🔴80-90-cı illərdə Azərbaycanda MƏŞHUR QUŞ SÜDÜ TORTU.😋 Eksklüziv, klassik resept Птичье молоко

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @sitareelizade7983
    @sitareelizade7983 Год назад +5

    Elkerinize sagliq mende axdarirdim bu resepdi 45 yasim var men bu tortu bisirende94.95 ci ilde menim hardasa 17 .18 yasim varidi cox sevirem sirniyat hazirlanagi bu toru bisirende o qeder asan gelirdi mene 3 ededdden az bisirmirdim hara getse anam bisirirdim aparirdi o vaxtlarin payi evde pisen sirniyat idi gozel gunler .Ama yadimdadi men 4 hisseye bolurdum cugun tavada bisirirdim tavani isidib yagliyirdim birde un vururdum 1 ce defe qalan korjlari ele o tavada yaglamadan tavanin icinde elimi unluyub tez tez yayirdim bisirdi o bir basqa gozel olur dis dis yumsaq buda gozeldi cox tesekkur etdim sayenizde gencliyime qayitdim 🙏

  • @Alibagirzade2011
    @Alibagirzade2011 Год назад +3

    Menim heyat yoldawimin en sevdigi tortdu men bunun kremine yarim banka qatilawdirilmiw sud yank skuwonka qatiram ama siz yazan resept esl orginal reseptidi ellerinize sagliq

  • @esmirahaqverdiyeva1641
    @esmirahaqverdiyeva1641 2 года назад +31

    Çox dadlı olur,mənə uşaqlığımı xatırlatdınız,36 yaşım var, 11 yaşım olanda ad günümə qonşumuz bişirib gətirmişdi,dadını heç unutmamışam.Əllərinizə sağlıq

    • @Gunes-sever
      @Gunes-sever Месяц назад

      Bunu ermənilər mənimsəyiblər bütün dünyaya armyanskaya ptiçi moloko kimi tanıdırlar🤦‍♀️

  • @aliruqeyya5409
    @aliruqeyya5409 Год назад +3

    Coxdadi axtardigim reseptiydi tortu hazirladim inanilmaz dadli yumuwag tort alindi Ailem nevelerim seve seve yediler Allah sizden razi olsun bele dadli tort yememiwdim ellerinize saglig tewekkurler

    •  Год назад

      Əllərinizə sağlıq, yeyənlərə nuş olsun. Nəticəni paylaşdığınız üçün çox sağ olun.

  • @gulsehercavus2737
    @gulsehercavus2737 Месяц назад

    Evet doğrudur 90 ci senelerde bende yapiyordum cokda nefis oluyordu eline sağlık çok güzel olmuş

  • @sunset51119
    @sunset51119 Год назад +3

    Neçə vaxtdır mən də axtarıram reseptdi. 98-99 cu illerdə hazırlayırdım hamı çox sevirdi. İndi unutmuşam. Ancaq mendə olan reseptdə kremi mannı sıyığı ilə yağın qarışımından edilirdi, Çox ferqli dadı olurdu. Heç yeyen bilmezdi ki, kremində manna var. Qar kimi ağ krem alınırdı yağla çalındığı zaman. Çox sağ olun maraqlı resepler üçün🌺🥰

  • @РаиляМамедова-з4ш
    @РаиляМамедова-з4ш Год назад +2

    Men de tez tez biwirerdim bu tortu 85 /90 illerde,krema gatlawmiw sud elave ederdik ,bu reseptnen de biwirib baxaram,cox sagolun

  • @esmiramemmedova1577
    @esmiramemmedova1577 Год назад +3

    Çox gözəl.mən o kremdən iki xörək qaşığı götürüb zəif qazda əridib üzərinə iki xörək qaşığı kakao əlavə edirəm bir üç dəqiqə qarışdırıb tortun üzərinə çəkirəm.birdə qlazur hazırlamıram.

