Youtubedə ilk! Gəlin boxçasının hazırlanması.

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024
  • #gelinboxcasi #gəlinboxçası #novruzsirniyyatlari #sekerbura
    Bu şirniyyatın ideyası instaqramda tort_nazlisekerbura səhifəsinə aiddir.
    ✔ un 250 qr
    ✔ kərə yağı 60 qr (otaq hərarətində)
    ✔ yumurta 1 bütöv 1-nin sarısı
    ✔ xama 50 qr
    ✔ süd 50 ml
    ✔ şəkər 1 çay qaşığı
    ✔ vanilin 0,5 çay qaşığı
    ✔ maya çay qaşığının 1/4 hissəsi
    ✔azca duz
    İçlik üçün👇
    ✔ fındıq 300 qr
    ✔ şəkər 200 qr
    ✔ vanilin 0,5 çay qaşığı
    ✔ hil 0,5 çay qaşığı
    ✔ 2 ədəd yumurtanın ağı
    ✔ 1 ədəd limonun qabığı
    ✔ yarım limonun suyu
    Hazırlanması. Un və yağı umac edib üzərinə yumurta, xama, süd, duz, şəkər və vanilini əlavə edib orta yumuşaqlıqda xəmir yoğurub və xəmir 15-20 dəqiqə dincəldilir.
    Dincələn xəmir 12 bərabər hissəyə bölünür, hər kündə 40 qr-dan ibarət olur. Xəmiri kündələyib özünü tutana qədər soyuducuda saxlanılır.
    İçlik üçün qabığı təmizlənmiş fındıq blendirdən çəkilir, mən sonda şəkər tozunuda fındığa əlavə edib azca çəkirəm, bunu ondan ötrü edirəm ki, şəkər tozu içliyin içində diri qalmasın.
    1 ədəd limonun qabığı sürtkəcdən keçilir və yarım limonun suyuda sıxılır istəsəniz limon suyunu azalda da bilərsiniz. Bütün ərzaqlar qarışdırılır.
    Kənarda 2 yumurtanın ağı rəngi açılıb köpüklənənə qədər çalınır və içliyə əlavə edib yaxşıca qarışdırılır. İçliyi əlimizlə yumurulayırıq. Hər içliyin qramı 35 və ya 40 qr-dan ibarət olmalıdır.
    Videyoda gördüyünüz qaydada şirniyyat hazırlanır və bəzək vurulur.
    Hazır olduqdan sonra 160°-də isidilmiş sobada altı qızarana qədər bişirilir.
    1 dəfə belə olsun məncə bu şirniyyatı hazırlayıb dadına baxmalısınız😍
    Hazırlayacaq olanlara Nuş olsun!🌹

Комментарии • 158