Bu 10 Qida Böyrəkləri MƏHV EDİR!

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • #BirBax #Azerbaycan #böyrək
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Böyrəyində problem olanlar rasionlarından bəzi qidaları çıxarmalıdır. Çünki o qidalar böyrəyin işinə mənfi təsir edir. Bəzi hallarda onu sıradan belə çıxara bilir. Bəs böyrəklərimizə zərər vuran qidalar hansılardır? Bu videonu elə indi yaxınlarınıza göndərin. Bəlkə də onların həyatını elə siz xilas etdiniz.
    ------------
    Böyrəklərimizə zərər vuran qidalar siyahısına fasiləsiz yeyilən kalium və fosforla zəngin qidalar daxildir. Çünki bu 2 element böyrəkdə daş əmələ gəlməsinə səbəb olur, qanı zəhərləyir. Həmçinin, sidik yollarının divarlarını zədələyirlər ki, sonra həmin zədələnmiş nahiyələrdə iltihablanma yaranır.
    Əgər böyrəkləriniz hazırda normal işləyirsə, təqdim etdiyimiz qidalardan tamamilə imtina etməyin. Çalışın ki miqdarını azaldasınız. Yox böyrəkləriniz problemlidirsə, indi təqdim edəcəyim qidalardan uzaq durun.
    1 ....Yağlı qidalar. Yağlı qidalar böyrəyə yüksək miqdarda oksalat turşusu ötürür. Bu da orqanın iş rejimini pozur, hüceyrələrin aktivliyini azaldır. Donuz salası, yarıbişmiş yağlı donuz və ya dana əti, yağlı ördək ətini misal çəkmək olar. Heyvan mənşəli yağlar faydalı maddələrin bağırsaqlar tərəfindən sorulmasına mane olur. Xüsusilə, B6, A, D vitaminləri və maqnezium bu yağların içində “gizlədilir” və onlarla birgə orqanizmdən xaric olur. Bu faydalı maddələrin yoxluğu isə böyrəkləri və sidik yollarını, sidik kisəsini infeksiyalara qarşı müdafiəsiz edir. Yağla zəngin yarımfabrikatları da rasiondan çıxarmaq mütləqdir. Məsələn; hazır şəkildə satılan ciyər konservləri, yağlı kolbasalar və s.
    2...“Cavan” ət. Yerli mətbəx həmişə gözəldir. Xüsusən, quzu ətindən və çəpiş ətindən duzlu kabab. Amma... Bu ətləri yaxşı bişirmədiyimizin özümüz də fərqindəyik. Böyrək problemi olanlar, yaxşı olar ki, kabab əvəzinə həll bişmiş ət yesinlər. Çünki alaçiy və duzlu, ədvalı kabablar orqanizmdə sidik turşusunun artmasına səbəb olur. Sidik turşusunun çoxluğu isə toxumalarda və hüceyrələrdə belə, müxtəlif problemlərin yaranma səbəbidir. Bir də bu var ki, cavan heyvanların ətində purin miqdarı yüksəkdir. Xüsusilə, sidiyə getməkdə çətinliklər varsa, sidik çox yandırırsa cavan heyvan ətindən uzaq durun.
    3...Dəniz məhsulları. Rusiyalı alimlər müəyyən ediblər ki, orqanizmdə D vitamini çoxluğu kalsiumun bağırsaq divarlarına yapışmasına, sidiklə bədəndən xaric olmamasına səbəb olur. Böyrəyində daş olan insanların orqanizmində həmişə kalsium artıqlığı müşahidə edilir. Ona görə də, böyrəyində duz, yaxud daş olanlar D vitamini ilə zəngin qidaları yeməsələr, yaxşı olar.
    4. Qazlı içkilər. İlk baxışdan göründüyü kimi, qazlı içkilər heç də məsum deyil. Böyrək problemi olanlar üçünsə onlar əsl düşməndir. 1) qazlı içkilər şəkərlə zəngindir: II tip diabet riskini artırır. Bu xəstəlik də böyrəkləri sıradan çıxarır. 2) bu içkilərə yüksək miqdarda fosfor əlavə edirlər. O da öz növbəsində, qandakı zülala pis təsir edir və uzun müddət sərbəst halda qalır. Sidik yolları ilə bağlı problemi olanlar qəti şəkildə qazlı içkilərdən imtina etməlidir ki, xəstəlik irəliləməsin.
    5. Avokado. Hələ də, tam olaraq meyvə, yaxud tərəvəz olduğuna qərar verilməyən avokado o qədər faydalıdır ki, xalq təbabətində xüsusi yeri var. Ürəyin işini dəstəkləyən yağlarla, bağırsaqlara lazım olan liflərlə, bütün orqanizmin köməyinə çatan antioksidantlarla zəngin olan avokado ilə yalnız böyrək problemi olanlar ehtiyatlı davranmalıdırlar. Onun tərkibində yüksək miqdarda kalium var. 100 qr meyvədə 50 mqr kalium tapmaq mümkündür. Əgər böyrək lazımi səviyyədə işləmirsə artıq kalium sidiklə xaric olmur; bədəndə qalır. Kalium çoxluğu isə ürəyin ritmini poza bilər, hətta ürəyin dayanmasına da gətirib çıxarar.
    6. Süd məhsulları. Süd məhsullarının tərkibindəki maddələrin çoxluğu böyrəklərə ziyan verir. Bu məhsullarda kalium, fosfor və zülal çox olur. Hər üçü də böyrəyin süzmə qabiliyyətini aşağı salır. Fosfor birbaşa böyrək daşının əmələ gəlməsində xammal rolundadır. Zülallar isə böyrəyi gərgin rejimdə işləməyə məcbur edir. Mütəxəssislər tövsiyə edir ki, böyrək problemi olanlar badam südü, düyü südü kimi bitki mənşəli məhsullara üstünlük versinlər.
    7. Yarımfabrikatlar. Yaxşı olar ki, bütün insanlar bacardıqca az istifadə etsinlər bunlardan. Çünki onların, demək olar ki, heç bir faydası yoxdur. Söhbət sosiskadan, kolbasadan və onların növlərindən gedir. Bu məhsullar qida əlavələri, dadlandırıcılar, rəngləndiricilərlə, həmçinin, duz, istiot və bir çox ədva ilə zəngindir. Kompleks şəkildə bunlar hamısı orqanizmə toksin kimi daxil olur. Onları süzmək normal böyrək toxumasının bacarığı daxilində deyil. Bu toksinlər həmin toxumalarda qalır, gələcəkdə orqanın işini iflic etməyə qadir olur. Alimlərin fikrincə, süzülməyən toksinlər sonradan ürəyin işinə də mane olur; ürəyə qan daşıyan damarlarda təzyiqin artmasına qədər vəziyyəti gərginləşdirə bilir.

