Shekide baximsizligin esirinde qalan 1 esrlik mekteb | Kanal S Xeber

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Şəkinin "Yuxarı Baş" Milli Tarix Memarlıq qoruğu ərazisində yerləşən 4 saylı orta məktəbi göstərəcəyik indi. Bir əsrə bərabər tarixi olan bu məktəb binasında ciddi təmir-bərpa işlərinin görülməsinə ehtiyac var. Doğrudur, məktəbin yaxınlığında digər orta təhsil ocaqları da fəaliyyət göstərir. Elə bu səbəbdəndir ki, şagird sayı da xeyli azalıb.
    Ancaq hər halda bu təhsil ocağı fəaliyyət göstərirsə, deməli normal şərait də yaradılmalıdır. Çünki hər bir şagirdin təmirli məktəbdə təhsil almaq haqqıdır. Sujeti izləyək....
    Tarixi məkanda yerləşən məktəb tarix olmaq üzrədir. Məktəbin tavan və döşəmələri çöküb, divarları uçub, qapı və pəncərələri çürüyüb. Qışda isə burda təhsil alan məktəblilər əsl mübarizə aparmalı olurlar. Təməli 1927-ci ildə qoyulan bina əvvəllər oğlanlar məktəbi kimi fəaliyyət göstərib. Bütün bu illər ərzində isə heç bir əsaslı təmir işi aparılmayıb.
    Əvvəllər 200-dən çox şagirdin təhsil aldığı məktəbdə hazırda 62 şagird təhsil alır. Belə ki, məhəllə sakinləri və ətrafda yaşayanlar öz övladlarının həyatlarından ehtiyat edərək fərqli və daha uzaqda olan məktəblərə üz tutmalı olublar. Ancaq məktəbin problemləri bunlarla bitmir. Tavanın çökməsi yağıntıların birbaşa sinif otaqlarına düşməsinə səbəb olur. Nəticədə yağış suları xarab naqilləri isladaraq elektrik lampalarını da partladır.
    Məktəbdə istilik sistemi də yoxdur. Burda hələ də, odun peçlərindən istifadə edilir. Müəllimlərin dediyinə görə, dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də, müsbtə cavab ala bilməyiblər.
    Qeyd edək ki, Şəki rayonunda son 10 ildə 23 məktəb binası tamamilə yenidən tikilib. 15 modul tipli məktəb quraşdırılıb və 5 məktəb əsaslı təmir edilib . Ümid edirik ki, növbəti tədris ilində 4 saylı orta məktəb də təmir olunan məktəblər sırasında olacaq.
    #kanals #şəki #məktəb

Комментарии • 12

  • @rehimeniymetqizi2553
    @rehimeniymetqizi2553 2 года назад +4

    Elxan usubovun çox elə umurundadı məktəb uçur,dağılır

  • @orxanseyidov7805
    @orxanseyidov7805 2 года назад +1

    Ayib ayib yenede ayiblar olsun .

  • @MyWorld-nr3wu
    @MyWorld-nr3wu 2 года назад +2

    Məktəb deyil tövlədi bizim uşaqlarımızın da təmirli məktəbdə oxumaq hüququ var Sovet dövründən qalan məktəbdir Bir mismar belə vurulmayib Baxan yoxdu Uşaqlara yazığınız gelsin

  • @nihotv8367
    @nihotv8367 Год назад

    Mektebde odun iyinden dayanmaq olmur e cox 0isdi mekteb usaqlara odun dasiyir

  • @sheki.icrahakimiyyeti
    @sheki.icrahakimiyyeti 2 года назад +1

    Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorundan aldığımız məlumata əsasən, rayon üzrə tikintisinə və əsaslı təmirinə ehtiyacı olan məktəblərin siyahısı AR Təhsil Nazirliyinə təqdim edilmiş və şəhər 4 №-li tam orta məktəbdə də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur

    • @orxanseyidov7805
      @orxanseyidov7805 2 года назад

      Hec utanirsiz ,?neinki mekteb , ele mektebe geden yollara baxib utansinlar .bir gun irin qan kimi axacaq burunlarindan .kimlerki pullari yeyir onlara aiddir .

    • @MyWorld-nr3wu
      @MyWorld-nr3wu 2 года назад

      Elə söz verirsiz amma heç bir dəyişiklik yoxdur köhnə hamam köhnə tas

    • @MyWorld-nr3wu
      @MyWorld-nr3wu 2 года назад +2

      @@orxanseyidov7805 utanmagi bilsəydilər məktəb bu vəziyyətdə olmazdi

    • @nihotv8367
      @nihotv8367 Год назад

      Aparilmir axi 1 ildi usaqlar odun dasiyir ustumuz iylenir nen odun iyi

  • @servisservis1088
    @servisservis1088 2 года назад

    Neçə ildi eyni söhbətdi valideyinlərdə uşaqlarda yazıxdı hər şey bahalaşıb nirdə yol pulu verib aşağı məktəbə apatırlar

  • @ruhengizazimova8386
    @ruhengizazimova8386 2 года назад +1

    Бес Элхан Усубов ичра башчысы не иле мешгулдур. Гедим Шеки Нуха...

  • @bextiyarheyderov8419
    @bextiyarheyderov8419 2 года назад

    Çox ele ehemiyyet virirlermiş kimide hele bir siyahıda hazırlayırlar men 11 il orda oxumuşam her il deyirdilerki remont olunacax helede ortada heçne yoxdu