Vüqar Biləcəri - Könül Sirdaşı Getdi

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 1,3 тыс.

  • @eliekber1833
    @eliekber1833 3 года назад +729

    *"Getdi"*
    _Bədbəxtdir o aşıq ki, könül sirdaşı getdi,_
    _Ömrün nədi mənası, ömür yoldaşı getdi._
    _Aşiqlə yarın yolları ayrıldığı gündən,_
    _Zənn eylə qopub bəxt üzüyündən qaşı getdi._
    _Yar saldı gözündən məni bir surətə düşdüm._
    _Kim saldı nəzər axdı gözündən yaşı getdi._
    _Bir dosta dedim gəl sinəmin yaraların say,_
    _Üçdən birin hesablamamış yaddaşı getdi._
    _Zalim elə baxdı, ürəyim titrədi tir-tir,_
    _Min yarə vurub bağrıma xəncər qaşı getdi._
    _Sevda çölünü gəzməyə çıxdıq neçə aşıq,_
    _Məcnun idi ən başda gedənimiz başı gentdi._
    _Kim bilməsə sağlıqda nədir zövqi-məhəbbət,_
    _Öldükdə deyərlər: Naşı gəldi, naşı getdi._
    _Cəhd eylə, Vüqar, ömrünü mənalı keçir ki,_
    _İz qoydu desinlər, deməsinlər yaşı getdi._
    _Vüqar Biləcəri_

    • @Farid_Salahov
      @Farid_Salahov 3 года назад +21

      Aşiqlə yarın yolları ayrıldığı gündən,
      Zənn eylə qopub, bəxt üzüyündən daşı getdi.

    • @muradmurad6608
      @muradmurad6608 3 года назад +11

      Allah Köməyin Olsun

    • @eliekber1833
      @eliekber1833 3 года назад +6

      @@Farid_Salahov təfilə qırıldı

    • @eliekber1833
      @eliekber1833 3 года назад +20

      @@Farid_Salahov Ol dahi Vüqar getdiyi andan belə meydan,
      Qalmış necə boş, sanki sözün nəqqaşı getdi.

    • @Farid_Salahov
      @Farid_Salahov 3 года назад +7

      @@eliekber1833 Eşq olsun 👍

  • @Qazi_Serxan
    @Qazi_Serxan 3 года назад +1543

    Ay Vüqar sən rəhmətə gedəndə,Dostumla bu mahnıya qulaq asıb qanımız qara sənin yasını tuturduq sənin gedişin o qədər təsir etmişdi ki bizə.Sonra elə oldu ki,sənin ölümdən 1 ay sonra müharibə başladı.Həmin dostum və mən müharibəyə yollandıq.O Şəhid oldu,mənsə Qazi...İndi bu mahıya qulaq asıb hər ikinizin yasını tuturam...Bilirsən Kəbleyi?Siz ölmədiz siz öləndən sonra yaşayanlardansız.Mən isə hər gün ölürəm Şəhid qardaşım Elçin Həsənli ilə görüşmüsüz bəlkə də yanınızda mənə də yer saxlayın💔🥀

    • @Murad02232
      @Murad02232 3 года назад +57

      Senin qadanalim men qaqa

    • @Mustafali_
      @Mustafali_ 3 года назад +47

      ALLAH can sağlığı versin Qardaş.Her 2 sine rehmet düşür.ALLAH rehmet elesin🥀

    • @nerminquliyeva8915
      @nerminquliyeva8915 3 года назад +27

      Allah size hem sebr versin deyerli qardasim ,hem de can sagligi inwallah amin

    • @gfrgfr2389
      @gfrgfr2389 3 года назад +19

      Can Qardas bilmirem Hansina aglayim🥀😔

    • @hacidadasov4802
      @hacidadasov4802 3 года назад +11

      Allah səbir versin qardaş

  • @heyderheyderli9547
    @heyderheyderli9547 4 года назад +799

    Bu rəyi gələcək nəsillərə yazıram..
    Bilin və agah olun ki bu şair tapıntı idi bizim dövrün Füzuli si idi bəlkə də biz bu insanın dövründə yaşadığımız üçün çox şanslıyıq. Allah sənə rəhmət eləsin şair bu mahnını qulaq asaraq çox kövrəldim.(((

    • @Qedirov22
      @Qedirov22 4 года назад +12

      Amin inşəAllah (

    • @МирзаАгаев-х9о
      @МирзаАгаев-х9о 4 года назад +7

      Can

    • @cavidmemmedov8590
      @cavidmemmedov8590 4 года назад +7

      Caaaaan qardaw duz vvurguladin((((((

    • @gunelabbasova7477
      @gunelabbasova7477 4 года назад +4

      Doğrudur, !

    • @amir_acle3045
      @amir_acle3045 4 года назад +8

      Heyder Heyderli .Çox sağ olun doğru vurğulamısız.
      Bədbəxtdi o xalq ki, sənin kimi şairi getdi.Doğrudandan silinməz iz qoydu getdi.
      Allah Rəhmət etsin əsil mömin qardaşımıza.AMİN İN ŞƏ ALLAH.

