Çayın yanında tez bazar hazırlaya biləcəyiniz Peçenye resepti.

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2022
  • Videyonu izləyən zaman resepti görmək üçün ekranın sağ üst küncündəki "CC" yazısının üzərinə toxunun!
    Hazırlanması: Otaq hərarətində yumuşalmış kərə yağının üzərinə şəkər və yumurta əlavə edilir və tək tərkibli olana qədər qarışdırılır. Daha sonra xəmir üçün lazım olan ərzaqlar qarışdırılır xəmir yoğurulur. Hazır olan xəmirdən istədiyiniz böyüklükdə kündələr hazırlayıb üzərini azca əlinizlə sıxdıqdan sonra çəngəllə bəzək vurun.
    180 dərəcədə isidilmiş sobada bişirilir.
    Mən arasına qaynadılmış qatılaşdırmış süd çəkdim.
    ✔ kərə yağı 120 qr (otaq hərarətində)
    ✔ duru yağ 60 ml
    ✔ şəkər tozu 120 qr
    ✔ yumurta 1 ədəd
    ✔ qatıq 1 xörək qaşığı
    ✔ vanilin 1 paket
    ✔ qabartma tozu 0,5 çay qaşığı
    ✔ un 360 qr +/-
    ✔ qaynadılmış qatılaşdırılmış süd
    #peçenyereseptleri, #pecenyerespti, #pecenye, #pecenyetarifleri,

Комментарии • 6