Ramiz Rövşən - Yenə bu şəhərdə üz-üzə gəldik - Kamran M. YuniS
HTML-код
- Опубликовано: 6 фев 2025
- #kamranmyunis #ramizrövşən #hacıxanməmmədov #kamranyunis
#şeirlər #şiirler #poeziyateatrı #sevgişeirləri #poeziya
Ramiz Rövşən - Yenə bu şəhərdə üz-üzə gəldik
Bəstəkar - Hacı Xanməmmədov
Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə..”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…
Köhnə şeirin yenidən işlənmiş halı...
Görüntü və səs təmizlənib və yenilənib.
Məncə belə daha rahat dinləyəcəksiz... Var olaq, əzizlərim!!!
Əhsən sizə USTAD.
Hər birində əməyiniz var. Hər halı bizlər üçün dəyərlidir. DƏYƏRLİ SƏNƏTKARIMIZ. Səsinizə min sağlıq.
Siz var olun dəyərli sənətkar
Zəhmətinizə min sağlıq!
Çoxx Gözəl! ❤️❤️
Seher dinledim televiziyada. Cox sagolun veten oglu. Kaw hami sizin kimi iz qoya bileydi. Bu çətin günlərdə iz qoymaq hər insanın iwi deyil
Bir ayrılıq, bir ölüm. Heç biri olmayayaydı
Bəh-bəhh! ❤️❤️❤️❤️❤️
Belkede biz xoşbext ola bilerdik.💔💔💔
Telebeliyimizin sevimli seiri!!!!
Bu seiri butun grup gizlarimiz ezber bilirdi inanin.....
RAMIZ ROVSEN
KAMRAN. M. YUNIS
TESEKKURLER 💖
Bu şəhər çox böyüyüb yetər ikimizçün
Sen bu şəhərin başında,mən şəhərin o tayında.
Gəzməyə yeri çox,bəs edər hər birimizçün
Kimin kimdən xəbəri var?Hər kəs öz hayında..
Yaşayag öz həyatımızı
Garaltmayag ganımızı.
Gəl sıxmayag canımızı..
"Səninki səndə,mənimki məndə"-necə deyərlər.
Goy ölməsin aramızda sonuncu dəyərlər.
Gun aydin❤
Tanri Sizi gorusun
Yenede bu weherde uz uze geldik ... gebirsiz kefensiz olmuwem ele ...
Men ele bilirdim sensiz olerem,
Men sensiz olmedim,
Meni bagisla...
Ramiz Rovwen siz bizim millete allahin göndərdiyi paysiz. Cox sagolun Kamran Yunis
Düşüncəsi belə əzab verer....🦋
Süper bir ses mükəmməl bir ifa
Bu musiqi altında səslənən hər bir şeir insanın ürəyini riqqətə gətirir.
Mən sənsiz ölmədim...məni bağışla
Ölmək birdəfəlik unutmaqdir,bəlkə...
Amma yaşayaraq ölmək ,bax bu...ezab çox ezab
VAR OLUN USTAD
Tanrı qorusun sizi.
men sensiz olmuwem(((bu weri yawamamaq ucun karantinin bitmemesini isteyirem( 6 ay((( qacdim qacdim ozumden qaca bilmedim sevgimden qaca bilmedim( uz uze gelmekden qorxuram.geleceyimi dord gozle gozlediyini bile bile getmek istemirem(( qorxuram ozumden(( qovuwsam itireceyimden qorxuram(( qisqancligin ezabi bu ezabdan agirdi.men sevgi ezabini secdim(( bu ezab daha yunguldi((
Var olun.Şeiri belə duymaq da var.
Hər biri Möhtəşəm!❤️
Allah göz-nəzərdən qorusun sizi Ustad! 🙏
Mən sənsiz ölmədim məni bağışla.....
Atam səsimizə gurban məni coox duyğulandirdi bu gerib ölkede tanrim sizi ve sesinizi gorusun sizi dinlemek insana yasatmak hevesi verir var olun ustad🙏🙏🙏❤️❤️❤️😘
Nə yaxşı ki,varsınız! Kamran bəy,elə bil hiss edirsiniz bu günlərdə bizi nə yaşada bilər. Ürəyimizin elə bir nöqtəsinə toxunursunuz ki,ora illər boyu bir xoş sözə, bir gözəl kəlməyə həsrət qalıb
Bu anları mən heç nəyə dəyişmərəm. Tanrı sizi qorusun!!!
