaranlar da var. Əgər balı aldığınız adam sizə məsləhət görürsə ki, balı soyuducuda saxlayın, demək, saxtakardır. Əsl balın soyuducuya ehtiyacı yoxdur. Balın xarlanması məsələsinə gəlincə, Təbii bal zamanla xarlanmalıdır. Bu, tam təbii prosesdir. Xarlanma, balın tərkibindəki qlükozannın sudan ayrılaraq bərk kristallar əmələ gətirməsidir. Bəzi bal növləri, tərkibindəki qlükoza, temperatur və saxlama şəraiti kimi digər amillərdən asılı olaraq daha çox kristallaşmaya meyllidir.
    Saxta Kofe. Üyüdülmüş kofe alarkən diqqətli olun. Xüsusilə, açıq halda, kilo ilə satılan məhsullara üyüdülmüş arpa, buğda və soya qata bilirlər. İstehsal xərcini azaltmaq niyyətində olan istehsalçıların bəziləri bu üsula tez-tez müraciət edirlər. Ən yaxşısı, kofe dənələrini evdə özünüz üyüdün.
    Bu gün satışda çeşidli xama növləri var. Əvvəllər dükan və marketlərin vitirinini ancaq xarici istehsal - xüsusilə Rusiya, Ukrayna və Türkiyə istehsalı olan xamalar bəzəyirdisə, bu gün yerli markalar çoxluq təşkil edir. Hər istehsal müəssisənin də məhsulunun özünəməxsus dadı var. Bəs onlardan keyfiyyətlisini necə seçmək olar?

Комментарии • 49

  • @xeyalbabayev4070
    @xeyalbabayev4070 4 месяца назад +4

    Aparıcı xanım xalqı maarifləndirdiyiniz üçün çox çox təşəkkürlər 🙏🙏🙏🌹🌹🌹

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @zminliyeva2512
    @zminliyeva2512 4 месяца назад +3

    Çox sağ olun .Allah razı olsun sizin kimi xalqın xeyrinə ,xeyirli işlır görənlərdən .Mən yağ ilə balın saxta olub olmasını anlayıram amma qalan məhsulları üzərindəki yazıları oxuyaraq alıb istifadə edirəm .Çox sağ olun ki bilmədiklərim də oldu ki buradan izləyib agah oldum .Təşəkkürlər .Sizin verlişə çatan olmaz ,səs tonunuz isə insana çox hüzur verir .Yorulmadan dinləyib izləyirəm.Var olun .İnşəə Allah gözəl və maarifləndirici mövzularınız davamlı olar .Amin

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirəm.

  • @zahraseven701
    @zahraseven701 4 месяца назад +1

    ALLAH sizdən razı olsun çox dəyərli məlumatlara görə. Kaş ki, hamı bu videonu izləsin .

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Təşəkkür edirik, dəyərli izləyicimiz.

  • @gabilhasanov4768
    @gabilhasanov4768 4 месяца назад +2

    Dəyərli və faydalı məsləhətlər üçün dərin təşəkkürlər.

  • @GulluXanim
    @GulluXanim 4 месяца назад +1

    Allah Sizlərdən razı olsun ki, bizləri maarifləndirirsiniz!!!!❤❤❤❤🎉

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @eldnizzuvandl4504
    @eldnizzuvandl4504 4 месяца назад +1

    Maarifləndirici veriliş.Çox sağolun,gözəl xanım.

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 4 месяца назад +1

    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      İzlədiyiniz üçün təşəkkür edirik

    • @1616-m7f
      @1616-m7f 4 месяца назад +1

      👍👍👍👍

  • @zohrab8735
    @zohrab8735 4 месяца назад +5

    MARKETLƏRDƏ TƏBİ BİR QİDA GÖRMƏDİM

  • @VS-qv2fg
    @VS-qv2fg 4 месяца назад +3

    Qəşəng qızım kolbasadan danış,necə olur ətin qiymətu 18-20 manata olduğu halda kolbasa 14,15, hətta ucuzu da var, qabaqcadan təşəkkürlər 😘❤

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +2

      Mütləq, bu barədə də danışacam. Biz təşəkkür edirik

  • @kovakadini88
    @kovakadini88 4 месяца назад +2

    Təşəkkürlər ♥️

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @А-9999-м5х
    @А-9999-м5х 4 месяца назад +1

    Indiki zaman, arzagin ystuna yazilanlarla, arzagin tarkibi he vaxt uygun kalmir.Istayirsan 10 dafa oxy.

  • @asifesgerov3284
    @asifesgerov3284 4 месяца назад +1

    Coxlu - coxlu sag olun XƏYALƏ xanım.