Комментарии • 248

  • @yasementagiyeva384
    @yasementagiyeva384 Год назад +44

    Səsi gözəl Özü gözəl Xanımdır Maşallah

  • @zizseyidova8103
    @zizseyidova8103 Год назад +17

    Faydalı videodur .ÇOX SAĞ OLUN

  • @ГюндузГусейнов-н3ш

    Salam, sizin cox səlist və düzğün danişiq tərzinizi var, cox sag olun məsləhətinizə ğörə,

  • @XuramanXuraman-g9r
    @XuramanXuraman-g9r Год назад +6

    Sizin səsiniz adama qüvvət verir❤

  • @sefiqebalaliyeva5955
    @sefiqebalaliyeva5955 Год назад +12

    DƏYƏRLİ MƏLUMATA GÖRƏ TƏŞƏKKÜR EDIRƏM, ÇOX SAĞ OL, ALLAH KÖMƏYIN OLSUN ƏZİZİM 🤲

  • @asifesgerov3284
    @asifesgerov3284 Год назад +24

    Gozel meslehetdi .Coxlu coxlu sag olun.

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Год назад +12

    Xeyirli meslehet üçün teşekkürler

  • @heyatsenneqeribesen7067
    @heyatsenneqeribesen7067 Год назад +33

    Ay Allah köməyiniz olsun kababı toydan toya görürdük indi onuda görmiyəciyik bahalaşmada camat quru çöreyi guclə tapır

    • @AbAb-me3ue
      @AbAb-me3ue Год назад +1

      😂😂😂

    • @sebuhiquliyev8587
      @sebuhiquliyev8587 Год назад

      Allah yardimciniz olsun,maariflendirdiyiniz ucun.Tesekkur edirem.

