Numerologiya nədir? | Rəqəmlər qismətimizdir? | Söhbətgah

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024
  • Bu dəfə #numerologiya-dan danışdıq. Qonağımız bu işlə məşğul olan Turan Hüseynova və Sevinc Rzayeva oldu. Onlarla numerologiya nədir, rəqəmlər taleyimizi həll edirmi və bu kimi suallara cavab axtardıq.
    🔢Bəs siz numerologiyaya inanırsız? Səsvermədə iştirak edin: t.me/sohbatgah...
    Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
    🪴🌲 / cafebotanist
    📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    🔔Hesab.az vasitəsilə bizə dəstək olun: sohbetgah.az/h...
    👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
    💡HƏYAT TƏRZİ İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
    • 🧳Söhbətgah - Həyat tərzi
    BƏS BİZ KİMİK?
    sohbetgah.az
    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    gel@sohbetgah.az
    sohbatgah@gmail.com
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    🔻Spotify: open.spotify.c...
    🔻Apple Podcast: podcasts.apple...
    🔻Yandex Podcast: music.yandex.r...
    🔻Google Podcast: podcasts.googl...
    🔻Spreaker: www.spreaker.c...

Комментарии • 195

  • @turkanabbasova5517
    @turkanabbasova5517 10 месяцев назад +68

    Hər gün Xırdalan-Sahil yolunda Universitetdən gedib gələrkən dinləyirəm. Hər gün maariflənirik sayənizdə. Yaxşı ki varsınız "Söhbətgah" ailəsi. Videolarınız davamlı olsun..

    • @MS-mr5hv
      @MS-mr5hv 10 месяцев назад +2

      Eynən mən də))

  • @talibov_raul
    @talibov_raul 10 месяцев назад +42

    Mükəmməl! Əsgərlik haqqında podcast olsa çox əla olar.Düşünürəm ki,bu mövzuya toxunulmalıdır. 💙💚

  • @orkhanhajieff
    @orkhanhajieff 10 месяцев назад +14

    Qonaqlar israrla "Numeralogiya elmi" deyir, hansıki heç bir elm adamı numeralogiyanı elm kimi təsdiqləməyib. Tural bəy də bunun fərqində olaraq və haqlı olaraq "psevdo elm" ifadəsini işlətdi. Buna baxmayaraq maraqlı podkast idi. Təşəkkürlər Söhbətgah komandası, təşəkkürlər Tural!

  • @vugar.mammadov
    @vugar.mammadov 10 месяцев назад +25

    Tural bəy, kritika qəbul etdiyinizi var sayaraq düşünürəm ki, qonaqlarınıza verəcəyiniz suallar üzərində biraz daha çox düşünməyiniz söhbətinizin daha maraqlı və faydalı olmasına səbəb olacaq. Anlayışınız üçün təşəkkürlər.

  • @sahinsixeliyev7664
    @sahinsixeliyev7664 10 месяцев назад +11

    Her gun Baki sumqayit yolunda uniye gederken yeni podcaslarinizi dinliyirem.Coxxxx xow olur.

  • @islamfaracli
    @islamfaracli 10 месяцев назад +13

    Əli bəy məncə sırf bu söhbətlər inandırıcı gəlmir deyə gəlməyib. Bu qədər podkast seriyasında mənə heç nə qatmayan bir bu podkast oldu bir də astrologiya ama yenə də səbrlə qulaq asdım. Əli bəyin reaksiyası həqiqətən maraqlı olardı😂

  • @Orkhanaga
    @Orkhanaga 10 месяцев назад +21

    Öncəliklə təşəkkürlərimi bildirirəm gözəl düşüncələrinizi və vaxtınızı hər kəsə ayırdığınız üçün.
    Mövzudan kənar olsa da bildirmək istəyirəm ki, podkastlarınızı download edib səhər Xırdalandan Aztu-nun yanına gedərkən, maşını orada saxlayıb piyada metroya gedib, oradan Ulduz metrosunun yaxınlığında işə gedərkən və İşdən çıxıb magistr dərsi üçün Aztuya gedərkən yenə metroda qulaq asıram. Ətrafımdakılar belə marşrutla hərəkət etdiyimə görə mənə qəribə baxırlar. Mən də onlara mənə qəribə baxdıqlarına görə qəribə baxıram)) sadəcə ürəyimdən keçdi yazdım. Təşəkkürlər bir daha

  • @spreadlove9513
    @spreadlove9513 10 месяцев назад +15

    Men bu numeroloqlarla seanslar almisam ve heqiqeten cox da komek olublar🙏🏻 Onlari bu sohbetgahda gorduyume cox sevindim. Suallar da cox aciqlayici cavablanib eslinde. Sadece ilk defe bu movzuya qulaq asanlara aydin olmayib, bu da normaldi.

