Sarı güllər - Karvan qrupu

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • Karvan qrupu elə bir dövrdə yarandı ki, özü ilə bərabər Azərbaycan estradasına sərbəstlik və müasirlik gətirdi. Statistikaya görə Azərbaycanda digər musiqi qruplarının Karvan qrupu qədər çox pərəstişkar ordusu olmayıb. Karvan qrupu Bakı Dövlət Sirki, Yaşıl Teatr və Lenin sarayında konsertlər verib. Qrupun Azərbaycanın hər şəhərində konsertləri keçirilib.
    Qrupun "Qara gözlər", "Sarı güllər", "Dostum", "Polismen", "Tufanla oynama", "Durnalar" kimi mahnıları bu gün də sevilərək dinlənilir.
    Qrupun dağılma ili 1993-cü il hesab olunur. Qrupun dağılma səbəbləri müxtəlif idi: o zamanlar Azərbaycandakı siyasi vəziyyət, Qarabağ müharibəsi və bunun musiqi sahəsinə də təsir etməsi. Eləcə də, Vəkilovlar ailəsinin, daha sonra isə Firuz İsmayılovun Azərbaycandan köçməsi və s. Qrupun dağılması Karvanın digər üzvlərinə də təsirini göstərir. Belə ki, İlqar Xəyal qrup dağıldıqdan sonra 4 il ərzində səhnəyə çıxmır. Digər üzvlər də uzun müddət işsiz qalır. Həmin illərdə Karvan qrupu Türkiyədə olarkən Firuz İsmayılov və Mikayıl Vəkilova iş təklif olunur və onlar da Türkiyədə və ABŞ-da musiqi fəaliyyətinə davam edirlər. Bu hadisədən altı ay sonra qrup dağılır.

Комментарии • 3