  • @mlkhuseyin4794
    @mlkhuseyin4794 Год назад +6

    Tanrı sizi saxlasın Allah sizin canınızı saq eləsin gözəl məsləhətinizə görə canım mənim ureyim səsinizə qüvvət❤️👃💋🌹👍👍👍👍👍🧿🧿🧿🧿🧿🧿🧿

  • @Эдуард-ц6ю
    @Эдуард-ц6ю Год назад +18

    ALLAH sizidən razı olsun!

  • @samirdavudov145
    @samirdavudov145 Год назад +5

    Cox sagol Allah razi olsun

  • @fexriyyepirverdiyeva6824
    @fexriyyepirverdiyeva6824 Год назад +7

    Xeyirli məsləhətiniz ücün cox sag olun,Allah sizdən razi olsun,həm aydin danişib,həmdə göstərirsiz,təşəkür edirik🙏❤️

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Minnətdaram

    • @zrif4459
      @zrif4459 Год назад

      Bu məsləhətlərə heç əməl etmirik

  • @ofelyarsidqz4449
    @ofelyarsidqz4449 Год назад +2

    Maraqlandı0ım çox suala cavab aldım , təşəkkürlər! 🙏🌹

  • @openmusicaze3160
    @openmusicaze3160 Год назад +3

    Səsinə qurban olum gözəll qızım

  • @bayramresulol9611
    @bayramresulol9611 Год назад +5

    👍👍👏👏Faydalı məsləhətə görə təşəkkürlər.🌷

  • @kenanzeynalov5240
    @kenanzeynalov5240 Год назад +1

    Çoxx çoxx saqolun varolun dəyərli məlumtlsra görə

  • @letifhuseynov5827
    @letifhuseynov5827 Год назад +2

    Təşəkkürlər gözəl qızım. Xoşbəxt ol

  • @balacadunyamshanm325
    @balacadunyamshanm325 Год назад +1

    Çpx sağolun gözəl video üçün.

  • @sovqatc4582
    @sovqatc4582 Год назад +4

    ALLAH Sizdən razı olsun mənimdə böyrəylərimdə yüksək zulal var

  • @OmerBabek
    @OmerBabek 10 месяцев назад +1

    Cox sagolun.Boyrek üçün xeyrli olanlar hakkında da söyleyin.

    • @birbaxkanal
      @birbaxkanal  9 месяцев назад +1

      Siz sağ olun ki, gözəl fikirlərinizi bizimlə bölüşürsünüz

  • @turalmemmedov8296
    @turalmemmedov8296 Год назад +1

    Əlhəmdulillah
    Çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  7 месяцев назад

      İzlədiyiniz üçün siz sağ olun ❤

  • @MelekxanmEzimzade-ik7zf
    @MelekxanmEzimzade-ik7zf Год назад

    cox gozel bes qurban size ne yeyek onsuzda bu yemeklerden yemiriy ayda bir defe et sud mehsullari yesek boyuk weydir yeni inwallahki bize bu qeder ziyani olmaz

  • @ehedhasilov438
    @ehedhasilov438 Год назад +3

    Beyendim cog sagol

  • @violetline1460
    @violetline1460 Год назад +4

    Meslehete gore tewekkurler

  • @solmazehmedova1779
    @solmazehmedova1779 Год назад +17

    Allah sizdən ŕazı olsun.

  • @TSeriesAzerbaijan
    @TSeriesAzerbaijan Год назад +5

    VALLAH BELƏ VİDYOLARA BAXANDA ,BƏBƏ KAŞASI ALIB YEYİRƏM,SƏHƏR,NAHAR,AXŞAM. UŞAĞ YEMƏYİ YALNIZ ALIB YEYİRƏM,
    ÇÜNKÜ YEGANƏ ƏN TƏMİZ MƏHSUL UŞAĞ YEMƏYİDİ.
    VALLAH BU DƏYQƏ NƏYƏ ƏL ATIRSAN ORQANİZMƏ ZİYANDI 😂 .
    UĞURLAR SİZƏ.

  • @turan2117
    @turan2117 Год назад +2

    Salam,tewekkur edirik

  • @Arda648_Messi
    @Arda648_Messi Год назад +3

    Gözəl məsləhətdir

  • @agababahacibalayev3418
    @agababahacibalayev3418 7 месяцев назад

    Allah razı olsun!