  • @gencecence158
    @gencecence158 Год назад +9

    Əllərinə sağlıq.60 yaşım var. Mən həmişə bayramlarda bu tortan bişirirdim.heyif ötən illərə.Ağ rəngli kremlədə üzərinə sözlər yazırdım,,,,

    •  Год назад +4

      Allah sizə sağlıqlı uzun ömür versin. Həmişə gümrah və işdə gücdə olun.

  • @vusalehuseynova3115
    @vusalehuseynova3115 3 месяца назад +1

    Qızımın ilk yaşına bişirdim, hamı çox bəyəndi, Var olun Xanım bacım

    •  3 месяца назад

      Balaca balanı biz də təbrik edirik 😘 Allah saxlasın onu,atalı analı böyüsün,böyük qız olsun

  • @nuridesadqova3799
    @nuridesadqova3799 2 года назад +7

    Axşamın xeyir canım menim ne gözel tortdu çayla içerdim

  • @ulduzbabayeva2367
    @ulduzbabayeva2367 2 года назад +15

    Cox dadli tortu mene o illeri xatirlatdiz biz de hazirliyardiq tez tez indi yadima saldiz yenede hazirliyacam cox sag olun

    • @GamzeKartka2563
      @GamzeKartka2563 Год назад

      Bu xanımın əlləri qızıldı çox səliqəli işi var aferin xanıma

  • @xatirenezerova5438
    @xatirenezerova5438 Год назад +3

    Salam mende bu tortu hazirlayiram Ancaq men bal vurmuram bu tortugelinimiz hazirlayib 87 ci ilde
    Indide bizim ailenin sevimli tortudu cox saq olun

  • @ЕганаБайрамова-о5э

    Gencliyimin tortu
    Resepti bizde beledir
    4yumurta
    50qram bal
    1 st sûd baśi yarim olmaqla
    100q kere yaq ya da marqarin
    1 st pesok
    su buxarinda hell edirik sonra soda elave edirik bir az daha qariśdirib 4-5 st un elave edirik qalan hissesi sizinle eyni kremi de yuxalar da
    90 ilin resepti budur
    yumurtalar böyük olarsa un artiq gede biler
    Siz de gözel hazirladiz çox saqolun

  • @yusifadisov2943
    @yusifadisov2943 Год назад +3

    Bu tort yadıma düşmüşdü neçə gün əvvəl anama dedim ki quş südü varıydı bayramda bişirirdinize qonşuyla siz deyən kimi o vaxtlarda yemişəm ama üstu az şkalatli qırağı ovxantili yadımdadır çox dadliydi😋anama gondərcəm bu vidyonu o şirniyyat bişirəndi.əllərinizə sağlıq.təsadufən qarşıma çixtiniz ürəyimdən keçən tortu tapdım🤗

  • @whiteman7085
    @whiteman7085 2 года назад +8

    Layk Super Afərin Təşəkkür edirəm ki belə gözəl tortlar hazırlayır və bilməyənlərə oyrədirsiniz əllərinizə sağlıq

  • @EldənizMəmmədov-o1o
    @EldənizMəmmədov-o1o Месяц назад +1

    Çox qəşəng çıxdı ellerinize sağlıq❤😊

  • @teranearizanova9231
    @teranearizanova9231 2 года назад +4

    SALAM bu tortdan Vinniden almisam yemisik süper bir tortdu

  • @mehrabhuseynov5197
    @mehrabhuseynov5197 Год назад +1

    Necə illərdən sonra bişirmək istədim reçepdi yadımdan çıxmışdı dedim yazlm gprüm tapa bilərəm siz kanalı gördüm çox sevindim və gedim hazırlayım çox sağolun

    •  Год назад

      Sağlıqla hazırlayın, şirin-şirin yeyin. Elə indicə bir izləyici yazdı ki, " Dunen hazirladim. O saat bitdi. Indi yene hazirliyiram😂"

  • @Max-00-p7h
    @Max-00-p7h Год назад

    Tortu gordum sevindim tewekkur edirem. Bu tortu men Hacibaba Bagirovun qaynanasi Wole xanim variydiey o vaxti rehmetlik Gulwen Qurbanovanin apardigi ""qaynar qazan""verliwinde biwirmiwdi. Ondan oyrenmiwdim. Cox dadlida tortdu tez tezde biwirirdim. Siz demiw retsepti itirdim sonra yadimnan cixdi. İndi gordum sevindim. Cox sagolun😘. Bazar gunu mutleg biwirecem.

