Nə həkim var, nə dərman - Amma sağalıb gedirsən - “Duzlu göl”dən reportaj - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 июл 2022
  • #APATV #duzlugöl #zığqəsəbəsi #həkim #dərman #şəfa #sanatoriya #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Nə həkim var, nə dərman - Amma sağalıb gedirsən - “Duzlu göl”dən reportaj - APA TV
    Abşeron yarımadasında çox sayda duzlu göl var. Amma Bakı sakinlərinin əksəriyyəti müalicə məqsədilə daha çox Zığ qəsəbəsindəki "Duzlu göl"ə üz tuturlar.
    Sözügedən göl paytaxtdan o qədər də uzaqda deyil. Elə Hövsan qəsəbəsinə daxil olan kimi yolun sağında yerləşir. Giriş haqqı da 50 qəpik. Ümumiyyətlə burada giriş də daxil olmaqla, bütün xidmətlər - duş, palçıq vannası, yod vannası, çay, qarğıdalı, bir sözlə, nə istəsən cəmi 50 qəpiyədir. Hər nə qədər münasib olsa da, bu dəfə qiymətlərdən deyil “Duzlu göl”ün xeyirli və ziyanlı tərəflərindən danışacağıq.
    Hövsan-Zığ yolu kənarında yerləşən "Duzlu göl" haqqında eşitmişdim, amma yolum düşməmişdi. Deyilənə görə, göldən şəfa tapmaq üçün hər il bura minlərlə insan gəlir. Gölün suyu duzlu və yodla zəngin olduğu üçün əsasən dəri xəstəliklərindən əziyyət çəkənlər gölə gəlir. Səhiyyə Nazirliyi "Duzlu göl"də çimməyi qadağan etsə də, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, gölə gedənlərin sayı azalmır, əksinə gündən-günə artır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, Hövsan ərazisindəki "Duzlu göl"də çimmək rəsmən qadağan edilib. Çünki göl artıq istifadəyə yararlı deyil. Buna səbəb isə gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır.
    "Duzlu göl"ün faydaları nə qədər çox olsa da, suyun bakterioloji vəziyyəti ürəkaçan deyil. Elə bu səbəbdən də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov insanları bu gölə girməməyə səsləyir.
    “2006-cı ildən müvafiq qərarla həmin ərazilərdə çimmək, o ərazilərdə çimərlik kimi istifadə etmək qadağan edilib. Bunun səbəbi də həmin ərazilərdə yerləşən yaşayış məntəqələrindən məişət çirkab sularının bu gölə axıdılmasıdır”.
    Ancaq bu deyilənlərə baxmayaraq, insanlar burda xəstəlik yox, şəfa tapacaqlarına inanırlar. Əsasən də yaşlı nəslin nümayəndələri. Aralarında isə ruslar və Rusiyada yaşayan azərbaycanlıların sayı üstünlük təşkil edir. Moskvada məskunlaşmış həmyerlimiz Musa İskəndərov deyir ki, hər il xüsusi olaraq "Duzlu göl"ün faydalarından yararlanmaq üçün Azərbaycana gəlir.
    Hələ qadağalardan əvvəl Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu duzlu gölün dib çöküntülərinin müalicəvi əhəmiyyətə malik olduğu haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, bu çöküntülərindən düzgün istifadə olunarsa, "Duzlu göl"ün palçığı bir sıra xəstəliklərin müalicəsində effektiv təsir göstərə bilər. Elə göl kənarında bədənlərini palçığa bürüyən insanlar bu yolla müxtəlif xəstəliklərdən sağaldıqlarını deyirlər. Amma əksəriyyətinin qadağalardan xəbəri yoxdur.
    Duzlu gölün ətrafında hər 50 metrdən bir qiyməti 0.50 qəpiyə olan palçıq və yod vannaları qoyulub. Buraya müalicəyə gələnlər deyir ki, palçıq vannasının revmatizmaya, osteoxondroza, yodlu suyun isə zob, astma ürək-damar xəstəliklərinə böyük faydası var.
    Həkim-terapevt Nahid Məhərrəmov isə deyir ki, kor-koranə şəkildə palçıq, yod vannası qəbul etmək, duzlu və yodlu sudan istifadə kimi ənənəvi metodlardan yararlanmağa çalışmaq bir sıra infeksion və dəri xəstəliklərinin kəskinləşməsilə nəticələnə bilər.
    “Duzlu göl”ün yaxınlığında yerləşən “Yodlu göl”ə də insan axını var. Məqsəd eynidir: müalicə olunmaq və şəfa tapmaq. Amma “Duzlu göl”dən fərqli olaraq “Yodlu göl”ün suyu antropogen təsirə məruz qalmayıb.
    Bir təəssüf doğuran məqam da var. Uzun illərdir gölün imkanlarından sistemsiz şəkildə istifadə olunur. Halbuki, “Duzlu göl”ün turizm potensialından yararlanmaq, onu həm xarici, həm də yerli turistlər üçün müalicəvi-istirahət mərkəzinə çevirmək mümkündür. Hər il sularında 100 minlərlə insanın şəfa aradığı Ölü dəniz təcrübəsi də onu göstərir ki, hazırda dünyada duzlu su və lillə müalicə geniş yayılıb. Bu isə ölkəyə külli miqdarda vəsaitin cəlbi deməkdir.
    Nə qədər gec deyil, qərar verməliyik: Bu gölləri xəstəlik ocağına çevirməyə davam edək, yoxsa şəfa və gəlir mənbəyinə çevirək?
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 419

