Damarları Tıxayan Qidalar - Xolesterin Yaradan Bunlar imiş...

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • #BirBax #Damar #Ürək
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Ürək-damar xəstəliklərinin böyük əksəriyyəti həyat tərzi və qidalanmadan qaynaqlanır. Biz necə qidalanırıqsa ömrümüzün uzunluğu ona uyğun olur. Düzgün qidalanan çox yaşayır, pis qidalanma isə az...
    Zərərli qidaları uzun müddət yeyən insanlar 40-45 yaşdan sonra ürək xəstəlikləri ilə üz-üzə qalır. Zaman keçdikcə damarların işi çətinləşir və insult təhlükəsi yaranır.
    İstənilən həkim ürək xəstəkliklərinin birinci səbəbini səhv qidalanmada görürü. Bu məqamda sual ortaya çıxır. Bəs ən təhlükəli qidalar hansılardır? Hansı qidalar ömrümüzü qısaldır? Nəyi tam olaraq rasiondan çıxarmalıyıq? Videoya sona kimi baxın. Ömrünüzü əslində hansı qidaların qısaltdığını eşidəndə, çox təəccüblənəcəksiniz. Diqqət ekrana.
    Dəyərli izləyicilər, bu kimi videoların davamı üçün videomuzu bəyənib, şərh yazıb yazıb, kanalımıza abunə olmağınızı sizdən xahiş edirik. Sizin dəstəyiniz bizim üçün önəmlidir.
    Orqanizm üçün zülal da vacibdir, karbohidrat da, yağ da. Biz günlük enerjimizi vitaminlərdən alırıq. Vitaminlər olamsa normal işləyə, yaşaya bilmərik. İnsanın immuniteti məhz vitaminlərdən çox asılıdır. Rasionumuzda balanslı şəkildə ət də olmalıdır, tərəvəz də, ağartı məhsulları da.
    Rasionumuzdan tərəvəzləri çıxarıb, mütəmadi şəkildə ət yesək əlbəttə ki orqanizm hardasa zərərini görəcək. Xolesterinin həzmi üçün bizə A və C vitamini mütləq şəkildə lazımdır. Bu vitaminləri isə daha çox tərəvəzdən əldə edə bilərik. Ən pis xolesterin səviyyəsi olan qidaların başında donuz əti və kərə yağı gəlir.
    İndi isə sizi 8 ən təhlükəli qida ilə tanış edək. Bir məqamı da nəzərinzə çatdıraq ki, bu qidaları tam olaraq rasionunzdan çıxarmaya bilərsiniz. Balansı şəkildə istehlak etmək mümkündür.
    1 Şəkər. Şəkər təmiz karbohidratdır. Mədəyə düşən zaman həzm olunaraq qlukoza halında qana keçir. Daha sonra oqranızm onu enerji şəklində sərf edir.Dietoloqlar şəkəri daha çox günün birinci yarısı qəbul etməyi tövsiyə edir. Şəkərin günlük tələbat norması 50-70 qram civarındadır. Bu miqdar orqanizmin fiziki aktivlik səviyyəsinə görə dəyişir.
    2. Alkoqollu içkilər. Alkoqolun zərərləri haqda uzun uzadı danışmağa ehtiyac yoxdur. Məhz alkoqolun özəyini təşkil edən etanol maddəsi beyinə, qara ciyərə, dəriyə,mədə bağırsağa və ürəyə zəhər kimi təsir edir. İfrat dərəcədə içki içmək damarları və böyrəkləri sıradan çıxarır. Orqanızmdəki müxtəlif hüceyrələri zədələyir. Əsəbilik, stress yaradır. Mütəmadi, hər gün içən insanın insult riski, ayda bir-və ya iki dəfə balanslı alkoqol qəbul edəndən, 3-4 dəfə çox olur.
    Ümumdünya Səhiyyə Təşkilatı spirtli içkilərdən yalnız qırmızı quru şərabı faydalılar siyahısına daxil edib. Lakin qırmızı şərabın da balanslı qəbulu mütləqdir. Yalnız 50-100 milliqram, həftədə iki və ya üç dəfə qırmızı təbii şərab içmək olar. Bu dozada qəbul trombların yaranmasının qarşısını alacaq. Orqanizmin qan dövranının yaxşılaşdıracaq.
    3. Şirin qazlı ickilər şəkərlərin, kimyəvi maddələrin və qazların qarışığıdır - bu isə orqanizmdə zərərli maddələrin tez yayılması üçündür. Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrassiyası çox ziyanlıdır, belə ki, 1 stakan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz.
    4 Sosis, kolbasa və hazır ət məhsulları
    Sosiska, kolbasa, dükanlarda satılan hazır düşbərə, farş, kotlet və s. qidalara külli miqdarda müxtəlif kimyəvi maddələr, rəng və dadvericilər daxildir. Bu məhsulların tərkibində olan «fenol» maddəsi yüksək toksiki xüsusiyyətlərinə malikdir. Hazırda belə məhsulların bir çoxuna modifikasiya olunmuş xammal daxildir. Belə transgen məhsullar insanın orqanizminə genlər səviyyəsində təsir edir və müxtəlif mutasiyalara səbəb olur. Belə hesab olunur ki, 70% kolbasa və sosiskaların tərkibinə transgen paxla daxildir.
    Hisə verilmiş hazır qidaların (kolbasa, ət, balıq və s.) tərkibində çoxlu miqdarda kanserogenlər var ki, bu maddələr xərçəng xəstəliklərin inkişafında böyük rol oynayır. Ətli delikateslər ən zərərli ərzaqlardan biri olaraq qalırlar. Onlar tərkibində dad əvəzediciləri ilə pərdələnən gizli yağlar var - donuz dərisi, sala və iç piyləri.
    5 Mayonez. Mayonez çox kalorili ərzaqdır, bundan başqa onun tərkibində çoxlu miqdarda yağ və karbohidratlar var, həmçinin süni boya, şirinlik verən maddələr, qida əvəzedicilərinə malikdir. Zərərli ərzaqlara yalnız mayonez yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyalar da aiddir.
    6 Marqarin, hazır pirojnalar, peçenye və s.
    Marqarin transgen yağdır. Tərkibində marqarin olan bütün hazır tortlar, pirojnalar, peçenye, vafli və s. məhsullar orqanizmdə maddələr mübadiləsi proseslərini pozur və piylənməyə səbəb olur.
    7 Saxlama müddəti uzun olan süd və süd məhsullar
    8 .Xarici ölkələrdən import olunan meyvə və tərəvəzlər

Комментарии • 227