    • @fidybeanbird
      @fidybeanbird 10 месяцев назад +1

      Deyə bilərsiniz hansı probleminizə kömək ediblər?

    • @spreadlove9513
      @spreadlove9513 10 месяцев назад

      @@fidybeanbird Videoda qeyd edilen bir dongunun tekrarlanan hadisenin neye gore basima geldiyi ve neden ders cixarmali oldugum. Potensiyallarim. Adini qoya bilmediyim duygularin sebebi ve bu duygulari nece tarazlaya bilerem kimi seyler. Nelere diqqet etmeli olub deyismeli oldugum xususiyyetler ki heqqieten deyisenden sonra heyatimda da pozitive cox sey deyisdi ve daha neler neler. Nece ki, psixoloqlar psixologiyamizi analiz edir bize o yonde komek olur, burda da ruhun analizi bas verir ve ruhen menevi nelere diqqet elemeliyik onlar deyilir. Belke de bele danisilanda cox mifik gelir amma movzu ile maraqlanib melumat sahibi olanda ve tecrube edende daha ferqli olur. Mende de ilk ele idi.

    • @Qirmizi_papaq
      @Qirmizi_papaq 10 месяцев назад

      Seans nece almaq olar, sosial platformalarda tapa bilmedim.

    • @nihadhmzyev
      @nihadhmzyev 10 месяцев назад

      Necə seans almaq olar indi?

    • @nergizsukurova8347
      @nergizsukurova8347 9 месяцев назад

      Əlaqə nömrələrini rica edə bilərəmmi ?🙏💛

  • @adiinsan9021
    @adiinsan9021 10 месяцев назад +14

    Şükür bizdede bele elim bilenler varmış , Türklerde baxmagdan artığ evde türk dilində danışıram 😊var olun

  • @elvinxasmammadov8378
    @elvinxasmammadov8378 10 месяцев назад +3

    İlk dəfə olaraq bu kanalda maraqsız, darıxdırıcı yayım izlədim.
    Qəti şəkildə düşüncə tərzimə uyğun olmayan bir söhbət oldu.

  • @acupofcode
    @acupofcode 10 месяцев назад +8

    Bütün podkastlarınız möhtəşəmdir. Arada bu buraxılış kimk istisnalar da digərlərinin dəyərini daha da yaxşı anlamağımıza yardımçı olur. Təşəkkürlər!

    • @akbersebirov345
      @akbersebirov345 10 месяцев назад +1

      Yəni? Maraqli geldi sohbet neden gedir

  • @ZS-gj9lx
    @ZS-gj9lx 10 месяцев назад +12

    Tural bəy bu seriyada nədənsə baxışlarınız çox inancsızdır))

    • @fidybeanbird
      @fidybeanbird 10 месяцев назад +2

      Tural blok niyə yaranır sualını 2 dəfə verdi, amma xanım hər şeydən danışdı, o suala isə cavab vermədi ki, bəs bu blok niyə yaranır 😅

    • @arzumammadovansk
      @arzumammadovansk 10 месяцев назад +2

      @@fidybeanbirdblokajin yaranma sebebi sizin emelleriniz. Men hecneye inanmiram ama karma mutleq var. ne versen onu alarsan enerjisi. Belke de sen hemin vaxt duwunmursen ve deyirsen ki, bu menim basima noye geldi axi -hansisa bedbextlikle qarsilasanda ama bu hansisa emelinin cavabidi.

