Krug CDAA xarabalıqları

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • For English, please scroll down.
    Soyuq küləkli 28 Yanvar 2024-cü il havasından, Yeni Yaşma qəsəbəsi yaxınlarından sizi salamlayırıq.
    Bilirsiniz ki, əsasən pilpilə və tarixi abidələr haqqında danışıram. Lakin mənim başqa sahələrə də marağım vardır.
    Bu maraqlardan biri məni Yaşma düzünə gətirdi.
    Əvvəlvə ön hissə danışım. Ötən əsrin 60-ci illərindən başlayaraq SSRİ ərazisində KRUQ adlı radar - antena sistemləri quraşdırılmağa başladı.
    Əsas məqsədlərdən biri, Yer kürəsinin əks qütbündən havalanan atom bombası daşıyan uçan obyektləri izləmək idi. Yer kürə şəklində olduğundan ənənəvi radar sistemləri işə yarımırdı. Əsası almanlar tərəfindən qoyulmuş, ionosfer vasitəsi ilə təyin edici funksiyaya malik antenna kompleksi təkmilləşdirildi və istifadəyə verildi.
    Beləcə bütün Sovet ölkəsi ərazisində 31 belə sistem tikildi. Antennalar dairəvi şəkildə qurulduğuna görə, radarın adı rus dilində " КРУГ" adlanırdı. Hər bir sistem yaxınlığındakı obyektin, əsasən də şəhərin adından adlanırdı.
    Bu siyahıya baxarkən, təsadüfən Sumqayıt adın gördüm. Araşdırandan sonra məlum olduki, bu radar indiki Yeni Yaşma qəsəbəsi yaxınlarında tikilib fəaliyyət göstərirmiş.
    300 metr diametrdə, 40 ədəd 10 metr hündürlükdə antenalar ilə əhatələnmiş dairənin mərkəzində operator binası yerləşirdi.
    Müəyyən müddət keçəndən sonra, daha mükəmməl və dəqiq sistemlər kəşf edildiyinə görə "KRUQ" istifadəsiz qaldı və bu obyekt daxil əksəri dağıldı.
    Lakin, bəzi yerlərdə bu antenalardan hələ də istifadə edilir.
    Bu mövzu haqqında, daha geniş danışacam. Ardı var.
    Soviet Krug CDAA
    Greetings from the chilly winds of January 28, 2024, near the settlement of Yeni Yashma. As you know usually, I am talking about mud volcanoes and historical sites. However, I have interests in other areas as well. One of these interests led me to Yashma.
    First, let me provide some prehistory. Starting from the 1960s of the last century, radar-antenna systems called "KRUG" were installed on the territory of the USSR. One of the main objectives was to track flying objects carrying atomic bombs launched from the opposite pole of the Earth. Traditional radar systems were ineffective due to the spherical shape of the Earth. The Germans laid the foundation, and in the USSR the antenna complex with a determining function through the ionosphere was improved and put into operation.
    Thus, 31 such systems were built throughout the Soviet territory. Because the antennas were arranged in a circular shape, the radar was called "КРУГ" in Russian, meaning "circle." Each system was named after a nearby object, primarily the city.
    While looking at this list, I coincidentally came across the name Sumgait. After some research, I found out that this radar is currently located near the town of Yeni Yashma. In the center of the circular structure surrounded by antennas with a diameter of 300 meters and 40 antennas, each 10 meters high, there was an operator building.
    After some time, as more advanced and accurate systems were discovered, "KRUQ" became obsolete, and the majority of these objects were dismantled. However, in some places, these antennas are still in use. I will talk more extensively about this topic in the future. Stay tuned.

Комментарии • 5

  • @user-bf1ug9su1z
    @user-bf1ug9su1z 7 месяцев назад +1

    а рядом вроде дожен быть подземный бункер управления.

    • @azercomp
      @azercomp 5 месяцев назад

      Как в Чернобыль-2? Я там был в 2017 году, но там еще большая антенная система есть, и такой же круг тоже есть. До сих пор стоит и туристы едут туда. У нас почему все сразу разрушают? А здесь бункер остался? Я щас узнал что, у нас тоже самое было. Я вижу в Азербайджане все сделали засекреченными, даже бывши объекты никому не нужные))

  • @user-bf1ug9su1z
    @user-bf1ug9su1z 7 месяцев назад +1

    там не далеко был Командный бункер стран Варшавского договора его на метал разабрали за год или полтора

  • @azercomp
    @azercomp 5 месяцев назад +1

    Bəs o siyahıda niyə Ukraynada olan Çernobılda yerləşən əvvəllər məxfi olan meşənin içində Çernobıl-2 "zaqorizontnı rls" niyə yoxdu? Orda çox hündür antenna sistemi quraşdırılıb, hələ indi də durur, külək ondan keçəndə maraqlı bir səs yaranır qorxu filmlərində olduğu kimi)... Belə kruq-dan orda da var idi. Və Çernobıl patlayışındn sonra olrdan çxıb getdilər. Ond bilindi ki, orda elə obyekt olub. Mən 2017-ci ildə gedib ordan çəkiliş etmişəm.

    • @UzeyirMikayil
      @UzeyirMikayil  5 месяцев назад

      Salam, çəkilişinizə baxmaq maraqlı olardı. Çernoblda olan daha təzə nəsil üfüqardı radarlardır. Bunlar isə ilk quraşdırılanlardır, baxmayaraqki, hələ də bəziləri işləkdir və işə yarıyır. Çernobl haqqında "Russian Woodpecker" adlı filim də çəkilmişdi, maraqlı idi.