Baba Vəziroğlu - Heçnə İstəmirəm Səndən A Dünya

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • Bizi İzləyin:
    Kanala Abunə Olmaq Üçün: / space104fm
    Space 104 FM Facebook: / space104fm
    Space 104 FM İnstagram: / space104fm
    Heç nə istəmirəm...
    Heç nə istəmirəm səndən, a dünya,
    Hər səhər günəşi qaytar Xəzərə.
    Məni ona - buna möhtac eyləmə,
    İmkan ver, yaşayım mən bircə kərə...
    Heç nə istəmirəm, qaytar baharı,
    Ruhuma çiləyim bir ətir kimi.
    Heç nə istəmirəm, başım üstündə
    Ulduzlu göyləri aç çətir kimi...
    Heç nə istəmirəm səndən, a dünya,
    Könlümün nədir ki, arzu-diləyi?
    Mənə qanad versin mavi dalğalar,
    Saçımı darasın Bakı küləyi...
    Heç nə istəmirəm, çiçəklər kimi
    Könüllər açılıb sevgi bitirsin.
    Hər payız durnalar köçsün qürbətə,
    Hər bahar ömrümə soraq gətirsin...
    Mən olum, bu torpaq, bu mavi səma,
    Belə səadəti hardan taparsan?
    Nur kimi bir yağış yağsın üstümə,
    Bütün nisgilimi yuyub aparsın...
    Bu dünya mənimlə qurtaran deyil,
    Bütün sirrlərimlə tanışam ona.
    Mənə ömür kimi axan bulaq ver,
    Hər səhər yuxumu danışım ona...
    Baba Vəziroğlu...
    #SpaceRadio #SheirMenimUchun #BabaVezirogluHeftesi

Комментарии • 12