    • @Babək_Xuduyev_Əhməd
      @Babək_Xuduyev_Əhməd 10 месяцев назад +2

      Turalın eləbil üzündə belə bir ifadə varıydı tezbazar bu verlilişi bitirsəydim bu nəidi ))))

    • @ZS-gj9lx
      @ZS-gj9lx 10 месяцев назад

      @@Babək_Xuduyev_Əhməd 😅

    • @islamfaracli
      @islamfaracli 10 месяцев назад +1

      Eyyynən fikirləşirdi ki 1 saata çatdırım bəsdi

  • @KÜÇÜK_KAFALI_SILALOMM
    @KÜÇÜK_KAFALI_SILALOMM 10 месяцев назад +13

    Əlinin reaksiyası necə olardı, çox maraqlidı.😊. Darıxdırıcı oldu bu dəfə məncə.Bəlkə də numerologiya var,varsa dəqiq bu deyil😅

    • @islamfaracli
      @islamfaracli 10 месяцев назад +4

      Əli məncə sırf bunları eşitməmək üçün gəlməyib😂

  • @notlikevery1
    @notlikevery1 10 месяцев назад +3

    qeyri ciddi mövzu kimi görünsə də, fəlsəfə ilə, metafizika ilə dərin bağları olan bir mövzudur əslində. belə bir mövzuya toxunmaqa həqiqətən ehtiyac var idi. 💚💙

  • @gunaymusayeva5372
    @gunaymusayeva5372 10 месяцев назад +8

    Mövzuya görə təşəkkür edirəm.
    Həsən bəy Zərdabinin üzünə düşən işıgın səmtini dəyişmək lazımdır

  • @nigaragazada
    @nigaragazada 10 месяцев назад +2

    İşə gədəndə hər gün dinləyirəm sizi Var olun söhbətgah ailəsi 😊

  • @arzubayramzade33
    @arzubayramzade33 10 месяцев назад +13

    Qrup yoldaşlarımı burda görmək məni çox sevindirdi. Qizlar ugurlariniz daim olsun. Əminəmki , dərsləri qədər bu elmədə yaxşı yiyələniblər 😍

    • @xeyyamprava4674
      @xeyyamprava4674 10 месяцев назад +1

      Kaş oxumazdilar:(

    • @LalliSsuip
      @LalliSsuip 10 месяцев назад +2

      Mən bu xanımlarla necə əlaqə saxlaya bilərəm

  • @misssumqait930
    @misssumqait930 10 месяцев назад +2

    Son zamanlar bu mövzu gündəm olub. Inciməsinlər mən ciddi baxmıram bu söhbətə . Məncə bu hər kəsin özünə bağlı inancidir

  • @nuranagasanova7326
    @nuranagasanova7326 10 месяцев назад +3

    Xahiş edərdim, "ç" ,"c" səslərini düzgün tələffüz edən mütəxəssisləri dəvət edəsiz.

  • @xatireceferova6508
    @xatireceferova6508 10 месяцев назад +6

    Təşəkkür xanımlar bu danışdığınız mən çox gözəl başa düşürəm

  • @bellaguseinova9993
    @bellaguseinova9993 10 месяцев назад +3

    Бу верлише илк дефедир бахырам.Чох хошума келди.Елахусусен Туран ханым.Еhсен бизим ханымларымыза.🌹

  • @nigararzuqizi
    @nigararzuqizi 10 месяцев назад +2

    Elə bil Tural bəy çox yoruldu bu bölümdə)))) Əslində mövzu çox maraqlıdı, amma mənə qarışıq gəldi müzakirə. Qonaqlara təşəkkür.

  • @Rustamique
    @Rustamique 10 месяцев назад +1

    Salam, podcastlarınız və dəvət edtiyiniz qonaqlar, toxunduğunuz məsələlər olduğca marağlıdır və maarifləndiricidir və əlbətdə ki aparıcıların da hər tərəfli bilikli olmaqları, dinləmək qabliyyətləri, maraqlı və məntiqli suallar verməkləri bu verlişi dahada marağlı edir bəzən fikir verirəm ki Tural bəynən Ali bəy qonaqlarınan heçdə az bilmillər çox səlist danışıq qabiliyyətləri və hər tərəfli savadlı olmaqlarının qostəricisidir. Əhsən belə bir layihə üçün bu verlişin televiziya izləyəcilərinin ehtiyacı olan bir verlişdir!