  • @azerceferov489
    @azerceferov489 2 года назад +111

    Yəniki girməyin burani pullu eliyək sora adini qoyaq müalicəvi göl başlayaq od qiymətinə pulu giriş eliyək Giriş 100-150 manat onan sora girərsiz Duz hami bilirki antibakyeriyal birşeydi sunun 80-90% duzdan ibarətdisə orda necə bakteriya yaşaya bilər nə insanlara xeyir verir o saat uzag durun deyilər ama aptekə 300-500 manatlig dərman almaga sevinə sevinə göndərillər

    • @hicranabdullayeva5591
      @hicranabdullayeva5591 2 года назад +6

      Ay sagolun agZınıza saglıq Azər bəy düz dediz qoy kasıblarda mualicə alsın siz həkimsiz ??

    • @HaqqinyoluHaqqinyolu
      @HaqqinyoluHaqqinyolu 2 года назад +10

      Ay sağ olun. Duz olan yerde yod olan yerde heç vaxt mikrob olmaz bunlar hər şeydən pul qazanmaq dərdindedir xalqı düşünən yoxdur

    • @hicranabdullayeva5591
      @hicranabdullayeva5591 2 года назад +3

      @@HaqqinyoluHaqqinyolu DÜZDÜ HARALISINIZ MƏN GƏNCƏLİYƏM ?

    • @talisxan7693
      @talisxan7693 2 года назад +6

      qardaş o göl oqədə duzludu adam orda batmır necə orda baktera olar Azər bəy sağolun düz söz👍👍👍👍🖖

    • @hicranabdullayeva5591
      @hicranabdullayeva5591 2 года назад

      Salam

  • @haqverdinuriyev39
    @haqverdinuriyev39 2 года назад +102

    Belə savadlı və səlis nitqə malik jurnalistlərimiz çox azdı. Danışığı,səsi və diksiyası adama rahatlıq gətirir.

    • @hicranabdullayeva5591
      @hicranabdullayeva5591 2 года назад

      DÜZDÜ SİZDƏ JURNALİSİNİZ ???

    • @davudadil4909
      @davudadil4909 2 года назад +4

      Deysin bawina onin diksiyasi ! Axirda melum oldu ki kasibkusubun umid yeri olan bu yeri de turizm meskeni etsinler ve OLSUN kasiblar ! Nifrete layiqsiniz !!!

    • @kafalar6011
      @kafalar6011 2 года назад +1

      @@davudadil4909 super

    • @aliaise2811
      @aliaise2811 2 года назад

      @@kafalar6011 72 sabunu az özünlə gəzdir😀

    • @kafalar6011
      @kafalar6011 2 года назад

      @@aliaise2811 Kasiblar sabunu yeridir. Tak cto daniwigiva fikir ver. Sensen onun yerine 72faizdiy daniwan. Haqsaba soxma kasiblarin ekdiyi yox soxdugu guclu olur. Agilli ol cawma. Senden soruwan olmadi ayin necesedir.

  • @ritaaliyeva8354
    @ritaaliyeva8354 2 года назад +52

    100% Məmurlar alar bu göludə millətin əllərindən

  • @Stilist.Sabina
    @Stilist.Sabina 2 года назад +80

    Yadimdadir o vaxdi biz balaca Oland 2009 cu ilde nenem bizi aparirdi Ora Allah rəhmət.elesin butun olenlere menim nenemede

    • @rovwenosmanov4666
      @rovwenosmanov4666 2 года назад +6

      Allah rehmet elesin neneye ! Mawallah indi boyuk qiz olmusan allah senide xowbext elesin

    • @user-df8ev6bx9v
      @user-df8ev6bx9v 2 года назад +3

      Царство небесное у ваша бабушка

    • @gulnazmemmedova2625
      @gulnazmemmedova2625 2 года назад +1

      Allah rəhmər eləsin

    • @babirovsamir3301
      @babirovsamir3301 2 года назад +1

      o golunde evin ylxdlnlz Novxanl duz golu kimi

    • @user-vp6wu4xx9d
      @user-vp6wu4xx9d 2 года назад

      Аллах рехмет елесин бутун ненелере🙏

  • @bantgansevgisi4229
    @bantgansevgisi4229 2 года назад +32

    Hər kəs öz cibini güdür....xəstənin canina heç bir həkim yanmır...en gözəli Allahdan gələn şəfadır..Mən bunun şahidiyəm

  • @PFKNEFTCI-
    @PFKNEFTCI- 2 года назад +49

    Duzlu göl dede babadan var,cox da xeyirlidir...
    Men de cox getmisem...
    Moseynik hekimlere serf etmir insanlarin orda mualice almasi...
    Camaati qorxuzurlar bos bos seylerle...
    Hec bir ziyani yoxdur...