  • @cavidqurbanov1113
    @cavidqurbanov1113 4 года назад +456

    Hamımızın könül sirdaşı getdi. Çox sağol Kəbleyi biz xəstə xiridarlara dərman olduğunçün. Ümid edirəm günahların əhv olunar

    • @haciilham.8555
      @haciilham.8555 2 года назад +10

      Komment yazmıram sən yazmısan əziz insan

  • @nazrinhashimli2668
    @nazrinhashimli2668 3 года назад +264

    Həyatda olsaydı, 2-ci Qarabağ müharibəsi, şəhid və qazilərimiz haqqında nə meyxanalar deyərdi...Ruhun şad olsun, şair!

    • @azartarlanov7062
      @azartarlanov7062 2 года назад +6

      Ay da inanirsiz hemishe ele onu fikirleshmisheme,elee bil reyi ozum yazmisham

    • @dxhfnjmgrhjj6547
      @dxhfnjmgrhjj6547 Год назад

      Amin 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻

    • @eliw758
      @eliw758 Год назад +3

      Belkede könüllü cəbhəyə de gederdi

  • @Aydin_Xirdalanli
    @Aydin_Xirdalanli 7 лет назад +614

    Ureyden oxuyur ehsen Vuqar !

    • @huseyinsrfli4659
      @huseyinsrfli4659 7 лет назад +15

      Aydın Xırdalanlı Official şair sənin sən məni hər cürə altaddında superdi

    • @musiqialmi6400
      @musiqialmi6400 6 лет назад +11

      Şair sən bu sənətdə yeksən

    • @vugarsadikof4787
      @vugarsadikof4787 6 лет назад +7

      salam usdad senin sen meni her cure aldatdin mahnisi coxx superdiiiii 😘😘

    • @eminrehimov7182
      @eminrehimov7182 5 лет назад +8

      Şair seni duşundukce olub olub dirilirem Allah sene rehmet elesin yerin cox derin gorunur

    • @İsmayilceferliofficiall2001
      @İsmayilceferliofficiall2001 5 лет назад +5

      @@eminrehimov7182 amin qardaşş

  • @Shah.livestream
    @Shah.livestream 4 года назад +252

    33 yaş nə yaşdır axı, dünyadan köçüb getmək üçün?! Çox təsüf ki, əcəl yaşa baxmır. Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun, Amin!

    • @maleykanecefova1300
      @maleykanecefova1300 4 года назад +11

      Gelmez bir daha dunyaya bele ogul Tessuf bizden getdi elden getdi😔😪

    • @anarquliyev1997
      @anarquliyev1997 4 года назад +2

      dauce 32

    • @qribxyal4947
      @qribxyal4947 4 года назад

      @@anarquliyev1997 33 yaş 1987 ci ildi əslində.88 yazılıb sənəddə.

    • @witch777ch
      @witch777ch 3 года назад

      Amin

    • @yamen.qasmov5754
      @yamen.qasmov5754 3 года назад +1

      Qaqa vüqar yaxşı sənətkar idi amma öz talelərini özləri bu günə gətirdi narkotik çox sənətkarları aparıb

  • @mirihesenov1249
    @mirihesenov1249 6 лет назад +21

    Musiqi zövqümüzə baxee Allah gedib gic gic mahnilara qulağ asırığ baxişi milyon olur. AMMA BURDA VÜQARİN MİSRASİNİN MENASI YÜZLƏRCƏ O CÜR MAHNİLARDA YOXDU. BU ŞAİR HƏQİQƏTƏN MÖCÜZƏDİ ALLAH HAQQI BİLMİRƏM BUNUN BEYNİNDE KİTAB YATIR YOXSA NECƏ ALLAH KÖMƏYİN OLSUN KƏRBƏLAYİ ALLAH BİRİNCİ VALİDEYNLƏRİNİN SONRA SƏNİN VƏ ƏZİZLƏRİNİN ÖMRÜNƏ BƏRƏKƏT VERSİN

  • @asddaasdsa4718
    @asddaasdsa4718 4 года назад +184

    Yegane insanlardan indin ki. Sənin sağlığında qiymətini bildik. Öləndən sonra da biləcəyik.Allah sənə Rəhmət eləsin Vüqar Biləcəri . Yanımızda olmasanda ürəyimizdəsən

  • @nicatalizade1955
    @nicatalizade1955 7 лет назад +108

    Əhsən Sənə Kərbəlayi...✋👏 Yenədə Vüqar Olduğunu Sübut Elədin👍👍👍👍

  • @gulnarezizezizzade7114
    @gulnarezizezizzade7114 4 года назад +628

    Ve artiq birde bu sesi eside bilmiyecik cox heyif sende cox tez getdin. Ve gedisinle meyxananida apardin.