  • @EyubSeyidov
    @EyubSeyidov 4 месяца назад +2

    Əla

  • @vefa_aliyeva
    @vefa_aliyeva 4 месяца назад +1

    Saxta olmayanı var ki?

  • @kovakadini88
    @kovakadini88 4 месяца назад +1

    Hə O , Qədər Görmüşəm Ki , Hansı Birindən Danışım Ki , Bura Sığsın ?! İndi İnsanların Saxtası Var Və Bu Ən Çarəsiz Bir Dərtdi O , Da Qalsın Ki , Yer Üzünə Aid Hər Bir Şeyin Artıq Saxtası Var Gözünüzlə , Gözümüzlə , Gördüyümüz Hər Bir Şeyin Artıq Satxası En Qədrdir Və Özüdə Çeşid - Çeşitdir Və Bəzən Nə Qədər Biliklidə Olsan Saxtanı - Orginaldan Heçcürə Ayırd Edə Bilmirsən ..😐✌️

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 месяца назад +2

    DOĞRU MƏLUMATDIR

  • @ViP_ViP001
    @ViP_ViP001 4 месяца назад +1

    Marketlər insanlarl zəhərləyir.

  • @Эльнур-ы4ц
    @Эльнур-ы4ц 2 месяца назад

    Çox sağ olun mən çox şakalad yeyirəm

    • @birbaxkanal
      @birbaxkanal  2 месяца назад

      Çalışın keyfiyyətlisin alasınız

  • @smanur132
    @smanur132 4 месяца назад

    ümumiyyətlə təbii qida var? Məcburiyyətdən alırıq nə edə bilərik nəzarət yoxdur

  • @ВугарНасиров-ч5ф
    @ВугарНасиров-ч5ф 4 месяца назад

    salam,zira olives zeytun yağı aldım acı zeher kimi dadır bele olmadır dadı?tebii soyuq sızımdı deyirler,ama Abşeron gardens de soyuq sızım tebiidi deyirler ve dadı yumuşaqdı sadece boğazdan keçende biraz yandırır

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      Soyuq sıxım yağın acı dad olması normaldır. İki firma da keyfiyyətli zeytun yağı istehsal edirlər. Mən özüm də istifadə edirəm.

    • @shahinqummatov7911
      @shahinqummatov7911 4 месяца назад

      ​@@birbaxkanalsalam. Deyerdinizde hansi iki fitmadir ?

  • @sumairarajpootvolgs3541
    @sumairarajpootvolgs3541 4 месяца назад

    Nice🎉🎉🎉🎉🎉❤

  • @susa--ski2515
    @susa--ski2515 4 месяца назад

    SOVETLƏR BİRLİYİNDƏ 5 - 10 İLDƏ ESİDERDİK Kİ , BİR İKİ NƏFƏR XƏRÇƏNGE TUTULUB , ODA YAŞLI INSANLAR ARASINDA OLARDI .İNDİ İSƏ XƏRÇƏNGE ADİ XƏSTƏLİK KİMİ BAXIRIQ. HƏR GÜN NƏ QƏDƏR EŞİTMƏK OLAR, ƏFSUSLAR OLSUN Kİ, BU XƏSTƏLİK CAVANLARDADA YAYILIB. BUNLAR HAMISI YEDİYİMİZ QİDALARDANDIR. MƏN ÖZÜM KƏNDDƏ YAŞAYIRAM, İNANİN KƏNDÇİ ÇÖRƏYİ, YAĞI, MEYVƏNİ, GÖY GÖYƏRTİNİ BAZARLARDAN MARKETLƏRDƏN ALIRLAR. HAMISININDA 20, 30 SOT.TORPAGI VAR, RAHATLIQ AXTARIRIQ.

  • @milkimalikova5699
    @milkimalikova5699 4 месяца назад

    Garak alinda ciragla gazasan ki balka magazalardantabii mal ala bilasan Bu da cox muskul masaladir.

  • @fridteymurova8578
    @fridteymurova8578 4 месяца назад

    Anam nehrə yayırdı təbii yağ buzxanada bərk qalır coldəysə tez əriyir hətta soyuq olmuyanda işid-ə elədə bulaşır təbii yağ dedikleri belə. Təbii deyil

  • @elcinesedov4361
    @elcinesedov4361 4 месяца назад

    👍👍👍👍👍👍

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @aybenizeliyeva9761
    @aybenizeliyeva9761 4 месяца назад +1

    İndi tebii hec ne yoxdu

  • @ahddnd8196
    @ahddnd8196 4 месяца назад

    Marketdə təbii hecnə yoxdur onların təbii olmağını mütəxəsislər yoxlamalıdır təyin etməlidirlər.