HOMO SAPIENS - Oğru olmaq istəyirəm

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Bu mahnı Nüsrət Kəsəmənlinin “oğru olmaq istəyirəm” şeirinin sözlərindən hazırlanmışdır.
    Oğru olmaq istəyirəm
    Qoy polislər eşitməsin,
    Qorxulu bir sirr deyirəm:
    Çoxdandır ki, bir arzum var,
    Oğru olmaq istəyirəm!…
    İnsanların arasından
    Əqidəsiz adamları,
    Vicdanını pula satan
    nadanları
    Oğurlamaq istəyirəm!
    Bu torpağın gündən-günə
    Niyə artır dərdi-səri…
    Dövlətlərin arasından sərhədləri
    Oğurlamaq istəyirəm!
    Axı, nə iş görmüşəm ki,
    Oğurluq da işdi barı.
    Mən anamın sifətinə
    Vaxtsız düşmüş qırışları
    Oğurlamaq istəyirəm!…
    Birisini yıxmaq üçün
    İkisinin ülfətini,
    İnsanların ürəyindən
    Hər kinini, nifrətini,
    Yalanını bundan ona,
    Ondan buna satanları,
    İki sevən arasından
    O üçüncü adamları
    Oğurlamaq istəyirəm!
    Araz axır…
    O taydan da insan baxır,
    Bu taydan da insan baxır,
    Necə milyon gözüyaşlı əzizimi,
    O həsrətli Təbrizimi
    Oğurlamaq istəyirəm!
    İndi necə dövlətlərdən
    Məzlumların ah-zarinı,
    Yad torpaqda yatıb qalan,
    Əsrlərin arxasından
    Qollarını çatıb qalan
    Kərbəladan Füzulinin,
    Hələbdənsə Nəsiminin məzarını
    Oğurlamaq istəyirəm!
    Nə gizlədək, bilir hami
    Tonqal çatıb yandırırlar
    bu cahanı.
    Qəlbim deyir:
    “Bir azəri məsəlini yadına sal:
    “Oğrudan-oğruya halal…”
    Prometey oğurlayib
    İnsanlara verən odu
    Oğurlamaq istəyirəm!
    Lap qəzəbi tutsa belə
    Yerin mənə, göyün mənə
    Nə deyirsiz, deyin mənə
    Oğru olmaq istəyirəm!!!
    #music #kəşfet #azərbaycan #bakuws #azerimusic #aze #musiqi #fyp #aztagram #trend

Комментарии • 2