    • @azerseferov1567
      @azerseferov1567 4 года назад +4

      9

    • @gunelabbasova7477
      @gunelabbasova7477 4 года назад +4

      Bu Vuqarin meyxanasi olsa da ses Orxan Lokbatanliya aiddir

    • @edikaqayev107
      @edikaqayev107 4 года назад +7

      Doğrudan bu səsdən və sözlrden olmaycaq

    • @yahyasadiqov9033
      @yahyasadiqov9033 4 года назад +21

      @@gunelabbasova7477 qaqas bu ele rehmetliyin oz sesidi

    • @gunelabbasova7477
      @gunelabbasova7477 4 года назад +16

      @@yahyasadiqov9033 uzurlu sayin qardaş, eyni Orxanin sesine oxwayir, ele bildim Orxandi, sonra qulaq asdim ozumde bawqa kanallarda, gordum yox sesi ozu Orxanin sesine oxwayir! ALLAH rehmet elesin Vuqari, Orxana da can sagligi versin!

  • @senaneliyev9050
    @senaneliyev9050 4 года назад +57

    *"iz qoydu desinlər deməsinlər yaşı getdi"*
    Şair sən iz qoydun bu meyxanada Allah sənə rəhmət eləsin meyxana üzük idisə qaşı sen idin meyxananın qaşı getdi

  • @allahbendesiallahbendesi1815
    @allahbendesiallahbendesi1815 7 лет назад +37

    Sözlere baxee mirvari kimi duzulubee ehsen kerbelayi Allah seni qorusun. Sen böyük ashiqsen canim sene qurban olsun

  • @xaliqxaliqzade9978
    @xaliqxaliqzade9978 4 года назад +42

    Gözümüzü yaşlı qoyan dahi Ölüm mübarək olsun sənə Dahi ustad.

  • @vuqartehmezov4568
    @vuqartehmezov4568 4 года назад +165

    Allah senə rəhmet elesin böyük senətkar ruhun şad olsun yerin cənət olsun 🙏🤲🙏🙏🥀😥😥🥀

  • @lila1366
    @lila1366 2 года назад +12

    “Vüqar gələn meydana dad gəlirdi” elə o dad sənlə getdi Kəbleyi. Ruhun şad olsun!

  • @nihatnuriyev8933
    @nihatnuriyev8933 4 года назад +62

    Sən meyxananın həm plovu, həm qarasıydın
    Çox heyif olsun süfrəmizin şah aşı getdi..
    Təbi zərgər olan hər kəs ağlayacaq səninçün
    Çün Qəsəbəmizin ən dəyərli tək qaşı getdi...
    Bu gedişin yaman çox üzübdür məni
    Məncə çətin tapıla Vüqarın təni
    Dediyin kimi dəfn elədik biz səni
    Hökməli torpaqlarının yanında
    Allah sənə rəhmət eləsin KƏBLEYİ 😔 Ruhun şad olsun inşəAllah 🙏

    • @mamedoff097
      @mamedoff097 3 года назад +3

      Sən həmişə təbündə cağ olmusan,
      Düşünmə meydanda qırağ olmusan.
      Ay Vüqar,həmşə üzü ağ olmusan
      Sən, kişi xeylağlarının yanında…

    • @qaqaw0013
      @qaqaw0013 2 года назад

      Ogulsan 👍🤲

  • @seriyezamanova44
    @seriyezamanova44 3 года назад +18

    Çox gözəl ifa edib gözəl sözləri var başa düşənlər anlayar Allah seni rehmet etsin şair Vüqar

  • @salehmehdizade1242
    @salehmehdizade1242 7 лет назад +265

    Vüqar men senin kimi senetkar görmedim,Əhsən sənə

  • @rasimmemmedov8314
    @rasimmemmedov8314 3 года назад +21

    Necə də içdən oxuyub İlahi....🥀

  • @mamedoff097
    @mamedoff097 3 года назад +20

    Bir kimsə əvəz eyləməyən dahi Vüqarı,
    İndisə cismin edir əvəz baş daşı,getdi🥀

  • @turanaliev7074
    @turanaliev7074 7 лет назад +35

    Halaldı Kərbəlayi! Səsinə və təbivə qüvvət))

  • @fikrtcebrayilov5384
    @fikrtcebrayilov5384 3 года назад +20

    Allah rəhmət eləsin Kərbəlayi Vüqara məkanı cənnət olsun, Gözəl insan yüz minlərlə xiridar sənin səsini eşitdi,, çox təssüf ki az eşitdi amma illər boyu ürəklərdə yaşayacaq kəlmələri eşitdi,, ömür vəfa qılmadı unudulmaz bir şair məkanı cənnət olsun,,

  • @sbuhialzamanov6325
    @sbuhialzamanov6325 3 года назад +7

    Hər dəfə meyxanaya qulaq asanda Vüqar olmuyan meyxanaya baxmırdım indidə Vüqar getdi meyxanada öldu ALLAH sənə rəhmət eləsin gözəl şair

  • @elibulbule4246
    @elibulbule4246 7 лет назад +96

    Tekrar tekrar dinleyirem Ehsen 👍 👍
    Soz anlayiwimiz mahninin baxiw sayinnan bilinir , Hansisa seviyyesiz mahnilar partladir ama 😒
    .... Fikirlerini qezele dahilikle kocuren Kebleyinin mahnisini beyenmiyenlere nezer elesen iki kelmeni duzub qowub danwa bilmir belkede ..