    • @birbaxkanal
      @birbaxkanal  7 месяцев назад +1

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @yasementagiyeva384
    @yasementagiyeva384 Год назад +3

    Allah səni qorusun Amin

  • @aqilaliyev4732
    @aqilaliyev4732 Год назад +4

    Gözəl məlumat👍🏻

  • @saglamlqaxtarsndatahiril9513
    @saglamlqaxtarsndatahiril9513 Год назад +4

    Bəli yağlı qidalardan da oksalat daşı yaranır ki sonradan əritmək çətin olur. Çox sağ olun dəyərli məlumat üçün

  • @ДамировХикмет
    @ДамировХикмет Год назад +4

    Çox sağ olun !!!

  • @orxanqasimov2977
    @orxanqasimov2977 Год назад +4

    Menim oğlum ancaq qırmızı ve yağlı qoyun etin müxtəlif et olsun ancaq et başqa yemek olanda xüsusile badımcan evde az qala dava düşür 4 defe böyük daşından emeliyat olub oksalat daşı yenede daş var ancaq yağlı yemekleri xoşlayır demeli böyrək daşı davam edəcək Allah sizdən razı olsun

  • @musadamirchiyev394
    @musadamirchiyev394 11 месяцев назад

    Gözəl məsləhətdi. Amma dünyanın ən gözəl təamlarını sadaladız ☺️

  • @teranehacizade9580
    @teranehacizade9580 5 месяцев назад +1

    Doktor ,Salam ! Faydalı məsləhətiniz üçün çox Sağ olun , Təşəkkür edirəm ! Madam ki , Böyrək xəstələrinin , Süd məhsullarından istifadəsi olmaz sa , deməli kəsmik də , olmaz ? Təranə Hacızadə .❤❤❤

  • @errorexe1313
    @errorexe1313 Год назад +5

    Аллах разы олсн 👍🙏

  • @muxtaremikisiyev6018
    @muxtaremikisiyev6018 Год назад +71

    Dədə babadan yağlı qoyun , quzu kababı ,quyruq pitisi , yağiı plov , heyvanın ic yağında bişirilən ciyər , ürək , böyrək qovurması yeyilib . insanlar 90 - 100 , hətta 110 yaş yaşayıblar heç kimdə deməyib filan yerim ağrıyır . Çünki o vaxtlar hər şey təbii idi . amma indi hər şey demək olarki sünidi yağ , ət çörək , içdiyimiz suda tərkibi ölmüş sudu ona görədə hər şey kəllə mayallaq olur

    • @arzubadalova2965
      @arzubadalova2965 Год назад +5

      Dogrudu,aldigimiz hava beke zeherlidi eger quranla eyni olan çöreye de firildaq gelinirse bawqa weykerden heç daniwmagina deymez,her kes uwaqdsn boyuye xestedi.

    • @aidhsimova368
      @aidhsimova368 Год назад +4

      Duzdur indi her sey sunidir odur ki bas ayaq gedirik tebii qidalarımz coxdan elden gedib ne yaxsı ki varsız telimatlandırırsnınız !🙏🙏🙏

    • @orxanqasimov2977
      @orxanqasimov2977 Год назад +2

      Yeqin deyir reklam etdiyi qarğıdalı yağını yeyek düz deyirsiz qardaş

    • @azadequliyeva7045
      @azadequliyeva7045 Год назад

      Beli

    • @rasimpasayev63
      @rasimpasayev63 11 месяцев назад +4

      Dede babamiz yaqli quzu yeyib cox gezibler işleyibler indi işleyen kimdi herşey dukandan alinir paltaryuyan qabyuyan ve saire herşey rahatciliq

  • @CehunCamalova
    @CehunCamalova Месяц назад

    Sağlamlıq yaxşıdı☝️🥰😊

  • @nrimaqeramov3831
    @nrimaqeramov3831 Год назад +1

    Melumatlandlrdlĝlnlz ücün teşekkür edirik,,! Amma ,ne qaldl da .ne yeyeç bes, yene de var olun !

  • @ferhadabu137
    @ferhadabu137 Год назад +5

    ALLAH KÖMƏYİNİZ OLSUN.