    • @tovuzlularqovlarda242
      @tovuzlularqovlarda242 2 года назад +3

      O göle kanalzasiya sularinin axmasi yaxşi deyil.Gigiyena epidemologiya merkezi ona göre temiz olmadîğını deyir.

    • @PFKNEFTCI-
      @PFKNEFTCI- 2 года назад +3

      @@tovuzlularqovlarda242 Yalan sohbetdir qardas...
      Ora balaca göldür,hec bir su axidilmir ora...
      Orda hec ele serait yoxdur...
      Kanalizasiya Xezere axidilir...

    • @arzumanmemmedov4076
      @arzumanmemmedov4076 2 года назад +4

      Sifde pisdiyiller sinram turizm cun deyiller istifadeye vermek bizim camaat adam deyil

  • @mahirnesibov8735
    @mahirnesibov8735 2 года назад +23

    Mən bu gölə çox gedmişəm.
    Çox şəfalı yerdi.
    Xeyrində gördüm.
    Gedin müalicə alın

    • @lisadqov4761
      @lisadqov4761 Год назад

      Zəhmət olmasa deyərdiz dəri xədtəliyinə faydası var??

  • @BLECHMAMBA
    @BLECHMAMBA 2 года назад +24

    Hekimlerin bazari elden gedir deye istemirler millet ora getsin nece deyerler sagalan her bir xesde itrilen bir musteridir, ona gorede hec kim istemir musterisiz qalsin

  • @bantgansevgisi4229
    @bantgansevgisi4229 2 года назад +18

    Həkimlər qorxurlar ki camaat sagalacag xəstə tapmayacaglar😃😄😂😁😁

  • @validmasiyev5560
    @validmasiyev5560 2 года назад +11

    Qadın yaxşı dedi Allahın məsləhəti ilə

  • @ruslandadashov7258
    @ruslandadashov7258 2 года назад +32

    Bu gölün xeyrini deyim.allergiyanı yox edir, qaymaritə, qripə, revmatizmaya çox kömək edir,hətta ora gedən karonanı da yüngül keçirtdi.

  • @inam55579
    @inam55579 2 года назад +20

    Adamlar ona xeyir edəni həkimlərdən gözəl hiss edir

  • @elweneliyev4091
    @elweneliyev4091 2 года назад +72

    Azərbaycan səhiyyəsi harda xeyirli iş xeyirli və müalicəvi yer var qadağan edirlər şərəfsiz olmayın

  • @user-jv5hm5oy8p
    @user-jv5hm5oy8p 2 года назад +10

    MUQEDDES DUZLU GOL!!!

  • @muqabilabbasoylu8937
    @muqabilabbasoylu8937 2 года назад +22

    Aparıcının musabiqesi çox gözel seslendirir, bir meqama da tonunduki bu duzlu gölü xesteliy menbeyine çevrilsin yoxsa gelir menbeyine çevirey demeyle acgöz insanların yadına onu saldıki kasıb insanlar burdan faydalanınr ve bunun qarşısını alsın ki bu kasıblar yaşadıgımız dunyadan heç neden yararlanmasın ,

    • @hicranabdullayeva5591
      @hicranabdullayeva5591 2 года назад

      Düzdü elədi iku dil danışdı 😏kasıbda Allahın bəndəsidi qoymulae ki yaşasınlar

    • @smayazizova5577
      @smayazizova5577 2 года назад

      Müsabiqə ya müsahibə ayrı ayrı sözlərdir.
      Niyə pulludur? Orda nə şərait yaradıblar ki pullu edirlər

    • @m.a.s4493
      @m.a.s4493 2 года назад

      👍

    • @washingtondc1
      @washingtondc1 2 года назад

      @@smayazizova5577 müqayisə

  • @lacn7172
    @lacn7172 2 года назад +28

    Karlar, korlar eşitsin də duzlu gölün xeyirlərin.kül olub başımıza, neymətdən faydalana bilmirik. 😊

    • @xosbextmemmedov1283
      @xosbextmemmedov1283 2 года назад +8

      Elə demə yatanlar ayılar, birdə gördüm şəhər çevirdilər obyektdə.
      Yetim yesiri həsrət qoydular.

  • @vusalnur607
    @vusalnur607 2 года назад +9

    Millət deyir xeyirini görürük bu "hekimler " deyirki yox ora gedən ölür. Gedin cəhənnəm olundaaaaa.

  • @ziyaaz7983
    @ziyaaz7983 2 года назад +27

    harda millətə xeyirli şey var camaatı didərgin salırlar. çirkab sularını axıtmağa yer düzəltməy lazımdı. gölü bağlamaq yox.