  • @nerminehaciyeva148
    @nerminehaciyeva148 4 месяца назад +4

    Allah köməyiniz olsun ,ürəyimizdən xəbər verdiniz,əllərinizə sağlıq🤲🙏👍💯

  • @Zowaspubg
    @Zowaspubg 2 года назад +7

    Salam .əllərinizə sağlığ.bəli bizdə bu tortu 94_95ci illərdə hələməktəbdə oxuyarkən bişirərdik hamı çox sevərdi həmdə o zamanlar rayonda işıq problemi olduğu üçün bu tortu bişirmək bizimçün asan olurdu .nöyütlə yanan maşınkada bişirərdik .sonradan gəlin köçdüyümmevdə bişirməyə başladım hamı çox sevirdi .ona görədə həmişə bu tortu bişirirdim.hətta resepti də paylamadığımmadam qalmıyıb.indi bütün qohumlar bişirə bilir .amma məndə olan resept azca fərqlidir.həmdə xəmiri ələ yapışır.tavaya yayanda əlimi una batırıb yayıram .və tort 1 gecə qalanda çox gözəl olur.ağızda əriyir.sizin də əlinizə sağlığ.birdə onu da deyim ki mən quş südü tortunu internetdə axtaranda tapmaq olmurdu.demək olarki bu resepti hər adam bilmir.

  • @ggdrop2453
    @ggdrop2453 2 года назад +4

    Mamam da bishirirdi 90- ci illerde. Gozel mamam. Rom formasinda dograyirdi ozu de.

  • @orxanbagirzade5921
    @orxanbagirzade5921 Год назад +3

    Mence bu evde hami kiloludu bu cur yumeyler wirniyatlar behbehhh hamiya bele ana lazimdi opurem siz supersiz

  • @elnarhsnova7268
    @elnarhsnova7268 Год назад +15

    Gənclik,tələbəlik illərimin tortu!
    Çox dadlı olur hələdə bişirirəm,əllərinizə saglıq

  • @sabinasamedzade2265
    @sabinasamedzade2265 2 года назад +1

    90-cı illərdə tələbəlik illərimdə çox ləzzətlə yeyitdim.Sonradan.heç nə dadı qaldı,nə də ləzzəti.O dadı tapa bilmirdim.İndi qarşıma çıxdınız.ÇOOX təşəkkürlər.Mütləq hazırlayacam.Harikasınız💓💓💓

  • @qazananlar.komandasi
    @qazananlar.komandasi 7 месяцев назад +3

    Anam bişirərdi uşaq vaxti. Mən də heç istəməzdim üstünə şokolad töksün. Sadə sevirdim ) o vaxtlar düşdü yadıma. ❤

  • @sevincasadov3271
    @sevincasadov3271 2 года назад +9

    Bu tortun başqa resepti də var idi o vaxt,jelatinlə hazırlanırdı,hər ikisi gözəldi,sağ ol bakılı qız

    • @yalicapkinihayrani7967
      @yalicapkinihayrani7967 Год назад +2

      İndide var aqar aqarla bu kanalda olmalıdı sef etmirəmsə.kremine jelatin qatılır əsl quş südü tortu odu

    • @Adil27654
      @Adil27654 Год назад

      ​@@yalicapkinihayrani7967Beli düz deyirsiniz esl quş südü tortu nun kremine Yumurta aĝi yeni Beze,,Jelatin ve Krem Daxildi Biskvitle hazirlanir

  • @canpoladfarzaliyev1798
    @canpoladfarzaliyev1798 2 года назад +21

    Mən də 80- ci illərdən bu günə qədər bişirirəm.Xanımlar,bişirin,cox ləzzətli olur.Reseptə görə cox sağ olun,əllərinizə sağlıq.