    • @qasmoff1107
      @qasmoff1107 3 года назад

      Hələ paşa əmircanın ifa elədiyi qəmli küləklər adamın ağlını alıb aparır Vüqar yazb onuda

  • @aywemnifyeliyeva9818
    @aywemnifyeliyeva9818 7 лет назад +81

    Ugurlar Vuqar Bilecerli yerrimnen fexr edirem ardi gelsin Bilecerinin qururu

  • @epiqraaf
    @epiqraaf 4 года назад +533

    Aydın meyxananın işığın söndürdü, Vüqar da qapısın bağladı getdi

    • @fakeprofil6749
      @fakeprofil6749 4 года назад +18

      kilid deyəsən rəşad dağlıdadı Allah uzunn ömür versin

    • @kamilmrdanov7432
      @kamilmrdanov7432 4 года назад +9

      Bu fikirə görə soğol👍👍👍👍👍

    • @goldbaku441
      @goldbaku441 4 года назад +18

      Peçat qaqa amma bizde bir adet var ki biz adama ölenden sonra deyər veririk sağlıqda yox

    • @rasifhuseynov6902
      @rasifhuseynov6902 4 года назад +18

      @@goldbaku441 duzdu amma Vuqar xosbext idi ki ona sagiken xalq deyer verdi sevdi

    • @ilhamhesenov8700
      @ilhamhesenov8700 4 года назад +7

      Qatılıram çox sağolun

  • @bertobaba961
    @bertobaba961 4 года назад +13

    Biz Vüqar Biləcəri ilə eyni zəmanədə yaşamışıq , Ey gələcək nəsil

  • @reksanealiyeva3140
    @reksanealiyeva3140 4 года назад +50

    Çox heyif bu cür ogulu itirdiy Şehidlermiz qeder yandirdin meni Vüqar 😢😢😢😢😢😢🙏

    • @leylayrss405
      @leylayrss405 2 года назад +3

      Menide🥺🥺🥺🥺

    • @gulugulu6254
      @gulugulu6254 2 года назад +3

      ALLAH rehmet etsin 🤲😔😓

  • @zangezur-8826
    @zangezur-8826 6 лет назад +128

    01:58
    Bir dosta dedim gəl sinəmin yarələrin say
    Üçdən birin hesablamamış yaddaşı getdi

  • @muradagayev7644
    @muradagayev7644 3 года назад +150

    2021 qulaq asanlar?Allah Vuqara rehmet elesin!

  • @vuqarsiriyev3315
    @vuqarsiriyev3315 7 лет назад +132

    Məcnun idi ən başda gedənimiz, başı getdi. ))

    • @nihatqaraveliyev7971
      @nihatqaraveliyev7971 7 лет назад +4

      Vuqar Yasamal Şiriyev 1ci defe qulag asan kimi bashi getdi sozun eshitmey istiyirdim ele)

  • @prvizcmilov8017
    @prvizcmilov8017 3 года назад +10

    Erkən yaşda dünyadan köçən,gözəl sənətkar,ağır təbiətli oğlan Vüqar.Çox heyf səndən.Allah rəhmət eləsin

  • @namiqrzayev7671
    @namiqrzayev7671 4 года назад +30

    İz yoxe sen meyxanada emelli basdi yol qoydun getdin ay Kebleyi .ALLAH rəhmət elesin

  • @celilbabayev6430
    @celilbabayev6430 Год назад +5

    nece gözəl yaratmisan Kərbəlayi,mekanin cənnət olsun

  • @ferruxrehimov1158
    @ferruxrehimov1158 5 лет назад +27

    Vüqar qərdeşin qədrin biley gərək Allah qorusun...Dövrün Füzulisidi Vüqar

    • @berdelimobil8817
      @berdelimobil8817 4 года назад +3

      Bu Fizuliside getdi heyf ay Vűqar senden cehd ele Vûqar demessiner nawi getdi

  • @aruzmirzyev5497
    @aruzmirzyev5497 4 года назад +6

    SƏN xoşbəxt olmağa,xoşbəxtliyə layiq insan,layiq oğul,layiq KİŞİ idin..Heyf,SƏNDƏN..Yarım qalan xoşbəxtliyivi,cənnətində yaşa-AMİN İN ŞƏ ALLAH.