  • @yol.adamiii
    @yol.adamiii 10 месяцев назад +10

    Əli Xəyyamın yoxluğu hiss olunurdu 🫠

  • @siracovaydin6452
    @siracovaydin6452 10 месяцев назад +4

    Bədbəxtliyin son ünvanı, çarəsizlərin pənah yeri, bitmişlik simvolu...
    "Niyə bizdə James Watt, Simon Ohm, Nikola Tesla və s. nəhənglər yoxdur?" sualının cavabı.
    Şərq mədəniyyəti müəyyən vaxt kəsiyindən sonra,
    dünyəvi elmdə inkişaf durğunluğunu zaman-zaman Dinlə, Ezoterizmlə, Mistisizimlə və bənzəri xurafatlarla
    "dirsəkləmə" cəhtində dərindən yanıldı.
    Bir vaxtlar Paleoantroplar bənzəri yol seçdikləri üçün indi aramızda deyillər.
    Tural bəy sizdə olan "выдержка"ya heyran oldum.
    Əli bəy bu verliş çəkilən zaman deyəsən "çakralarını" axtarmağa gedibmiş)))

  • @qalibzakiroglu4098
    @qalibzakiroglu4098 10 месяцев назад +7

    Fikrimcə ən maraqsız bölüm idi.
    Amma davam edin sizinlə maariflənirik.

  • @rashadhasan8569
    @rashadhasan8569 10 месяцев назад +7

    Netflixde Zeytin agaci 8 seriali dizisi yadima dusdu))). Sebrsizlikle 2ci sezonu gozluyurem deyiller ki ceklir))). BU verlis kime maraqlidisa mutleq baxsin)

  • @mementomori7929
    @mementomori7929 10 месяцев назад +2

    Halal olsun, Tural bəy! Bütün udarı öz üzərinizə götürdünüz😂👍👍

  • @fizzaaliyeva8202
    @fizzaaliyeva8202 10 месяцев назад +2

    Mən baxanda söhbətgaha Turalın fanatıyam,həmişə deyirdim Əli burda nəyə lazımdır? Amma bu gün hiss elədim Əli sussa da rəng qatırmış😂 Arzu məmmədlinidə qonaq edərdiniz bir dəfə zəhmət olmasa.Doğum xəritəsi ilə bağlı

  • @ramilelesgerov2627
    @ramilelesgerov2627 10 месяцев назад +2

    Hormetli Tural bey,suallarinizla dusuncelerime yon verdiniz...

  • @resadmustafayev1247
    @resadmustafayev1247 10 месяцев назад +3

    Tural, Allah köməyin olsun. Bir də təsəvvür eləyin ki nəsə bir problemin həlli üçün xanımlara müraciət eləmişik. İnanın reankarnasiyaya inanmasam belə reanlarnasiya olunub qaçmağı düşünərdim.😊

  • @arzumammadovansk
    @arzumammadovansk 10 месяцев назад +4

    Tural bey , vecsizliyiniz cox hiss olunur😂

  • @iradaaliyeva1288
    @iradaaliyeva1288 23 дня назад

    Təşəkkür edirəm videoya göre 🙏

  • @My_art_is_my_life
    @My_art_is_my_life 10 месяцев назад +9

    Aydaa ən çox marağından öldüyüm mövzu. Çox təşəkkürlər❤

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 10 месяцев назад +3

    Xanımlar çox sürətlə danışırlar.
    Ondan başqa bu mövzu mənə çox boş gəlir. Özümü məcbur elədim ki sona kimi baxım görüm mənalı nəsə tapacammı. Tapa bilmədim. Çox ümumi danışırlar, suallara normal cavab verə bilmirlər, çünki danışdıqları boş boş şeylərdir. Ağıllı elmli insanlar belə şeylər danışmaz. İnsan özünə güvənər öz beyninə güvənər çalışar əziyyət çəkər nail olar. Yoxsa bunlar kimi ay nəbilim sənin adın Turaldırsa sən filan çakradasan, ay ayın 3də anadan olmusansa səndə filan bloklanma var. Ancaq enerji karma. İnan ee enerjiyə ay dəyərli insan, amma Allah sənə əl verib ayaq verib güc verib beyin verib oxu çalış mariflən əldə et. Boş boş ancaq enerji deməklə olmur bu işlər. Heyif qızlar sizdən 😊
    Söhbətgahı sevirik. Tam güclə davam ❤

  • @sadiqmammadli9191
    @sadiqmammadli9191 10 месяцев назад +4

    Bu 20 dəqiqəm üçün sizi heç vaxt bagislamiyacam 😂😂Ali özü könüllü imtina edib bu movzudan çox eminam.😂

  • @semramursalli6354
    @semramursalli6354 10 месяцев назад +2

    Supersiz qizlar.her zamanki kimi.isini seven ve mukemmel icra eden insanlari sevirem.Sevinc seni xususi sevirem ❤

  • @homehouse7968
    @homehouse7968 10 месяцев назад +3

    Təşəkkürlər 😻 amma suallar dəqiq cavab verilsə daha yaxşı olardı) Tural bəy möhtəşəməmsiz əla suallar verilir amma o suallara gözəl cavab gəlsəydi heyif....