Neyniyek ayrica şeherimiz yox..
Neçə saatdı verlişin gözəl təsuratında ola-ola yeni bir Möhtəşəmlik!❤️
❤️
...Sağımız,solumuz adamla dolu
Qol-qola kişilər,qadınlar keçir..
Özündən xəbərsiz,ömründə min yol
Özünü öldürən adamlar keçir...
Çooox gözəl, ifa,şeir..yeni versiya daha gözəl!Təşəkkürlər!Var olun!👍👍👏👏😍😍
Kamran bey.Sizi canli gordum ve izledim.Ne gozel daniwirdiniz.Sizin haqqinizda Gorkemli senetkarimizin dilinnen ne gozel sozler ewitdik .Ne qeder ibretamiz sohbetler etdiniz Sanki bawdan ayaga öyüd nesihet .Hewiqeten Siz hem de daxili zengin olan Boyuk wexsiyyetsiniz .Sizinle fexr etdim .Siz daniwdiqca az qala sevincimnfn agliyirdim .Ne qeder sade adamsiniz O sesinizin gozelliyi hele insani bawqa aleme goturur
Bele bir soz isletdiniz.Insan oz nuruna inanirsa bawqsinin parlamaginnan qorxmaz ...ve s.Az muddet erzinde cox weyler oyrendim Sizden .Siz boyuk Insansiniz Allah Sizi ve ailenizi qorusun Sizi cox sevirem 💜💜
Bu şeiri siz əvvəl də səsləndirmisiniz deyəsən....gözəl şeir və qüsursuz ifa👏👏👏👏👏👏👏👏
Salamlar olsun Böyük Ustadımıza!!!
Super
Möhtewem!
Gözəl şeirdir
🌹
🌹
❤️19❤️
26 saniyeyle 5👍😔
Bəlkə də xoşbəxtik xəbərimiz yox
Bəlkə də xoşbəxtik, xəbərimiz yox...
👍❤🙏
⚘⚘🌹❤
Söz yoxdu tebii ki.Mohteşem ifa ve seslendirme
🌷
🌹🌹🌹
Elə indicə düşünürdüm bu gün yeni bildiriş gəlməyib...Dedim bəlkə mənə gəlməyib axtarışda idim ki,...O an bildiriş gəldi.
Var olasınız. DƏYƏRLİ SƏNƏTKARIMIZ.
Lola xanim.bu gun Kamran muellimi canli efirden gorduk,dinledik.
@@esmirakrimova1315 Can elədir.Mən ilk dəfə idi ki, ..belə canlı verilişdə izləyirdim DƏYƏRLİ SƏNƏTKARIMIZI.BÖYÜK ZÖVQLƏ BÖYÜK QÜRURLA İZLƏDİM..TANRI BİZLƏRƏ BU QÜRURU HƏR ZAMAN.. DOYA-DOYA YAŞATSIN. INŞALLAH.
@@lolaazeri3917🌹 Amin !
@@nurcahan6353 Var olun.💐
@@esmirakrimova1315 Doğrudanda Verliş bir aləm idi❤️💕❤️
51 👍👐
👍🎧.....
Хец сенинле уз, узе келмек истемездим гайсаг бахламыш йарамы гопартмаг истемздимхер кун унудурам хер кун. дейадыма душурсен билмирем нийе унутмаг олмур ,не гедер хош кунлерин олсада не гедер овладын олсада неце йаша. долсанда йене унуда билмирсен..
😍❤
🎧 47👍 👏
❤️148❤️
Bu yalan ömrümdə görən sən nəsən?.....
Bəlkədə xoşbəxtiy xəbərimiz yox.
Ömrüm başdan - başa yalandı bəlkə.
......Əlimdən deyəsən qan iyi gəlir.
Canlı nə zaman olacaq, Kamran bəy?
Canlı olsa yaxşı olar.ama Kamran mellim bu aralar yaman yorğun.deyesen canli hele olmayacaq.ama olsa ne yaxşı.
İnşallah. Allah köməyi olsun
❤
🌷
🌹🌹🌹🌹🌹