“ASAN xidmət” mərkəzlərində 30.000-ci ASAN könüllüsü fəaliyyətə başlayıb - AzTV 13.05.2022

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024
  • “ASAN xidmət” mərkəzlərində 30.000-ci ASAN könüllüsü fəaliyyətə başlayıb.
    Bu müraciətin sahibi Quliyeva Zöhrə Aslan qızıdır. O könüllü fəaliyyətini 1 saylı Bakı "ASAN xidmət" mərkəzində həyata keçirəcək.
    Bununla əlaqədar təşkil olunan tədbirdə könüllüyə Dövlət Agentliyi tərəfindən ASAN könüllüləri ailəsinə qoşulduğu üçün təşəkkürnamə və hədiyyələr, həmçinin "CELT Colleges" şirkəti tərəfindən ASAN könüllüsünə 6 ay müddətinə ödənişsiz ingilis dili kursu proqramı hədiyyə təqdim edilib.
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyətin artırılması məqsədi ilə könüllülük fəaliyyəti həyata keçirilir. Bu prosesə 30.000 könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 3000-ə yaxın könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
    ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində müxtəlif yerli və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı qismində çıxış ediblər.

Комментарии • 4

  • @meleknesrullayev4191
    @meleknesrullayev4191 Год назад

    Salam könüllük fəalliyəti bitdikdən sonra alınan serfikatla könüllünün gördüyü işi işçi kimi işləyərək qazanc əldə etmək olar?

    • @asanxidmat
      @asanxidmat  Год назад

      hər vaxtınız xeyir. Zəhmət olmasa, müraciətinizi aydın şəkildə qeyd edin.

    • @meleknesrullayev4191
      @meleknesrullayev4191 Год назад

      @@asanxidmat Yazmışam ki könülllülük fəaliyyəti bitdikdən sonra bizə serfikat verilir.Həmən, o serfikatla işçi kimi işləməy olar asand xidmətdə?

    • @asanxidmat
      @asanxidmat  Год назад

      @@meleknesrullayev4191 Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
      Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ixtisas üzrə ali təhsili olmalıdır.
      Dövlət İmtahan Mərkəzi test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
      Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Dövlət İmtahan Mərkəzinin internet portalında, Dövlət Agentliyinin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
      Əlavə məlumat üçün “www.dim.gov.az” saytını izləyə bilərsiniz.
      Nəzərə almağınızı xahiş edirik.