    • @mehparedemirova6799
      @mehparedemirova6799 Год назад

      Təşəkkür edirəm gözəl paylaşım ücün.Məndə bişirirəm amma məndə reseptin birində ara kremi maanı ilə hazlrlanır.oda cox gözəldi.

    • @seydemmeleyim1374
      @seydemmeleyim1374 Год назад

      @@mehparedemirova6799 hdundubdnhx

    • @seydemmeleyim1374
      @seydemmeleyim1374 Год назад

      In

    • @ariobakar4196
      @ariobakar4196 Год назад

      Xanim men hazirlamag istedim mende xemir korlandi eyni videodaki kimi eledim,lavas hazirlaya bilmirem

    • @gulyakhalaf
      @gulyakhalaf Год назад

      ​@@ariobakar4196məndə kremini edə bilmədim öz bildiyim kimi etdim ilk dəfə idi 😃

  • @aliyeyusifova6109
    @aliyeyusifova6109 3 месяца назад +2

    🤲🤲🤲agrimasin Âmin!

  • @agaisazade5819
    @agaisazade5819 Год назад +4

    Sizin bu reseptlə hazırladım.Uşaqlığımın quş südü tortunun dadını aldım.Əlləriniz var olsun.

  • @esmetheyderova5511
    @esmetheyderova5511 Год назад +2

    Allah razl olsun sizdən, mən bu resepti neçə vaxtdı axtarırdım, bunu ilk dəfə uşaq vaxtı rəfiqəmgildə yemişdim, onlar irəvandan idilər, deyirdi bu tort oralarda çox sevilir, çox xoşuma gəlmişdi, RUclips da erməni kanallarında var, amma sizin reseptlə hazlrlayacam, inşallah o dadı verər yəqin ki, bir də deyim bu tort hündür olmur, 3 qat amma qatlar sizinkilərdən bir az qalın idi, əlləriniz var olsun xanım, çoxsağolun🌹🙏

  • @afgangasimov95
    @afgangasimov95 2 года назад +4

    Cox gozel meni 17 il bunnan evvele apardiniz bu tortla ellerinize sağliq ve mutlek hazirlayacağam

  • @meltemhuseynli4534
    @meltemhuseynli4534 Год назад +4

    Salam alekum sizin reseptle hazırladım bu tortu çox gözel oldu ellerinize sağlıq Allah razı olsun❤

  • @hoseinv7640
    @hoseinv7640 2 года назад +1

    Eleriz aqrimasin kox gözel oldu men hemiwe bunu biwirem kox dadli olur Azerbayganda olanda yadaw defterime yazmiwam 28 il bunan qabaq irana gelin kokmiwe hemiwe burda hazilayiram yoladim uwaqlarim kox sevir bu tortu eleriz aqrimasin ❤🙏

  • @Жана-ы4ю
    @Жана-ы4ю Год назад +2

    Salam.iller once paylasdiginiz reseptle defelerle hazirlamisam cox beyenirem.Allah razi olsun.ancaq kremini men adi bismis kremle(yumurtasiz) ve kere yagi ile hazirlayiram.dondurma dadinda krem alinir bu korjlara cox yarasir.

