Əliağa Vahid - Olmadım Şad - (Qəzəlxan,1991)

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024

Комментарии • 3

  • @slowedazerbaijan
    @slowedazerbaijan  2 года назад +4

    Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad, Səbrim əksildi günü-gündən, qəmim oldu ziyad, Bivəfa gördüm, kimə dünyada etdim etimad, Çərxi-dun sübhü məsa oldu mənimlə kəcinad, Əlaman, çərxi-sitəmkarın əlindən dad, dad.
    Rəhmsiz səyyadi-çərxə seydvəş oldum şikar, Dami-fəqrə payibənd etdi məni ol kəcmədar, Mərdümi-iqbalimi çərx eylədi dərdə düçar, Söndürüb iqbalımın şəmin edibdir tiratar. Yetdi daim çərxi-bədxudən mənə zülmü fəsad.
    Dövr zülm etdi mənə peyvəstə, çərci-bihicab, Atəşi fərq içrə yandırdı məni, qıldı kabab. Etmədi ahü fəqanimdən fələk şiçictinab, Qalmayıb bir mu qədər ol zülmü qəmdən məndə tab Aglar oldu halima, əhvalım hər kəs qıldı yad.
    Dərdü qəmdir bəstəri-eşq içrə hər gün həmdəmim, Bir müalic tapmadım, ta eyləsin nəfi-qəmim, Buteyi-dərdü qəm içrə yandı, məhv oldu tenim, Böyləmi keçsin, rəvadırmı; həbibim, aləmim? Bəs deyilmi, çərxi-dun eylər mənə bunca inad?
    Gəldi könlüm təngə, Vahid, qüsseyi-dövranden, Yoxdu bir kimsə xəbər tutsun məni-nalandən, Bedtor oldu xaneyi-dünya mənə zindandən, Səbrü aramım kəsildi naləvü əfqandən, Qüsseyi-dərdü bəladən olmadım bir ləhzə şad.

  • @kamiljafarov602
    @kamiljafarov602 2 года назад +1

    Vahidin qezelleri dehsetdi ❤👍

  • @mehribanheyderzade289
    @mehribanheyderzade289 2 года назад +2

    Маша АЛЛАХ