  • @FES721
    @FES721 Месяц назад

    Sesini sevdiyim balam❤❤❤

  • @anarmamedov5372
    @anarmamedov5372 Год назад +2

    Sağ olun mslhət üçün

  • @ulvieminov6602
    @ulvieminov6602 Год назад +1

    Əhsən var olasız

  • @Tayfun555
    @Tayfun555 6 месяцев назад

    təşəkkürlər xanım 😊😊

  • @ГиджиранДомрачева
    @ГиджиранДомрачева 6 месяцев назад

    Чох саг олун! Видио чох гиймэтлидир❤

    • @birbaxkanal
      @birbaxkanal  6 месяцев назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @xanimaliyeva8537
    @xanimaliyeva8537 Год назад +1

    Allah razı olsun

  • @AytnSultanova
    @AytnSultanova Год назад

    Təşəkkür edirəm

  • @fanidunya5472
    @fanidunya5472 Год назад +2

    Çox gözəl məlumatlar verirsiz təşəkkür edirəm. Lakin Reklam etdiyiniz qarğıdalı yağı böyrəkləri xarab eləmir? Bilinmir nədən düzəldiblər.

  • @zminhuseyni4965
    @zminhuseyni4965 Год назад +3

    Siznən razılaşmıram az az tez tez yemək çox ziyandı.

  • @vusalisrafilov552
    @vusalisrafilov552 Год назад

    Təşəkkür edirik

  • @FazilMelikova
    @FazilMelikova 11 месяцев назад +3

    Yaxşı sizin deməyinizdən mən belə başa düşdümki ancaq ot yeməliyik, 21ci əsrin alimləri belə deyir, 19cu əsrdə 20 əsrdə yaşayanlar daha uzun ömürlüydülər olar quzu əti quyruq yağı və sairə sizin məsləhət görmədiyiniz ərzaqları yeyirdilər heç bir yerləridə ağrımırdı. Hələ qabaqkı əsrləri demirəm 200 yüz il yaşayanlar olub onlar süd məhsulları yeyiblər vallah heç yerləri ağrımayıb və uzn ömürlü olublar niyə ona görəki hava təmiz olub. Siz yeməkləri deyəndə onuda nəzərə alınki o vaxlar havada suda təmiz olub daha indiki kimi zəhərli olmayıb

  • @gulayaallahyarova6586
    @gulayaallahyarova6586 Год назад +6

    Cox sag olun meslehet ucun ancaq ne yeyeceyimiz haqqlnda cox duwunmek lazlm olacaq zerersiz bir qida varml bu olkede ne yesek acaba

    • @novruzbayram3706
      @novruzbayram3706 Год назад +2

      Məsləhətə görə sağ olun . onu əlavə edərdim ki,ən faydalı qidanı çox yesəniz zərər verər,ən zərərli qidanı az yesəniz xeyir verər.Heç bir qida zərərli deyil qədərində yeyilərsə

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Sağ olun🙏

  • @yelizavetakrm2860
    @yelizavetakrm2860 Год назад +4

    Ən gözəli düzlu yeməklərdən az istifadə etməkdir.

    • @bolghacyeva4739
      @bolghacyeva4739 Год назад +1

      Türk prafessoru dediki qaya duzu yemək lazımdır hər gün duz xerdi insan üçün

  • @sevdakerimova7049
    @sevdakerimova7049 Год назад +1

    Men yapon alimi Nisi sistemi ile ondord ildir ki, qidalaniram. Vidyonunbeyendim,sadece az-az tez tez yeyin bu qetiyyen duzgun deyil. Meselen: et 5-6 , nisasta 4-5.....saata hezm olursa demek ki, qida hezm olmamis, yeniden qida qebulu olduqca zererlidir. Birde onu qeyd etmeknlazimdir ki, qidalari duzgun uzlasirmaq yeni eyni enyi vaxtda birnece qida qebul etmek cox zererlidir.

  • @mayamustafayeva4002
    @mayamustafayeva4002 Год назад +1

    Məsləhətviz yaxşıdır sağ olun

  • @karakays8854
    @karakays8854 Год назад +2

    Kababı və yağlı yeməyi varlılar yeyir, kasıbın haqqını da üstündən su kimi içir.🤣👍

  • @OmerBabek
    @OmerBabek 10 месяцев назад

    Cox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  9 месяцев назад

      Siz sağ olun ki, gözəl fikirlərinizi bizimlə bölüşürsünüz

  • @beatiful_girl8853
    @beatiful_girl8853 Год назад +1

    Təsəkur

  • @bextiyarsuleymanov4495
    @bextiyarsuleymanov4495 7 месяцев назад

    Allah bereket versin şora kabab geldi gedendi şordan muğayat ol

    • @birbaxkanal
      @birbaxkanal  7 месяцев назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @ilkin-898
    @ilkin-898 Год назад +3