  • @elzaseyidova5006
    @elzaseyidova5006 Год назад +5

    Bu tortu gördüm mənə gəncliyimi xatırlatdı,hətta duyğulandım.😔Rəhmətlik Anamın məşhur tortu ,bayramlarda özənərək bişirdiyi şirniyyat.dadını belə damağımda hələ də, hiss edirəm .Bu resepti əl əl axtarırdım .Təşəkkür edirəm həm reseptə görə,həmdə Analı günlərimi xatırladım 😢Əllərinizə sağlıx 👏Allah anaları qorusun dünyasın dəyişən anaların ruhu şad olsun 🤲

    •  Год назад

      Amin. Allah ananıza rəhmət etsin, məkanı Cənnət olsun. Sizə də səbr diləyirəm.🙏

  • @pervanemamedova464
    @pervanemamedova464 2 года назад +2

    Ellerinize saxlik

  • @rubabecelilova1040
    @rubabecelilova1040 Год назад +1

    Xatirələrim canlandı mən də bişirərdim bu tortu hec bir totda o dadı ala bilmirdim .Məndə resepti itirmişdim cox sağ olun .

  • @metanetcelilova3955
    @metanetcelilova3955 9 месяцев назад

    Cox sag olun nostalji hisslərlə yada saldım və bilirdim.Yad etdim unutmuşdum.Uşaq vaxtı Anam tez tez bişirərdi

  • @samirealshanova6190
    @samirealshanova6190 Год назад

    resepleriniz deqiq ve uzagardicidi .tesekkurler bununcun

  • @aminmahmudlu8476
    @aminmahmudlu8476 Год назад

    93 cu ilde qizimin dogum gunune getirmişdiler dadi helede yadimdadir ela tortdur var olun hazirlayacam mende

  • @yasemenesgerova2455
    @yasemenesgerova2455 Год назад

    Tortu gordum usagligim yadima dusdu, cox sevirdim bu tortu calisacam ozumde bisirim)

  • @VaqifPasayev-on7ii
    @VaqifPasayev-on7ii 9 месяцев назад

    Əllərinizə sağlıq bişirdim çox dadlı eynən dediyiniz kimi lezetlidi təşəkkürler

  • @baharcicyi7374
    @baharcicyi7374 2 года назад +5

    Əlinizə sağlığ mən də bu reseptlə bişirirəm çox dadlıdı mən kremini mannı sıyığı ilə hazırlayıram çünki məndə olan reseptdə elədir siz də çox gözəl hazırlayırsız👌👌

  • @GulIbrahimova-c9y
    @GulIbrahimova-c9y 8 месяцев назад

    Allah komeyin olsun biwirdim super

  • @inaramammadova7931
    @inaramammadova7931 Год назад +4

    Супер Дай Бог тебе здоровья счастья успехов

  • @Seyyidezeyneb
    @Seyyidezeyneb 2 года назад +1

    Hazırıadım 2 ay olar əvvəlki vdionuza baxıb etmişdim mamanızın əlllərinə sağlık sizde sağ olun var olun yaxşı izah vermisiz paylaşdım isteyenlere tortu yrdilər bəyənfilər linki paylaşmışam 🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @sadiqhuseynov8235
    @sadiqhuseynov8235 Год назад

    bu resept cox gozeldi bisirdim ve her kes cox beyendi

  • @Zumrudqurbanova-te4ey
    @Zumrudqurbanova-te4ey 2 года назад +12

    Çooxx gözəll♥

  • @nadirquluzade4356
    @nadirquluzade4356 Год назад +1

    Elleriniz var olsun

  • @turanecabbarova2884
    @turanecabbarova2884 2 года назад +4

    Ellernize sagliq Cox gozel alindi mutleq bisirecem xosuma geldi.

  • @MnzrQasmova
    @MnzrQasmova Год назад +1

    Əllərinizə sağlıq. Gözəl görsənir

  • @kenanmemmedov6635
    @kenanmemmedov6635 Год назад

    Ela çoxdandı axtarırdım buna oxşayan qabıq tortu edirdim.amma bu tortda uşaq olanda yemişəm eladı

  • @zulfiy4473
    @zulfiy4473 2 года назад +3

    Super baclm maşallah EMEYİNİZE SAGLLG🍰👍👍♥️🍰

  • @mehemmednebiyev1227
    @mehemmednebiyev1227 Год назад +3

    Həqiqət çoox mükəmməl görünür, əminəmki, dadı heç də görünüşündən geri qalmaz. İnşALLAH bir gün məndə hazırlayacam. Diqqətimi çəkdi. Əllərinizə sağlıq 🫶😘👍👍