  • @ilgargnbrv6199
    @ilgargnbrv6199 10 месяцев назад +4

    Qabağıma bir post çıxmışdı, bir şəxs yazmışdı ki 21 47 rəqəmini tez tez görürəm, artıq narahat etməyə başlıyıb. Numeralogiyadan başı çıxan yoxdur? Biri yazmışdı ki Allah hamıya təkcə bu şeyləri həyatına dərd edə biləcək həyatlar nəsib eləsin ahahahah.

  • @andreibrahimsoy4346
    @andreibrahimsoy4346 10 месяцев назад +1

    Eziz sohbetgah,
    ilk buraxilisinizdan sizi dinləyirəm ve sayenizde master oxumaga qerar verib ve hazirda dunyada ehtiyac olan ixtisasi secdim ve imtahandan da rahat kecerek,
    Master of Science in Natural resources and technology oxuyuram.

  • @reshadakhmed
    @reshadakhmed 10 месяцев назад +1

    İşlərinizdə uğurlar. Qonaqlara öncədən mikrafonla danışıqla bağlı bəzi nüansları bildirsəniz daha yaxşı olar. İlk danışan xanımın səsi gedir gəlir. Küləkdə whatsapp-dan səs atırmış kimi gəlir adama :))

  • @hacerosman5488
    @hacerosman5488 10 месяцев назад +2

    Keske Tural bey movzu ile bagli biraz da olsa arasdirib ele cagirsa idi qonaqlari. Qonaqlar Tural beyin suallarini cavablamaqdan esas vacib hisselere toxunmaga vaxt etmeyibler. Men ozum numeroloji analiz almisam xanimlardan. Heyatima cox tesiri olub yaxsi yonde, aydinlanib daha dogru addimlar atmisam. Cox heyif ki suallar cox primitiv ve tekrar olub

  • @kamranshabanov4462
    @kamranshabanov4462 10 месяцев назад +4

    Ən sevdiyim Qaraqan belə,цакра və ya Азербайцан desə bir də ona baxmaram da))))

  • @taxminaakperli8980
    @taxminaakperli8980 9 месяцев назад +1

    Xanımlar supersiz💫

  • @XeyalHesenzade-bv8tf
    @XeyalHesenzade-bv8tf 10 месяцев назад

    İndiyə kimi olan ən mənasız buraxılış bir budu bir də astrologiya haqqında olan .

  • @user-wq3kq6te8m
    @user-wq3kq6te8m 10 месяцев назад +4

    Cox gozel danışdıq

  • @user-vg3li1et5r
    @user-vg3li1et5r 10 месяцев назад +1

    Xanımlara təşəkkür edirəm, maraqlı ətraflı məlumatlar verdilər, bir neçə sualım yarandı özümlə bağlı onlara müraciət etmək istəyirəm, səhifələri varsa yaza bilərsiniz?

  • @aytacmemmedova169
    @aytacmemmedova169 10 месяцев назад +2

    Celal Şengör demiş qonaqların izah işlevi çox maraqsız idi.Məncə siz dueti pozmayın.Enerji kəsilir))

  • @mahirkrimov9165
    @mahirkrimov9165 10 месяцев назад

    Marağlı sual cavab oldu teşekkür ederim her birinizə
    Tural bəy Zərdabi nur saçır MasAllah

  • @sahibdasdemirov1748
    @sahibdasdemirov1748 10 месяцев назад +1

    Mohtewemsizzzz❤❤🎉

  • @user-op4kl6tf7w
    @user-op4kl6tf7w 10 месяцев назад +2

    Ay xanımlar,niyə tələsirsiniz?Aramla danışsanız daha gözəl səslənərdi,bir də ç hərfinin deyiliş qaydası😏