  • @user-df8ev6bx9v
    @user-df8ev6bx9v 2 года назад +19

    Mualicevi sularda hec bir xestelik yoxdur. Olkemizde ildirim suretiyle yayilan xestelik nefsi acliqdi. Hekimin cibine pul girmir ona gore suda xestelik var...

  • @qarallr2022
    @qarallr2022 2 года назад +14

    Bəli təbii yolla həmişə insanlar sağalırdı,indi dərmanların satılmağına görə,həkimxanalarda ticarət yaxşı getməz birdən.qələt edir səhiyyə naziri,dədəbə dədəsilə.

  • @yasmn9184
    @yasmn9184 2 года назад +20

    Yazıq kasıblar pullar yoxdur hara gedsin bura pirdir kim buranı hasarlanıb pul 💰 qazanmaq istəsə ölür özünüzdən muğayat olun Allah bəlasıni verir oranı hasarlanıb.

    • @Mima-np4ib
      @Mima-np4ib Год назад

      Pir yox. Allah qoymur. Allaha şərik qoşanı, Allah bagışlamır

  • @liverpoolsalah10
    @liverpoolsalah10 2 года назад +63

    KÜLÜ QOYSUNLAR BAŞUVUZA , HÖKÜMƏT QARIŞIQ BƏS YETİM , YİYƏSİZ AZƏBAYCANDA SALAMAT NƏ VAR . BU OĞRU , QULDUR HÖKÜMƏTDƏ

  • @qabilmehdiyev5812
    @qabilmehdiyev5812 2 года назад +11

    Mən bu gölün yaxınlığında yaşayıram.
    Buranı bir çox sahibkarlar turizm müalicəvi sanatoriyaya çevirmək istədilər.
    Amma nədənsə bu gölü hər alan biznesmen vəfat etdi. Hətda 90cı illərdə bir Türk ata oğul gölün ətrafına hasar çəkdirib qutarmamış ikisidə faciəvi şəkildə öldülər.
    İndi isə heç kim buranı abadlaşdırmaq fikrinə düşmür.
    O əlli qəpiyidə ətrafdakı qaçqınlar yığıb ötürüllər polisə.

  • @iradeqasimova5744
    @iradeqasimova5744 2 года назад +3

    çox düzdü indi yadıma düşdü mən öskürəkdən ölürdüm zobumda vardı mənim anam məni bu gölə apardı yodlu sudan götürdum 2 dəfə qarqara etdim öskürəyim keçdi həkim dediki zobunda yoxdu sonra getməyi qadağan elədilər çox şəfasın gördüm Allahın bizə verdiyi gözəl nemətdi bütün şəfalar Allahdandı

  • @user-hh3ri1ht4k
    @user-hh3ri1ht4k 2 года назад +20

    Dərman biznesinə və həkimlərin cibinə ziyandır bu təbii müalicəvi yerlər

  • @alialiyev2797
    @alialiyev2797 2 года назад +10

    Gedin vzyın hekimlere sərf eləmir ki firma dərmanlarını kime soxsunlar o dünyada hekimlere qırmızı firma şişi soxacaqlar

  • @bakinkabakinka1715
    @bakinkabakinka1715 2 года назад +11

    Diyirsiz 2007 ci ilden cirkab sular axidilir bu gole.niye bu nece ilde hele qabaqin almirmiz tedbir gormursiz.bunuda bize cox gorursiz.Sabah hasarlayib otel fawiexana tikersiz!!!!!

  • @azeraydemirov8
    @azeraydemirov8 2 года назад +13

    Bir burada əvvəl pulsuz idi indi vso burada bağlı olacaq xeyirli olsun

  • @orxanmemmedov9707
    @orxanmemmedov9707 2 года назад +14

    Başqa bir ölkede olsa iş adamları ən gözəl şəkildə dəyərləndirib dünya şöhrətli mualicə mərkəzinə çevirərdilər heyif bizim ölkenin gözəl nemətləri dəyərləndirilmir

    • @xosbextmemmedov1283
      @xosbextmemmedov1283 2 года назад

      Eləsələr sonra deyəcəyik ki ,
      Özləri üçün obyekt açıblar.

    • @orxanmemmedov9707
      @orxanmemmedov9707 2 года назад +1

      @@xosbextmemmedov1283 qardaş əhalinin büdcəsinidə nəzərə almaq lazımdı sadece çalışmaq və ən gözəl şəkildə dəyərləndirmək lazımdır

    • @Mima-np4ib
      @Mima-np4ib Год назад

      Yaziq millət, düşüncəsini də caşıb...