  • @turalxalilov9507
    @turalxalilov9507 7 месяцев назад

    en gozel yuxa tortu resptidi bu resptden bawqa yalandi kremliyen kimi yarim saata yup yumuwaq olur 👌cox sagolun ellleriniz var olsun her weyi sizin resplerle edirem🤗😊

  • @gultekinsirinova8333
    @gultekinsirinova8333 2 года назад +2

    Super🌹🌹🌹
    Bizim sumqayıtda bir Almaz xalamız var idi.onun ən çox bişirdiyi tortdan.həmişə hara getsə idi bundan edirdi.

  • @Guneldilova-pf3vv
    @Guneldilova-pf3vv Год назад

    Superdi ellerinize emeğinize sağlık

  • @gulbenizqasimova9018
    @gulbenizqasimova9018 Год назад +1

    Əllərinizə sağlıq olsun məndə bu reseptlə hazırlayıram tez bazar, hər evdə olan ərzaqlar asan sərfəli resept.Yada saldığınız ürün minnətdaram üzünü görmədiyim məlahətli səsli xanım .Sanki doğma bacın sənə izah edir

    •  Год назад +1

      Çox sağ olun,belə xöş sözlərə görə.Gözəl ürəyinizə sağlıq,var olun.🥰
      Hərdən youtube-dən küsəndə ,sizin kimi qədirbilən izləyicilərin şərhləri bizi sevindirir,deməli zəhmətimiz boşuna getmir.

    • @gulbenizqasimova9018
      @gulbenizqasimova9018 Год назад

      😍😍😘🌹

  • @ulkermensimova4150
    @ulkermensimova4150 Год назад

    Mən bu reseptlə bişirdim tortu..cox dadli alindi..tesəkkurkər 💕🌷

  • @aliruqeyya5409
    @aliruqeyya5409 2 года назад

    Coxdandi axtarirdim bu resepti AllAh sizden razi olsun nevelerim ucun biwrecem cox gozel alinib ellerinize saglig var olasiniz

  • @aiugunnn27
    @aiugunnn27 Год назад

    Elinize saglig cox aydin basa salirsiz

  • @bakubaku2643
    @bakubaku2643 2 года назад +1

    Her şey super ,ele. Əl işləriniz möhtəşəm, maşaAllah olsun. Amma bir şey deyim çox uzadırsınız videolarını vaxtını .

  • @leylaazizova8848
    @leylaazizova8848 Год назад +8

    Her vaxtınız xeyir olsun ☺️Yanvarın 25 de qızımın ilk yaşı oldu ve sizin verdiğiniz tarifle bişirdim . Neticeni bizimle paylaşın yazmışdınız .🤭 Bir sözle efsane 👍tortu yeyenler beğendi teşekkur edirem. emeğinize sağlik . Bu arada Antalya'dan böyük salamlar var 🥰☺️

    •  Год назад +2

      Allah saxlasın qızınızı.Atalı analı sağlam və xoşbəxt böyüsün.Nəticəni bölüşdüyünüz üçün çox sağ olun 🥰

  • @gunaytahirova4676
    @gunaytahirova4676 2 года назад +6

    Superr

  • @bakinkaaliyeva9524
    @bakinkaaliyeva9524 Год назад +5

    Anam həmişə bişirirdi biz uşaq olanda 😍😍 mənfur qonşularımız bu tortu da öz adlarına çıxardıblar

  • @memmedelinovruzov205
    @memmedelinovruzov205 2 года назад +2

    Kas hazirladiginiz o guzgulu qlazurda qizil elleriyle hariqeler yardan xanimi gore bileydim 😊❤🌹

  • @orxanxankisiyev8530
    @orxanxankisiyev8530 Год назад

    Salam.mende bu tortdan edirem.çox gözeldi.dadina doymaq olmur.bunu beyenmeyen yoxdu

  • @тарталетка-ф9х
    @тарталетка-ф9х 2 года назад +4

    Salam, hər anınız aydın. Mən nə vaxtdır bu bloqu itirmişdim Nə yaxşı tapdım. Yeni idə bütün xoş arzular çin olsun. Allah kömək olsun. Amin.

