HUMAY (2025) - SOUNDTRACK 2
HTML-код
- Опубликовано: 6 фев 2025
- Rejissor və Ssenari müəllifi: RUSLAN İBRAHİMLİ.
Rejissor assistenti və Prodüser: RÜFƏT ABBASOV.
Teaserin Təsvir rejissoru: FƏQANİ KAZIMOV.
Loqlayn: Avtomobil qəzasından sonra ata, qeyri-adi qarşılaşma ilə üzləşir; Dünyaya gəlməsinə mane olduğu qızının ruhu ilə qarşılaşaraq keçmişin qərarları ilə üzləşir və peşmanlığını dilə gətirir.
Sinopsis: Bir avtomobil qəzası atanın həyatını dəyişir, amma artıq gecdir. Öz qızını heç vaxt dünyaya gətirməmək qərarını vermiş ata, o biri dünyada onun ruhu ilə qarşılaşır. Kiçik qız atasına qarşı suallar verir və ondan haqq hesab tələb edir. Ata öz keçmiş qərarlarının ağırlığı altında əzilir, bağışlanmaq üçün yalvarır. Amma qız ona bağışlanmağın belə, vicdan əzabını aradan qaldıra bilməyəcəyini bildirir. Dərin emosional və mənəvi müzakirələrin ardından, qız uzaqlaşır və ata özü ilə yalnız peşmanlıq dolu bir sükutda qalır. Film övladların həyat hüququ və valideynlərin məsuliyyəti haqqında güclü bir mesaj ilə sona çatır.
Rejissor nə demək istəyib?: Filmdəki Humay türk mifologiyasındakı Umay Anayı simvolizə edir, lakin abstrakt formada təqdim olunmuşdur. Türk mifologiyasında Umay Ana uşaqların və ana bətnindəki uşaqların qoruyucusu, mərhəmət və sevgi simvoludur. O, yeni doğulan körpələri və uşaqları bəlalardan qoruyan müqəddəs bir varlıq kimi qəbul edilir. Filmdə isə Humay bu rolu fərqli bir kontekstdə daşıyır: o, valideynləri tərəfindən istənilməyən, ana bətnində tələf edilən bütün qız uşaqlarını təmsil edir. Onun obrazı sanki yaşama haqqı əlindən alınmış məsum ruhların səsini çatdırır və unudulan uşaqların müdafiəçisi olaraq bütün qız uşaqlarını təmsil edir.
Çox gözəl mahnidir❤
Ugurlu olsun
Xeyirli olsun ❤❤❤
Ugurlu olsun ❤
Xeyirli ,uğurlu, davamlı olsun!
Uğurlu olsun inşallah
❤
Xeyirli uğurlu olsun ardı gəlsin🇦🇿🤲
Xeyirli olsun❤
Ugurlu olsun ❤