  • @bakcellgold3718
    @bakcellgold3718 2 года назад +19

    Acgozlərin yadına salmayın,biz yazığıq, məhrum edəcəklər bizi bu təbii mualicəden

  • @nikus.zuma.fidanmaqerram1477
    @nikus.zuma.fidanmaqerram1477 2 года назад +7

    Məmurlar gecəynən oranın duzunu çəkirlər ki duzu qurusun ay yazığ millət Nə qədər qan içən məmurlar var bu millət Allahın bizə verdiyi möcüzələrdən istifadə edə bilmiyəcəklər

  • @mubarizabdullayev1811
    @mubarizabdullayev1811 2 года назад +14

    Ay qız sil bu reportajı. Bir vaxt Masazır gölünü çəkdiz həmən oranı pulluməmur hasara saldı indidə buranı tanısa bağlayıb ərəblərə verəcək.

    • @maestropiano7390
      @maestropiano7390 2 года назад +2

      Çox dogru.
      Biz kasiblarada nese qalsinda.Alacaqlar orani

  • @HamzaOghuzhan_Official
    @HamzaOghuzhan_Official 2 года назад +5

    valla bura biraz el gezdirsen bura olar gul kimi. Bu yer turkiyede olsaydi butun dunyaya orani reklam eliyer.

  • @kamilbalas2025
    @kamilbalas2025 2 года назад +10

    97-98 ci illərdə çox təmiz idi.Çox böyük müalicəvi əhəmiyyəti olan yerdi.

    • @alonebro6013
      @alonebro6013 2 года назад +1

      Yalan deyirler heç bir çirkli su axmır mən orda yaşayıram

    • @susuhemidov7010
      @susuhemidov7010 Год назад

      97 98 ci illerde menim 8 yawim var idi. Gedirdik her gun o vaxt pullu deyildi. Yalniz duş pulnan idi....

    • @kamilbalas2025
      @kamilbalas2025 Год назад

      2 duş var idi.Soyuq duş,isti duş.Səhv eləmirəmsə soyuğu 500 manat,istisi 2000 manat idi.

    • @susuhemidov7010
      @susuhemidov7010 Год назад +2

      @@kamilbalas2025 He brat. Ancaq isdi duw soyuq duw var idi. Xalamgile qonaq gelirdim Ziğa ordan mehle uwaglarini yigib gedirdik. Gelenden sonra çırpılırdıq. Amma yenede keçmiwde herwey gozel idi

  • @AZERBAYCAN-RESPUBLIKASI
    @AZERBAYCAN-RESPUBLIKASI 2 года назад +18

    Aparicinin ne gozel resmi sesi vare halaldi.

  • @gulnazmemmedova2625
    @gulnazmemmedova2625 2 года назад +9

    Nə əcəb məmurlar buranı zəbt etməyib? Gözləri doymayan qocalar

  • @anarmammadov44
    @anarmammadov44 2 года назад +16

    Həkımlərin klenti azalıb....ona görə nə istəyir danışır...neft məmurları mlyarder elədi...bizı xəstə elıyəcək...???

    • @hicranabdullayeva5591
      @hicranabdullayeva5591 2 года назад +1

      Hə vallah düzdü Anar bəy kasbda yazıx döymü qoy sagalsın daa

  • @ordubadli788
    @ordubadli788 2 года назад +1

    Duzlu golun YANINDA yodlu gol var. Ora daha xeyirlidir. Bel fitiqi yirtigi xesteliyim var.. bakida butun hekimler emeliyyat dedi..sagolsun bir hekimden basqa. Meni fizioterapiya ve duzunu golu meslehet gordu. Sukurler olsun ORDUBADDAN GELDIM 10 GUN IYULDA BURA GETDIM. INDI COX YAXSIYAM. HEKIMLERIN PUL TELESI OLMAQDANSA BURA GETMEK ELADIR.

  • @azrbaycanbaki2961
    @azrbaycanbaki2961 2 года назад +4

    Ziyanın görsəydi 20 il davamlı gəlməzdi. Əla reklam oldu məndə tanış bilişləri yığıb gedim ora 🤣👍Əvvəlcə zərərin sayır sora buranı turizmə cevirəy deyir . İmkan vermiyin gedin tutun oranıda.

  • @aliaise2811
    @aliaise2811 2 года назад +8

    Başqa ölkədə olsaydı turistik olardı
    Gəlin buranı biz millətə görə təmizləyin,ordan istifadə edək

  • @yasemencabarova2240
    @yasemencabarova2240 2 года назад +13

    Axitmayin cirkab suyu bu neymətə, camati allah verən nemətdən məhrum etməyin,duz dizinfeksiya edir

  • @baku9692
    @baku9692 2 года назад +5

    Men esitmisem duzlu gölu qismet olsa gedecem İnsallah

  • @pierrecure-b5x
    @pierrecure-b5x 2 года назад +1

    Allaha şükrler olsun

  • @aliaise2811
    @aliaise2811 2 года назад +6

    Niyə təmizlənmir? Admin,çox sağ ol! Biz adamların xeyirinə paylaşım etdiyin üçün

  • @xocalsoyqrmnunudansrfsizdi2408
    @xocalsoyqrmnunudansrfsizdi2408 2 года назад +6

    20 ildir bu möcüzəli göldən hər il istifadə edirəm. 2 3 gün bəs edir. O həkimlərin də dedikləri Məlikməmməd nağılıdır. Sadəcə dərmanlarını sata bilmədikləri üçün os......ğa basırlar!!!