  • @turalqasimov8576
    @turalqasimov8576 2 года назад +2

    Salam elerinize saliq balli tortuna oxsuyur superdi

  • @jaleteymurova2707
    @jaleteymurova2707 Год назад +16

    Qısacası çooox təşəkkür edirəm.Məlahətli səs,gözəl anlatma,əl qabiliyyəti bir sözlə möhtəşəm.Sizin bütün reseptlərinizdən istifadə edirəm,xüsusilədə Spartak tortunu tez tez bişirirəm.Var olun❤️

  • @sudabecebrayilova1372
    @sudabecebrayilova1372 Год назад +1

    Mən bu tortu 25ildi bisirirəm.reseptini qaynanam verib.bizim evin ən sevimli tortudu.tərkibi tam eynidi.əllərinizə saqliq

    • @ŞəhlaOrucova
      @ŞəhlaOrucova 10 месяцев назад

      Mən etdim yuxalar quru çıxdı kremden sonra yumşalar inşallah

  • @dilqendhumbetova165
    @dilqendhumbetova165 2 года назад +2

    Əllərinə sağlik tşk edirəm resept üçün 🙏💐🌺💐🌺👌👌

  • @life777-h4r
    @life777-h4r 2 года назад +4

    Aaa illerdi bu tortun reseptin axtaririx xanim.Aglimizda balli tort kimi qalib,butun balli tortlarda,o dadi axtarirdiq, Allah razi qalsin ne qəder sevinc bexs etdiz deye bilmerem

  • @xaliqagammedov6471
    @xaliqagammedov6471 Год назад +2

    Salamlar.Bu gun bisircem mende.insəAllahki yaxsi cixar

  • @gulsnbkirova5403
    @gulsnbkirova5403 Год назад +1

    Salam,əllərinizə sağlıq.Ballı tortdan yağsız xəmir olmağı fərqləndirir.İlk dəfə gördüm bu resepti.Təşəkkürlər

  • @baharcabbarli2023
    @baharcabbarli2023 2 года назад +3

    En sevdiyim tort var olasiniz

  • @kamalataharli7391
    @kamalataharli7391 11 месяцев назад +1

    Əllərinizə sağlıq olsun Amin.

  • @elmarehmedov-j4j
    @elmarehmedov-j4j 10 месяцев назад

    Çox gözəl görünür hazirliyib baxacam

  • @gunaymemmedova2620
    @gunaymemmedova2620 Год назад

    Əllərinize sağlıq mende bunu tez-tez hazılayıram

  • @uguramal2434
    @uguramal2434 Год назад

    ellerinize sagliq nuw olsun cox gozel gorundu lap yemek istedim.Uwaq idik biz anam ve ya xalam biwirerdi biz yeyerdik he birde rehmetlik nenemin yas yerinde 40 idi onda biwirmiwdiler sufrede qoyulmuwdu bu tortdan yadimdadi

  • @solmazmmmdova3245
    @solmazmmmdova3245 2 года назад +2

    Əllərinizə sağlıq

  • @arzularxeyallar8988
    @arzularxeyallar8988 2 года назад +11

    Əllərinizə sağlıq 4 il bundan əvvəl sizin kanalınızdan baxıb bişirdim bütün ailənin sevimli şirniyyatı oldu çox sağ olun belə gözəl Səliqəli reseptlərə görə🌟🌟🌟

    • @sahinisazade3392
      @sahinisazade3392 Год назад

      Xanım bal əvəzinə mürəbbə suyu tökmək olarmı?

