Ramiz Rövşən 47 yaşlı "Kino" şeirini səsləndirir...

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2020
  • / ictimai.tv
    / ictimaitv.official
    itv.az/
    İTV xəbər: / @itvxbr6631
    #İTV
    #Ötəngünlər
    #ictimaitv #video #televiziya #baku #videolar #itv

Комментарии • 24

  • @limmmdov6474
    @limmmdov6474 2 года назад +28

    KİNO
    Mənə də yer verin... ən son sırada...
    Mən də bu kinonu görüm, nə olar.
    Görüm, nəyə gülür bu qədər adam?
    Mən də hamı kimi gülüm, nə olar.
    Hava da soyuqdu... kefim də yoxdu...
    Canım qoy bu zalda qızınsın bir az.
    Kino da köhnədi... lent də qırıqdı...
    Qırıla-qırıla uzansın bir az.
    Bir küncdə səssizcə oturub baxım,
    Baxdıqca açılsın qoy qaşqabağım.
    İlahi, bu kino necə tanışdı,
    Bu filmi deyəsən görmüşəm axı.
    Ekranda görünən sifətlər tanış,
    Öpüşlər, gülüşlər, söhbətlər tanış.
    O kimdi? Ekiztək mənə oxşayan?
    Mən onun özüyəm? Ya qardaşıyam?
    Bu kinoya necə çəkiblər məni?
    Deyəsən, gizlicə çəkiblər məni.
    Yox, tək mən deyiləm... demə bu zalda
    Hamı mən gündəymiş, hamı mən halda.
    Hamı otursa da burda yan-yana,
    Hər kəs öz filminə baxırmış demə.
    Hər kəs bu ekranda öz həyatına,
    Hər kəs öz ömrünə baxırmış demə.
    Mənsə, baxa-baxa yatdım, yuxladım,
    Heyif, öz filmimi görmədim... heyif!
    Filmin ortasından xəbər tutmadım,
    Axırı nə oldu? Bilmədim... heyif!..

  • @n.liyeva7270
    @n.liyeva7270 2 года назад +18

    Ramiz Rövşen şeirleri öz ifasinda daha gözeldi.👏💜⚘

  • @mirilrncfzad7447
    @mirilrncfzad7447 3 года назад +15

    Mükəmməl əvəzsiz şəxsiyyət Ramiz Rövşən.

  • @aydinahmadov7472
    @aydinahmadov7472 3 месяца назад +1

    Zəmanəmizin böyük şairi...Söz tapmaq çətindi...Bu cür mənalandırmaq qeyri-mümkün məsələdi! Allah qorusun,öz pənahında saxlasın əsl mənada söz,fikir,məntiq,fəlsəfi yanaşma sehrbazı olan qüdrətli sənətkarı!
    Mən hərdən o biri 60-cı illər şairlərini,bəzən digərlərini ona görə oxuyuram ki,Ramiz Rövşənin böyüklüyünü daha aydın təsəvvür edim.

  • @natavanmirzaliyeva8915
    @natavanmirzaliyeva8915 3 года назад +7

    RAMİZ RÖVŞƏN❤️

  • @azermemmedov6815
    @azermemmedov6815 Год назад +2

    Gözəl və çox mənalı şeirdir. Bu dünya bir kinodur, gəlirsən, sanki öz iştirak etdiyin kinoya baxırsan, kino bitir və... getməlisən.

  • @incialiyeva3648
    @incialiyeva3648 Год назад +3

    Allah sənə ömür versin gözəl şair

  • @umidkrimli3854
    @umidkrimli3854 3 года назад +4

    MÖHTƏSƏM!

  • @cahangirabdullayev2399
    @cahangirabdullayev2399 3 года назад +4

    Var olun Ramiz bəy

  • @salmanovazeyneb19
    @salmanovazeyneb19 3 года назад +4

    Əhsen🌹❤

  • @bedalbagirov9652
    @bedalbagirov9652 2 года назад +1

    👍👍👍🔥🔥🔥 dəhşət şair

  • @orkhanallahverdiyev3689
    @orkhanallahverdiyev3689 2 года назад +1

    Sizi sevirik şair❤

  • @tunarserdarov6190
    @tunarserdarov6190 Год назад

    Ele bil icimdeki hissleri dile getrir dahi sair

  • @RN-1984
    @RN-1984 2 года назад +2

    💐

  • @sevilaliyeva202
    @sevilaliyeva202 Год назад +3

    Görüm nəyə gülür bu qədər adam,
    Mən də hamı kimi gülüm nolar?..
    Gülməyə sevinməyə qorxuruq şairim,qorxuruq gülək qaşıq ucunda verilən ümidimiz də qaçar bizdən.Elə arxa sırada oturub başqalarının gülüşünə,xoşbəxtliyinə baxıb azca gülümsəməklə yerinirik.

  • @balliosmanova2467
    @balliosmanova2467 2 года назад +2

    ❤️

  • @suryyaezimova1883
    @suryyaezimova1883 3 года назад +2

    🖤🐾

  • @fika999
    @fika999 Год назад

    Bu ötən günlərin hansı buraxılışıdı?

  • @elnurabdulrehimov2401
    @elnurabdulrehimov2401 Год назад

    Gel indi siqareti tergit 😔

  • @dilqemsemedoglu8336
    @dilqemsemedoglu8336 Год назад

    Çaydi Şəlalədi bu adam

  • @natavanmirzaliyeva8915
    @natavanmirzaliyeva8915 3 года назад +6

    RAMİZ RÖVŞƏN❤️

  • @limmmdov6474
    @limmmdov6474 2 года назад +4

    KİNO
    Mənə də yer verin... ən son sırada...
    Mən də bu kinonu görüm, nə olar.
    Görüm, nəyə gülür bu qədər adam?
    Mən də hamı kimi gülüm, nə olar.
    Hava da soyuqdu... kefim də yoxdu...
    Canım qoy bu zalda qızınsın bir az.
    Kino da köhnədi... lent də qırıqdı...
    Qırıla-qırıla uzansın bir az.
    Bir küncdə səssizcə oturub baxım,
    Baxdıqca açılsın qoy qaşqabağım.
    İlahi, bu kino necə tanışdı,
    Bu filmi deyəsən görmüşəm axı.
    Ekranda görünən sifətlər tanış,
    Öpüşlər, gülüşlər, söhbətlər tanış.
    O kimdi? Ekiztək mənə oxşayan?
    Mən onun özüyəm? Ya qardaşıyam?
    Bu kinoya necə çəkiblər məni?
    Deyəsən, gizlicə çəkiblər məni.
    Yox, tək mən deyiləm... demə bu zalda
    Hamı mən gündəymiş, hamı mən halda.
    Hamı otursa da burda yan-yana,
    Hər kəs öz filminə baxırmış demə.
    Hər kəs bu ekranda öz həyatına,
    Hər kəs öz ömrünə baxırmış demə.
    Mənsə, baxa-baxa yatdım, yuxladım,
    Heyif, öz filmimi görmədim... heyif!
    Filmin ortasından xəbər tutmadım,
    Axırı nə oldu? Bilmədim... heyif!..

  • @natavanmirzaliyeva8915
    @natavanmirzaliyeva8915 3 года назад +4

    RAMİZ RÖVŞƏN❤️