    Menim boyreyimde das var yaranir ancag nece qarsisini ala bilerem

  • @salamsala.1347
    @salamsala.1347 Год назад

    Demədi demə və bir bax sevilirsiz ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VurgunAdisli
    @VurgunAdisli 10 дней назад

    yumurta yemək olarmı❤❤

  • @mixfix1025
    @mixfix1025 Год назад +1

    Алгышлар ханыма

  • @afiltagyeva6331
    @afiltagyeva6331 Год назад

    Sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @saibhuseynov5306
    @saibhuseynov5306 Год назад +3

    Sən öləsən dediklərini yeyənlər 100 il yaşadığını sənə saya bilərəm....

  • @dyanetsuleymanov2671
    @dyanetsuleymanov2671 Год назад

    Sağol

  • @elmddinlkbrov3127
    @elmddinlkbrov3127 Год назад +4

    Əhsən hər gün demək olar ki Baxıb mariflənirik

  • @tocaleader688
    @tocaleader688 Год назад +3

    Salam heç birini isidifadə etmirem təbiyi cucələrim kapot özum hazirlayiram çox sagolun

  • @elmddinlkbrov3127
    @elmddinlkbrov3127 Год назад +4

    Balığ haqqında da məlumat verərsiz zəhmət olmasa

    • @AA-sh1fl
      @AA-sh1fl Год назад +1

      Mən baxdım 1 videoda dedi o da zererdi😄 deyir indi balıqları dammadalarda saxlayırlar eynən toyuq kimi şişirdilir.. yerinə zərərli maddələr vurulur

  • @SemsiyeQasimova
    @SemsiyeQasimova 2 месяца назад

    Faydalidir duzdu ama belə cixirki daha yemek yemiyek

  • @jasminaladdin8577
    @jasminaladdin8577 Год назад +1

    👍👍👍

  • @maximisaev9102
    @maximisaev9102 Год назад +1

    Zeytun yağlı qarğıdalı yağı nədir?! Gör camaata necə kəf gəlirləre.

  • @elvinnagiyev1370
    @elvinnagiyev1370 Год назад +1

    Ay xanim bu videonuza baxdim ureyim sixildi..ta birdefelik deyin hec ne yemek olmaz..

  • @nclavinka6158
    @nclavinka6158 Год назад +1

    👍🏼👍🏼👍🏼

  • @Birsevda0
    @Birsevda0 Год назад +2

    Biz Tovuzluyuq Tovuzun hansı kəndindəndi?

  • @Ceki.C.S.D.6612
    @Ceki.C.S.D.6612 Год назад +1

    Salam Doslar. Bəs balıq əti xeyirlidirmi ?

  • @elnurhuseynli9690
    @elnurhuseynli9690 Год назад +2

    Ay aman🥺. Men kaliumla zengin qidalardan o qeder istifade etmishem ki, indi de boyreyimin aghrisina doze bilmirem. Hem de tezyiqim dushmur😔

  • @malikTagiyev-kp1nh
    @malikTagiyev-kp1nh 8 месяцев назад

    Börəyimdə Duz kiristalları var😔Bəs nə yiyəy süt yeyirik ki,xeyirdi sən demə börəyə ziyan imiş.Qazlı içkilər turşular ziyandı bilirəm kartofu indi bildim.ALLAHIM özün köməyimiz ol🤲

  • @АликШахов-в1ь
    @АликШахов-в1ь Год назад +1

    👍👍👍❤❤❤💝💝💝

  • @nusrt3904
    @nusrt3904 10 месяцев назад +1

    • @birbaxkanal
      @birbaxkanal  10 месяцев назад +1

      Təşəkkür edirik dəyərli izləyicimiz.

  • @gurbanovcavad796
    @gurbanovcavad796 8 месяцев назад

    Zərərli şeyləri dediz .bəs xeyirli şey nədi?

  • @turalheyderi5498
    @turalheyderi5498 Год назад +2

    Zererli dediyiniz qidalardan çox yeyirem en çox yidiyim qidalardı menim prablemim syidiye geceler 6defe gedirem çox zeyif gelir yanğıda var

    • @mamedaliyev4352
      @mamedaliyev4352 Год назад

      Şekerınızı yoxlayın mutleq. eğer şekerınız yuksekdırse mualice edın

  • @vusalkazimi5785
    @vusalkazimi5785 9 месяцев назад +3

    Ne yiyirsiniz yiyin ALLAHIN bizlere verdiyi neymetlerden yiyin.ve aktiv olun.idimanla meşqul olun.İNŞALLAH saqlam qalarsız

  • @gulnareqehremanova3362
    @gulnareqehremanova3362 Год назад

    Babam rehmetlik erimiw yagi tezden stakannan bir icirdi.90 il yawadi.oda atdan yixildi.ömur boyu guzu dana eti yeyib.

