Xəlil Rza Ulutürk - Bəs niyə susdun? - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • #kamranmyunis #xəlilrzaulutürk #kamranyunis #poeziyateatrı
    #şeirlər #sevgişeirləri #poeziya #asifarifoğlu
    Xəlil Rza Ulutürk - Bəs niyə susdun?
    Bəstəkar - Vasif Arifoğlu - "Yuxu kimi" serialından musiqi
    Kaman - Xəyyam Əhrar
    Sənin gözlərinin lap önündəcə
    Adımın üstündən bir xətt çəkdilər.
    Daşın kəsəyin yox, otun, çöpün yox,
    Adamın üstündən bir xətt çəkdilər.
    Qalın, çalın çarpaz, qapqara bir xətt!
    Bəs niyə susdun?
    Axı biz neçə il yoldaş olmuşuq,
    Nə yoldaş, az qala qardaş olmuşuq.
    Pud-pud duz yemişik, çörək kəsmişik.
    Eyni bir amalın üstə əsmişik.
    Bəs niyə susdun?
    Qart bir qurbağaya il yox, otuz gün
    Həmdəm kəsilsəydim, susmazdı bəlkə.
    Bəlkə bircə qurtum su gətirərdi,
    Düşdüyüm alovu söndürsün deyə.
    Sənin gözlərinin lap önündəcə
    Adımın üstündən bir xətt çəkdilər.
    Mərd addım titrədər yer kürəsini,
    Addımın üstündən bir xətt çəkdilər.
    Bəs niyə susdun?
    Bu ölü sükutun tarixi uzun...
    Bizin neçə illik çörəyin, duzun
    Ülfətin üstündən bir xətt çəkdilər.
    Bəs niyə susdun?
    Əslində ordaca qalxıb ayağa,
    Nəfəsin gəldikcə hayqırmalıydın:
    Cəsur nəğməkarı Azərbaycanın
    Xəlil Rzamızdır! Toxunma, Sakın!
    Harda, hansı gündə əsirgəmişəm
    Səndən can yanğımı, məhəbbətimi?
    Harda, hansı dəmdə macal düşəndə
    Səni ucaltmadım ağ bayraq kimi?
    Pinəçi bəlkə də susa bilərdi,
    Palançı bəlkə də susa bilərdi.
    Axı sən şeir əhli... hələ üstəlik
    Hündür bir sarayda bir əlçim kaşı.
    Bağrımdan qoparıb neçə nəğməmi,
    Sənə həsr etmişəm axı, ay naşı!
    Görünür hardasa yaralanmışıq,
    Gözə görünməyən ağulu nizə,
    Hardasa tuşlanıb kürəyimizə.
    Bala zəhər büküb veriblər bizə,
    Zəhərdən hələ də xəbərimiz yox.
    Salam da itirmiş sağlamlığını,
    Ünsiyyət, sədaqət gör nə haldadır:
    Xalxı yad aldadar, yağı aldadar,
    Məni ən istəkli dostum aldadır.
    Dilim də gəlmir heç, necə deyim ki:
    Ağacı içindən yeyən qurddur, qurd.
    Yurdda iki dostun birliyi yoxsa,
    Məgər yetişərmi məramına yurd?
    Bəlkə çörəksiz də keçinərəm mən,
    Başqadır tələbi qanın, qeyrətin:
    Günəşdən, havadan, sudan da vacib
    Kişilər olmasa, yaşamaq çətin.
    Heç bir mətləbinə çatmayacaq yurd,
    Əgər biz olmasaq dadayet Xızır, -
    Sən mənim uğrumda ölməyə hazır,
    Mən sənin uğrunda ölməyə hazır!

Комментарии • 37

  • @nezaketletifova1118
    @nezaketletifova1118 4 месяца назад +3

    ALLAH rehmet elesin dahi şaire

  • @vusalemelik.8108
    @vusalemelik.8108 4 месяца назад +3

    Ruhu şad olsun böyük insanın! Necə gözəl şeir idi... ifa etdiyiniz üçün təşəkkür edirik, Kamran bəy🙏⚘️

  • @user-xl3pe1zn4h
    @user-xl3pe1zn4h 2 месяца назад +2

    İfa da şeir də mükəmməldir 👏👏👏

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 4 месяца назад +2

    Allah rəhmət eləsin dahi şairimizə

  • @nezaketletifova1118
    @nezaketletifova1118 4 месяца назад +3

    🎧👍👍👍

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 4 месяца назад +2

    Unudulmaz dahinin möhtəşəm əsərlərindən.
    Ədəbiyyata aşiqliyimi Xəlil Rza Ulutürk qələmindən süzülən misralara vurğunluğumda hiss etdim elə uşaq yaşlarımdan..
    Səsinizə qüvvət, əziz Kamran bəy.
    Xəlil Rza Ulutürk bir ədəbi məktəbdir..