  • @kenansadiqov4739
    @kenansadiqov4739 4 года назад +12

    Vüqar bu şeyriyyat dünyasına Adını Qızıl herflerle yazdırdı sene halal olsun sen misilsiz senetkarsan Ustadsan Allah senin Var elesin

  • @n.abbasova4596
    @n.abbasova4596 4 года назад +51

    Allah sene rehmet elesin!Nur icinde yat!Valdeynlerine, ezizlerine Tanri sebr versin!

  • @elseveryusif6413
    @elseveryusif6413 4 года назад +17

    Allah sənə rəhmət eləsin Vüqar.Cox adam belkede dərk eləmir Vüqarı itirməklə çox şeyi itirdik,çox xoşbextem ki Vüqar ile bir devirde yaşamışam.Tek mexanaci deyil çox savadlı şairimizi itirdik.50illden sonra çox adam dərk eliyecek Vüqari anlayacaq.Nece esirler sonra M. Füzuli dərk eledik . Vüqar her zaman qəlblərdə yaşayacaqsan. Dünya durduqca bizim üçün sən her zaman var olacaqsan. Allah sene rehmet eləsin Deyerli şair 😢 Yerin cənnət olsun Gözəl insan

    • @orxanmammedov2504
      @orxanmammedov2504 Год назад

      Cox adam belkede dərk eləmir Vüqarı itirməklə çox şeyi itirdik , Allah sene rehmet eləsin Deyerli şair , Yerin cənnət olsun gözəl deyerli insan, Coox heyif , Nece esirler sonra M. Füzuli dərk eledik ,

  • @yelmarrecebov2555
    @yelmarrecebov2555 5 лет назад +11

    bu ne gozellik bu ne mukemmel sozlerdi bu ne valeh edici sesdir bu ne gozel aranjiimandi coooooxxx gozelll

  • @lekiagdas1458
    @lekiagdas1458 4 года назад +10

    Allah rəhmət eləsin.Ümumiyyətlə bir söz demək isdiyirəm ki,bu meyxana sənəti elə bir sənətdi ki,Allah tərfindən verilən bir vergidir.Hər insan sözləri ard-arda qoşarağ bədahətən meyxanə deyə bilməz..Allah bütün dünyadan köçən meyxanaçılarımıza rəhmət eləsin.Amin.Məşədibaba,Aydın Xırdalanlı,Bayram Kürdəxanlı,Vüqar Biləcərili...💔♥👑💎

  • @Aylinlida
    @Aylinlida 7 лет назад +42

    Cox gozel ifa edirsiz
    Her gun qulag asiram
    Sssuuuuppppeeerrrrr

  • @behruzmustafayev581
    @behruzmustafayev581 4 года назад +9

    2 ay 25 gundu artiq aramizda yoxsan qardaw.And olsun Allaha sesini ewiden kimi korpe uwaq tek aglayiram.Can ay Vuqar hec bilmezdim seni bele cox isteyirem.Allah sene rehmet elesin eziz qardaw.In we Allah bir gun goruwerik

  • @tebrizhesenov1059
    @tebrizhesenov1059 3 года назад +12

    Bu qardaşın mahnısını ailəli şəhidlərimizin dəfnində ailəsi körpəsi iştirak edən an qoyulanda ürəklərə vapşe od qoyur 💔

  • @MM-xj9cw
    @MM-xj9cw 4 года назад +5

    Sanki bıçağı sancır ürəyin tam mərkəzinə.Belə ruhlar belə ürəklər ölə bilməz axı.Allahım sən özün rəhm et sevdiklərini aparırsan yerdə qalan kəslər çox acı çəkir rəhmin gəlsin ey Rəbbim.Ey Vüqar ruhun ən gözəl cənnətə qovuşub səni bu xalq unutmaz qardaş.

  • @ramtlfightTV
    @ramtlfightTV 7 лет назад +38

    Allah ziyalilarimizi, sairlerimizi, xalqimizin fexri istedadlarini ustumuzden eksik etmesin, uzun omur ve guvvet versin. Amin.

    • @dilqemdilqem7117
      @dilqemdilqem7117 2 года назад +1

      Indi ne ziyali ne ferli wair nede istedad var hamsi pul wotuna bir qelet edir ozuycun

  • @raminkhalilov4129
    @raminkhalilov4129 7 лет назад +50

    İki şair tanıdım, biri sən biri Rəşad Dağlı 👏👏👍👍

    • @vaqifbagirov11
      @vaqifbagirov11 7 лет назад +1

      Ramin Khalilov biridə orxan

    • @telmanteyyubzade6200
      @telmanteyyubzade6200 4 года назад +3

      @@vaqifbagirov11 Aydın xırdalanlı başda olmaqla . Sonra Vüqar sonra Rəşad üçüdə ürəydi

    • @berdelimobil8817
      @berdelimobil8817 4 года назад

      Orxan Orxan da var

  • @zulyaibadova4096
    @zulyaibadova4096 Год назад +1

    İl 2023..sanki dünən idi toylarda Vuqar Biləcəri kimi bir dahi olurdu... Allah rəhmət eləsin sənə əsrin Fizulisi...