  • @aytenagayeva9508
    @aytenagayeva9508 Год назад +2

    ♥️♥️♥️

  • @mahirsemedov6356
    @mahirsemedov6356 Год назад

    Heyvan mənşəli yağlar insana nabarot xeyirdi ay qız bilib bilmeden danışma dayımın 100 yaşı var hemişe quzu quyruğu yiyir menim teksonla böyümüşəm 40 yaşım var xəstəyəm o məndən saglamdi

  • @rcreso720
    @rcreso720 9 месяцев назад

    Salam milət ayak topuxumun ustundə sis olur nə edəbilərəm bilən yazin

    • @xqaniqasimov5301
      @xqaniqasimov5301 8 месяцев назад +1

      Yayda, yazda, ayaqyalın otluqda, çəmənlikdə gəzin, Allah kömək olsun 🤲

  • @aliyasalimova2238
    @aliyasalimova2238 Год назад

    🙏👏

  • @rustemovimam343
    @rustemovimam343 Год назад +1

    Daha ne qaldi ?

  • @gggatttt9228
    @gggatttt9228 Год назад

    salam

  • @rustmli8834
    @rustmli8834 Год назад

    xanim menim uzumde iltihabli sepgiler var idi sizin kanalinizdan cay agaci yagini gorub istifade etdim indi uzum taninmaz hala dusub bu ne ile elageli ola biler ? Ne ede bilerem 2 defe istifade etmisdim seher be axsam cekib yatdim seher bele hala dusdu

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Deməli dəri ilə bağlı yaranan sızanaq deyil. Daxildən gəlir. Hormonal ola bilər, tediyiniz qidalardan, yağlardan xüsusilə. Sızanağın ilk çarəsi öncə pəhriz və bol mayedir. Bağırsaqlardakı toksinlər təmizləndikcə üzün dərisi də yaxşılaşır

  • @nureddin5249
    @nureddin5249 Год назад +1

    Xundzaların əsas qidası kaliumla bol olan əriyin sayəsində yüz ildən çox yaşayırlar.

  • @mircavidzekiyev6307
    @mircavidzekiyev6307 Год назад +3

    Daha nə qaldı öləkdə biz.😄

    • @-Azerbaycan_2024.
      @-Azerbaycan_2024. 4 месяца назад

      Ölmə Qəzənfər əmi ölmə 😂😂😂😂

  • @rashidshixzadayev6298
    @rashidshixzadayev6298 5 месяцев назад

    Ümumiyyətlə təmiz məhsullardan istifadə etmək lazımdır bizim evimizi yıxan palma yağları ,duru yağlar ,şiriniyyatlar soklardır. Tam təbii məhsullardan istifadə etmək lazımdır ,yeməkləri quyruq yağı ,nehrə yağı ilə bişirilməlidir ,qeni deyişdirilməyən tam mövsümündə meyvə,tərəvəz yeyilməli ,ət məhsullarında qaydasında ,antibiotiklə böyüdülmüş çolpalarda ziyandı

  • @AA-sh1fl
    @AA-sh1fl Год назад +1

    Deyirəm goresen ne yeyək bes? Et zərər.. toyuq zərər.. balıq zərər.. kartof zərər.. süd zərər.. deyəsən axırda hava yeyib dolanacaiq.. onsuz havada zererdi

  • @niyameddinalishanov4987
    @niyameddinalishanov4987 2 месяца назад

    Hekim menim boyreymin biri balacadi obiri boyreyden 6 sm. nece olacag indi arada bir agri olur. Bes men ne yeyim😢

  • @arzubaxseliyev4823
    @arzubaxseliyev4823 Год назад

    Daaay nə qaldı

  • @FEALTV-033
    @FEALTV-033 5 месяцев назад

    Deyesen isin arasinda toyuqda satirsiz 😂onda yolub satirsiz colpani?

  • @rafaelhuseynov1609
    @rafaelhuseynov1609 22 дня назад

    Tay nə yeyək ?