  • @qurbansoltanov2466
    @qurbansoltanov2466 4 месяца назад +2

    Təşəkkürlər Kamran müəllim sabahınız xeyir

  • @gultekin5
    @gultekin5 4 месяца назад +2

    🙏

  • @validammmdova1213
    @validammmdova1213 4 месяца назад +2

    Allah rəhmət eĺəsin

  • @user-dd7vp2ll4i
    @user-dd7vp2ll4i 2 месяца назад +1

    🙏🙏🙏

  • @sevdababayeva6225
    @sevdababayeva6225 4 месяца назад +1

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻🌺🌺🌺🌺🌺🌺🌺

  • @leylaorucova77
    @leylaorucova77 4 месяца назад +2

    👏👏👍👍

  • @cickyags4191
    @cickyags4191 4 месяца назад +5

    Xalxı yad aldadar, yağı aldadar,
    Məni ən istəkli dostum aldadır. 😔

  • @essdova.1
    @essdova.1 4 месяца назад +2

    Möhtəşəm!!!

  • @user-qd5jv1ki5r
    @user-qd5jv1ki5r 4 месяца назад +2

    Yaşa sənətkar,indi gəl yatda

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 месяца назад +1

    🎧🌹🌹🌹🌹🌹🌹🌹🤲

  • @Gunay_Sabiroglu
    @Gunay_Sabiroglu 4 месяца назад +2

    Çox gözəl😢

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 месяца назад +4

    Gecəmizin gözəlliyi, möhtəşəmliyi! Ruhu şad olsun dahi Şairimizin!🤲

  • @behbudovamanzar
    @behbudovamanzar 4 месяца назад +2

    Allah rəhmət eləsin!Dostlarin xəyanəti , düşmən inkindən pisdir!Dost suz da yaşamaq olmur!Adam bayquş deyil ki...Ya da Robinzon Kruzo kimi38 il tək_ tənha yaşasın!Mən belə düşünürəm:"Nə zaman ki,bir həsrətdən yandı sinəNə zaman ki,yollar üstdə dayandın sən...Nə zaman ki, dodaqinda söndü gülüş!Sənin üçün bir nağıla döndü gülüş!Nə zaman ki, qovuşmadı kipriklərin Bir yatmadın,rahat _ rahat, şirin _ şirin!Nə zaman ki nəğmələrin kövrək oldu Ne zaman ki,bir dərd bilən gərək oldu Harda olsam,çağır məni,gəlim ay dost! Öl söyləsən,sənin üçün ölüm ey dost!🌷"Kamran müəllim!Sizi nə yaxşı ki, gördüm!Mənim o serialdan sonra səhhətim o qədər pisləşib ki...elə bildim ki,sizə həqiqətən nə isə oldu?Çox təsirləndim!Heç vaxt mən belə olmamışam!Heç demə sizi doğrudan da itirmək istəməmişəm!Siz bizim xalğın çox dəyərli bir insansınız!Və...Siz deyəsən,elə bizim axtardığımiz ziyalı bir şəxsiyyət sınız!Mən hələ də özümə gələ bilməmişəm! Özünü zə yaxşı baxın!Mən daha heç bir seriala baxmayacam,deyəsən! Çünki,mən insanlarin mənə görə narahat olmasıni istəmirəm!Bizdə belə deyirlər:Mən yaşda olanlara o biri dünyada "q" işarəsi qoyurlar!Mən isə burada ölmək istəmirəm!Sizə isə uğurlar!🌹

  • @user-ud7nc5yg5z
    @user-ud7nc5yg5z 3 месяца назад +1

    Сижу,тишина ночи,слушаю великолепное исполнение,великого автора. Халил Раза Улутюрк был маяком нашей борьбы в молодости. Как посмотрел бы,на нынешнее состояние азербайджанского общества Халил Раза,где предательство и лизоблюдство в почёте.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 4 месяца назад +3

    RUHUN ŞAD OLSUN,AZADLIQ SƏRKƏRDƏSİ....