  • @nigarabbasova1464
    @nigarabbasova1464 10 месяцев назад

    Uğurlar arzulayıram Sevinc və Turan xanım

  • @elvinsalimov6987
    @elvinsalimov6987 10 месяцев назад

    Turan xanim və Sevinc xanimsizə bu işlərinizdə ugurlar arzulayiram

  • @nihadhmzyev
    @nihadhmzyev 10 месяцев назад +3

    Atatürkə Kemala Kemal sözü riyaziyyatı yaxşı bildiyinə görə vermilmiyib. Onun müəllimin adıda Mustafa olub müəllim dərsdə adlar qarışdırılmasın deyə kamil, olqun insan olduğu üçün Atatürkü Mustafa Kemal adı ilə çağırır. Mənbə:
    Süreyya Aydemir "Tek adam"

    • @Djdjsoeejd
      @Djdjsoeejd 10 месяцев назад +1

      Çoxxx düz deyirsiz bu xanımların danışdıqları 70% uydurma idi

  • @ildirimmemmedov3924
    @ildirimmemmedov3924 10 месяцев назад +2

    Birinci qadın çox qəliz ifadə edir fikirlərini. Bəzən özü özünü anlaya bilmir.

  • @aynurguneshli4704
    @aynurguneshli4704 10 месяцев назад +3

    Movzu maraqlidi,amma 15deqiqedi baxiram,,hecne anlamıram)) suallara deqiq,etrafli cvblanmir

  • @vasifarifoglu5993
    @vasifarifoglu5993 10 месяцев назад +3

    Super movzu👍

  • @natiqmustafayev9705
    @natiqmustafayev9705 9 месяцев назад

    Yaxşı mövzudu, amma insanın düşüncəsinə ən güclü çevriliş edən öz üzərində işləməyidir, cismi cihad, əks halda qaranlıq dan çıxmaq mümkün deyil.

  • @fidanbabayeva9901
    @fidanbabayeva9901 10 месяцев назад +1

    Ali Khayyamın yeri görünür.İkilikdə daha gözəldir💙

  • @nuriyecavadova5810
    @nuriyecavadova5810 6 месяцев назад

    Xanımlar öz çakralarini təmizləyirlər?! Maraqlıdı

  • @validcavid3805
    @validcavid3805 10 месяцев назад +3

    Bu bir ehtımaldı. Bu ödənişli reklam tiplı buraxılış idi?:))(yeni pul alıb qəbul elemısız?) etsez də normaldı

  • @taranaqaffarzade9532
    @taranaqaffarzade9532 10 месяцев назад +5

    👍👍👍👍👍👍

  • @ismaylnzrli6242
    @ismaylnzrli6242 10 месяцев назад

    Tural bəy bu seriyada hər sualda bu sahəyə şüphəsini hiss elətdirdi😃 amma mənə maraqlı həldi

  • @nazsadigova1331
    @nazsadigova1331 10 месяцев назад +10

    Tural beyi hec bu qeder muemmali baxishlarlala baxan gormemishdim 😂

  • @Babək_Xuduyev_Əhməd
    @Babək_Xuduyev_Əhməd 10 месяцев назад +4

    vaxtınıza heyfim gəldi

    • @hesenhesenov4353
      @hesenhesenov4353 10 месяцев назад +1

      sebeb

    • @Babək_Xuduyev_Əhməd
      @Babək_Xuduyev_Əhməd 10 месяцев назад

      @@hesenhesenov4353 Boş "elm" heçbir əsası olmayan.Turalın eləbil üzündə belə bir ifadə varıydı tezbazar bu verlilişi bitirsəydim bu nəidi ))))

  • @user-og7yq5xu5q
    @user-og7yq5xu5q 6 месяцев назад +1

    Орчакинидзе йох Орджанактдзе!

  • @filan4602
    @filan4602 10 месяцев назад +7

    Nə qədər cəfəngiyyat danışırlar. İslam, chakra, karma, nirvana, reinkarnasiya hamısını qatıb qarışdırdılar.