  • @aytacfamilorucova1066
    @aytacfamilorucova1066 3 года назад +6

    Gün ərzində belkede təkrar təkrar on dəfə qulağ asıram. Çox heyifki bu sese göster qaldig. Həzin temiz saf bir ses

  • @IlqarDenizOfficial
    @IlqarDenizOfficial 5 лет назад +8

    Var ol şair Əla 👍 izləmə sayı mahninin qiymətin verə bilməz heç vaxt.

  • @Nadjafzadeh1
    @Nadjafzadeh1 7 лет назад +352

    bu cur meyxanaya gelen baxis sayina baxin
    Dushun Meni mahnisina baxin
    Musiqi zovqumuz burdan bilinir

    • @elibulbule4246
      @elibulbule4246 7 лет назад +8

      Elvin Necefzade
      Ehsen qaqaw 👍

    • @nazikom7347
      @nazikom7347 7 лет назад +10

      Elvin Necefzade razı deyiləm, Düşün məni də çox gözəl mahnıdı, sadəcə o janrı dinləyənlərin sayı meyxana dinləyənlərdən çoxdu.

    • @Nadjafzadeh1
      @Nadjafzadeh1 7 лет назад +5

      Naziko M o mahnini yazan uşaq tanidiqim biridi 2 il bindan qabağ bulvarda oxuyurdu verdi Elvin oxudu tamamliyip ama fərq dağlar qədərdir ...

    • @suliddinheyderli7650
      @suliddinheyderli7650 7 лет назад +3

      sadece reklam elvinin reklami guclu oldu reklamdanda cox wey aslidi ve ojanrinin dinleyicisi daha coxdu cem meyxanani

    • @nailehmed4007
      @nailehmed4007 7 лет назад +8

      reklami gucludu..mahni ise nol!

  • @musaevmusa7097
    @musaevmusa7097 4 года назад +6

    Hər gün qəm və qirişiq üz,coh coh heyif bu itki ömürlük məni üzəcəy Allah Rəhmət eləsin,qəlbi təmiz düz yol secib yaşiyan şairə...

  • @vuqarvuqar8914
    @vuqarvuqar8914 4 года назад +5

    Hələdə inanmağım gəlmir belə sənətkar yoxdur həyatda.. Allah rəhmət eləsin Vüqara

  • @eliekber1833
    @eliekber1833 3 года назад +27

    *24.08.1988-29.08.2020*
    Sən cismən ölə bilərsən amma sən insanların qəlbindəsən və ölməyəcəksən.
    Şair torpaqda deyil, ürəklərdə basdırılır.

  • @zaurhuseyinov7223
    @zaurhuseyinov7223 3 года назад +13

    Vuqar hər zaman bizim qəlbimizdə yaşayacaq.Unudulmaz Şair

  • @ismailagazade8697
    @ismailagazade8697 4 года назад +11

    Can ay Vüqar sen de vaxtsız getdin bizi buraxıb mekanın cennet olsun qardaş

  • @aygunisgenderova5101
    @aygunisgenderova5101 4 года назад +11

    33 yaşda ölən qardaş Allah sənə rəhmət eləsin amin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shakirqarayev6458
    @shakirqarayev6458 4 года назад +21

    Allah sene rehmet elesin qardaw. Sen meyxananin gelmiw getmiw en dahilerinden idin. Menim ucun meyxananin lezzeti qalmadi uji

  • @fatmamurtuzayeva339
    @fatmamurtuzayeva339 4 года назад +43

    Ay Allah ne qeder gozel meyxanalari varmiw

    • @fatmamurtuzayeva339
      @fatmamurtuzayeva339 4 года назад +1

      Eger Vuqar Bilecerinin o gozel meyxanalari yazilan disk varsa almaq isterdim

    • @davudquliyev4823
      @davudquliyev4823 4 года назад +1

      sebrli ol . bu yaxnlarda olacaq

    • @senubermemmedova8174
      @senubermemmedova8174 4 года назад +1

      @@davudquliyev4823 Doğurdan bu ela xeber oldu ki

    • @senubermemmedova8174
      @senubermemmedova8174 4 года назад +1

      @@fatmamurtuzayeva339 Kaş ki "Deli yeller"i özü oxuyardı düzdü Xeyyam da yaxşı oxuyub ama daha basqa cür olardı çünki sözleri öz heyatından behs edir

    • @natiqcingizoglu6191
      @natiqcingizoglu6191 4 года назад +2

      İnşəAllah kitabinida neşr etdirirler

  • @huseynli764
    @huseynli764 3 года назад +5

    KƏRBƏLAYİNİN SESİ MƏMMƏDBAĞIR MÜƏLLİMİN SESİN XATIRLATIR . HƏR İKİSİNİN YERİ CƏNNƏT BEHİŞT OLSUN. HƏYAT NÖŞÜN BELƏ MENASIZ SÖNÜKDÜR .