    • @washingtondc1
      @washingtondc1 2 года назад +1

      Kəlbəcərin isti suyu da şəfalıdır

  • @Queen4100
    @Queen4100 2 года назад +10

    Güya çimdiyimiz su təmizdik

  • @user-nf8po7ob5w
    @user-nf8po7ob5w 2 года назад +4

    Bugunden sora zabora alib bahalawacaq

  • @ss.0175
    @ss.0175 2 года назад +1

    Gedəcəm ora 👍👍👍

  • @hasanbayramof199
    @hasanbayramof199 2 года назад +3

    Bizimkilər öz xeyirinə qərar verirlər

  • @e.020
    @e.020 2 года назад +5

    Duz deyiblere ne qeder ozunu temiz saxla temiz yerde cim illaki nese olur, Kiwi deyir hekime getdim duz gelmir ama burda cimdim kecdi )))))

  • @Sevka021
    @Sevka021 2 года назад +8

    Bu həkimlər necə yalan danışırlar. Var yox birdənə kasıbın işlətdiyi pulsuz yer var. Onuda çox bilirlər. Mən uşaqlıqdan bura gedirəm əladır. Reportajın axırında deyirki buranı xarici turistlərin istifadəsinə vermək lazımdır hələ bunların planıda budur

  • @user-sh7zt1li5z
    @user-sh7zt1li5z 2 года назад +8

    80-90 ci illerde qonsularmiz gedirdi.Revmatizm variydi onda.Komeyide oldu.Mamamdada revmatizm var.Ona teklif eledi gedek bir yerde.Mamam getdi gordu ki ora deri xesteliyi olan coxlu adam gelir iyrendi suya girmedi.Amma cirkeb sulari o vaxti ora axidilmadi.

  • @lalememmedova7917
    @lalememmedova7917 2 года назад +6

    Cox terife qoymayin birazdan qiymeti bahalasacag

  • @mhakl6165
    @mhakl6165 6 дней назад

    Allahın bizə verdiyi şəfalı yerlərdən,gözəl təbiətindən səmərəli istfadə edən yoxdu😡

  • @SamsungTab-xz1lh
    @SamsungTab-xz1lh 2 года назад +4

    Mən də neçə il əvvəl gedərdim inanın ki qışda qrip belə olmazdım.Çox faydasını görənlərlə rastlaşardım.Boş söhbətdir orda xəstəlik tapmaq çünki duzluluq dərəcəsi o qədər yuksək olan suda mikrob ola bilməz.Ətrafdakı antisanitariyanı desələr o başqa.Ona nəzarət etsinlər gedənlər də hər kəs təmizliyə riaət etsə hər kəs gedib istifadə edə bilər.
    Əgər kimsə hasara alıb faydalanmaq istəsə neçə il əvvəl qardaşların başına gələnlərdən nəticə çıxarsın

    • @njcaat4
      @njcaat4 2 года назад

      Salam nolmusdu qardaslara men bilmireme indi esitdim sizden cox maraqli geldi mene deyersiz menede?

    • @SamsungTab-xz1lh
      @SamsungTab-xz1lh 2 года назад

      @@njcaat4 Nece il evvel uc qardas Duzlu golun etrafini setkalayib girisi pullu etmek isteyibler.Ise baslar baslamaz biri qezada dunyasini deyisir,biri qefilden cox agir bir xesteliye tutulur,digerininse dogulan usagi qusurlu gelir dunyaya.Vallah men de gole gelenlerden esitmisem ne qeder dogru oldugunu da tam deqiqliyiyle bimirem.Guya ondan sonra kimse curet edib orani ozellesdirmek fikrine dusmur.Pandemiyadan sonra bu gun ilk defe getdim cox teessufler olsun ki Allahin bize bexs etdiyi bu nemetin deyerini bilmediyimizin bir daha sahidi oldum.Etraf biabirci gunde ne insanlar sanitar qaydalara emel edir ne de qapida pul yiganlar camaatin oz puluyla temizliye seliqe sehmana nezaret edirler.

  • @renaqurbanova1189
    @renaqurbanova1189 2 года назад +6

    Duzlu suda xəstəlik olmaz.

  • @Mima-np4ib
    @Mima-np4ib Год назад

    Bunların "dərman" dedikləri, əslində zəhərdir!Allah kömək olsun🤲

  • @poladmamedov2508
    @poladmamedov2508 2 года назад +8

    ANTISANTARIYYA OLMASA GETMEYE DEYER

  • @turalqiyasov3606
    @turalqiyasov3606 2 года назад

    Yazıq milletimiz

  • @idrisinannesi1656
    @idrisinannesi1656 2 года назад +1

    Heç nə acgözlər oranı da tutaraq millətin yolunu bağlarlar

  • @BaliqciKanali
    @BaliqciKanali 2 года назад +2

    Xeyirli bir yerdir bura .. Qadaqagalara qaldiqda Xezer denizinde dee cimmey qadaqan qoyublar..