  • @nihadr06
    @nihadr06 10 месяцев назад

    26:38 sadəcə anlayışları bir-biri ilə qarışdırın, buyurun, sizə "nəticə":)

  • @leqend85
    @leqend85 10 месяцев назад +1

    Belkede var bu elm amma chatdira bilmediler xanimlar.Tural beyin suallari da hazirliqsiz idi sanii

  • @aynurm3790
    @aynurm3790 8 месяцев назад

    Eslinde cox mAraqli movzulardi . You tube da qulaq asdiyim movzulardi . Amma Tural beye maraqsiz idi bu movzu . Onda hec devet etmiyeydiz 🤷🏼‍♂️

  • @mirzagayevaesmer
    @mirzagayevaesmer 10 месяцев назад

    Salam. Arxa fonda lampa ele qoyulub ki Həsən bəy Zərdabinin üzünün yarsına işıq dusur

  • @aynurahmedova8249
    @aynurahmedova8249 10 месяцев назад

    Cox tesekkurler🙏

  • @kamranazizli1993
    @kamranazizli1993 10 месяцев назад +2

    Yaxşı biznesdi

  • @ezizmemmedoVaqif
    @ezizmemmedoVaqif 9 месяцев назад

    Numerologiya haqqında söhbətə Firudin Qurbansoyu çağırsaydız daha əla olardı məncə. o daha arif adamdı.

  • @MektbliMahinlari
    @MektbliMahinlari 10 месяцев назад

    Çox bəyəndim.Adlarla bağlı deyə bilərəm ki, ad qoymaq nüansı çox vacib və məsuliyyətli məqamdır.Mən yoldaşımla övladlarımıza ad qoymaq üçün çox fikirləşib araşdırmışıq.Dinimizə uyğun,mənası olan adlar olsun istədik.Əhməd və Gülsüm adlarını qoymuşuq.Əhməd - təriflənən,tərifə layiq; Gülsüm - yumrusifət ,gözəl deməkdir.Əhməd - Peyğmbərin (s.a.v)4 adından biridir,Gülsüm - qızlarından birinin adıdır.Biz bu adları çox sevirik.Çox adam elə bilir,nənə ,baba adlarıdır.Nənə,baba adları qoymağı sevmirəm.Düşünürəm o addan bir dənə olmalıdır ailədə.Soyadımı da dəyişmədiyimə sevindim😊Soyadımı sevirəm.Yoldaşım da onun soyadına keçməməyimə hörmətlə yanaşdı.Bəyənir də.Deyir belə fərqlidir həm də zənginlikdir.Belə fərqli baxışı var bu məsələyə😊

  • @user-fs3lk5uh1p
    @user-fs3lk5uh1p 10 месяцев назад

    İlk dəfə di ki mənə çatmadı söhbətgahin söhbəti Suallar ela idi .cavablar ne bilim vallah

  • @nuriyecavadova5810
    @nuriyecavadova5810 6 месяцев назад

    Bu ailə dizimi söhbəti kefimi pozur, mən niyə mecburam ki hansısa ulu dədə babanın zir zibilini indiki dövrə daşıyım,onun səhvinə görə mən əziyyət çəkim,beynim bunu qəbul etmək istəmirsə?! Onda nolacaq.m

  • @Omaro__
    @Omaro__ 9 месяцев назад

    sanki qonaqlar fikirleri random atirlar :) sohbetin coxu "bele deyirler, ele deyirler" kimi cumlelerle baslayir. Ortada bir fakt, analiz, data gosterilmir.

  • @user-th2ry1dp8y
    @user-th2ry1dp8y 10 месяцев назад +1

    Cox sagolun. Amma yenede meni inandira bilmediler bu meselenin realliqina😆Yeqin hele vaxtina qalib. Ele bilki bunu anlamagim ucun argumentler yeterli deyil🤗

    • @isimsiz_1111.
      @isimsiz_1111. 10 месяцев назад +1

      Salam , men numeraloji analiz etdirmişem ve eminlikle deye bileremki 100% duzdur ozüm bele şok olmusam

    • @nezrinhuseynova5008
      @nezrinhuseynova5008 8 месяцев назад

      ​@@isimsiz_1111.Salam, bunu necə edə bilərik? Mən sınamaq istərdim

  • @mmehti4600
    @mmehti4600 10 месяцев назад +1

    Bu mövzunun qoyulduğuna inana bilmirəm.
    Bir tanışımın tanışı bu işlə məşğul idi.İzləyirdim,çox da dərinə gedir kimi görünürdü.Tanıdığım,hörmət etdiyim biri olduğuna görə fikirlərim qarışmışdı.Bir dəfə bir araya gəldiyimizdə tez sualımı verdim ki,necə olub buraya gəlib çıxmağı?Cavabı o oldu ki,indi pul bundadır...