  • @aydinsani7611
    @aydinsani7611 7 лет назад +30

    Qulaqmizin pasi acildi ay qaqaw var ol..

  • @museyibhabibli607
    @museyibhabibli607 5 лет назад +13

    Sənin kimi sənətkar bir də çətin gələr. Allah qorusun səni

  • @zeynalovibad1414
    @zeynalovibad1414 7 лет назад +20

    Nizmi remzi elcin mesdağali mesedibaba ve vuqar bileceri ehsen men sizin fanatlinizam ALLAH olenlere rehmet elesin qalanlarads can saliqi versin

  • @eskifilimler4032
    @eskifilimler4032 4 года назад +9

    Can şair məkanın cənnət olsun əsirin Fizulisi getdi həmişə qəlblərdə olacaqsan

  • @royamehdi4612
    @royamehdi4612 Год назад +5

    Gün görməz o aşiq ki,ömür yoldaşı getdi🥀

  • @mayilaliyev8100
    @mayilaliyev8100 4 года назад +11

    Allah rehmet eləsin sənə çox güclü şair idin çox heyif sənən əsrimizin Fizulusi..Vüqar sən getdin meyxanada öldü mənim üçün .o bəyənməyən 81 nefər ne deyime sizə siz nə bilirsiz axı ay cındırlar

  • @sulhtelekom8129
    @sulhtelekom8129 7 лет назад +19

    QAQAS HALAL OLSUN SOZUN HER KELMESINDE MENA VAR SUMQAYTDAN RUHID

  • @elmeddinceferli362
    @elmeddinceferli362 6 лет назад +9

    Punhannan senen basqa hec kese qulaq asmiram xeyirli olsun

  • @rukayyashia8591
    @rukayyashia8591 7 лет назад +50

    Sesine quvvet Allah seni var etsin ehsen 👌❤

    • @azefree_fire4507
      @azefree_fire4507 3 года назад

      Kaski bu rəyi indi yaza bilərdik kaski böyük dərddi Allah rəhmət eləsin Vüqar 🖤😔

  • @aynurseysidova676
    @aynurseysidova676 4 года назад +6

    Ay Vuqar sende seni sevenleri qoyub getdin😭😭😭kawki vaxtinda bu meyxana aleminden ayrilardin .Seni ki ehli beyit awiqi idin.Allah Wahiddi ki mene Cox pis Tesir edib.Sen fexr edilesi insansan.

    • @senubermemmedova8174
      @senubermemmedova8174 4 года назад +1

      Heyif yediler o boyda söz xezinesini day suları durulsun hamsına yer açılıb ele bilirler amma Vüqardan 1de gelmiyecek derk edirler yeqin ki😪😪😪😪😪😪😪

  • @lilparqasimova8560
    @lilparqasimova8560 4 года назад +15

    Allah rəhmət eləsin. Məkanın cənnət olsun.🤲

  • @nazikom7347
    @nazikom7347 7 лет назад +17

    Sözləri çox gözəldi, təbriklər Vüqar. Amma səsini tanımadım, sanki başqası oxuyur

  • @Rueksper
    @Rueksper 4 года назад +6

    hamıdan çox xayiş eləyirəm ki VUQAR BILƏCƏRININ BÜTÜN MEYXANA VE SEYIRLƏRINI MAHNILARINI SOSİAL SEBEKESINDƏ YUTUB KANALDA PAYLAŞSI VE HEÇ VAXT SILMƏSIN VÜQAR HEMŞE QELBIMIZDƏ YAŞAYACAQ ALLAH REHMET ELESİN CAN KERBALAYİ ŞAIRIMIZ

  • @mentiqnen
    @mentiqnen 7 лет назад +17

    Vüqar bir sevgi mənzərəsi canlandırdı . Əla

  • @eyvazqedirov8885
    @eyvazqedirov8885 4 года назад +3

    Allah sənin yerini cənnətlik etsin İnşəllah.sən nə gözəl insan idin.qədərə şükür etməkdən başqa əlimizdən hecnə gəlmir.səni unutmuyacaq Azərbaycan xalqı

  • @sehriyarhumbetov2517
    @sehriyarhumbetov2517 4 года назад +4

    Məkanın nurla dolsun şair.Gedişin varlığına iz qoyub getdi

  • @tural_060
    @tural_060 Год назад +1

    Azərbaycanın belə oğullarından fəxir eləmək lazımdır.! Allah rəhmət eləsin Vüqar Biləcəri sən Bu Dünyadan Könül sirdaşı ilə getmədin, Naakam getdin.😓

  • @samilhesenli9781
    @samilhesenli9781 5 лет назад +6

    Həmişə sözündə qətidir Kəbleyi,
    Meyxananın ləzzətidir kəbleyi.
    Allah ömür versin Vüqara... bu cür qəzəldə baxış sayısı yoxdu.Xalqın incəsənətdən xəbəri yoxdu...

