Это видео недоступно.
Сожалеем об этом.

Məsud Pezeşkiyanın çətin missiyası

Поделиться
HTML-код
  • Опубликовано: 9 июл 2024
  • t.me/AzadIranT...
    İranda keçirilən növbədənkənar prezident seçkilərində iki turda gerçəkləşən gərgin mübarizədən sonra türk kimliyi ilə fəxr edən islahatçı namizəd Məsud Pezeşkiyan parlaq qələbə qazandı. Regionda və dünyada böyük maraq doğuran bu nəticə çoxları tərəfindən gözlənilməz, hətta sensasiyalı bir hadisə kimi qarşılandı. Hərçənd İranda son illərdə gedən daxili siyasi prosesləri diqqətlə izləyənlər və dərindən bilənlər üçün bu sonuc elə də qeyri-adi olmadı. Belə ki, İran İslam Respublikasının tarixində siyasi idarəçiliyin ənənəvi olaraq mövcud şərtlərdən çıxış edilməklə, mühafizəkar-islahatçı əvəzlənməsi üzrə getdiyi reallığını bir kənara qoysaq, Pezeşkiyanın seçkiyə buraxılması faktının özü diqqətli müşahidəçinin, necə deyərlər, dalağının sancmasına səbəb olmalı idi. Qədim Azərbaycan şəhəri Urmiyadan olan doktor Pezeşkiyanın namizədliyi 2021-ci ilin prezident seçkilərində təsdiq olunmamışdı. Bəs ötən üç il ərzində nə baş verdi ki, Pezeşkiyan seçkiyə buraxıldı? Yalnız islahatçı kəsimin təmsilçisi kimi? Axı meydanda Pezeşkiyandan daha çox islahatçı sayıla biləcək iddiaçılar vardı! Üstəlik, paniranist düşüncənin güclü olduğu islahatçı cərəyan içərisində Pezeşkiyan uzun illərdən bəri açıq-aşkar türk milli kimliyindən çıxış edən, İranda yaşayan etnosların hüquq bərabərliyini dəstəkləyən, nəhayət, İran parlamentində türk fraksiyası yaradıb onun başında duran bir şəxsiyyətdir. Elə isə seçkiyə buraxılan beş mühafizəkar namizədə qarşı niyə məhz ona yaşıl işıq yandırıldı?
    #İran #seçki #prezident #Xameneyi #Pezeşkiyan #Cəlili #türk

Комментарии • 17

  • @arzuqurbanova2751
    @arzuqurbanova2751 Месяц назад +6

    Azərbaycan dilində məktəblər açılsın xalqa xeyirli bir rəhbər olsun....buda bir oyun olmasın

    • @natiqmakhmudov8486
      @natiqmakhmudov8486 Месяц назад

      Bizim dildə məktəb olsun, Əliyev kimi ölkəni talan etsə də olar.😂

  • @arzuqurbanova2751
    @arzuqurbanova2751 Месяц назад +5

    Nə deyə bilərik...Xeyirli olsun İran xalqı üçün...cənubi Azərbaycan üçün..

  • @rzabeyliahmad5016
    @rzabeyliahmad5016 Месяц назад +2

    Bəli, Güney Azərbaycanlılar və İranda yaşayan bütün türklər Məsud bəyin arxasında durmalıdır, Türk Dövlətləri də ona dəstək olmalıdır. Məsud bəyin əleyhinə artıq kampaniya başlayıb, onu gözdən salmağa çalışanlar var. Ona dəstək olun, İranda Türklük güclənsin, sonrasını heç kəs bilmir nə olacaq.

  • @novruzpasazade864
    @novruzpasazade864 Месяц назад +2

    Rejimin xəttindən çətin kənara çıxa bilsin

  • @misterfix5068
    @misterfix5068 Месяц назад +2

    Seçkidən sonra türk oldugu yaddan cixacaq 😂 Cünki o əsl türk deyil .Bütün tapşiriqlari Ayə Tuladan alacaq😂

  • @bakubaku4409
    @bakubaku4409 Месяц назад +6

    Öz başına deyil o ölkənin rəhbəei var.islam qanunu ne deyir o olacaq

  • @RaminAlyev-rb8yc
    @RaminAlyev-rb8yc Месяц назад +1

    İran Azərbaycan sarsilmaz qardasliq.gozu cixir yəhudilərin.

  • @SbuhiMusayev-ny1bh
    @SbuhiMusayev-ny1bh Месяц назад +1

    Yasasin din ehli

  • @RaminAlyev-rb8yc
    @RaminAlyev-rb8yc Месяц назад +1

    İran cok dərin siyasət aparir, bunu hələ gorəcəksiniz

  • @azerbaycan7552
    @azerbaycan7552 Месяц назад

    😮😮😮

  • @user-du4vg3yr1d
    @user-du4vg3yr1d Месяц назад

    Türk elə türkdür .Necə yəni əsl türk deyil?Bu necə yanaşmadır?Bu insan hakimiyyətə qarşı həmişə öz sözünü deyib.Dəstək olmaqdansa,şübhə yaradırsız?NİYƏ???

  • @anavtn2720
    @anavtn2720 Месяц назад

    Adını səf yazmısız pezeşkiyandır.yəni demək isdəyirsiz" yan"erməni dilinin şəkilçisidi!?😂

  • @rmzikbrov3041
    @rmzikbrov3041 Месяц назад

    Yan femlin8n AXİR I niye

  • @natiqmakhmudov8486
    @natiqmakhmudov8486 Месяц назад

    😂