  • @maliazizli7220
    @maliazizli7220 Год назад

    GELIN ISRAILE DUZLU GOL BURDA BAR😍😍👍👍

  • @sirinxanimsadiman7315
    @sirinxanimsadiman7315 2 года назад +2

    Axır ki, ürəyindəkini dilinə gətirdi, a bala, qoy insanlar dərdinə əlac etsin...boynu yoğunları yönəltmə ora...

  • @Mima-np4ib
    @Mima-np4ib Год назад

    Allah verən nemətdir. ƏLHƏNDÜLİLLƏH

  • @elsadeliyev6155
    @elsadeliyev6155 Год назад

    Həkimlərə sərf etməzdə yanlarına gələn olmur baxsan səhiyyə nazirliyinin əməkdaşlarıda gəlir

  • @elmirasamedova1143
    @elmirasamedova1143 2 года назад

    Eqane jurlalustirki gözel sesi ve diksiyasi var.veeee..lehcesuz danişir..Allah qorusun

  • @bakcellgold3718
    @bakcellgold3718 2 года назад +2

    Qəsdən insanları uzaqlaşdırmaq üçün qadağalar qoyublar.insanlar sağalır və onların dərmanları satılmır

  • @user-zg2ln2fv7g
    @user-zg2ln2fv7g 2 года назад +2

    Cox sag olun. Amma bu teqdimatdan sonra cetin orda nese 50 qep. olsun ve eger resmi mualice merkezine cevrilse ne sade vetendaw ora gire bilecek, ne de o suda mualice effekti qalacaq.

  • @user-fp5sz4is4z
    @user-fp5sz4is4z 2 года назад +5

    DUZ DEYIR GEDIN HEKM QABULUNA 40// 50 MANAT VERIN DUZLU GOL YAQLI OLACAQ....HEMI XEYIRLI .....FIRMA DERMANLARIN BAHALI BAHALI YAZIRLAR ...XEYRI OLMYAN DERMANLAR....

    • @tagizademirasim
      @tagizademirasim Год назад

      get ay qam en salamati oradir hele hovsanda deniz qiragi voopshe superdir

  • @user-ey9pw7tt1u
    @user-ey9pw7tt1u 2 года назад

    Millət!!!Gedirəm ,gedəcəm!!!heç vaxt ziyan tapmamışam!!!

  • @sevincbaloqlanova8190
    @sevincbaloqlanova8190 Год назад +1

    Bunuda özəlləşdirməyin xahiş edirəm imkan verin millət yararlansın yazığıq

  • @wirinalizade6730
    @wirinalizade6730 11 месяцев назад

    Xeyrde olsa bizim hekimler hekme getmwlerdi ucun ziyandi deyce temizeleyin etrafni Cox gozel selqa sehman yaradin

  • @seymurhuseyn2909
    @seymurhuseyn2909 2 года назад +3

    Kimsə həmin gölə göz dikib.Bir azdan gölü çəpərləyib,sonrada pula çevirəcəklər.Əvvəlcədən gölü pisləyirlərki camaatda bir az qorxu yaradırlar.Hansısa taxta baş gölü pisləməyə başlayıb.İllərlə o göldən istifadə edənlər o suyun xeyrindən danışırlar.Kimsədə əksinə deyir.

    • @qenberovmehdi882
      @qenberovmehdi882 Год назад

      Hekimler onsuzda təbbi müalicənin hemise əleyhinə olublar

  • @sdaqtabdullayeva9404
    @sdaqtabdullayeva9404 2 года назад

    Turistler deyil,öz milletimiz yararlansın.

  • @embhgkdmxhmty9880
    @embhgkdmxhmty9880 2 года назад +2

    Belə şəfalı gölə kanalizasiya axıdıb məhv eləmək heç dogru deyil. Əksinə qorumaq lazımdı.

  • @xezertalibzade8208
    @xezertalibzade8208 2 года назад +1

    neyi yaxşdı birdəfə getdim dəri xəsdəliyi tapdım burdan

  • @amaliyazeynalova4956
    @amaliyazeynalova4956 Год назад +1

    Əsas odu dərmanlar satılmalıdır aptekdə. Təmizləyin də gic millət.

  • @user-pb9mm9sn8h
    @user-pb9mm9sn8h Год назад +1

    Belə qalsa daha yaxşıdır kasıb təbəqə gəlib yararlanır. Dəyişiklik lazım deyil yatanları oyatmayın.

  • @resadmehdili4343
    @resadmehdili4343 2 года назад

    Azərbaycanda Səhiyyə yoxdu olmağı üçün gərək daydayli olanlar işdən çıxarılsın şəffaf sistem yaradılsın..Ona görədə insanlar duz edib gedirlər

  • @hgkvhphdykk4635
    @hgkvhphdykk4635 2 года назад

    Salam mən eşitmişəm duzlu gölü kimlər özəlləşdirmək istəyib başına iş gəlib. Alınmayıb İzraildən gələn var o, gölə Allahın izni ilə insanlar şəfa tapır şükür .