  • @osmanatashov3317
    @osmanatashov3317 4 года назад +22

    2021-də dinləyənlər Vüqar Biləcəri Allah rəhmət eləsin🙏

  • @eminatesh4781
    @eminatesh4781 7 лет назад +24

    Allah sene omur versin kebleyi...Sadiq dadasov cox sag ol

  • @turanememmedova3986
    @turanememmedova3986 6 лет назад +10

    Sesine quvvet,ses dediyin bele olar💙

  • @emilqasimzad2503
    @emilqasimzad2503 2 года назад +3

    "Ömür yoldaşı" çox anlamlı bir sözdür bu söz. İçimdə elə bir ağrı daşıyıram ki, heçvaxt sağalmayacağ. 3 ay bundan əvvəl doğuşa 2 gün qalmış məni 10 dəqiqə ərzində tərk edən ömür yoldaşımdan sonra dünyanın nə qədər boş bir yer olduğun, tək gerçəyin ölüm olduğun anladım. Həqiqətən də bədbəxdir o aşiq ki, ömür yoldaşı getdi.😔

  • @fourseason2841
    @fourseason2841 3 года назад +1

    Səndə getdin bir daha səndən gəlməz dünyaya. Allah rəhmət etsin şair. Məkanın cənnət olsun

  • @terterli59
    @terterli59 2 года назад +8

    Əlaaaa👍🏻. Can ay kəbleyi Allah rehmət eləsin😥

  • @aydinsani
    @aydinsani 2 года назад

    Can ay Vüqar Allah sene rəhmət eləsin qaqaş. Bədbəxtdir o aşıq ....

  • @elminyusifli8556
    @elminyusifli8556 4 года назад +8

    Allah sene rehmet etsin ay Vuqar Meyxanada yerin her zaman gorunecek.

  • @smrqasmova584
    @smrqasmova584 Год назад +1

    Cox tesufki sair seni dunyada olmadigin vaxtda tanidim ...Allah rehmet elesin

  • @samilbagirov5403
    @samilbagirov5403 5 лет назад +9

    Kebleyi senen yoxdu hec olmayacaxda cox super😘

  • @wahlarashidova9689
    @wahlarashidova9689 2 года назад +1

    Allaha qurban olum meslehetine şükür o qeder bivec adamlar var ki... Allah sene rehmet elesin Şair

  • @senangasimov5316
    @senangasimov5316 7 лет назад +293

    ✴Vuqar✴ diyenler like✴

  • @azerquliyev1395
    @azerquliyev1395 4 года назад +8

    Allah Rehmet Elesin.Mekani Cennet ruhu wad olar inwAllah🤲🏻 🥺😞 heç qebullanmaq olmur yoxluqunu Gozel Qardaw 🥀💔

  • @ОдинокийВолк-б3й9к
    @ОдинокийВолк-б3й9к 7 лет назад +36

    MeHle uwaGi yAradire Ehsen!!

  • @muradmurad6608
    @muradmurad6608 3 года назад +2

    Doğurdan da İz Qoydun Getdin Şair. Allah Sənə Rəhmət Eləsin Böyük Qardaş.

  • @nicatnuray5452
    @nicatnuray5452 4 года назад +7

    Bizim Vüqar qardaşımız getdi. Can Ay Vüqar unudulmazsan

  • @miresqinseyidov8167
    @miresqinseyidov8167 4 года назад +21

    Niyə bu gözəl mahnının baxış sayı azdı? Vuqar şou biznesdə olan müğənilərdən yetərincə savadlıdı meyxanada da ad qoymuş ustad dı Kərbəlayi sənlə fəxr edirik

    • @karaev7772
      @karaev7772 4 года назад +3

      Qardash sen yazanda ustaddi,indi ise ustad idi deyirik... coox heif

    • @miresqinseyidov8167
      @miresqinseyidov8167 4 года назад +2

      karaev 777 Allah rəhmət eləsin qardaş Şairin ölüm xəbəri yıxdı bizi heyif Kərbəlayi😔

  • @Kanal-cv4ph
    @Kanal-cv4ph 4 года назад +6

    Heyif ay Vuqar senin kimi oglanlar tek tek gelir.Allah sene rehmet elesin amin

  • @babayevalirza6398
    @babayevalirza6398 4 года назад +1

    Kəbleyi gözümüzün önündə əriyə-əriyə getdi. Dahi şair idi. Onun ayağının bildiyini bilməyən çox şair var

  • @ElcanDadashzade
    @ElcanDadashzade 7 лет назад +11

    Möhtəşəm! Ardı gəlsin Kəbləyi 😊

  • @Никотин_007
    @Никотин_007 3 года назад +4

    ALLAH məkanını cənnət eləsin Kəbleyi birdə gələ bilməz sənnən hər zaman ürəklərdəsən 🖤✊🏻✊🏻