Meloman verilişi 1998-ci il

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • 'Meloman' verilişi 1998-ci ildə mənim AZTV-yə rəsmi işə qəbul olunduqdan sonra Gənclər üçün hazırladığım musiqi savadı və zövqü aşılayan ilk veriliş idi. Aparıcı kimi Xalq artisti Siyavuş Kərimini dəvət etmişdim. Müəlliflər olaraq da mən və Aygün adlı xanım verilişi təqdim edirdik. Burda bir neçə rubrika vardı və hər bir hissədə gənc nəslin musiqi zövqünü formalaşdıracaq informasiyalar verilirdi.
    Xüsusi olaraq onu qeyd edim ki, məşhur xanəndəmiz Xalq artisti Alim Qasımovun qızı Fərqanə xanımı ilk dəfə mən efirə bu proqramda çəkmişəm. Gördüyünüz kimi çox gənc və hicabsız vaxtları idi. Ailə də qurmamışdı hələ. Alim bəydən icazə alıb onun məşq prosesini çəkdik və qızını da ilk dəfə olaraq efirə çıxardıq.
    Çox təəssüf ki, belə lazımlı və o vaxtki AZTV üçün fərqli bir format olan bu veriliş bəzi bədxahların paxıllığı və 'səyi' nəticəsində çox davam etmədi...

Комментарии •