  • @mikayil9150
    @mikayil9150 10 месяцев назад +1

    Hərə bir yolnan özünə pul qazanır.

  • @user122-s6z
    @user122-s6z 10 месяцев назад +1

    çox səthi bilikləri var çox şeyi izah edə bilmirlər 1 ay kurs keçir hamı özünü profi hesab edir

  • @lemanmemmedova6571
    @lemanmemmedova6571 10 месяцев назад +1

    Verlişlərinizin birinə Müşviq Ötgünü dəvət etsəniz, çox möhtəşəm müzakirə ortaya çıxar🤍

  • @resadmustafayev1247
    @resadmustafayev1247 10 месяцев назад +1

    - Nəfsi immarə deyil, Nəfsi əmmarə.

  • @cahan8240
    @cahan8240 3 месяца назад

    ❤❤❤

  • @aynurm3790
    @aynurm3790 8 месяцев назад

    Mence xanimlar hiss edirler ki, Tural bele maraqli deyil . Tural beyin uz ifadesi bunu deyir. Sadece niye devet edibler anlamiram

  • @cavadayla5075
    @cavadayla5075 9 месяцев назад

    Salam.Tahir Emiraslanovu qonaginiz gormek isteyerdim❤

  • @ElonElon-t8p
    @ElonElon-t8p 18 дней назад

    Men numorologiyada çox böyük sirler bilirem bildiklerimi desem orda şok olarlar onda her kes inanar

  • @liismaylov1990
    @liismaylov1990 6 месяцев назад

    Vallahi neçə nə anlamadım, Məşədi İbadın sözü yadıma düşdü

  • @ramilsamedov6567
    @ramilsamedov6567 5 месяцев назад

    Bu podcastdan sonra Tural siqaret çəkməyə başlaya bilər (!)

  • @muasirhippokrat4055
    @muasirhippokrat4055 10 месяцев назад +2

    Neçə illər ətrafımızda numerologiya ilə məşğul olan varmış biz indi bilirik.#chemistry

  • @conpasacademy1356
    @conpasacademy1356 10 месяцев назад +2

    Tural bəy bu verilişdə sanki öz tolerantlığnı təsdiqləyir😂 59 dəqiqəni necədə dözə bilmisiz😂😂😂

  • @sumayahmedov7272
    @sumayahmedov7272 10 месяцев назад

    Cox pis bir vaxtda tek qaldiz))

  • @Edelveys198
    @Edelveys198 4 месяца назад

    Tural da menim kimi inanmağa çalişir , amma hele derk ede bilmir ))

  • @nuriyecavadova5810
    @nuriyecavadova5810 6 месяцев назад

    Gah deyir ad seçərkən düşünün, enerjisini, tarixini bilin və s sonra,gah da deyir sizə verilən adlar təsadüfi deyil,ana bətnində siqnal göndərirsen ki mənə bu adı qoyun 😂 deməli bu ha özünü yırtsa da bu adı qoyacaq da, məntiq yoxdur.
    Bu elmdir hər nədir sahədir,burda məntiq yoxdur, sırf inanclar üstünə.
    Hər kəs də inanmaq məcburiyyətində deyil,inananlara da lağ edə bilmərik.

  • @ElonElon-t8p
    @ElonElon-t8p 18 дней назад

    Men numorologiyada çox böyük sirler bilirem

  • @yasharhaciyev5621
    @yasharhaciyev5621 10 месяцев назад +1

    28 saniyədir dinləyirəm. Allah haqqı heç nə başa düşməmişəm hələ də😊

  • @dilareatayeva9086
    @dilareatayeva9086 7 месяцев назад

    Bu xanımlarla necə əlaqə yarada bilərəm?

  • @huseynhuseynov515
    @huseynhuseynov515 10 месяцев назад

    Hec bir sey basa dusmeyen nece neferik ?

  • @tauntes
    @tauntes 10 месяцев назад +1

    Artiq ikinci qonaq dir ki ciddi deyil ciddi qonaq getirin

    • @islamfaracli
      @islamfaracli 10 месяцев назад

      1ci astroloq idi sizcə də?