  • @behbudovamanzar
    @behbudovamanzar 4 месяца назад +1

    "Yixilanda söykəndiyin qaya :dost!"Cox hikmet dolu bir şeir!Və...cox gozəl,səmimi,ifa!Elə dediniz ki,butun vucudunuzda o xeyaneti hiss elədiniz!Gor dahi sair nece gozəl bənzətmə aparib!Qurbagaya edilən yaxsiligi o iturmir,agzinda bir qurtim su gəturir,ona yaxsiliq edənin icində oldugu odu söndürməyə!Bir pud duz _ çörək yeyənlər isə bala zəhər qatib onun ucun özünü fəda edən,yolunda ölümə getmeyə hazir olan dosta vermeyə!Agacin icindəki qurd kimi dost dediyi adam da dostunun kurəyindən vurur!O "naşı"lara inanib sufrənin başında əyləsdirən, çox saf insanlari özü kimi bilənlərə Allah ozu bəlalar versin!Bu movzu indi də cox aktualdir!İnsanlar da elə qədimdəki kimi deyil!Hamisi məqsədli səkildə oz işlərini görür,ehtiyac olanda dost olur,olmayanda elə görməməzliyə qoyur özünü!Yaninda sənin qeybətini etsələr,hər seyi unudub, başdan özü pisləyər! Çünki...istəmir,ozundən basqasi haqda yaxsi sözlər deyilsin!Cox heyəcanla dinlədim!Allah rəhmət eləsin!Xəlil Rza Ulutürk kimi mərd qeyrətli,dosta sədaqətli kişilər cox azdir,indi!Əsil kisiler kecmisdə qaldı! Başı bəlalar çəkən biri kimi mən də dost xəyanetinin qurbanı olmusam!Və... yaxşı ki,bunun subutu olmuşam!Amma?Mənim 50 illik dostlarım var!Və..əsil dostlarim!Yaxsi ki,mənim qarsima yaxsi insanlar cixardib,Allah!Yoxsa?Coxdan sumuklərim də çürümüşdü!Və ...hamiya da əsil sədaqətli dostlar arzu edirəm! Bəxtiyar demişkən:"Hecalara bölünməyən sözdü :dost! Bölünsəydi:dost !_ deməzdim adina!"

  • @raulagayev1657
    @raulagayev1657 4 месяца назад +3

    🙏🙏

  • @cickyags4191
    @cickyags4191 4 месяца назад +2

    Allah rəhmət eləsin böyük xalq Şairimizə! Allah sizi hər zaman var eləsin dəyərlimiz! 👏👏

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 4 месяца назад +2

    İhanətə uğrayanların hekayəsi o qədərdir ki...

  • @elmarammmdova882
    @elmarammmdova882 4 месяца назад +3

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.

  • @lolaazeri3917
    @lolaazeri3917 4 месяца назад +2

    DƏYƏRLİ SƏNƏTKARIMIZ👏
    Çox var olun.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 4 месяца назад +2

    GECƏNİZ XEYİRLİ,HÜZURLU OLSUN USTAD

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 месяца назад +2

    Salam da itirmiş sağlamlığını,
    Ünsiyyət, sədaqət gör nə haldadır:
    🌹🌹🌹🌹🌹🤲

  • @behbudovamanzar
    @behbudovamanzar 4 месяца назад +1

    Siz bunlari bilə_ bile yəqin ki,dost seçəndə səhv etməzsiniz!

  • @dnizdniz7523
    @dnizdniz7523 4 месяца назад +2

    Axşamınız xeyir olsun.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 17 дней назад +1

    Yurdda iki dostun birliyi yoxsa,
    Məgər yetişərmi məqamına yurd?

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 3 месяца назад +1

    Mən cahan mülkündə mütləq dogru halət görmədim. Hər nə gördüm əyri gördüm , özgə babət görmədim...

  • @dnizdniz7523
    @dnizdniz7523 4 месяца назад +3

    Bu ölü sükutun tarixi uzun...