YUNANISTAN ABŞ İLƏ BİRGƏ TÜRKİYƏYƏ QARŞI HƏRBİ TƏLİMLƏR KEÇİRƏCƏK

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • İnstagramda bizi izlə: / monitor.baku
    Telegram kanalına abunə ol: t.me/Monitortv...
    Facebookda bizi izlə: / monitor-108773594248965
    Yunanıstan Amerika Birləşmiş Ştatları ilə birgə gözlənilmədən Aralıq dənizində təlimlər keçirəcək.
    "Milliyet" nəşrinə istinadən məlumat verilir ki, Birləşmiş Ştatlar regiona çox böyük hərbi kontingentlə gəlib.
    Belə ki, Yunanıstana məxsus Krit adası yaxınlığına USS Eisenhower aviadaşıyıcısı ilə yanaşı 22 hərbi gəmi və 5 mindən çox hərbçi cəlb olunub.
    Qeyd olunur ki, təlimlər Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkinin Türkiyəni hədəf alan açıqlamasından sonra elan olunub.
    Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar Aralıq dənizi regionunda sabitlik üçün Yunanıstanla işbirliyini davam etdirəcək. Bildirilir ki, təlimlərlə bağlı bütün təşkilatı işlər Yunanıstan Dəniz Qüvvətlərinin Komandanlığı tərəfindən həyata keçirilib.
    Hərbi təlimlərin gələn həftə baş tutacağı gözlənilir.
    Qeyd edək ki, Yunanıstan ordusu ötən həftə başqa bir müttəfiqi olan Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı ilə Aralıq Dənizində Türkiyəyə qarşı təlimlər keçirmişdi.

Комментарии •