Qışın ləzzətli yeməyi, bu xəngəl buğda bişirilir - APA TV
HTML-код
- Опубликовано: 5 фев 2025
- #APATV #Xingal #xəngəl #buğxəngəli #Zaqatala #Balakən #Qax #yemək #ləzzətli #dad #qış #Azərbaycan #mətbəx #Muxax #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı
Qışın ən ləzzətli yeməyi, bu xəngəl buğda bişirilir
Azərbaycanın hər bir bölgəsi özünəməxsus mətbəx nümunələri ilə tanınır. Qurudulmuş ət və ondan hazırlanan müxtəlif xəmir xörəkləri dedikdə isə ilk ağla gələn ölkəmizin şimal-qərb rayonları Balakən, Zaqatala və Qax yada düşür.
Bölgənin əhalisi qurudulmuş ətlə bişirilən xəmir xörəklərindən soyuq payız və qış aylarında istifadə edir. İndi haqqında söhbət açacağımız qurudulmuş ətlə bişirilən buğ xəngəli Zaqatalaya, bir az da dəqiqləşdirsək Muxax kəndinə məxsusdur.
Bu ləziz, dadlı yeməyin hazırlanması üçün qurudulmuş ət, un, su və duz kifayət edir. Yeməyin digər xəmir yeməklərindən, hətta digər xəngəl növlərindən fərqi ondadır ki, bu yemək ətin buxarında bişirilir.
Əvvəlcə quru ət tikələrə bölünərək, qazanda bişirilir. Paralel olaraq isə xəngəlin xəmiri yoğurulur.
Xəmir yoğurulduqdan sonra 15-20 dəqiqə gözlənilir, daha sonra hazır xəmir kündələrə ayrılır. Kündələr oxlovla nazik yayıldıqdan sonra kvadrat şəklində doğranılır.
Buğ xəngəli təkcə rayonda deyil, hətta bütün Azərbaycanda məşhurdur. Bir çox rayon və şəhərlərdən məhz bu yeməyi dadmaq üçün qış aylarında Zaqatalaya qonaq gələnlər də az deyil.
Bu yeməyi quru ətlə yanaşı, təzə ətlə və toyuqla da bişirmək mümkündür. Buğ xəngəlini hazırlamaq bir qədər mürəkkəb olduğundan, təqribən iki saatdan çox vaxt alır.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv
Bəh bəh👍👍👍
Allax qorusun ince haylar deyecek bizimdi😮
dunyada putun yeməklər olarundi
😀
❤❤
Coğrafiya yemeyidi tebrizden Derbende Bakidan Istanbula qeder hami yeyir kimse deyemmez menimdi
Coox lezzetli yemaydi
Аллах Мухахлылары башымызын устундан аскик етмасин! Гозал инсанлар! Дибаны особый саламлайрам!
Çox gözəl bişirmiş əlinə sağlıq
❤❤
Birinci defedi gorem
Цахуриски хинкал
Saxor yimeyidi bu
Vallah deyəsən sizin işiniz gücùnüz yoxdur.Türkiye Azərbaycan matəm içində.siz et xamìr derdindesiz
Sehv danisirsiz bu onların isidi
👍👍👍👍