  • @mehemmedeli8490
    @mehemmedeli8490 2 года назад +2

    Gərək həkimə gedələr, həkimdə yararsız firma dərmanlarında ibarət resepti gubbuldada 500 manata bir 5-6 dərman alıb içəsən. Sonrada xeyri olmayanda həkim desin ki, bu dərman sənə düşmədi, gəl başqasını yazım onu al. Bu gün ölkədə həkimdən çox pul qazanan yoxdu. Nə sağaldır, nədə ki, qoymur ölsün. Deyir dərmanla yaşasın ömrü vursun başa.

  • @azeri5977
    @azeri5977 2 года назад +2

    Bizim ölkə rəhbərliyi əxlaqslzlıq yuvaları açmaqda daha maraqlıdı nəinki müalicəvi turizmi.

  • @aslanismayilov4399
    @aslanismayilov4399 2 года назад +5

    Azerbacanda sehiyye nazirliyi milletin qırılmasında bir başa mesuliyet daşıyır. Helem ki, bu qűne kimin insanların saqlamlıqının qorunmasına heç bir xeyirli teklif vermiyib!..

  • @tehranbabayev8155
    @tehranbabayev8155 2 года назад

    ❤🇦🇿❤

  • @ulvi3635
    @ulvi3635 Месяц назад

    Bu həkimlər konkret gopa basır

  • @saidasaida8087
    @saidasaida8087 2 года назад +2

    Если возьмет государство то сразу станет платным! А это больница для бедных! Недопустимо чтоб оно стало платным !

  • @hasilezizli57
    @hasilezizli57 2 года назад

    Ora kanalzasiya buraxilmasa cox gozel olar

  • @mynameiskarabakh
    @mynameiskarabakh 2 года назад +3

    Duz golunu hami bilir ve taniyir yeqin siz bilmirsiniz,millet ona gore ora geymir ki natemizlikdir dovlet baxmir ona gore insanlar cox getmir,

  • @aliaise2811
    @aliaise2811 2 года назад +1

    Məncə,buranı təmizlənməlidir.Xahiş edirəm buranı təmizlənsin

  • @bts-he4by
    @bts-he4by 2 года назад +2

    Xəstəlik yox şəfa mənbəyidi keyfiyətsiz dərmandan xeyirlidi həkimlərə sərf etmir mən getdim şəfa tapdim

  • @tofiaslanov4899
    @tofiaslanov4899 Год назад

    Xəstəliyi olanların Duzlu gölə getməsi həkimlərə sərf etmir, ona görə həkimlər belə danışırlar.

  • @elsn2307
    @elsn2307 Год назад

    Hekimlerin işine gelmez sagalmagimiz firma dermanlarin satmaq lazimdi

  • @yunsulsulyun7274
    @yunsulsulyun7274 Год назад

    Biz hər il gedirdik, təəssüf ki əvvəlki kimi deyil. Artıq nəzərə çarpacaq qədər azalıb duzluluq. Əvvəl suyu əlinə, üzünə vuranda yandlrlrdı dərini. Ətrafınıda zibilliyə döndərirlər. İçinə köhnə təkər, paslanmış dəmir qutu atmışdılar👎. Bizim millət heç bir yeri təmiz saxlaya bilmir heyif ki.

  • @Dr.Abu_Khalid.
    @Dr.Abu_Khalid. 2 года назад

    Hə gəlir mənbəyinə çevirin bunuda, adi vətəndaşlar gedib gələ bilməsin.

  • @azerbaijan_az
    @azerbaijan_az 2 года назад +2

    Yəqin buranida yavaş, yavaş pullu eliyirlər. Əlli qəpik nədir,, giriş haqqı? Axı əvvəllər pulsuz idi.

    • @xeyal4580
      @xeyal4580 2 года назад

      O evveler idi😀

  • @yasmn9184
    @yasmn9184 2 года назад +6

    Bu gölü böyük müalicəvi əhəmiyyəti var indiki Ziyadin kimi həkimlərin heç savadlari yoxdur.

  • @ibrahimkamran3130
    @ibrahimkamran3130 2 года назад

    Men yodlu gole getim wefa tabdim cox sefali yerdi

  • @xan4570
    @xan4570 2 года назад +1

    Həkimlərimizin vayına oturumki gic gic danışırlar adam deyir 20 ildi faydasın görür

  • @saidasaida8087
    @saidasaida8087 2 года назад

    Eşidin! Bilin! Pullu olmamalidı!

  • @xalidahuseynova1719
    @xalidahuseynova1719 2 года назад

    Дузлу келе некимлер,алимлер кедир.Сенер тезден кедирем зийалы инсанлар да ордан истифаде едир.Айагларым агрыйырды 10 кетдим.агры кесилди .Есеблере чох кемек едир.Дериде кебелеклери йох едир .🙏❤👍👍👍