  • @SadiqSadiqzade-p2f
    @SadiqSadiqzade-p2f Год назад +1

    Əladı əllərinizə sağlıq

  • @behruzyla9808
    @behruzyla9808 Год назад

    Bu resepti ilk defe idi etdim cox gozel alindi cox sagolun

    •  Год назад

      Əllərinizə sağlıq, yeyənlərə də nuş olsun. Nəticəni paylaşdığınız üçün çox sağ olun.

  • @OqtaySefterov
    @OqtaySefterov Год назад

    Mən bişirmişəm çox dadlıdı Allah sizdən razı olsun ❤❤❤❤

  • @NigarIbrahimova-ce7si
    @NigarIbrahimova-ce7si 6 месяцев назад

    Əllərinizə sağlıq məndə hazırladım,tam sizinki kimi olmasada amma alındı çox sağol olun❤

  • @aydtel5232
    @aydtel5232 Год назад +1

    Men bu resepti ik defedi gorurem erzaglar bali tortan daxa mnasibdi mutlek sabah biwirecem yaxwi cixar inwallah. Allah xerzaman komeyviz olsun gozel sesli bacim❤❤

    • @vefazeynalli9650
      @vefazeynalli9650 9 месяцев назад

      Salam xanim. Etmek isteyirem bu tortu. Bilmek isterdim eledinizmi? Nece alindi?

  • @akdoganm.q.6195
    @akdoganm.q.6195 6 месяцев назад

    Yaaxşı görsənir.Sağ ol.Hamıya çox xeyrin var.❤

  • @ferideqasimli7743
    @ferideqasimli7743 Год назад +1

    Əllərinizə sağlıq bişirdim çox yaxşı alındı

  • @nurcamalmamedova6048
    @nurcamalmamedova6048 2 года назад +2

    Uzun illər mən də hazırlamışam... Əllərinizə sağlıq!

  • @PakizeFeteliyeva
    @PakizeFeteliyeva Год назад

    Əlnizə saglig mənimdə o illerdə tez tez bisirdiyim tort idi sevirdik ve məndə reseptini unudmusdum sagolun paylasim etdiyiniz ücün teşekkurler

  • @samiraaliyeva5586
    @samiraaliyeva5586 Год назад +2

    Ay GOZEL XANIM SİZ NE BİŞİRİRSİZ GÖZEL ALİNİR MAŞALLAH❤❤❤❤❤

  • @rasul5304
    @rasul5304 Год назад +10

    salam mən bu tortda quş südü deyilən bir şey görmürəm.balli torta daha cox oxşuyur.sadəcə üzərinə qlazoru var.quş südündə sufle olur.əllərinizə sagliq.

    • @AytenCeferova-c4m
      @AytenCeferova-c4m 7 месяцев назад

      Düzdü bu bezileri yuxa toru deyiller odu quş südü başqadı

  • @gulnaramustafayeva9795
    @gulnaramustafayeva9795 Год назад

    Əlləriniz var olsun

  • @gunaybayramova4
    @gunaybayramova4 Год назад

    Menim bu tortla bagli xatrem var ota mekdebde sinif yoldas sevgisi mamasi terfden bisrib mene getrirdi çox sevrem 🐦 südü tortunu ellinze saglik

  • @TunarMemmedov-ob9ej
    @TunarMemmedov-ob9ej 10 месяцев назад

    Biz helede bu tortdan bişiririk, çox gözeldi

  • @aysuagaxanova7232
    @aysuagaxanova7232 Год назад

    Menim yediyimin yuxalari kakaoluydu mence.coxxx axtardigim resepdi.qus suduydu demisdiler adi sinif yoldasimiz Vusalin ad gununde yemisdim

  • @EmilSixeliyev
    @EmilSixeliyev Год назад

    Çox sağ olun illər öncə məndə bu tortu tez tez bişirirdim necə deyərlər sovetin vaxtında sonra yaddan çıxmışdı reseptə görə çox sağ olun həm tort dadlı olar nəvəmin ad gününə bişirəcəyəm inşaallah həm də cavanlıgımız yada düşər